12
Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd yeri. İlk dəfə XIII əsrdə Kirakos Gəncəli tərəfindən xatırlanır (85, s.132).
Toponim şəxs adı əsasında düzəlib, «Abbasa məxsus dərə (kənd)» mənasını bildirir.
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu
ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşirdi (85, s. 163). XX əsrin
əvvəllərində xarabalığa çevrilmişdir. İndi ölü kənddir.
Toponim şəxs adı ilə relyef bildirən
dərə sözünün birləşməsindən əmələ gəlmişdir.
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Abbas dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında,
indiki Karvansaray
(İcevan) rayonunda kənd. Azərbaycanlılar yaşamışdır. İlk dəfə adı XIII əsrdə Kirakos Gəncəli
tərəfindən çəkilir.
Toponim şəxs adına relyef bildirən dərə sözünün birləşməsi əsasında əmələ gəlmişdir. II növ
təyini söz birləşməsi əsasında yaranan mürəkkəb quruluşlu antropotoponimdir.
Abbaslar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu
ərazisində kənd olmuşdur. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir (85, s.163). İndi ölü kənddir.
Toponim abbaslar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Abgəz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri
rayonunda
kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30 - cu illərdə əhalisi rayon mərkəzinə
və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir (427, s. 5, 10).
Toponim fars dilində «su» mənasında işlənən ab sözü ilə Azərbaycan dilində «aşırım», «dağ
qılıcında nazik yer», «gəzdək,
dağ çökəyi, dağın təpəsindəki çökək» mənasında işlənən
gəz sözünün
(339, s.167) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Abdullar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonu
ərazisində kənd. Rayondakı Noradüz Kəndindən 4-5
km şimal-qərbdə, Göyçə gölünün sahilində
yerləşirdi (427, s.14). İndi ölü kənddir. Toponim abdullar nəsil adı əsasında əmələ gəlmişdir. Patronim
toponimdir. Quruluşca sadə toponimdir.
Avan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon
mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal
dəftəri»ndə (143, s. 89) qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş həmin dəftərdə göstərilir ki, əhalisi
Qaracalar əşirətindəndir (tayfasındandır - İ.B.) (143, s.89). Qaraçalar türk tayfalarından biridir.
Kənddə 1831-ci ildə 104 nəfər, 1873 - cü ildə 321 nəfər, 1886-cı ildə 368 nəfər, 1897-ci ildə
465 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 301 nəfər, 1916-cı ildə 556 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.22-23, 106-107). 1986-cı ildə erməni dilində çap edilmiş «Ermənistan və ətraf
vilayətlərin toponimlər lüğəti»ndə 1831-1916-cı illərdə burada ermənilərin yaşadığı göstərilir və
azərbaycanlılar ermənilər kimi verilir (427, s.356). 1918-ci ildə Kəndin əhalisi erməni təcavüzünə
məruz qalaraq deportasiya olunmuşdur. 1916-cı illərdə buraya Türkiyədən köçürülən ermənilər
yerləşdirilmişdir.
Toponim urartu dilində «ölkə» mənasında işlənən ebani (ebani) sözü (317, s. 70; 339, s. 37)
əsasında əmələ gəlmişdir. Sadə quruluşlu toponimdir.
Avdalar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda
kənd. Rayon mərkəzindən 23
km məsafədə, İrəvan şəhərindən 11-12 km şimalda yerləşir. Kəndin
digər adı «Abdalar»dır (415, s. 44). Kənddə 1873 - cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci
ildə 115 nəfər, 1904 - cü ildə 131 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız
azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına
məruz qalaraq deportasiya olunmuş, 1918-19 - cu illərdə Türkiyənin Van əyalətindən köçürülən
ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan
kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 29 nəfər, 1926-cı
ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s. 45, 125). 1948-49 - cu illərdə
azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. Toponim abdal türk tayfasının
adına (355, s.165) cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal
tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək
qəsəbəsi) qoyulmuşdur.
13
Avdıbəy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda
kənd. Rayon mərkəzindən 20 km məsafədə yerləşir. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı
yaşamışdır (415, s. 40-41). XX əsrin əvvəllərində (1905-1906) onlar deportasiya olunmuşdur. İndi
ermənilər yaşayır.
Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm.SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur.
Avsarlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda
kənd olmuşdur. Rayon mərkəzindən 17 km məsafədə, Oxçu çayının sahilində, dağlıq ərazidə
yerləşmişdir. Kəndin digər adı «Əvsərli»dir.
Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər (415, s.54-55), 1959 - cu ildə 101 nəfər
azərbaycanlı yaşamışdır. 1960-cı
ildə kənd ləğv edilmişdir.
Toponim avşar (avsar, Azərbaycan dilində ş~s səs əvəzlənməsi qanunauyğundur) türk
tayfasının adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Əfşar» (avşar)
tayfasına mənsub olan «yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Avtandil talası - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir.
Quruluşca
mürəkkəb toponimdir.
Avşar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon
mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftərin»də Avşar kəndi (143, s.172), 1728-ci il
tarixli «İrəvan əyalətinin icmal dəftər»ində Əfşaryerli formasında (143, s.51), Qafqazın 5 verstlik
xəritəsində Avşar kimi (348, s.3) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 80, 1873 - cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904 - cü ildə
1094, 1914 - cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən
köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti
qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar.
1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420
nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni 1931-ci ildə 608 nəfər
azərbaycanlı, 327 erməni yaşamışdır (415, s.85, 155). 1930 - cu ildən Qaranlıq (Martuni), Sisyan,
Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər
köçürülüb yerləşdirilmişdir
(427, s. 366). Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi» (İrəvan, 1932)
kitabında göstərilir ki, 1831-1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır
(415, s. 154-155). Lakin «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» əsərində bu fakt təhrif
edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831-1916-cı illərdə kənddə
yalnız ermənilərin yaşadığı qeyd edilir (427, s.366). Azərbaycanlılar 1948-1953 - cü illərdə SSRİ
Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər
yaşayır.
Toponim «çevik və ovçuluğu sevən» mənasını verən (228, s.40) avşar oğuz tayfasının (399,
s.56) adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ağ qaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
dağ.
Oronim qədim türk dilində «hündür, uca» mənasında işlənən
ağ sözü ilə
qaya coğrafi
nomeninin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Ağ tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında,
indiki Dilican rayonu
ərazisində kənd olmuşdur. Azərbaycanlılar yaşamışdır. 40-cı illərin axırlarında kənd ləğv edilmişdir.
Toponim qədim türk dilində «kiçik, kiçicik, xırda, balaca» mənasında işlənən
ağ sözü ilə (359,
s.96) «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlib, «çox da
böyük olmayan, ərazicə kiçik tala» mənasını bildirir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Ağağa - Yelezavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Şıxlar Kəndinin yaxınlığında yerləşirdi. Burada 1897-ci ildə 19 nəfər