Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 224,62 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
#7544
1   2   3   4   5   6   7   8   9

16.5.  Ləğvetmə  barədə  zəruri  sənədlər  təqdim  edildikdən  sonra  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə 

uyğunluğunu  yoxlayır  və  çatışmazlıq  aşkar  edilmədikdə,  ərizəni  aldığı  vaxtdan  7  gün 

müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.  

16.6.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıq  aşkar  edildiyi  halda,  bu  barədə  müraciət 

etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.  

16.7.  Çatışmazlıqlar  aradan  qaldırıldıqdan  sonra  Azərbaycan  Respublikasının  müvafiq 

icra  hakimiyyəti  orqanı  bu  Qanunun  16.  5-ci  maddəsində  müəyyən  edilmiş  müddətdən  gec 

olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət 

etmiş  şəxslərə  məlumat  verir.  Qurumun  ləğv  edilməsi  barədə  reyestrdə  müvafiq  qeydlər 

aparılır.  

16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün 

ərzində reyestrdən çıxarıla bilməz.  

 

M a d d ə   1 7 .  Dövlət qeydiyyatı barədə məlumatlandırma  



 

17.1.  qeyri-kommersiya  hüquqi  şəxslərin,  habelə  xarici  qeyri-kommersiya  hüquqi  şəxsin 

nümayəndəlik  və  ya  filiallarının  dövlət  qeydiyyatını  aparan  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı:

39

 

 



17.1.1. hüquqi şəxsi, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialını dövlət qeydiyyatına 

aldıqdan  və  dövlət  reyestrinə  daxil  etdikdən  sonra  bu  barədə  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanlarına hər ay müəyyən edilmiş formada məlumat göndərir;  

17.1.2.  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  dövlət  qeydiyyatına  alınmış  hüquqi 

şəxslər  ləğv  edildikdə  və  ya  dövlət  reyestrindəki  yazılar  ləğv  edildikdə,  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bu barədə məlumat verir.  

17.2. Kommersiya hüquqi şəxsin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik 

və  ya  filiallarının  dövlət  qeydiyyatını  aparan  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı;

40

  



17.  2.1.  hər  gün  dövlət  qeydiyyatına  aldığı  kommersiya  hüquqi  şəxsləri,  habelə  xarici 

kommersiya  hüquqi  şəxsin  nümayəndəlik  və  ya  filialları  barədə  məlumatları  aidiyyəti  üzrə 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarına  elektron  və  (və  ya)  kağız 

daşıyıcı formasında göndərir;  

17.2.2.  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  dövlət  qeydiyyatına  alınmış 

kommersiya hüquqi şəxsi, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı 

ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanlarına bir gün müddətində bu barədə məlumat verilir. 

 

M a d d ə   1 8 .  Dövlət reyestrinin aşkarlığı  



 

18.1.  Kommersiya  hüquqi  şəxslərin  təsisçiləri  (iştirakçıları)  və  onların  nizamnamə 

kapitalındakı  payları  barədə  məlumatlar  istisna  olmaqla,  hər  bir  şəxs  dövlət  reyestrindəki 

yazılarla  tanış  olmaq,  dövlət  reyestrindən  çıxarışı  və  qeydiyyat  üçün  təqdim  olunmuş 

sənədlərin  surətlərini  tələb  etmək  hüququna  malikdir.  Azərbaycan  Respublikasının  müvafiq 

icra  hakimiyyəti  orqanı  istənilən  maraqlı  şəxsin  tələbi  ilə  hüquqi  şəxsin  dövlət  qeydiyyatına 

alınması və ya alınmaması barədə məlumat verməlidir.

41

  



18.2.  Hüquqi  şəxslərin,  xarici  hüquqi  şəxslərin  nümayəndəlik  və  filiallarının  dövlət 

qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili 

və  fəaliyyəti  ilə  əlaqədar  dərc  edilməsi  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  məlumatlar 

(kommersiya  hüquqi  şəxslərin  təsisçiləri  (iştirakçıları)  və  onların  nizamnamə  kapitalındakı 

payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc 

edilir.


42

  

 



I V   f ə s i l  

YEKUN MÜDDƏALAR 

 

M a d d ə   1 9 .  Bu Qanunun pozulmasına görə məsuliyyət  



 

Bu  Qanunun  tələblərinin  pozulması  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.  

 

M a d d ə   2 0 .  Qanunun qüvvəyə minməsi  



 

20. 1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  

20.  2.  Bu  Qanunun  tələbləri  dövlət  qeydiyyatına  alınması  və  dövlət  reyestrinə  daxil 

edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.  

20. 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı 

Azərbaycan  Respublikasının  Qanunu  qüvvəyə  minənədək  başqa  dövlət  orqanlarında  dövlət 

qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 

1  il  müddətində  onları  qeydiyyata  almış  orqanlar  tərəfindən  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya 

onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.  

20. 4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici 

hüquqi  şəxslərin  nümayəndəlik  və  ya  filialları  öz  qanuni  təmsilçiləri  haqqında  məlumatları, 

əvvəllər  bu  məlumatlar  təqdim  edilməmişsə,  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim etməlidirlər. 

43

 

20. 5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 



1996-cı  il  6 fevral  tarixli,  17-IQ  saylı  Azərbaycan  Respublikasının  Qanunu  qüvvədən  düşmüş 

hesab edilir. 

 

 

 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 12 dekabr 2003-cü il 

№ 560-IIQ 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 



 

1.

 

03  dekabr  2004-cü  il  tarixli  793-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 1


Yüklə 224,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə