İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
15
Təlim də əsas pedaqoji anlayışlardan biridir. Bir sıra pedaqoji
ədəbiyyatlarda ona müəllim və şagirdlərin qarşılıqlı məqsədyönlü
fəaliyyəti kimi yanaşılır (118, s.12). Digər ədəbiyyatda təlim proses
kimi dəyərləndirilir: “Təlim müəllimin rəhbərliyi ilə şagirdlərin
müəyyən bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu
zaman onların inkişaf etdirilməsi və tərbiyə olunması prosesidir”
(54, s.11). Son dövrlərdə aparılmış pedaqoji araşdırmalarda belə
qənaət hasil edilmişdir ki, “Təlim müəllim və şagirdlərin xüsusi
təşkil olunmuş prosesdə məqsədyönlü və idarə olunan qarşılıqlı
fəaliyyətidir (110, s.17). Belə nəticəyə gəlmək mümkündür ki,
istinad olunmuş fikirlərdə mühüm pedaqoji anlayış kimi təlimin
xarakterik xüsusiyyətləri müxtəlif mövqelərdən qiymətləndirilir. O
gah fəaliyyət, gah da proses kimi izah edilir. Lakin bütün hallarda
müəllim və şagird əsas amil kimi götürülür.
“Təhsil təlimin nəticəsidir”...Təhsil təlim olunanın əldə etdiyi
bilik, bacarıq və vərdişlərin sistemli həcmidir (74, s.12). Bu
fikirlərdə də təhsilin təlimin nəticəsi olduğu vurğulanır. Bu
yanaşma özlüyündə təhsil və təlim anlayışlarının semantikasında
eyniyyətin olmadığını aydın şəkildə göstərir. Lakin təhsilin bilik,
bacarıq və vərdişlərin sistemli həcmi kimi təqdim edilməsi sual
doğurur.
“Təhsilin məzmunu dedikdə, həyata, əməyə hazır olmaq üçün
məktəblilərin yiyələnməli olduqları bilik, bacarıq və vərdişlər
sistemi başa düşülür” fikrini irəli sürən M.N.Skatkin və
V.V.Krayevski qeyd edirlər ki, bu anlayış özündə dörd komponenti
birləşdirir: 1) dünya (ətraf aləm) haqqında biliklər; 2) bacarıq və
vərdişlər-tipik stereotip fəaliyyətin icrasının rasional üsulları; 3)
yaradıcı (qeyri-standart) fəaliyyət təcrübəsi; 4) dünyaya və bir-
birinə münasibətlərin (ruhi, mənəvi, estetik) normaları; yəni
tərbiyəlilik normaları (152, s. 94).
Müəlliflərin fikrincə, məzmunun bu dörd komponentin biri
digərini əvəz etmir hamısı eyni dərəcədə vacibdir. Təhsilin
məzmununun bu anlamı hələ hamı tərəfindən qəbul edilməsə də,
perspektivlidir və diqqəti cəlb edir.