İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
11
I FƏSİL
İBTİDAİ TƏHSİLİN MƏZMUNUNUN NƏZƏRİ
PROBLEMLƏRİ
1.1 “Təhsilin məzmunu” anlayışının mahiyyəti
Təhsil quruculuğu ilkin olaraq məzmundan başlanır. Ona
bütövlükdə təhsil prosesinin nüvəsi, əsası kimi baxılır. Təhsilin
məzmununun müəyyənləşdirilməsi mühüm pedaqoji problem kimi
dəyərləndirilməklə onun həll olunmasına ciddi sosial tələblər qoyu-
lur. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda
təhsilin məzmununa xüsusi yer ayrılır. “Təhsilalanların fasiləsiz
təhsil almasını daim yeniləşən, müasir standartlara uyğun gələn
biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını da-
ha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömrü bo-
yu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin et-
mək” və “yuksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə,
yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik
istiqamət tapmaq bacarığı formalaşdırmaq” (119, s.17-18) və b.
təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər kimi təsbit
olunur.
Bəs bu tələblərin öhdəsindən uğurla gəlmək üçün orta
ümumtəhsil məktəblərində şagirdlərə nəyi öyrətmək lazımdır?
Yetişməkdə olan nəslin hazırlıq səviyyəsi, hər şeydən əvvəl, məhz
bu məsələnin lazımi həllindən asılıdır. Didaktikanın başqa elə bir
məsələsi yoxdur ki, onun ətrafinda təhsilin məzmunu probleminin
ətrafında olduğu qədər kəskin müzakirələr getmiş olsun. Cünki
xalqın mədəni səviyyəsi, dünyagörüşünün xarakteri, gənclərin
ümumi inkişaf səviyyəsi və onların həyata, əməyə hazırlığı məhz
təhsilin məzmunundan asılıdır.