Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında



Yüklə 162,11 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü162,11 Kb.
#50217


Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

Bu  Qanun  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  hüquqi 



münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar 

sistemini müəyyən edir. 

I   F ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı

 

1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin 



siyasi,  iqtisadi,  sosial,  elmi-texniki,  hərbi  və  digər  sahələrdə  milli  maraqlarının  müdafiəsi  ilə 

bağlı  məlumatların  əldə  edilməsinə  və  təhlilinə  yönəlmiş,  milli  təhlükəsizliyin  təmin  edilməsi 

məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 

1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və 

milli  təhlükəsizlik  siyasətinin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün  əlverişli  şəraitin 

yaradılmasına yönəlmişdir. 

1.3.  Əks-kəşfiyyat  fəaliyyəti  -  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  orqanları 

tərəfindən  xarici  xüsusi  xidmət  orqanlarının,  təşkilatların  və  ayrı-ayrı  şəxslərin  Azərbaycan 

Respublikasının  müstəqilliyinə,  suverenliyinə,  ərazi  bütövlüyünə,  konstitusiya  quruluşuna, 

iqtisadi,  müdafiə,  elmi-texniki  potensialına  və  digər  milli  maraqlarına  zərər  vura  biləcək 

kəşfiyyat,  terror-təxribat  və  sair  pozuculuq  əməllərinin  aşkarlanması,  qabaqlanması  və 

qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 

1.4.  Əks-kəşfiyyat  fəaliyyəti  Azərbaycan  Respublikasının  milli  maraqlarının  həyata 

keçirilməsinə  mane  olan  və  ya  bu  maraqlara  təhlükə  yaradan  şərait,  proses  və  amillərdən 

qorunmasına yönəlmişdir. 

M a d d ə   2 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasları

 

Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  hüquqi  əsasını  Azərbaycan  Respublikasının 



Konstitusiyası,  "Milli  təhlükəsizlik  haqqında",  "Əməliyyat-axtarış  fəaliyyəti  haqqında" 

Azərbaycan  Respublikasının  qanunları,  bu  qanun  və  digər  normativ  hüquqi  aktlar,  habelə 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. 

M a d d ə   3 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri

 

3.0. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: 



3.0.1. qanunçuluq; 

3.0.2. insan və vətəndaş hüquqları və azadlıqlarına riayət edilməsi; 

3.0.3. humanistlik; 

3.0.4. konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması; 




3.0.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bilavasitə tabeliyində 

və nəzarətində olması. 

M a d d ə   4 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində insan və vətəndaş hüquq və 

azadlıqlarının təminatları

 

4.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqətini 



alçaldan  hərəkətlərə  yol  verilməməlidir.  Hər  bir  şəxs  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin 

subyektləri ilə əməkdaşlığa yalnız öz razılığı ilə cəlb edilə bilər. 

4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla 

kəşfiyyat 

və 

əks-kəşfiyyat 



fəaliyyəti 

zamanı 


şəxsi 

toxunulmazlıq 

hüququnun 

məhdudlaşdırılmasına  yol  verilmir.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  prosesində  hər  kəsin 

şəxsi  və  ailə  həyatı  barədə  əldə  edilmiş  sirlərin  onun  razılığı  olmadan  açıqlanmasına  yol 

verilmir. 

4.3.  Əks-kəşfiyyat  fəaliyyətində  əməliyyat-axtarış  tədbirləri  tətbiq  edilərkən  mənzil 

toxunulmazlığı,  telefon  danışıqları,  poçt,  teleqraf  və  digər  göndərişlər  vasitəsi  ilə  ötürülən 

məlumatların  sirrini  saxlamaq  hüquqlarının  məhdudlaşdırılması,  həmçinin  texniki  rabitə 

kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə 

əlaqədar  tədbirlərin  keçirilməsinə  "Əməliyyat-axtarış  fəaliyyəti  haqqında"  Azərbaycan 

Respublikası qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə 

nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 

4.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini 

yerinə yetirərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına yol verdikdə, 

müvafiq  subyektlər  bu  hüquq  və  azadlıqların  bərpa  olunması,  dəymiş  zərərin  ödənilməsi  və 

təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidirlər. 

4.5. Hakimiyyətdən sui-istifadə etmiş və ya qulluq səlahiyyətlərini aşmış kəşfiyyat və əks-

kəşfiyyat 

fəaliyyəti 

subyektlərinin 

vəzifəli 

şəxsləri 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. 

4.6.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektləri  tərəfindən  bu  Qanunda  nəzərdə 

tutulmuş  kəşfiyyat  fəaliyyətinin  həyata  keçirilməsi  halları  istisna  olmaqla,  şəxsin  onun  xəbəri 

olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa 

şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə 

məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

[1]

 

M a d d ə   5 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında ictimaiyyətin məlumat 



almaq hüququ

 

5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və 



əks-kəşfiyyat  fəaliyyəti  haqqında  məlumatlar  ictimaiyyətə,  bir  qayda  olaraq,  bu  fəaliyyətin 

subyektlərinin yaratdığı müvafiq qurumlar vasitəsi ilə çatdırılır. 

5.2.  Bu  qanunla  və Azərbaycan  Respublikasının digər normativ hüquqi aktları  ilə  nəzərdə 

tutulmuş hallarda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri fəaliyyətlərinin ayrı-ayrı 

istiqamətləri ilə bağlı konkret məlumatı vətəndaşlara birbaşa çatdıra bilərlər. 

5.3.  Dövlət,  peşə,  kommersiya  və  istintaq  sirri  təşkil edən  məlumatların açıqlanmasına  yol 

verilmir.  Dövlət  sirri  təşkil  edən  məlumatların  yayılmasına  məhdudiyyətlər  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada götürülə bilər. 




I I   F ə s i l  

KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİNİN SUBYEKTLƏRİ, ONLARIN 

SƏLAHİYYƏTLƏRİ VƏ ƏLAQƏLƏRİ 

M a d d ə   6 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri

 

6.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektləri  -  Azərbaycan  Respublikasının 



qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətini  həyata 

keçirən xüsusi xidmət orqanlarıdır. 

6.2.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektləri  və  onların  səlahiyyət  dairəsi 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilir. 

Həmin  subyektlərin  işinin  əlaqələndirilməsi  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

6.3.  Digər  müvafiq  icra  hakimiyyəti  orqanları  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

ilə  müəyyən  edilmiş  səlahiyyətləri  çərçivəsində  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti 

subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində 

iştirak edirlər. 

M a d d ə   7 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri

 

7.1. Kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır: 



7.1.1. xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli 

maraqlarına  təhdid edən real  və  potensial  imkanları, hərəkətləri,  planları  və niyyətləri  barədə 

məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması; 

7.1.2.  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində 

dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması; 

7.1.3.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  və  digər  dövlət 

orqanlarının siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı 

digər sahələr üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması; 

7.1.4.  Azərbaycan  Respublikasının  iqtisadi  inkişafına,  elmi-texniki  tərəqqisinə  və 

təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi; 

7.1.5. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən idarə və təşkilatlarında 

dövlət sirlərinin mühafizəsinin təmin edilməsi; 

7.1.6. kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi

7.1.7. texniki kəşfiyyatın həyata keçirilməsi; 

7.1.8. əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi; 

7.1.9. 


Azərbaycan 

Respublikasının 

xarici 

ölkələrdəki 



diplomatik 

və 


digər 

nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyinin zəruri hallarda 

təmin edilməsi; 

7.1.10.  dövlət  sirri  təşkil  edən  məlumatların  daşıyıcıları  olan  Azərbaycan  Respublikası 

vətəndaşlarının  xarici  ölkələrə  ezamiyyət  müddətində  təhlükəsizliyinin  zəruri  hallarda  təmin 

edilməsi. 

7.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır: 



7.2.1.  xarici  dövlətlərin  xüsusi  xidmət  orqanlarının  və  təşkilatlarının,  habelə  cinayətkar 

qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi 

bütövlüyünə  və  konstitusiya  quruluşuna,  iqtisadi,  müdafiə,  elmi-texniki  potensialına  və  sair 

milli  maraqlarına  zərər  vurulmasına  yönəlmiş  kəşfiyyat,  terror-təxribat  və  digər  pozuculuq 

fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması; 

7.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun tapşırığı ilə 

digər dövlət orqanlarına ölkənin milli təhlükəsizliyinə və milli maraqlarına zərər vura biləcək 

təhdidlər barədə məlumat verilməsi; 

7.2.3.  xarici  xüsusi  xidmət  orqanlarının  texniki  kəşfiyyatına  qarşı  əks  tədbirlərin  həyata 

keçirilməsi; 

7.2.4.  öz  səlahiyyətləri  daxilində  dövlət  sərhədinin  mühafizəsinin  əməliyyat  təminatının 

həyata keçirilməsi; 

7.2.5.  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  və  başqa  silahlı  birləşmələrinin 

hərbi  və  iqtisadi  potensialının,  hərbi  hazırlığının  və  döyüş  qabiliyyətinin  zəiflədilməsinə 

yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması; 

7.2.6.  öz  səlahiyyətləri  daxilində  müdafiə  kompleksi,  energetika,  nəqliyyat,  rabitə  və  digər 

sahələrdə  strateji  əhəmiyyətli  obyektlərin,  həmçinin  milli  təhlükəsizlik  baxımından  əhəmiyyət 

kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, 

sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi; 

7.2.7. ali dövlət hakimiyyəti orqanlarının və xüsusi obyektlərin mühafizəsinin əks-kəşfiyyat 

təminatının həyata keçirilməsi; 

7.2.8. Azərbaycan Respublikasının ərazisində yerləşən xarici dövlətlərin diplomatik və digər 

nümayəndəliklərinin  təhlükəsizliyinin  başqa  dövlət  orqanları  ilə  qarşılıqlı  əlaqədə  təmin 

edilməsi; 

7.2.9.  öz  qulluq  mövqeyinə  görə  dövlət  sirri  təşkil  edən  məlumatlar,  sənədlər  və  texniki 

vasitələrlə işləməyə buraxılan şəxslərin öyrənilməsi; 

7.2.10.  öz  qüvvə  və  vasitələri,  o  cümlədən  texniki  vasitələri  ilə  polisə  və  digər  hüquq 

mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə kömək göstərilməsi; 

7.2.11. kəşfiyyat fəaliyyəti subyektlərinin əks-kəşfiyyat məlumatları ilə təmin edilməsi; 

7.2.12.  öz  səlahiyyətləri  daxilində  transmilli  mütəşəkkil  cinayətkarlıqla  mübarizənin 

aparılması; 

7.2.13. əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında" 

Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi. 

7.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri həmçinin: 

7.3.1.  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  təminatı  ilə  bağlı  hadisələrin,  faktların, 

əşyaların  və  digər  informasiya  mənbələrinin  əməliyyat  uçotunu  aparır,  informasiya 

təhlükəsizliyini təmin edir; 

7.3.2. öz əməkdaşlarının və onlara kömək edən şəxslərin məxfiliyini təmin edir; 

7.3.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  əsasən  xarici 

dövlətlərin xüsusi xidmət orqanlarının və müvafiq beynəlxalq təşkilatların sorğularını icra edir; 

7.3.4.  öz  əməkdaşlarının,  onların  yaxın  qohumlarının,  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti 

subyektlərinə  kömək  edən  şəxslərin,  onların  yaxın  qohumlarının  şəxsi  təhlükəsizliyini  və 

əmlaklarını hüquqazidd qəsdlərdən qoruyur; 



7.3.5.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  dövlət  sirri  təşkil  edən 

məlumatların  mühafizəsini,  məxfilik  rejimini,  xüsusi  rabitə  növlərinin  və  şifrləmə  işinin 

təhlükəsizliyinin təmin edilməsində iştirak edir; 

7.3.6. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müəyyən etdiyi qaydada öz daxili 

təhlükəsizliyini təmin edir; 

7.3.7. milli təhlükəsizlik məsələləri ilə bağlı elmi tədqiqatlar və araşdırmalar aparır; 

7.3.8.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  vəzifələri 

yerinə yetirir. 

7.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektləri  Azərbaycan  Respublikasının 

ərazisində bu fəaliyyətin digər subyektlərinin səlahiyyətlərinə aid olan faktlar aşkar edildikdə, 

təxirəsalınmaz tədbirlər həyata keçirməklə həmin subyektləri məlumatlandırır və onlara zəruri 

kömək göstərir. 

M a d d ə   8 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları

 

8.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları aşağıdakılardır: 



8.1.1.  Azərbaycan  Respublikasının  təhlükəsizliyinin  təmin  olunmasına,  onun  milli 

maraqlarına  zərər  vura  biləcək  əməllərdən  qorunmasına  dair  dövlət  proqramlarının  işlənib 

hazırlanmasında iştirak, habelə milli təhlükəsizliklə bağlı qanunların və digər normativ hüquqi 

aktların,  beynəlxalq  saziş  və  müqavilə  layihələrinin  öyrənilməsi  və  müvafiq  təkliflərin 

verilməsi; 

8.1.2. Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi 

xidmət orqanlarına və təşkilatlarına nüfuzetmənin həyata keçirilməsi; 

8.1.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  rabitə 

kanallarından və digər mənbələrdən məlumatların çıxarılması; 

8.1.4.  informasiya  sistemlərindən,  radioelektron,  video,  audio  vasitələrdən,  kino  və 

fotoçəkilişlərdən və digər metod və vasitələrdən istifadə edilməsi

8.1.5. kriminalistik tədqiqatların aparılması; 

8.1.6.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

məlumatların  toplanması,  təhlili  və  istifadəsi,  o  cümlədən  dövlət  və  yerli  özünüidarə 

orqanlarından,  mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatlardan  və 

onların vəzifəli şəxslərindən tələb olunan məlumatların əvəzsiz alınması, onların sənədlərindən 

və informasiya banklarından istifadə edilməsi; 

8.1.7.  könüllülük  və  məxfilik  prinsiplərinə  əsasən  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti 

subyektlərinə kömək edə bilən şəxslərlə əməkdaşlıq münasibətlərinin qurulması; 

8.1.8.  qarşılıqlı  razılıq,  o  cümlədən  müqavilə  əsasında,  dövlət  və  yerli  özünüidarə 

orqanlarının,  mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatların 

binalarından, həmçinin vətəndaşların yaşayış və digər tikililərindən zəruri müddətlərdə istifadə 

edilməsi; 

8.1.9.  xüsusi  xidmət  orqanlarının  müəyyən  etdiyi  hallarda  və  qaydada  kəşfiyyat  və  əks-

kəşfiyyat  fəaliyyəti  subyektləri  əməkdaşlarının  şəxsiyyətinin,  onların  idarə  mənsubiyyətinin, 

bina  və  nəqliyyat  vasitələrinin,  habelə  məxfi  əsasla  bu  subyektlərə  kömək  edən  şəxslərin 

pərdələnməsi  məqsədi  ilə  digər  dövlət  və  yerli  özünüidarə  orqanlarının,  mülkiyyət 

formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sənədlərindən istifadə edilməsi; 




8.1.10.  konspirasiya  məqsədi  ilə  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydada uydurma idarə, müəssisə, təşkilat və digər hüquqi şəxslərin 

yaradılması; 

8.1.11.  informasiya-məlumat  sistemləri  və  əməliyyat  materialları  fondlarının  yaradılması, 

habelə  orada  olan  məlumatların  və  sənədlərin  uçotu,  saxlanması  və  istifadə  qaydalarının 

müəyyənləşdirilməsi; 

8.1.12.  odlu  silahın,  digər  xidməti  və  mülki  silahın,  döyüş  sursatının  əldə  edilməsi  və 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə olunması; 

8.1.13.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  xüsusi  təyinatlı 

dəstələrin yaradılması və onlardan istifadə olunması; 

8.1.14.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  və  öz 

səlahiyyətləri  daxilində  xarici  dövlətlərin  xüsusi  xidmət  və  hüquq  mühafizə  orqanları  ilə 

beynəlxalq  əməkdaşlığın  həyata  keçirilməsi,  onlarla  əməliyyat  məlumatının,  xüsusi  texniki  və 

digər vasitələrin mübadilə edilməsi, beynəlxalq müqavilələrin və sazişlərin bağlanması; 

8.1.15.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hüquqlardan istifadə edilməsi. 

8.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin həmçinin aşağıdakı hüquqları vardır: 

8.2.1.  milli  maraqlara  zərər  vura  biləcək  kəşfiyyat  fəaliyyətinin  və  təxribat-pozuculuq 

əməllərinin vaxtında qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin həyata keçirilməsi; 

8.2.2.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  səlahiyyətlər 

daxilində cinayət işlərinin başlanılması, təhqiqatın və ibtidai istintaqın aparılması; 

8.2.3.  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə  olan  təhdidlərin  reallaşmasına 

zəmin  yaradan  səbəb  və  şəraitin  aradan  qaldırılması  barədə  dövlət  və  yerli  özünüidarə 

orqanlarına,  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  idarə,  müəssisə  və  təşkilatlara, 

onların vəzifəli şəxslərinə təqdimatların verilməsi. 

M a d d ə   9 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əlaqələri

 

9.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  öz  fəaliyyətlərini  dövlət  və  yerli 



özünüidarə orqanları, həmçinin mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə 

və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirirlər. 

9.2.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  Azərbaycan  Respublikasının  milli 

təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən tədbirlərə digər dövlət orqanlarının qüvvə və 

vasitələrini cəlb edə bilərlər. 

9.3. Dövlət orqanları, həmçinin hüquqi və fiziki şəxslər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti 

subyektlərinin  üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməsində  onlara  zəruri  kömək 

göstərməlidirlər. 

9.4. Azərbaycan Respublikasının milli maraqlarına zərər vura biləcək əməllərdən qoruma və 

milli  təhlükəsizliyin  təmin  edilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti 

subyektlərinin  əməkdaşları  (onların  hərbi  xidmətdə  saxlanılması  və  bu  orqanlara 

mənsubiyyətinin açıqlanmaması şərti ilə) digər dövlət orqanlarına həmin orqanların razılığı ilə 

müvafiq  vəzifələrdə  işləməyə  göndərilə  bilərlər.  Dövlət  orqanlarının  vəzifəli  şəxsləri  bu 




şəxslərin  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  mənsubiyyətinin  açıqlanmasına 

görə məsuliyyət daşıyırlar. 

9.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin xarici dövlətlərin xüsusi xidmətləri, 

hüquq mühafizə orqanları və digər təşkilatları ilə qarşılıqlı əlaqəsi Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri 

tərəfindən həmin strukturlarla bağlanmış müqavilə və protokollar əsasında həyata keçirilir. 



I I I   F ə s i l  

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi

 

M a d d ə   1 0 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər 



və əsaslar

 

10.1. Kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır: 



10.1.1. Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsi üçün əlverişli şəraitin 

yaradılması; 

10.1.2.  Azərbaycan  Respublikasına  qarşı  təcavüz,  güc  tətbiqi  və  ya  tətbiq  edilməsi  hədəsi, 

düşmənçilik siyasətinin yeridilməsi; 

10.1.3.  kütləvi  qırğın  silahlarının  Azərbaycan  Respublikasına  qarşı  istifadə  edilə  bilməsi 

ehtimalı; 

10.1.4. transmilli təhdidlərin mövcudluğu; 

10.1.5.  Azərbaycan  Respublikasının  maraqlarına  toxunan  mövcud  və  potensial  regional 

münaqişələrin olması; 

10.1.6.  xarici  dövlətlərin  xüsusi  xidmət  orqanlarının  Azərbaycan  Respublikasının  milli 

maraqlarına zidd olan kəşfiyyat-pozuculuq fəaliyyəti; 

10.1.7.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinə,  suverenliyinə,  konstitusiya 

quruluşuna,  ərazi  bütövlüyünə,  xalqın  və  ölkənin  milli  maraqlarına,  şəxsiyyət,  cəmiyyətin  və 

dövlətin hüquq və mənafelərinə qarşı xarici təhdidlərin mövcudluğu. 

10.2.  Kəşfiyyat  fəaliyyətinin  həyata  keçirilməsi  prioritetlərini  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

10.3. Əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır: 

10.3.1.  siyasi,  iqtisadi,  sosial,  hərbi,  informasiya,  ekoloji,  mədəni  və  elmi-texniki  sahələrdə 

Azərbaycan Respublikasının milli maraqlarına təhdidlərin mövcudluğu; 

10.3.2.  xarici  xüsusi  xidmət  orqanlarının  və  təşkilatların,  habelə  ayrı-ayrı  şəxslərin 

Azərbaycan  Respublikasının  təhlükəsizliyinə  qarşı  yönəlmiş  kəşfiyyat,  terror-təxribat  və  digər 

pozuculuq fəaliyyətinə aid məlumatların olması; 

10.3.3. dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təmin olunması zərurəti; 

10.3.4.  separatizm,  etnik,  dini  və  siyasi  ekstremizm  halları  haqqında  məlumatların 

mövcudluğu; 

10.3.5. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, hərbi texnikanın, 

silahın  və  sursatın  qanunsuz  daşınması  məqsədilə  Azərbaycan  Respublikasının  ərazisindən 

tranzit kimi istifadə edilməsi cəhdlərinin mövcudluğu; 

10.3.6.  məxfi  əsasla  əməkdaşlığa  cəlb  olunan  və  ya  kömək  edən  şəxslərin  öyrənilməsi 

zərurəti; 

10.3.7. daxili təhlükəsizliyin təmin edilməsi. 



10.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti xüsusi xidmət orqanlarının səlahiyyətli şəxslərinin 

qərarları əsasında həyata keçirilir. 

M a d d ə   1 1 .  Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri

 

11.1. Kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı 



tədbirləri həyata keçirə bilərlər: 

11.1.1. vətəndaşların sorğusu; 

11.1.2. soraqlaşma; 

11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması; 

11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 

11.1.5. əşya və sənədlərin tədqiqi; 

11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 

11.1.7. şəxsiyyətin eyniləşdirilməsi; 

11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi; 

11.1.9. hüquqi şəxsin yaradılması. 

11.2. Kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun dövlət sirri 

təşkil edən xüsusi tədbirlərdən, metod və vasitələrdən istifadə edilə bilər. 

11.3. Azərbaycan Respublikasının ərazisində öz vətəndaşları barədə kəşfiyyat fəaliyyətinin 

xüsusi tədbirlərinin, metod və vasitələrinin tətbiq edilməsinə yol verilmir. 

11.4.  Əks-kəşfiyyat  fəaliyyətinin  subyektləri  bu  fəaliyyəti  həyata  keçirərkən  "Əməliyyat-

axtarış  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  qanunu  ilə  müəyyən  olunmuş 

əməliyyat-axtarış tədbirlərini və dövlət sirri təşkil edən digər xüsusi tədbirləri tətbiq edirlər. 

11.5.  Əks-kəşfiyyat  fəaliyyətində  əməliyyat-axtarış  tədbirlərinin  keçirilməsi  üçün  səbəblər 

və  əsaslar,  onların  tətbiqi  şərtləri,  həyata  keçirilməsi,  bu  tədbirlərə  dair  qərarların,  yazılı 

tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi 

qaydaları "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu və digər 

qanunvericilik aktları ilə tənzimlənir. 

11.6. Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirilərkən konspirasiya prinsipinə əsasən 

xüsusi  xidmət  orqanlarının  qüvvə,  vasitə,  hərəkət,  plan  və  niyyətlərinin  xarici  təzahürləri 

gizlədilə,  həmçinin  rəqibin  aldadılması  məqsədi  ilə  münasib  niyyətləri  və  hərəkətləri  təqlid 

edən davranış modeli tətbiq edilə bilər. 

11.7.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  ilə  bağlı  tədbirlərin  hazırlanması  və  həyata 

keçirilməsi qaydası, həmçinin istifadə edilməli gizli üsul və vasitələr, kəşfiyyat və əks-kəşfiyyat 

tədbirlərini özündə əks etdirən əməliyyat-qeydiyyat işlərinin başlanılması, növləri, qeydiyyatı, 

aparılması  qaydaları,  habelə  bu  işlərə  dair  materialların  saxlanılması  müddətləri  kəşfiyyat  və 

əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ hüquqi aktları ilə müəyyən olunur. 

M a d d ə   1 2 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələrindən istifadə edilməsi

 

12.1. 


Kəşfiyyat 

və 


əks-kəşfiyyat 

fəaliyyətinin 

nəticələri 

barədə 


məlumatlar 

ümumiləşdirilərək  milli  təhlükəsizlik  siyasətinin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün 

mütəmadi olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 

12.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri: 

12.2.1.  milli  təhlükəsizliyin  təmin  olunması  sahəsində  dövlət  proqramlarının 

hazırlanmasında; 




12.2.2.  milli  təhlükəsizliyin  təmin  olunması  ilə  bağlı  qanunların  və  digər  normativ  hüquqi 

aktların,  beynəlxalq  saziş  və  müqavilələrin  layihələrinin  hazırlanmasında  və  ya  onlara  dair 

təkliflərin verilməsində; 

12.2.3. kəşfiyyat fəaliyyətinin prioritetlərinin müəyyən edilməsində; 

12.2.4. 

kəşfiyyat 

və 

əks-kəşfiyyat 



fəaliyyətinin 

qiymətləndirilməsində 

və 

təkmilləşdirilməsində; 



12.2.5.  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  konkret  göstərişlərin 

hazırlanmasında; 

12.2.6. milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılmasında; 

12.2.7.  siyasi,  iqtisadi,  hərbi,  elmi-texniki  və  milli  təhlükəsizliyin  təminatı  ilə  bağlı  digər 

sahələrdə qərarların qəbul edilməsində; 

12.2.8. iqtisadi inkişafa, elmi-texniki tərəqqiyə nail olunmasında; 

12.2.9. dövlət sirlərinin mühafizəsi işinin təkmilləşdirilməsində; 

12.2.10. cinayət təqibinin başlanmasında istifadə edilə bilər. 

12.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri cinayət prosesində, bir qayda olaraq, 

bu  şərtlə  istifadə  edilir  ki,  onlar  "Əməliyyat-axtarış  fəaliyyəti  haqqında"  Azərbaycan 

Respublikasının  qanununa  müvafiq  surətdə  əldə  edilmiş  olsun.  Kəşfiyyat  və  əks-kəşfiyyat 

fəaliyyətinin  nəticələri  yalnız  xüsusi  xidmət  orqanının  səlahiyyətli  şəxsinin  qərarı  əsasında 

ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər. 

12.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatların, sənədlərin 

və digər əşyaların cinayət prosesində sübut kimi qəbul edilməsinin mümkünlüyü Azərbaycan 

Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir. 

M a d d ə   1 3 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatların mühafizəsi

 

13.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  həyata  keçirilərkən  bu  fəaliyyətin  mahiyyətinə 



uyğun aşkar, yaxud qeyri-aşkar metod və vasitələrdən istifadə edilir. 

13.2.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  təşkili,  taktikası,  gizli  üsulları  və  vasitələri 

haqqında,  habelə  qanunvericilikdə  müəyyən  olunmuş  digər  məlumatlar  dövlət  sirri  təşkil 

edir.


[2]

 

13.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektinə  hərbi  xidmətə  (işə)  qəbul  olunan 



vətəndaşlar,  həmçinin  bu  orqanlar  haqqında  məlumatları  bilmək  hüququna  malik  şəxslər 

dövlət  sirri  təşkil  edən  məlumatların  yayılmaması  barədə  öhdəlik  qəbul  etməklə,  müvafiq 

rəsmiləşdirmə prosedurunu keçirlər. 

13.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektlərinin  əməkdaşları  və  bu  orqanlarla 

əməkdaşlıq (kömək) edən və ya etmiş şəxslər dövlət sirri təşkil edən məlumatları yaymağa görə 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  məsuliyyət 

daşıyırlar. 

[3]


 

13.5.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektlərinin  əməkdaşları,  onlarla  məxfi 

əsasla əməkdaşlıq (kömək) edən və ya etmiş şəxslər barədə, habelə göstərilən fəaliyyətin həyata 

keçirilməsinin təşkili, taktikası, üsul və vasitələri haqqında məlumatları ehtiva edən sənədlərin 

və materialların yayılmasına yol verilmir və onlar bu orqanların arxivlərində saxlanılır. 

13.6.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin  subyektlərinin  arxivlərinin  məxfilikdən 

çıxarılmış  tarixi  və  ya  elmi  əhəmiyyət  kəsb  edən  materialları  Azərbaycan  Respublikasının 



qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  saxlanmaq  üçün  digər  dövlət  arxivlərinə  verilə 

bilər. 


I V   F ə s i l  

KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN QÜVVƏ VƏ 

VASİTƏLƏRİ 

M a d d ə   1 4 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları

 

14.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  hərbi  qulluqçular və  bu  subyektlərlə 



əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 

14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi 

hərbi  xidmət  hərbi  qulluqçuları  istisna  olmaqla),  həmçinin  hərbi  qulluqçu  vəzifələrinə  təyin 

edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 

14.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  hərbi  qulluqçuları  "Hərbi  xidmət 

haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, 

"Hərbi  xidmətkeçmə  haqqında"  Əsasnaməyə,  hərbi  nizamnamələrə  və  digər  hərbi 

qanunvericilik  aktlarına  müvafiq  olaraq  həyata  keçirdikləri  vəzifələrin  xüsusiyyətləri  nəzərə 

alınmaqla həqiqi hərbi xidmət keçirlər. 

14.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərində  hərbi  xidmətə  qəbul  edilmiş 

şəxslər  və  onların  təhsil  müəssisələrinin  müdavimləri  (kursantları)  hərbi  mükəlləfiyyət 

qeydiyyatından  çıxarılır  və  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanında 

xüsusi qeydiyyata alınırlar. 

14.5.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşlarına  nümunəsi 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti 

vəsiqə verilir. 

14.6.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşları  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, 

habelə  xüsusi  vasitələr  və  odlu  silah  saxlamaq,  gəzdirmək  və  onları  tətbiq  etmək  hüququna 

malikdirlər. 

14.7.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşları  dövlət  və  yerli 

özünüidarə  orqanlarının,  mülkiyyət formasından  asılı  olmayaraq  idarə, müəssisə,  təşkilatların 

xidməti otaqlarına və ərazilərinə onların rəhbərlərini qabaqcadan xəbərdar etməklə daxil olmaq 

hüququna malikdirlər. 

14.8.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  ehtiyatını  bu  subyektlərdə 

müəyyən edilmiş həqiqi  hərbi  xidmət  müddətlərini  başa  vurmuş hərbi qulluqçular,  habelə  öz 

razılığı  ilə  bu  subyektlərin  ehtiyatına  qəbul  olunmuş  digər  hərbi  vəzifəli  vətəndaşlar  təşkil 

edirlər. 

14.9. Bu qanunun 14.8-ci maddəsində göstərilmiş şəxslər Azərbaycan Respublikası kəşfiyyat 

və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərində  hərbi  qeydiyyata  alınırlar  və  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirlər. 

14.10.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  əməkdaşlarının  peşə  hazırlığının 

artırılması və kadrların hazırlanması məqsədi ilə tədris müəssisələri yaradılır. 



14.11.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  xarici  dövlətlərin  xüsusi  xidmətləri 

ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının 

artırılması sahəsində əməkdaşlıq edə bilərlər. 

M a d d ə   1 5 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair 



əlavə tələblər

 

15.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərində  hərbi  xidmətə  (işə)  könüllülük 



əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və 

təhsil  səviyyəsinə  görə  bu  subyektlərin  üzərinə  düşən  vəzifələri  yerinə  yetirməyə  qadir  olan 

Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 

15.2.  İkili  vətəndaşlığı,  digər  dövlətlər  qarşısında  öhdəlikləri  olan  şəxslər,  din  xadimləri, 

fəaliyyət  qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən 

müəyyənləşdirilmiş,  cinayət  törətdiyinə  görə  əvvəllər  məhkum  edilmiş,  habelə  barəsində 

cinayət  işinin  icraatına  bəraətverici  əsaslar  olmadan  xitam  verilmiş,  əvvəllər  işdə  ciddi 

nöqsanlara,  bu  subyektlərdə  xidmətlə  bir  araya sığmayan  fəaliyyətlə  məşğul  olmasına,  xüsusi 

xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə 

bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər. 

15.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  hərbi  xidmətə  (işə)  qəbul  olunan 

şəxslər barədə xüsusi yoxlama tədbirlərinin keçirilməsi qaydaları Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə tənzimlənir. 

15.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  həqiqi  hərbi  xidmətə  qəbul  edilən 

və ya bü subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra 

hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır. 

M a d d ə   1 6 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslər

 

16.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  onların  üzərinə  qoyulmuş  vəzifələri 



yerinə  yetirmək  üçün  aşkar  və  ya  məxfi  əsasla  öz  razılığını  verən,  yetkinlik  yaşına  çatmış, 

fəaliyyət qabiliyyətli şəxsləri əməkdaşlığa cəlb edə bilərlər. 

16.2.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  kömək  edən  şəxslər  aşağıdakı 

hüquqlara malikdirlər: 

16.2.1.  məxfi  əməkdaşlıq  barədə  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  ilə 

müqavilə bağlamaq və ya şifahi razılıq vermək; 

16.2.2. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarından öz vəzifələri və 

hüquqları barədə məlumat almaq; 

16.2.3.  konspirasiya  məqsədi  ilə  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin 

müəyyən etdiyi qaydada şəxsiyyəti pərdələyən sənədlərdən istifadə etmək; 

16.2.4. əmək haqqı, mükafat və digər maddi təminatlar almaq. 

16.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  kömək  edən  şəxslərin  vəzifələri 

aşağıdakılardır: 

16.3.1.  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  ilə  bağlanmış  əməkdaşlıq haqqında 

müqavilənin və ya şifahi razılaşmanın şərtlərinə əməl etmək

16.3.2. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin həyata 

keçirilməsi ilə əlaqədar tapşırıqları yerinə yetirmək; 



16.3.3.  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  qeyri-obyektiv,  yanlış,  qərəzli  və 

ya böhtan xarakterli məlumatların qəsdən təqdim edilməsi hallarına yol verməmək; 

16.3.4. dövlət sirri təşkil edən, həmçinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə 

kömək göstərilməsi prosesində onlara bəlli olmuş digər məlumatları yaymamaq. 

16.4.  Bu  qanunun  16.1-ci  maddəsində  göstərilmiş  şəxslərin  fəaliyyəti  ilə  əlaqədar  digər 

məsələlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi 

aktları ilə tənzimlənir. 

M a d d ə   1 7 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin informasiya təminatı

 

17.1.  Öz  fəaliyyətini  təmin  etmək  məqsədi  ilə  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti 



subyektləri  informasiya,  rabitə  sistemləri,  habelə  kriptoqrafik  və  digər  məlumat  müdafiə 

sistemləri  yarada  və  onlardan  istifadə  edə  bilər.  İnformasiyanı  mühafizə  vasitələrinin 

yaradılması,  istehsalı,  təmiri,  idxalı,  ixracı,  satışı,  istifadəsi,  bu  sahədə  xidmətlər  göstərilməsi, 

eləcə  də  onların  yerinə  yetirilməsinə  nəzarət  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq həyata keçirilir. 

17.2. Xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının kəşfiyyat və digər fəaliyyətləri 

haqqında məlumatların, habelə ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının təhlükəsizliyinə 

zərər  vurmağa  yönəlmiş  hüquqazidd  əməlləri  barədə  məlumatların  uçotu,  saxlanılması  və 

istifadə  olunması  qaydaları  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  normativ 

hüquqi aktları ilə müəyyən edilir. 

17.3.  İnformasiya  sistemlərində  fiziki  və  hüquqi  şəxslər  barədə  məlumatların  olması 

kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  göstərilən  şəxslərin  hüquq  və  azadlıqlarını 

məhdudlaşdırmaq üçün tədbirlər görməyə əsas vermir. 

17.4.  Təşkilati-hüquqi  və  mülkiyyət  formasından  asılı  olmayaraq Azərbaycan  Respublikası 

ərazisində fəaliyyət göstərən rabitə müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən  edilmiş  qaydada  kəşfiyyat  və  əks-kəşfiyyat  tədbirlərinin  keçirilməsi  üçün  şərait 

yaratmağa,  bu  məqsədlə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  şərtlərə 

uyğun rabitə şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə 

və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludurlar. 

M a d d ə   1 8 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanma və 



təchizat vasitələri

 

18.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  Azərbaycan  Respublikasının 



qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  silahlanma  və  təchizat  vasitələri,  o  cümlədən 

xüsusi  texniki  və  digər  vasitələr  işləyib  hazırlayır,  istehsalı,  əldə  edilməsi  və  istifadəsi  ilə 

məşğul  olur,  habelə  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  silahlanması  məqsədi 

ilə odlu silah, digər xidməti və mülki silah, döyüş sursatı əldə edir və istifadə edir. 

18.2.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  tərəfindən  bu  qanunun  18.1-ci 

maddəsində  göstərilmiş  silahlanma  və  təchizat  vasitələrindən  istifadə,  odlu  silah  və  döyüş 

sursatının  verilməsi,  saxlanması,  məhv  edilməsi,  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənara  çıxarılması  və  onun  ərazisinə  gətirilməsi  qaydaları  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilir. 

18.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  müəyyənləşdirilmiş  normalar 

əsasında  binalar  və  nəqliyyat  vasitələri  ilə  təmin  edilirlər.  Onların  maddi-texniki  təminatı 



qaydalarını  və  normalarını  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

müəyyənləşdirir. 

18.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  hərbi  qulluqçuları  Azərbaycan 

Respublikasının  Silahlı  Qüvvələrinin  və  başqa  silahlı  birləşmələrinin  hərbi  qulluqçuları  üçün 

müəyyən olunmuş hərbi geyim forması ilə təchiz edilirlər. Hərbi geyim formasında kəşfiyyat və 

əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  mənsubiyyəti  müəyyən  edən  fərqləndirmə  nişanları 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

18.5.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  dövlət  büdcəsinin  vəsaiti,  habelə  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir. 

V   F ə s i l  



KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİ SUBYEKTLƏRİ ƏMƏKDAŞLARININ 

VƏ BU SUBYEKTLƏRƏ KÖMƏK EDƏN ŞƏXSLƏRİN HÜQUQİ VƏ SOSİAL MÜDAFİƏSİ 

M a d d ə   1 9 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının hüquqi 



müdafiəsi

 

19.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşları  Azərbaycan 



Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  səlahiyyətləri  həyata  keçirərkən  dövlət 

hakimiyyəti  nümayəndəsi  kimi  çıxış  edirlər  və  dövlət  tərəfindən  müdafiə  olunurlar. 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  səlahiyyət  verilmiş  dövlət  orqanlarından  və 

vəzifəli  şəxslərdən  başqa,  heç  kəsin  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin 

əməkdaşlarının xidməti fəaliyyətinə qarışmağa ixtiyarı yoxdur. 

19.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşının xidməti vəzifələrinin 

icrası  zamanı  ona  müqavimət  göstərmək,  zor  tətbiq  etmək  və  ya  zor  tətbiqi  ilə  hədələmək, 

təhqir  etmək  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  məsuliyyətə 

səbəb olur. 

19.3. Öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti 

subyektlərinin  əməkdaşlarının  və  onların  ailə  üzvlərinin  həyat  və  sağlamlığının,  həmçinin 

əmlakının  cinayətkar  qəsdlərdən  qorunması  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

19.4.  Kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşları,  onların  ailə  üzvləri  Azərbaycan 

Respublikasının  ərazisindən  kənarda  həbs  və  ya  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum 

edildikdə,  dövlət  orqanları  bu  şəxslərin  azad  olunması  üçün  zəruri  tədbirlər  həyata 

keçirməlidirlər. 

19.5.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşı  xidməti  vəzifələrini 

yerinə  yetirərkən  (cinayət  başında  yaxalanma  halları  istisna  olmaqla),  bu  subyektlərin  rəsmi 

nümayəndəsinin  iştirakı  olmadan  onun  məcburi  gətirilməsinə,  tutulmasına,  şəxsi  axtarışına, 

əşya  və  nəqliyyat  vasitəsinin  baxışına  yol  verilmir.  Əməkdaşların  kəşfiyyat  və  əks-kəşfiyyat 

fəaliyyəti  subyektlərinin  əməliyyat  bölmələrinə  mənsubiyyətinin  açıqlanmaması  məqsədi  ilə, 

habelə  digər  dövlət  sirlərinin  mühafizəsi  naminə  onun  şahid  qismində  dindirilməsi  yalnız  bu 

subyektlərin rəhbərliyinə məlumat verilməklə həyata keçirilə bilər. 

19.6.  Xarici  dövlətlərin  xüsusi  xidmət  orqanlarında  və  təşkilatlarında, həmçinin  cinayətkar 

qrupların  tərkibində  tapşırıqlar  yerinə  yetirmiş  və  ya  yetirən  kəşfiyyat  və  əks-kəşfiyyat 




fəaliyyəti  subyektlərinin  əməkdaşları  barədə  məlumatlar  dövlət  sirri  təşkil  edir  və  onların 

açıqlanması  yalnız  bu  subyektlərin  rəhbərlərinin  və  göstərilən  əməkdaşların  yazılı  razılığı 

əsasında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda 

mümkündür. 

M a d d ə   2 0 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının 

sosial müdafiəsi

 

20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi 



"Hərbi  qulluqçuların  statusu  haqqında",  "Əmək  pensiyaları  haqqında",  "Əməliyyat-axtarış 

fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik 

aktları ilə müəyyən edilir. 

20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı 

(təminat  xərcliyi)  vəzifə  maaşından,  rütbə  maaşından,  xidmət  illərinə  görə  əlavədən,  üstəlik 

verilən  pul  təminatının  digər  növlərindən,  kompensasiyalardan  və  müavinətlərdən  ibarətdir. 

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına 

bu  qanuna  və  xidmətin  xüsusiyyətləri  nəzərə  alınmaqla  digər  qanunvericilik  aktlarına  əsasən 

üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 

20.3.  "Əmək  pensiyaları  haqqında"  Azərbaycan  Respublikası  qanununa  və  bu  qanuna 

uyğun  pensiya  hüququna  malik  olan  kəşfiyyat  və  əks-kəşfiyyat  subyektlərinin  hərbi 

qulluqçularına  pensiya  təyin  edilən  zamanı  onların  xidmətdən  tərxis  olunan  günə  aldıqları 

miqdarda  bütün  növ  pul  təminatı  (ərzaq  payı  əvəzinə  verilən  pul  kompensiyasından  başqa 

digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. 



[4]

 

20.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektinin  rəhbəri  həmin  subyektin 



əməkdaşlarına  peşəkarlığa,  mühüm  vəzifə  və  tapşırıqların  yerinə  yetirilməsinə,  xidmətdə 

fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 

20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin 

yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  qaydada  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti 

subyektinin hesabına həyata keçirilir. 

20.6.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektinin  hərbi  qulluqçularına  hər  il 

məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 

20.7.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  əməkdaşları  (pensiyaya  çıxmış 

əməkdaşlar  da  daxil  olmaqla),  o  cümlədən  onların  ailə  üzvləri  pulsuz  dövlət  tibb  xidməti  ilə 

təmin  olunurlar.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  hərbi  qulluqçularının 

müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik 

müavinət verilir. 

20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti 

subyektlərinə  hərbi  xidmətə  qəbul  olunmuş  hərbi  qulluqçuların  hərbi  xidmətə  qəbul  olunana 

qədərki  əmək  stajı  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 

etdiyi  qaydada  pensiya  təyin  edilməsi  və  xidmət  illərinə  görə  əlavə  faizin  ödənilməsi  üçün 

onların xidmət illərinə hesablana bilər. 

20.9.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  əməkdaşlarının  xarici  dövlətlərin 

xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə 




yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının 

müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət 

illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. 

[5]


 

20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə 

işləyən  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  əməkdaşlarının  və  işçilərinin  vəzifə 

maaşlarına  artımların  miqdarı  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən olunur. 

20.11.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  hərbi  qulluqçularının  həyatı  və 

sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 

20.12.  Xidməti  vəzifələrin  icrası  zamanı  həlak  olmuş  (ölmüş),  xəsarət  (yaralanma,  travma, 

kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat 

fəaliyyətinin  subyektləri  əməkdaşlarına  və  ya  onların  ailəsinə  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  və  həcmdə 

kompensasiya verilir. 



[6]

 

20.13.  Xidməti  vəzifələrinin  icrası  zamanı  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinin 



subyektləri  əməkdaşlarının  əmlakına  dəyən  zərər  dövlət  büdcəsinin  vəsaiti  hesabına  tam 

həcmdə ödənilir. 

M a d d ə   2 1 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin 

hüquqi və sosial müdafiəsi

 

21.1.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  həvalə  olunmuş  vəzifələrin  yerinə 



yetirilməsinə  kömək  edən  şəxslərin  hüquqi  və  sosial  müdafiəsi  "Əməliyyat-axtarış  fəaliyyəti 

haqqında"  Azərbaycan  Respublikasının  qanunu  və  bu  qanunla  nəzərdə  tutulmuş  qaydada 

həyata keçirilir. 

21.2.  Məxfi  əsasla  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  kömək  edən  və  ya 

etmiş  şəxslər  haqqında  məlumatlar  dövlət  sirri  təşkil  edir  və  onların  açıqlanmasına  yalnız  bu 

subyektlərin  rəhbərlərinin  və  göstərilən  şəxslərin  yazılı  razılığı  əsasında  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda yol verilə bilər. 

21.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  kömək  edən  və  ya  kömək  etmiş 

şəxslər  Azərbaycan  Respublikasının  vətəndaşı  olmadıqda,  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər. 

21.4.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinə  kömək  edən  şəxslərə  əmək  haqqı, 

mükafat  və  digər  maddi  təminatların  verilmə  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

V I   F ə s i l  



KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİNƏ NƏZARƏT 

M a d d ə   2 2 .  Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarət

 

22.1. Xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi



kəşfiyyat  və  əks-kəşfiyyat  tədbirlərinin  təşkili  və  keçirilməsi  zamanı  qanunçuluğa  əməl 

olunması  məqsədilə  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyətinə  idarədaxili  və  idarədənkənar 

nəzarət həyata keçirilir. 



22.2. 

Kəşfiyyat 

və 

əks-kəşfiyyat 



fəaliyyətinə 

idarədaxili 

nəzarəti 

Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  səlahiyyətlər  çərçivəsində  bu 

fəaliyyətin  subyektləri,  idarədənkənar  nəzarəti  isə  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı həyata keçirir. 

22.3.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  müəyyən  olunmuş  qaydada 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  öz  fəaliyyətləri  barədə 

mütəmadi  hesabat  verirlər.  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  subyektlərinin  rəhbərləri 

məlumatların  etibarlılığına,  obyektivliyinə  və  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanına vaxtında çatdırılmasına görə şəxsi məsuliyyət daşıyırlar. 

22.4.  Əks-kəşfiyyat  fəaliyyətində  əməliyyat-axtarış  tədbirlərinin  tətbiqinə  nəzarətin  həyata 

keçirilməsi  "Əməliyyat-axtarış  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  qanunu  ilə 

tənzimlənir. 

22.5.  Əks-kəşfiyyat  fəaliyyəti  subyektlərində  aparılan  təhqiqata  və  ibtidai  istintaqa 

prosessual  rəhbərliyi  Azərbaycan  Respublikasının  baş  prokuroru  və  onun  müvəkkil  etdiyi 

prokurorlar həyata keçirirlər. 

22.6.  Əks-kəşfiyyat  fəaliyyəti  subyektləri  tərəfindən  istintaq  hərəkətlərinin  məcburi 

aparılmasına,  prosessual  məcburiyyət  tədbirlərinin  və  əməliyyat-axtarış  tədbirlərinin  tətbiq 

edilməsinə  məhkəmə  nəzarətinin  həyata  keçirilməsi  Azərbaycan  Respublikasının  cinayət-

prosessual qanunvericiliyi ilə müəyyən edilir. 

22.7.  Əks-kəşfiyyat  fəaliyyətinin  təşkili,  taktikası,  üsulları  və  vasitələri,  o  cümlədən  bu 

subyektlərə  kömək  edən  və  ya  etmiş  şəxslər  barədə  məlumatlar  bu  fəaliyyətin  subyektləri 

rəhbərlərinin  və  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  nəzarəti 

istisna olmaqla, digər nəzarətin predmetinə daxil deyildir. 



 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2004-cü il  



№ 711-IIQ

 

 



Yüklə 162,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə