18
Belə hallarda tutmalar tez-tez təkrar olunmalıdır ki, müayinə zamanı
videoya qeyd oluna bilsin (əks halda video-EEQ-nin standart EEQ
müayinəsindən üstünlüyü olmaz).
EEQ monitorinq
Təkrar standart EEQ müayinəsi keçiriləndən sonra epilepsiya
diaqnozunun qoyulması mümkün deyilsə, EEQ monitorinqi əlavə
məlumat verə bilər.
Elektrokardioqrafiya (EKQ)
Konvulsiv tutma keçirən uşaqda (xəstədə) sinkop (məsələn,
“uzunsürən QT sindromu” nəticəsində kardiogen sinkop) ola bilər.
Buna görə də, konvulsiv tutma keçirən xəstədə EKQ müayinəsi
aparılmalıdır və əgər lazım olsa, daha dərin kardioloji müayinə
göstərişdir.
Video-çəkiliş
Xəstənin yanında olan şəxslər tutmanın video (telefon və ya
video-kamera vasitəsi ilə) çəkilişini yazsalar, həkim üçün tutmanın
semiologiyası daha aydın ola bilər. Buna görə də, tutmaları olan
bütün xəstələrdə tutmaların video-çəkilişi məsləhət görülür.
Neyrovizualizasiya
Epilepsiyanın səbəbi olan beynin struktur dəyişiklərinin aşkar
edilməsində MRT müayinəsi KT müayinəsindən daha üstündür.
Epilepsiyaya düçar omuş uşaqların əksəriyyəti MRT
müayinəsindən keçməlidirlər. Yalnız aşağıda göstərilən sindromlar
MRT müayinəsi üçün göstəriş deyil:
idiopatik yayılmış epilepsiyalar (uşaqların absans
epilepsiyası, gənclərin mioklonik epilepsiyası, gənclərin
absans epilepsiyası)
uşaqların mərkəzi-gicgah spayklarla xoşxassəli epilepsiyası
Genetik tədqiqatlar
Epilepsiyanın yaranmasında genetik təsirlər çoxdur. Xəstənin
nəslində epilepsiyanın olub- olmaması diaqnozu dəqiqləşdirmək və
proqnozu müəyyənləşdirmək üçün çox vacibdir. Buna görə də, bütün
epilepsiyalı xəstələrdə əvvəlki 2 nəsli əhatə edən genealoji ağac
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
tərtib edilməlidir və burada bütün nevroloji və psixi pozuntular qeyd
olunmalıdır. Genealoji ağaca nənə, baba; əmi, dayı, xala, bibi və
onların uşaqları; ata, ana; qardaş, bacı və onların uşaqları; xəstənin
öz uşaqları daxil edilməlidir.
EPİLEPSİYANIN MÜALİCƏSİ
Müalicənin əsas prinsipi – minimum əlavə təsirlərlə maksimum
terapevtik effektivlik əldə etməkdir.
►
Epilepsiyanın müalicəsi yalnız dəqiq diaqnoz qoyulduqdan sonra
başlana bilər
►
EƏP-lərin qəbulunun başlanması haqqında qərarı pasiyent və
epilepsiya üzrə mütəxəssis verməlidir (В)
►
"Epilepsiya önü" termini və "epilepsiyanın profilaktik müalicəsi"
taktikasının heç bir mənası yoxdur (ağır kəllə-beyin travması
istisnadır)
►
Epilepsiyanın müalicəsinə təkrar tutmadan sonra başlamaq
lazımdır
Aşağıdakı hallarda ilk tonik-klonik tutmadan sonra EƏP təyin
etmək lazımdır:
►
Anamnezdə mioklonik, absans və ya parsial tutmaların olması (В);
►
EEQ-də epileptik aktivliyin aydın şəkildə qeyd edilməsi (В);
►
Pasiyentdə ocaqlı nevroloji sindromların mövcud olması (В);
►
Pasiyent tərəfindən təkrar tutmanın baş vermə ehtimalının
yolverilməz hesab edilməsi (D);
►
İntellektin azalması (ali psixi funksiyaların pozulması);
►
Neyrovizualizasiya məlumatlarına əsasən struktur
dəyişikliklərinin mövcud olması.
EƏP ilə monoterapiya
Klinik epileptologiyada monoterapiya prinsipi özünə möhkəm
yer tutmuşdur.
Monoterapiya aşağıdakıların qarşısını almağa imkan verir:
ağır əlavə təsirlərin əmələ gəlməsi
teratogen təsir
Preparatlar epilepsiyanın forması və tutmaların xarakterinə ciddi
şəkildə uyğun olaraq təyin edilir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
Hər bir konkret halda preparat seçimi zamanı onun əlavə təsir
profilləri və dərmanların qarşılıqlı təsirinə əsaslanmaq lazımdır (A).
Qeyd:
Tərkibində eyni aktiv maddə olan EƏP-lər (orijinal preparatlar və
generiklər) bir-birini əvəz etmirlər – orijinal preparatları generiklərlə və
əksinə əvəz etmək lazım deyil. Monoterapiya şəklində tətbiq edilməsinə
icazə verilən bütün EƏP-lər ilk dəfə diaqnozu qoyulmuş epilepsiya zamanı
təxminən bərabər effektivliyə malikdirlər.
Uyğun EƏP ilə müalicə zamanı lazımi effekt əldə edilməzsə,
aşağıdakı vəziyyətləri nəzərdən keçirmək lazımdır:
səhv epilepsiya diaqnozu
epileptik sindroma uyğun gəlməyən EƏP seçimi
pasiyentin özbaşına dərman qəbulunu kəsməsi, pasiyentin
həkim tövsiyələrini yerinə yetirməməsi
neoplastik proses
alkoqol və ya psixoaktiv maddələrdən gizli sui-istifadə
baş beynin ağır inkişaf qüsuru
proqressivləşən xəstəliyin mövcud olması
EƏP-nin qeyri-adekvat dozaları
Rezistent epilepsiyanın müalicəsi
►
Cərrahi müalicə (göstərişlər ciddi şəkildə əsaslandırılmalıdır,
əməliyyat öncəsi hərtərəfli və tam müayinə aparılmalıdır)
►
Azan sinirin stimulyasiyası
►
Ketogen pəhriz
►
Psixoloji müalicə üsulları
Kombinə olunmuş müalicə (Politerapiya)
Kombinə olunmuş müalicənin təyin edilməsi imkanı nəzərdən
keçirilməlidir:
1)
Birinci 3 olan iki EƏP-nin monoterapiya şəklində tətbiqinin
qeyri-effektiv olması;
2)
Birinci EƏP ilə müalicə zamanı preparatın yaxşı qəbul
edilməsinə və pasiyentin vəziyyətinin əhəmiyyətli dərəcədə
yaxşılaşmasına baxmayaraq, dərmanın maksimal mümkün
dozada tətbiqi tutmaların əmələ gəlməsinin tamamilə qarşısını
almırsa (A).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |