Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin
08 nömrəli 19 dekabr 2016-cı il
tarixli qərarı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ
2017-2020-ci İLLƏR ÜÇÜN
AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD
İDMAN TƏSNİFATI
BAKI-2017
TƏSNİFATDA GETMİŞ İXTİSARLAR
-
ARVİT
|
Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı
|
ARƏİU
|
Azərbaycan Respublikasının Əməkdar İdman ustası
|
ARƏM
|
Azərbaycan Respublikasının Əməkdar məşqçisi
|
ARFBTİİ
|
Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi
|
İU
|
İdman ustası
|
İUN
|
İdman ustalığına namizəd
|
I d.
|
Birinci dərəcə
|
II d.
|
İkinci dərəcə
|
III d.
|
Üçüncü dərəcə
|
IV d.
|
Dördüncü dərəcə
|
VMH
|
Vətənin Müdafiəsinə Hazıram
|
KQ
|
Kiloqram
|
KİCRŞ
|
Könüllü İdman Cəmiyyətinin Respublika Şurası
|
İCRŞ
|
İdman Cəmiyyətinin Respublika Şurası
|
İSM
|
İdman-Sağlamlıq Mərkəzi
|
İK
|
İdman Klubu
|
UGİM
|
Uşaq-Gənclər İdman Məktəbi
|
İOEUGİM
|
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
|
AHİTA
|
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası
|
Azərbaycan Respublikasının vahid İdman təsnifatının
Ə S A S N A M Ə S İ
Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı (ARVİT) ölkədə fiziki tərbiyə sisteminin mühüm proqram normativ sənədlərindən biridir.
I. Təsnifatın vəzifələri
-
Ölkə əhalisinin bədən tərbiyəsi və idmanla müntəzəm və fəal məşğul olmağa cəlb olunmasına, gənclərin idmana olan marağının genişlənməsinə, idmanla məşğul olanların fiziki hazırlığının artırılmasına yardım göstərir.
-
İdman dərəcələrinin norma və tələblərini, onların ödənilmə şərtlərini və qaydalarını müəyyən edir.
-
Məşğul olanların idman ustalığının artırılmasına və idmançıların beynəlxalq yarışlara hazırlanmasına yardım göstərir.
-
Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına köməklik edir.
II. Adlar və dərəcələr verilən idman növləri
Olimpiya Oyunları proqramına daxil olan idman növləri
|
1.
|
Ağır atletika
|
17.
|
Triatlon
|
2.
|
Akademik Avarçəkmə
|
18.
|
Otüstü xokkey
|
3.
|
Atçılıq idmanı
|
19.
|
Sərbəst güləş
|
4.
|
Atletika
|
20.
|
Stolüstü tennis
|
5.
|
Badminton
|
21.
|
Stend atıcılığı
|
6.
|
Kayak və kanoe qayıqlarında avarçəkmə
|
22.
|
Suya tullanma
|
7.
|
Batut gimnastikası
|
23.
|
Su polosu
|
8.
|
Bədii gimnastika
|
24.
|
Basketbol
|
9.
|
Boks
|
25.
|
Tennis
|
10.
|
Cüdo
|
26.
|
Üzgüçülük
|
11.
|
Futbol
|
27.
|
Voleybol
|
12.
|
Güllə atıcılığı
|
28.
|
Velosiped idmanı
|
13.
|
Həndbol
|
29.
|
Yunan-Roma güləşi
|
14.
|
İdman gimnastikası
|
30.
|
Yelkən idmanı
|
15.
|
Kamandan oxatma
|
31.
|
Karate WKF
|
16.
|
Qılıncoynatma
|
32.
|
Qayaya dırmanma
|
|
|
33.
|
Taekvondo
|
Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri
| -
|
Alpinizm, qayaya və buza dırmanma
|
18.
|
Zorxana
| -
|
Aykido
|
19.
|
Nərd
| -
|
Qol güləşi
|
20.
|
Sportinq
| -
|
Bodibildinq
|
21.
|
Boulinq
| -
|
Bilyard
|
22.
|
Paraşütlə tullanmaq
| -
|
Avtomobil
|
23.
|
Akrobatika gimnastikası
| -
|
Dama
|
24.
|
Aerobika gimnastikası
| -
|
Şərq idman növləri
|
25.
|
Kapoeyra
| -
|
İdman rəqsləri
|
26.
|
Motosiklet idmanı
| -
|
Qalaqapı
|
27.
|
Poverlifinq
| -
|
Futzal
|
28.
|
Reqbi
| -
|
İdman turizmi
|
29.
|
Sambo
| -
|
Vətənin müdafiəsinə hazıram çoxnövçülüyü
Poliatlon
|
30.
|
Səmti müəyyənetmə
| -
|
Pankration
|
31.
|
Şahmat və şahmat kompozisiyası
| -
|
Milli güləş
|
32.
|
Tamblinq
| -
|
Avtomobil idmanı
|
33.
|
Universal döyüş
| -
|
Pəhlivan güləşi
|
|
|
Paralimpiya Oyunları proqramına daxil olan idman növləri
|
1.
|
Atletika
|
7.
|
Güllə atıcılığı
|
2.
|
Cüdo
|
8.
|
Poverliftinq
|
3.
|
Qolbol
|
9.
|
Voleybol
|
4.
|
Kamandan oxatma
|
10.
|
Qılıncoynatma
|
5.
|
Üzgüçülük
|
11.
|
Stolüstü tennis
|
6.
|
Velosiped idmanı
|
|
|
III. İdman adları və dərəcələri, tələblər və normalar
-
İdmançılara Azərbaycan Respublikasında inkişaf etdirilən idman növləri üzrə aşağıdakı adlar və idman dərəcələri verilir:
Adlar – Azərbaycan Respublikasının Əməkdar İdman ustası (ARƏİU), Azərbaycan Respublikasının Əməkdar Məşqçisi (ARƏM) Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (ARFBTİİ)
İdman dərəcələri – İdman ustası (İU) İdman ustalığına namizəd (İUN), I dərəcə, II dərəcə, III dərəcə, IV dərəcə
Müxtəlif çətinlik səviyyəsi olan idman nailiyyətlərinin göstəriciləri müəyyən olunmuş şərtlərlə yerinə yetirilən tələb və normalardan ibarətdir. Dərəcə normaları metr, vaxt, çəki və digər göstəricilər ilə müəyyən olunur.
IV. İdman adları və dərəcələrinə yaş tələbləri
-
İdman adları və dərəcələri idmançılara təsnifatın müəyyən etdiyi yaşlarda, dərəcə tələblərini və normalarını yerinə yetirdikdə verilir. Yarış iştirakçıları aşağıdakı yaş qruplarına bölünürlər: kiçik yaşlı yeniyetmələr, yeniyetmələr, gənclər və böyüklər. Yaş həddi hər idman növündə, onun xüsusiyyətlərindən asılı olaraq müəyyən olunur.
-
Gənc idmançıların yarışlarda iştirak etməsi hüququ yarışların əsasnaməsi ilə tənzimlənir.
Dostları ilə paylaş: |