Tədiyə balansının kredit və debet maddələrindəki yekun məbləğlər arasındakı fərq qalıq adlanır. Daxilolmalar ödəmələrdən çox olduqda müsbət, əksinə olduqda isə mənfi fərq əmələ gəlir. Ikinci hal balansın kəsirli olduğunu göstərir.
Beynəlxalq Valyuta Fondunun metodikasına görə balansın aşağıdakı maddələrdən ibarət olması məqsədə-uyğundur:
-
cari əməliyyatlar;
-
əmtəələr;
-
xidmətlər;
-
investisiyalardan əldə edilən gəlir;
-
digər xidmətlər və fondlar;
-
xüsusi birtərəfli baratlar (köçürmələr);
-
dövlət tərəfindən birtərəfli baratlar (köçürmələr);
-
birbaşa investisiyalar və sair uzumüddətli kapital;
-
birbaşa investisiyalar;
-
uzun müddətli investisiyalar;
-
sair uzun müddətli kapital;
-
sair qısa müddətli kapital;
-
xətalar və səhvlər;
-
ödənilən maddələr;
-
qızılın hərəkəti;
-
SDR-in bölgüsü və istifadə edilməsi;
-
Ehtiyatların yenidən qiymətləndirilməsi;
-
Fövqaladə hallarda maliyyələşdirmə;
-
Xarici orqanların valyuta ehtiyatlarını əmələ gətirən təəhhüdlər;
-
Ehtiyatların dəyişməsinin yekunu;
-
Qızıl;
-
SDR;
-
BVF-də ehtiyat mövqe;
-
Xarici valyuta;
-
Sair tələblər;
-
BVF-in kreditləri.
Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük bölmədən ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr daxildir.
Tədiyə balansının birinci bölməsi əmtəə və xidmət-lərin, habelə birtərəfli və birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdirir. Balans, xarici ticarətə – əm-təələrin ixracı və idxalı – yekun vurulması ilə başlanır. Tədiyə balansınının əmtəələrin idxalı və ixracını əks etdirən hissəsi ölkənin ticarət balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan hissəsidir. Bu, onunla əlaqədardır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal edilən əmtəələr haqqında məlumatları toplamaq bir o qədər də çətin və mürəkkəb deyildir.
Ticarət balansının qalığını müəyyən etmək üçün ix-rac olunan əmtəələrin dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq lazımdır. Ixrac idxaldan çox olduqda ba-lans aktiv, əksinə olduqda isə passiv hesab edilir.
Ticarət balansının aktiv və ya passiv olması haqqın-da məlumatlara əsasən ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmazdı. Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması hesabına azalırsa bu, çox pis əlamətdir. Yox, əgər ölkənin tiracət balansının passiv olması idxal olunan inves-tisiya əmtəələrinin artması və bununla da daxili investisiya-ların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyat-dakı vəziyyətin mənfi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun ayrı-ayrı bölmələri-nin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur.
Ölkənin tiracət balansının aktiv olması da vəziyyətin nikbin qiymətləndirilməsi üçün əsas ola bilməz. Ola bilər ki, doğrudan da müsbət qalıq ixracın artması və idxalın azalması hesabına olsun. Lakin burada qiymətlərin təsiri də nəzərə alınmalıdır. Birinci bölmədə əmtəələrin tiracəti ilə yanaşı, xidmətlərin tiracəti də öz əksini tapır. Başqa sözlə, obrazlı ifadə ilə desək, balansda görünən maddələrlə yanaşı, görünməyən maddələr də vardır. Həm də dünya əmtəə dövriyyəsində xidmətlərin xüsusi çəkisi artdığına görə o, daha böyük əhəmiyyət kəsb edir. "Xidmətlər" maddəsindəki gəlir və xərclər turizm, teleradio-kommunikasiya işləri, hər-bi bazaların, xarici nümayəndəliklərin saxlanması, xüsusi qeyri-kommersiya əməliyyatlarının (məsələn, qohumların bir-birilərinə pul göndərmələri, vərəsəlik və s.) əlaqədardır. Bu bölmədə nəqliyyat, sığorta və digər qeyri-əmtəə tədiyə-ləri ilə bağlı olan ödəmə və daxilolmalar da əks etdirilir. Bunlara humanitar yardımları (verilən və alınan), habelə subsidiyaları misal göstərmək olar.
Tədiyə balansının ikinci bölməsi kapitalın hərəkəti balansı adlanır. Burada əsas etibarilə aktivlərin satın alın-ması və satılması, qısa və uzun müddətli kreditlərin verilmə-si və alınması əks etdirilir. Məsələn, ixracdan daxilolmalar idxal üzrə xərclərin ödənilməsi üçün kifayət deyildirsə, borclar üzrə hesablaşmaq lazım gəlir. Başqa sözlə, bu zaman kredit maddələrində kapitalın hərəkəti onun daxil olması kimi qeyd edilir. Başqa ölkələrə, xarici müəssisələrə verilən vəsait debet maddələrində əks etdirilir və kapital "axını" kimi qiymətləndirilir.
Cari əməliyyatlar balansı ilə kapitalın hərəkəti ba-lansı arasındakı qarşılıqlı əlaqəni aşağıdakı düsturla ifadə etmək olar:
Ümumi məhsul = C + I + G + NX
Xalis ixrac (NX) əmtəə və xidmətlərin ixracı ilə idxalı arasındakı fərq, cari əməliyyatlar hesabının qalığı kimi müəyyən edilir.
Bərabərliyin hər iki tərəfindən istehlakı (C) və dövlət xərclərini (G) çıxdıqda, onun sol tərəfi (ÜMM-C-G) milli yığımı və ya sadəcə olaraq yığımı (S) göstərir. Yığımın düsturunu isə aşağıdakı kimi yazmaq olar:
S = I + NX
Dəyişmələri davam etdirək və bərabərliyin hər iki tərəfindən investisiyaları (I) çıxaq. Bu zaman aşağıdakı düstur alınır:
S – I = NX
Daxili yığımla investisiyalar arasındakı fərq tədiyə balansında kapitalın hərəkəti hesabı deməkdir. Investisiya-lar ölkənin daxili yığımından çox olduqda investisiya layi-hələri dünya maliyyə qurumlarının verdikləri kredit hesa-bına maliyyələşdirilir. Milli yığım investisiyadan çox olduq-da isə, ölkə daxilində investisiya qoymaq məqsədilə istifadə oluna bilməyən vəsaitdən başqa ölkələrə borc vermək üçün istifadə edilə bilər. Kapitalın hərəkəti hesabındakı məbləğ tədiyə balansının cari hesabındakı məbləğə bərabər olmalı-dır. Əgər əmtəə və xidmətlərin xalis ixracı müqabilində xaricdən alınan vəsaiti ifadə edən göstərici, yəni cari əməliyyatlar üzrə qalıq müsbətdirsə, o, ölkədən kapital axını ilə tənləşir. Cari əməliyyatlar üzrə kəsir olduqda isə bu kəsir xaricdən kapital cəlb edilməsi yolu ilə ödənilir.
5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.
Beynəlxalq iqtisadi münasibətlərin təkamülü nəticə-sində bazar iqtisadiyyatının nəzəriyyəsi və təcrübəsi əsasın-da xarici tiracət siyasətinin həyata keçirilməsinin bir sıra vasitələri meydana gəlib formalaşmışdır. Bu proses həm milli, həm də dövlətlərarası səviyyədə getmişdir. Qeyd et-mək lazımdır ki, bu, hər hansı bir problemin həllində razı-lığa gələn tərəflərin öhdələrinə götürdükləri normaların, qaydaların və başqa şərtlərin işlənib hazırlanmasını nəzərdə tutur. Hamı tərəfindən qəbul olunan beynəlxalq standartlar və qaydalar da, öz növbəsində milli iqtisadiyyatın tənzim-lənməsinə təsir göstərə bilər. Milli iqtisadiyyatda islahat apardıqda həmin norma və qanunlardan istifadə edilməsi məqsədəuyğundur. Bu, ümumdünya təsərrüfatında forma-laşmış hüquq və vəzifələrin universal sisteminə uyğunlaşma prosesinin getdiyi müasir dövrdə müstəqillik qazanmış dövlətlər, o cümlədən də Azərbaycan Respublikası üçün xüsusilə vacibdir.
Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində işlənib hazırlanır. Bu beynəlxalq təşkilat çoxtərəfli müqavilələr əsasında fəaliyyət göstərir. O, iştirakçı dövlətlərin tiracət və tarif siyasətini tənzimləyir, onların arasındakı qarşılıqlı əlaqədə daha əlverişli ticarət qaydalarını təmin etməyə və kəmiyyət məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu müqaviləni ilk dəfə 23 ölkə imzalamışdı. Hazırda isə onun 140-dan çox tam hüquqlu üzvü vardır. 70-dən çox ölkə və 40 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir. Müşahidəçi ölkələ-rin bu təşkilatın müxtəlif orqanlarının iclaslarında, sessiyalarında, müzakirələrdə iştirak etmək, bəyanat vermək, onun əsas sənədlərini və materiallarını əldə etmək imkanı vardır. Dünya tiracət dövriyyəsinin 90%-dən çoxu QATT-ın üzvü və müşahidəçi statusuna malik olan ölkələrin payına düşür. Təşkilatın üzvü olan ölkələrin nümayəndələri vaxtaşırı ra-undlara toplaşırlar. Yığıncaqlarda müxtəlif xarakterli əngəl-ləmələrin – kəmiyyət məhdudiyyətlərinin və gömrük rüsumunun azaldılması yolu ilə dünya tiracətinin daha da yaxşı-laşdırılması sahəsində qərarlar işlənib hazırlanır və qəbul edilir.
Belə raundlardan biri 1986-cı ildə Uruqvayda start götürmüşdü. Yeddi il (1993-cü ilə qədər) davam edən bu raund dekabrın 15-də başa çatmışdır. Uruqvay raundunun bu qədər uzanmasının əsas səbəbi razılaşdırılması nəzərdə tutulan məsələlərin çoxluğu, istiqamətlərin çoxplanlılığı olmuşdur. Belə ki, gündəliyə yüzlərlə, minlərlə əmtəə növü ilə yanaşı, bank əməliyyatları və xidmətlərinə, geniş çeşiddə kənd təsərrüfatı məhsullarına, video və "səsli" məhsullara, intellektual mülkiyyətə və s. görə məhdudiyyətlərin azaldıl-ması, yaxud da onların tamamilə ləğv olunması kimi məsə-lələr daxil edilmişdi. Məsələlərin müzakirəsinin gedişində, danışıqlarda çox vaxt kəskin diskussiyalar, hətta mübahisələr yaranması müşahidə olunmuşdur.
Daha çox mübahisə doğuran sahə kənd təsərrüfatı olmuşdur. Burada əsas etibarilə ABŞ-la Avropa ölkələrinin mənafeləri toqquşmuşdur. Avropalıların, xüsusilə Fransa-nın ciddi səyləri nəticəsində kino və teleməhsullar, kassetlər müzakirələrdən çıxarılmışdır. Bu addım Avropa bazarların-dakı həmin məhsulların 80%-ə qədərinin ABŞ-ın istehsalı olması ilə əlaqədar olmuşdur.
Ümumiyyətlə, danışıqlardakı çətinliklərə baxmaya-raq bütün tərəflər 1995-ci il yanvarın 1-dən öz aralarında ticarət əlaqələrində gömrük rüsumunun 40-50%-ə qədər azaldılması haqqında razılığa gəlmişlər.
QATT-ın üzvü olan ölkələrdə ticarət əməliyyatlarının ümumi məbləği 4000 mlrd. dollar həddindədir. Uruqvay raundunun müvəffəqiyyətlə başa çatması həmin ölkələrdə ticarətin daha sürətli inkişafına təkan vermişdir. Bununla belə, mütəxəssislərin fikrincə, son nəticədə inkişaf etməkdə olan ölkələrə nisbətən inkişaf etmiş ölkələr daha çox qazanırlar. Belə ki, sonuncular həmin ölkələrin bazarlarını «zəbt etmək» imkanı əldə edirlər. Uruqvay raundunda qəbul edilmiş qərara uyğun olaraq 1995-ci il yanvarın 1-dən QATT ümumdünya ticarət təşkilatına (ÜTT) çevrilmişdir.
Iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən aparılmış hesablamalar göstərir ki, 2002-ci ildə bu təşkilat hesabına dünya gəlirlərinin artımı təqribən 270 milyard dol-lar (1991-ci ilin qiymətləri ilə) təşkil etmişdir Avropa birli-yinin payı 71 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da həmin regionun ümumi daxili məhsulun 1,7%-ə bərabərdir.
Xarici iqtisadi fəaliyyəti tənzimləmək üçün dövlətin sərəncamında olan çoxsaylı vasitələri aşağıdakı qruplara bölmək olar:
-
Gömrük tarifləri;
-
Qeyri-tarif məhdudiyyətləri;
-
Ixracın stimullaşdırılması formaları.
Adlarından göründüyü kimi, onların hamısı himayə-darlıq siyasətinə «köklənmişlər». Daxili və xarici şəraitdən asılı olaraq bu siyasəti dövlət tənzimləyir. Bu, xarici iqtisadi sahələrin dövlət tənzimləməsinin başlıca tərkib hissələrindən olan tarif tənzimləmələrinə də aiddir.
Xarici əlaqələrin tənzimlənməsinin tarif vasitələrindən biri gömrük vergisi və rüsumudur. Bu o deməkdir ki, öl-kənin sərhədlərini keçərək gətirilən əmtəə və digər material qiymətlilərinə (ixrac-idxal) görə gömrük vergisi və rüsumu ödənilməlidir. Gömrük vergi və rüsumlarının sistemləşdiril-miş siyahısına gömrük tarifi deyilir. Ixrac və idxal tarifləri bir-birindən fərqlənir.
Gömrük vergisinin müəyyən edilməsi o deməkdir ki, əmtəənin sahibi dövlətə qiymətin müəyyən hissəsi qədər ver-gi ödəməlidir. Idxal vergisi istehsalçının xərclərini artırdı-ğına görə əmtəənin satış qiyməti də artır. Deməli, idxal vergisinin artırılması birinci növbədə istehlakçılara ziyan vurur.
Xarici tiracət əlaqələri olmadıqda, daxili bazarda hər hansı bir əmtəənin tarazlıq qiyməti (P) ilə miqdarı (Q) bir-birinə uyğun gəlir. Bu əmtəənin dünya qiyməti daxili bazar qiymətindən aşağı və yuxarı ola bilər. Lakin azad ticarət variantında həmin əmtəənin daxili bazar qiyməti dünya qiymətindən yüksək olmamalıdır. Bu zaman qiymətlər nisbətən aşağı olduğu üçün daxili tələbat artır, yerli istehsalçıların təklifi azalır, çatışmayan məhsullar idxal olunan məhsulların hesabına ödənilir. Idxal vergisi tətbiq olunduqda qimytələr artır, yeni qiymətlər dünya qiymətləri üstəgəl idxal vergisi qədər olur. Qiymətlərin yüksəlməsi isə tələbin və idxal olunan məhsulların azalmasına, daxildə məhsul istehsalının artmasına səbəb olur.
Beləliklə, idxal vergisi tətbiq olunduqda yerli istehsalçılar öz əmtəələrini daha yüksək qiymətə və daha çox sata bilərlər. Bu zaman təbiidir ki, istehlakçılar idxal məhsullarını ixtisar etmək və daha baha olan yerli məhsul-ları satın almaq məcburiyyətində qalırlar.
Bu vəziyyət isə ehtiyatlardan istifadənin səmərəliliyi-nin azalmasına gətirib çıxarır. Çünki əmtəələrin daha yük-sək qiymətlərlə satılması onları daha çox xərclə istehsal et-məyə səbəb olur. Başqa sözlə, resursların az səmərə verən sahələrə getməsi prosesi baş verir.
Lakin istehsalçıların mənafelərinin təşkilati cəhətdən qorunub saxlanması istehlakçıların mənafelərinin qorunub saxlanmasına nisbətən daha asan və sərfəlidir. Çünki tarif-lərdən dövlətin müəyyən məbləğdə gəliri olur.
Bundan başqa, gömrük vergisi və rüsumu yüksək müəyyən olunduqda idxal olunan və yerli istehsalçıların isti-fadə etdikləri xammalların, materialların, avadanlıqların qiymətləri yüksəldiyinə görə, onların istehsal xərcləri və deməli, məhsulların qiymətləri də artır, nəticə isə ondan iba-rət olur ki, istehsalın həcmi azalır. Bu zaman vergilərdən daxilolmaların azalmasından dövlətə dəyən "zərər" idxal vergi və rüsumlarından gələn gəlirlərdən çox olur. Bütün bunlar onu göstərir ki, gömrük vergi və rüsumlarından isti-fadə edilməsi mexanizmi də ölçülüb-biçilmiş parametrlər əsasında fəaliyyət göstərməlidir.
Beləliklə, tariflərin himayədarlıq xarakteri daşıma-sından danışarkən qarşıya qoyulan məqsəd nəzərə alınma-lıdır. Bundan isə o vaxt istifadə olunur ki, dövlət gömrük vergi və rüsumlarını artırmaqla, həm də idxal olunan məh-sulların daxili (milli) qiymətlərini artırır, onun rəqabət qabi-liyyətini azaldır və deməli, daxili (milli) bazarı müdafiə edir.
Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər hesabına daxilolmalarla təmin etməkdir. Bu vəzifəni adətən, həmin ölkədə istehsal edilməyən əmtəələrə qoyulan vergilər yerinə yetirir. Lakin bu vergilər bir o qədər də yüksək olmur.
Tutulma formalarına görə vergilərin aşağıdakı növ-ləri var: 1) Advaler vergilər; 2) Xüsusi vergilər; 3) Qarışıq vergilər.
Advaler vergilərin mahiyyəti ondan ibarətdir ki, o, əmtəənin qiymətindən faizlə (məsələn, soyuducunun qiymə-tinin 15%-i qədər) tutulur. Xüsusi vergilər əmtəənin həcmin-dən, çəkisindən və ya miqdarından müəyyən pul məbləği şəklində (məsələn, metalın hər tonundan 15 dollar) tutulur. Qarışıq vergilər eyni zamanda həm advaler, həm də xüsusi vergilər formasında tutula bilər.
Gömrük tarifləri bir qayda olaraq milli səviyyədə müəyyən edilir. Lakin o, müəyyən ticarət–iqtisadi qruplarda birləşmiş ölkələr üçün də ümumi ola bilər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələr vahid xarici gömrük tarifləri və vahid gömrük sərhədlərinə malikdirlər. Avropa Ittifaqında gömrük rüsumuna onun aşağıdakı növləri daxildir: 1) ən yüksək gömrük rüsumu; 2) ən aşağı gömrük rüsumu; 3) Güzəştli gömrük rüsumu.
Ən yüksək gömrük rüsumlarından ticarət sazişləri bağlanmamış ölkələrlə aparılan ticarətdə istifadə olunur. Ən aşağı gömrük rüsumları adətən ticarət müqavilələri olan ölkələrlə aparılan sövdələşmələrdə tətbiq edilir. Güzəştli gömrük rüsumlarından isə bir qayda olaraq əmtəələr inkişaf etməkdə olan ölkələrdən idxal olunduqda istifadə edilir. BMT çərçivəsində güzəştlərin ümumi sistemi fəaliyyət göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdən gətirilən məhsullar üçün güzəştli gömrük rüsumu qoyurlar.
Ikinci dünya müharibəsindən sonrakı dövrdə ölkələr arasında xarici ticarət əlaqələri əsas etibarilə gömrük rüsum-larının qarşılıqlı surətdə azaldılması yolu ilə tənzimlənməyə başlanmışdır. Bu, başlıca olaraq beynəlxalq ticarətin tənzimlənməsində özünü göstərirdi. Məsələn, gömrük rüsumunun səviyyəsi QATT çərçivəsində keçirilən bütün raundların müzakirə obyekti olmuşdur. Bu, keçən dövr ərzində gömrük rüsumlarının səviyyəsinin 75% aşağı salınmasına imkan vermişdir. Hazırda tarif dərəcələrinin orta səviyyəsi inkişaf etmiş ölkələrdə 6%-ə, inkişaf etməkdə olan ölkələrdə isə 30-40%-ə bərabərdir. Lakin ayrı-ayrı əmtəələr üzrə rüsumlar daha geniş həddə tərəddüd edə bilər.
Ticarətin liberallaşdırılmasında qeyri-tarif maneələri də az təhlükə törətmir. Qeyri-tarif maneələrinə xarici iqti-sadi fəaliyyətin birbaşa və ya dolayı yolla məhdudlaşdırıl-masının müxtəlif növ (2000-dən çox müxtəlif maneələr ol-duğu qeyd edilir) iqtisadi, siyasi, inzibati metodları aiddir. Bunların içərisində ayrı-ayrı əmtəələr və ya əmtəə qrupları üzrə ixrac (idxal) kvotalarının müəyyən edilməsi xüsusi yer tutur. Idxal və ixrac müəyyən edilmiş kvota çərçivəsində səlahiyyətli orqanların verdikləri lisenziyalar əsasında həya-ta keçirilir.
Qeyri-tarif maneələrinə, həmçinin müəyyən növ xari-ci iqtisadi fəaliyyətin həyata keçirilməsi üzrə dövlət inhisa-rının, milli vergi sisteminin, milli standartların və i.a. olması aiddir.
Dövlət tənzimləməsi kapitalın idxal və ixrac olunma-sına da şamil edilir. Dövlət bir tərəfdən, əlverişli investisiya mühitini təmin etməli, digər tərəfdən isə özünün xüsusi mənafelərini müdafiə etməlidir. Məsələn, müştərək müəs-sisələrdə xarici kapitalın maksimum payının, xarici inves-torlar üçün sərfəli olan sahələrin siyahısının, idarəetmədə milli kadrların iştirakının, informasiyanın əlverişliliyinin və s. müəyyən edilməsi ilə, dövlət özünün bütün mənafelərini müdafiə edə bilər.
Dövlətin istifadə etdiyi xüsusi tədbirlər qrupuna, necə deyərlər fəal himayədarlıq, yaxud da ixracın stimullaş-dırılmasının müxtəlif formaları aiddir. Bunların içərisində ixracın dövlət tərəfindən güzəştli şərtlərlə kreditləşdirilməsi (faiz dərəcələrinin azaldılması və kreditin müddətinin uzadılması), ixrac kreditlərinin dövlət sığortasını, ixracın birbaşa subsidiyalaşdırılmasını və ixrac edənlər üçün müxtəlif vergi güzəştlərini xüsusi qeyd etmək lazımdır. Milli müəssisələrin məhsullarının ixrac edilməsinin, ticarət-iqtisadi informasiyaların əldə olunmasının, nəqliyyat və informasiya infrastrukturunun inkişaf etdirilməsinin, yar-marka və sərgilərin təşkilinin müxtəlif formalarından isti-fadə olunur və s.
Ixracın stimullaşdırılması formalarına ticarət siyasə-tinin dempinq istiqaməti də aiddir. Bu, o deməkdir ki, ixrac olunan məhsullar hər hansı bir ölkənin bazarında daha aşa-ğı qiymətlə satılır. Doğrudur, dempinq siyasətindən isteh-lakçılar qazanırlar. Lakin oxşar məhsulları istehsal edən-lərin zərər çəkmələri dövləti dempinqə qarşı tədbirlər görməyə (məsələn, dempinq əleyhinə gömrük rüsumları tətbiq etməyə) məcbur edir. Dempinq əleyhinə tədbirlərdən daxili bazarı xarici firmaların rəqabətindən müdafiə vasitəsi kimi istifadə olunur.
Mövzu 14: Beynəlxalq valyuta münasibətləri.
( 2 saat)
Plan
1. Valyutanın mahiyyəti, milli və qünya valyuta sistemləri.
2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.
3. Beynəlxalq maliyyə kredit sistemi.
1.Valyutanın mahiyyəti, milli və dünya valyuta sistemləri.
Valyuta sözü qiymət, dəyər mənasını verir və ölkənin pul vahidi–manat, dollar, funt sterlinq və i.a.–deməkdir. Hər bir milli bazarın özünün va-lyuta sistemi vardır.
Milli valyuta sistemi ölkənin pul sisteminin ayrılmaz tərkib hissəsidir. Lakin o, təkcə daxili pul tədavülünü deyil, həm də beynəlxalq hesablaşmalarla əlaqədar meydana çıxan münasibətləri əhatə edir. Milli valyuta sisteminin əsas ünsürləri aşağıdakılardır: 1) Milli valyuta vahidi, 2) Valyuta məzənnəsi, 3) Valyutanın dönərliliyi şərtləri, 4) Valyuta və qızıl bazarları sistemləri, 5) Ölkənin istifadə etdiyi beynəl-xalq hesablaşma qaydaları, 6) Ölkənin qızıl valyuta ehtiyat-larının tərkibi və idarə edilməsi sistemi, 7) Ölkədə valyuta münasibətlərini tənzimləyən milli təsisatların statusu.
Milli valyuta sistemi beynəlxalq hüquq normaları nəzərə alınmaqla, milli qanunvericilik əsasında formalaşır. Bu sistemin xüsusiyyəti ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, onun xarici iqtisadi əlaqələri, qarşıya qoyulan sosial vəzifələrlə müəyyən edilir.
Beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə milli valyuta sistemlərinin bazasında dünya valyuta sistemi əmələ gəlmişdir. Bu valyuta sistemi dövlətlərarası razılaşmalarla təsbit olunan beynəlxalq valyuta münasibətlərinin təşkili formasıdır. Onun əsas ünsürləri bunlardır: 1) Valyuta mə-zənnələrinin müəyyən edilməsi və qorunub saxlanması me-xanizmi; 2) Beynəlxalq tədiyələrin tarazlaşdırılması qaydası; 3) Valyutaların dönərlilik şərtləri; 4) Beynəlxalq valyuta və qızıl bazarlarında istifadə olunan qaydalar; 5) Valyuta münasibətlərini tənzimləyən dövlətlərarası təsisatlar.
Bazar iqtisadiyyatı şəraitində pul vəsaitinin bir ölkə-dən digər ölkəyə hərəkəti, valyutaların dəyişdirilməsi və sa-tılması hər şeydən əvvəl iri kommersiya bankları tərəfindən həyata keçirilir. Bu bankların müxtəlif ölkələrdə filialları, yaxud da başqa ölkələrin banklarında hesabları olur. Müş-tərilər onların vasitəsilə ticarət və başqa xarici iqtisadi əmə-liyyatları həyata keçirməklə bir ölkənin banklarındakı hesablara pul qoymaq, lazım gəldikdə isə onu hər hansı bir valyuta ilə digər bir ölkənin banklarına köçürtdürmək imkanına malik olurlar.
Beynəlxalq valyuta bazarının başlıca iqtisadi vahid-ləri xaricə mal göndərənlər, xaricdən mal gətirənlər və dolayı aktivlərin sahibləridir. Valyuta bazarının bu "ilkin" sub-yektləri ilə yanaşı, "ikinci", "törəmə" subyektləri də vardır. Bunlar kommersiya bankları, valyuta brokerləri və dilerlə-ridir. "Ikincilik", "törəmə" anlayışlrı şərtidir. Çünki hazırda xarici valyuta bazarlarında bütün sövdələşmələrin 90%-ə qədəri ticarətlə əlaqədar deyildir. Valyuta ticarətinin böyük bir hissəsi mənfəət əldə etmək məqsədilə həyata keçirilən adi birja oyunlarıdır. Burada valyuta məzənnələri çox mühüm rol oynayır. Beynəlxalq valyuta bazarının ən iri mərkəzləri Londonda, Tokioda, Nyu-Yorkda, Frankfurtda və Brüssel-dədir.
Beynəlxalq pul tədavülü dairəsində başlıca subyekt-lərdən biri də hökumət orqanlarıdır. Bu, onunla əlaqədardır ki, dünya iqtisadiyyatında pul-kredit münasibətləri dövlətlə-rin milli mənafelərinə toxunur. Odur ki, bu münasibətlərin təkamülü gedişində, onları tənzimləyən və milli mənafelərə uyğun gələn qanun və qaydalar işlənib hazırlanır.
Dünya valyuta sistemi sənaye inqilabından və dünya təsərrüfat sistemi yarandıqdan sonra meydana gəlmiş və öz inkişafında aşağıdakı mərhələlərdən keçmişdir; 1) XIX əsrdə–yarandığı vaxtdan ikinci dünya müharibəsinədək olan dövr; 2) Ikinci dünya müharibəsinin gedişində–1944-cü ildə Bretton-Vudse (ABŞ) konfransında dünya valyuta sistemi-nin hüquqi cəhətdən rəsmləşdirildiyi vaxtdan XX əsrin 70-ci illərinin ortalarınadək olan dövr; 3) XX əsrin 70-ci illərinin ortalarından meydana gəlmiş və hazırda mövcud olan val-yuta sistemi.
Dünya valyuta sistemi öz inkişafının ilk iki mərhə-ləsində qızıl (qızıl sikkə) standartına əsaslanmışdır.
Pul tədavülü və beynəlxalq hesablaşmaların bu qay-dada təşkili pulun vəzifəsinin qızılda təsbit olunmasını və milli pul vahidinin qızıl məzmununun müəyyən edilməsini nəzərdə tuturdu. Bu, qızılın rəsmi qiyməti hesab olunurdu. Tədavülə qızıl sikkələr buraxılmışdı və onlar tədiyə vasitəsi hesab edilirdi. Mərkəzi banklar kağız pulları (banknotları, xəzinə biletlərini və başqa pul nişanlarını) nominal dəyərlə qızıla dəyişməyə borclu idilər. Qızılın istənilən şəkildə ölkəyə gətirilməsi və ölkədən aparılmasına icazə verilirdi.
Qızıl standartı özünün klassik formasında XIX əsrin əvvəllərində meydana gəlmiş, əsrin axırlarında isə demək olar ki, sənayecə inkişaf etmiş ölkələrin hamısında mövcud olmuşdur.
Qızıl standartı şəraitində tədiyə balansının tənzim-lənməsi əsas etibarilə kortəbii surətdə, xüsusi kanallar vasi-təsilə qızılın bir ölkədən digərinə aparılması yolu ilə həyata keçirilmişdir. Bu dövrdə beynəlxalq hesablaşmaların aparıl-masında, əslində dövlət iştirak etmir, rəsmi qızıl ehtiyatları isə tədiyə balansının tarazlaşdırılmasında başlıca "tənzimlə-yici" rolunu oynayırdı.
Lakin sonralar qızıl standartın ləğv olunması üçün obyektiv əsaslar yaranmağa başladı. Bu, beynəlxalq miqyasda kapitalın hərəkətinin genişlənməsi, kredit və nəqd olmayan hesablaşmaların üstünlüyə malik olduğu dövrdə daxili tədiyə mexanizminin təkamülü nəticəsində baş verirdi. Bunun təsiri ilə tədiyə balansı qalığının ödənilməsi mexanizmində keyfiyyət dəyişiklikləri əmələ gəldi. Beynəlxalq hesablaşmaları tarazlaşdırmaq üçün dövlət orqanlarının sərəncamında olan iqtisadi vasitələr xeyli genişləndi. Valyutanın devalvasiyası, yaxud da revalvasiyası yolu ilə onun məzənnəsindən hiyləgərlik məqsədilə istifadə edilməsi, əmtəələrin, xidmətlərin və kapitalın hərəkətini tənzimləmək üçün inflyasiya və ya deflyasiya siyasətinin yeridilməsi, uçot (faiz) dərəcələrinin dəyişdirilməsi, beynəlxalq borc və kre-ditlərdən istifadə olunması və nəhayət xarici borcların restrukturizasiyası–bütün bunlar alınmış borcun və kredit-lərin ödənilmə müddətinin vaxtaşırı uzadılmasına və nəticədə tədiyə balansını müvəqqəti olsa da tarzlaşdırmağa və qızıl ehtiyatları hesabına onun mənfi qalığını qeyri-müəyyən müddətə aradan qaldırmağa imkan verdi.
Beləliklə, qızıl standartı sisteminin daha səmərəli sis-temlə əvəz edilməsi üçün obyektiv şərait hazırlanmış oldu. Buna dünya iqtisadiyyatında və iki dünya müharibəsi ara-sındakı dövrdə siyasi və iqtisadi qeyri-sabitlik də təkan verdi.
Beynəlxalq valyuta sisteminin yenidən təşkili planı ikinci dünya müharibəsi illərində hazırlanmış, onun yeni mexanizminin fəaliyyət prinsipləri isə 1944-cü ildə Bretton-Vudsedə (ABŞ) keçirilmiş valyuta-maliyyə konfransda müəyyən edilmişdir.
Dostları ilə paylaş: |