F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
YAŞIL YARPAQLAR
Katyanın yaşıl rəngli iki karandaşı vardı. Lenanın isə heç biri də yox idi. Bir dəfə Lena
Katyadan karandaş istəyərək dedi:
—
Mənə yaşıl rəngli bir karandaş ver.
Katya isə dedi:
—
Anamdan soruşum, sonra verərəm.
Sabahı gün hər iki qız məktəbə gəldi.
Lena soruşdu:
—
Katya, anan razı oldumu?
Katya ah çəkərək dedi:
—
Anam razı oldu, qardaşımdan isə soruşmamışam.
Lena dedi:
—
Eyb etməz, qardaşından da soruş.
Sabahı gün Lena Katyadan soruşdu:
—
Necə oldu, qardaşın razı oldumu?
—
Qardaşım razı oldu.
Amma mən qorxuram ki, sən karandaşı sındırasan.
Lena dedi:
—
Katya, sən qorxma, mən karandaşı ehtiyyatla işlədərəm. Katya cavabında:
—
Amma bax, Lena, karandaşı yonma, bərk basma, dilinə vurma, həm də çox şəkil çəkmə
ha!..
Lena dedi:
—
Mən ancaq ağacın yarpaqlarını və otu rəngləyəcəyəm.
Katya qaşlarını çataraq:
—
Bu çoxdur, — dedi və qaşqabağını salladı.
Lena ona baxdı və kənara çəkilib getdi. Karandaşı götürmədi.
Katya təəccüb etdi və onun dalınca yüyürdü.
—
Hə, nə oldu sənə? Götür!
Lena cavabında:
—
Lazım deyil, — dedi.
Dərs zamanı müəllim Lenadan soruşdu:
- Lena, nə üçün sən çəkdiyin ağacın yarpaqları göydür?
—
Yaşıl karandaşım yoxdur.
—
Nə üçün sən yoldaşlarından istəmədin?
Lena dinmədi. Katya qıpqırmızı qızardı və dedi:
—
Mən
ona verirdim, o isə almadı.
Müəllim hər ikisinə baxıb dedi:
—
Elə vermək lazımdır ki, onu ala bilsinlər
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
YAXŞI SAHİBƏ
Biri
var
idi, biri yox idi, bir qız var idi. Bu qızın
da
bir xoruzu
var
idi. Xoruz sübh tezdən oyanıb
banlayardı:
—
Quq-qulu-qu! Sahibəm, sabahın xeyir olsun!
Xoruz banladıqdan sonra qızın yanına gələrdi, onun əlindən dən dimdikləyərdi və torpaq qalağı
üstündə, qızın yanında durardı. Xoruzun əlvan lələkləri, yağ
sürtülübmüş kimi, bərq vururdu. Pipiyi
isə günəşin işığında qızıl rənginə çalırdı.
Bir sözlə, yaxşı xoruz idi!
Bir dəfə necə oldusa, qız qonşularında bir toyuq gördü. Toyuq onun xoşuna gəldi.
O, qonşu arvada dedi:
—
Toyuğu mənə ver, mən də öz xoruzumu sənə verim!
Bunu eşidən xoruz pipiyini əydi, başını salladı, nə edə bilərdi — sahibəsi özü verirdi.
Qonşu razı oldu. Toyuğu verib xoruzu aldı.
Qız toyuqla dostlaşmağa başladı. Yumşaq tüklü toyuq hər gün yumurtlayırdı.
—
Qa-qa-qa, sahibəm, yumurtanı nuşicanla yeginən.
Qız hər gün yumurtanı yeyərdi, toyuğu dizi üstünə qoyub tüklərini sığallayardı, ona su və dən
verərdi. Bir dəfə qonşu qadın qoltuğunda bir ördəklə qızgilə qonaq gəlmişdi. Ördək qızın xoşuna
gəldi. O, qonşudan xahiş edərək dedi:
—
Sən öz ördəyini mənə ver, mən də öz toyuğumu sənə verim?
Toyuq bunu eşidib lələklərini salladı, qəmgin oldu, lakin nə edə bilərdi — sahibəsi özü verirdi.
Qız ördəklə dostlaşmağa başladı. Onlar birlikdə çaya çimməyə gedirdilər.
Ördək də qızla bərabər çayda üzürdü.
Ördək qıza deyirdi:
—
Tas-tas-tas, sahibəm! Uzağa üzüb getmə, çay çox dərindir!
Qız sahilə çıxanda ördək də onun dalınca çıxırdı.
Bir gün boynuna xalta bağlanmış bir küçüyü qonşu oğlu çəkə-çəkə gətirirdi.
*
Qız bunu görüb dedi:
—
Ah, nə yaxşı küçükdür! Küçüyü mənə ver, əvəzinə ördəyi sənə verim.
Ördək bunu eşitdi, qanadlarını bərk şappıldatdı və qışqırdı, ancaq nə edə bilərdi. Qonşu oğlu
ördəyi qoltuğuna vurub getdi.
Qız küçüyü sığallayaraq dedi:
—
Mənim bir xoruzum var idi, onu verib bir toyuq aldım, sonra da onu ördəklə dəyişdirdim.
İndi də ördəyi verib küçüyü aldım.
Küçük bu sözləri eşidib quyruğunu qısdı və kürsünün altında gizləndi, gecə isə ayağı ilə qapını
açıb qaçdı.
«Belə sahibə ilə dost olmaq istəmirəm! O, dostluğun qədrini bilmir!»
Qız yuxudan ayıldıqda özünü tək və kimsəsiz gördü.