Rübabə RÜSTƏmova kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı



Yüklə 44,94 Kb.
Pdf görüntüsü
tarix11.10.2017
ölçüsü44,94 Kb.
#4416


 

Rübabə RÜSTƏMOVA 



Kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı 

 

ELEKTRON RESURS KİTABXANANIN SƏNƏD-İNFORMASİYA 



RESURSLARININ TƏKAMÜLÜNÜN YENİ MƏRHƏLƏSİ KİMİ 

 

Açar  sözlər:  inkişaf;  elektron  resurslar;  təkamül;  sənəd- 



informasiya; kitabxana. 

Ключевые слова: развитие; электронные ресурсы; эволюция; 

документально-информационный; библиотека. 

Key  words:  development;  electronic  resources;  evolution; 

documentary-informational; library. 

 

Müasir  kitabxanaşünaslıqda,  sənədşünaslıqda  sənəd  fondlarından 



bəhs  edərkən  bir  çox  halda  sənəd  fondu  anlayışı  ilə  paralel  olaraq  sənəd 

resursu(ehtiyatı)   anlayışından  istifadə  edilir.  Bu  anlayış  artıq  kitabxana 

ictimaiyyətinin  leksikonunda  özünə  möhkəm  mövqe  qazanmışdır.  Bu 

səbəbdən   də,   bu   artıq   standartla   təsdiq   edilmiş   termin   kimi   elmi 

dövriyyəyə  və  istehsalat  praktikasına  daxil  olmuşdur.   Belə  ki,  7.0-99. 

“İnformasiya-kitabxana   fəaliyyəti, 

biblioqrafiya” 

adlı 


QOST-a 

(Dövətlərarası  Standart)  görə,  “informasiya  resursu  səhih  informasiyanın 

effektiv  alınması  üçün  zəruri  olan  verilənlərin  mütəşəkkil  məcmusudur”. 

Elektron  sənəd  və  elektron  informasiya  resursu  anlayışları  arasında  çox 

kiçik məna fərqi vardır. Bu səbəbdən də elektron sənədlərdən bəhs edilən 

elmi və tədris ədəbiyyatında elektron  sənəd  anlayışı ilə  yanaşı, “elektron 

sənəd    resursu”  və  “elektron  resurs”  anlayışından    geniş  istifadə  edilir. 

Məsələn,  Rusiyanın  Dövlət  İctimai   Elmi-Texniki   Kitabxanasının 

direktoru,  EBNİT  Assosiasiyasının  prezidenti  Y.  Şrayberq  və  onun  elmi 

tərəfdaşı,  məşhur  alim  A.  Zemskov  “Elektron  Kitab-xanalar”  əsərinin 

ayrıca  fəslini  “Elektron  resurslar.Tərifi,  tipologiyası”  adlandır-mışdır.. 

Bu fəsildə elektron sənədə “maşınla oxuna biləcək tərzdə maddi daşıyıcı 

üzərində  qeyd  edilmiş  məzmunca  bitkin  informasiya  massivi”  kimi  tərif 

veril-mişdir.  Elektron  resurs  isə  belə  bir  tərif  almışdır:  “Elektron  resurs 

elektron   sənədlərin   məcmusu,   çoxluğudur   (kolleksiyasıdır)   Burada 

nəzərdə  tutulur  ki,  kolleksiya  bir  qayda  olaraq  xüsusi  niyyətlə  yaradılır, 

resurs isə təsadüfi hərəkət-lərin, hadisələrin nəticəsində yarana bilər”. 

Müasir elmdə  adi  sənəd  resursları  ilə  elektron  resurlar  müqaisə 

edilərkən elektron resursların bir sıra fərqli növləri göstərilir: 

1.  Çap  analoqu  olmayan  elektron  resurlar(elektron  poçt,  intenet- 

dəki veb səhifələri, diskussiya qrupları, bir sıra elmi və kütləvi jurnallar, 

verilənlər bazaları, multime-diya materiallar və s.); 




 

2.  Çap  formasında  mövcud  olan  sənəd-informasiya  resurslarının 



dəstəklənməsi,   məsələn  onların   mühafizəsi,   istifadəçilərə   xidmətin 

yaxşılaşdırılması   və   genişlən-dirilməsi   (   o   cümlədən,   istifadəçilərin 

soruşduğu   nəşrlərin   elektron   analoqlarına   mülti-müyəssərliyin   təmin 

edilməsi),   onların   uzun   müdətli   mühafizəsini   təmin   edilməsi   üçün 

(məsələn,  elektron  kitablar,  çap  edilmiş  əsərlərin  elektron  versiyalrı) 

yaradılan elektron resurslar

3. Çap edilmiş sənəd  resursları  əsasında  yaradılmış,  uzun  müddət 

saxlanmaq   üçün  nəzərdə  tutulmayan  və  ya  bir  dəfə  istifadə  edildikdən 

sonra  məhv  edilməsi   nəzərdə  tutulan  elektron  resurslar(KAA  sistemidə 

istifadə   edilmiş   materialların   nüsxələri,   qəbzlər,   elektron   arayışlar 

Şrayberq  və  A.  Zemskov  elektron  resursların  ənənəvi  sənədlərdən  əsas 

fərq-lərini  sadalamaqla  bir  sıra  digər  əlamətlərinə  görə  də  təhlilini  verir. 

Lakin 

bizim 


fikrimizcə, 

elektron 

resursların 

həmin 


tərzdə 

təsnifləşdirilməsi və qruplaşdırılması məntiqi cəhətdən qeyri-mükəmməl- 

dir və fərqləndirmə əlamətlərinin bu tərzdə qruplaşdırılması lazımi qədər 

əsaslandırılmamışdır.  Bundan  əlavə,  həmin  alimlər  elektron  resursların 

bir  sıra  geniş  yayılmış  növlərinin  səciyyəsini  verir.  Bu  zaman  həmin 

növlərdən aşağıdakılar göstərilir: 

1.Hiper əlaqələrə, axtarış imkanlarına malik elektron resurslar; 

2. Verilənlərin  emal  edilməsi  və  nəticələrin  nümayiş  etdirilməsi 

funksiyaları olan elektron jurnallar

3.  Axtarış   imkanlarına   malik   kitabxana-biblioqrafik   verilənlər 

bazaları tipli elektron resurslar ; 

4.  Şəkillərin  ölçülərinə,  rənginə,  fəza  parametrlərinə  görə  emal 

edilməsinə imkan verən  fayllar, çoxölçülü  təsvirlərin qurulmasına imkan 

verən elektron resurslar; 

5.  Video,  audio  (o  cümlədən  musiqi)  yazıları,  kompüter 

animasiyası tipli elektron resurslar; 

6.  Rəqəmsal  xəritələr  və  kartoqrafik  informasiya  tipli  elektron 

resurslar; 

7.  Kompüter  proqramları,  o  cümlədən  bilavasitə  EHM  tərəfindən 

icra  edilmək  üçün  nəzərdə  tutulmuş  proqramlara  aid  edilən  elektron 

resurslar; 

8.  Multimediya  materiallar(insanın  müxtəlif  qavrama   kanalları 

üçün  nəzərdə  tutulmuş  informasiyann-mətn,  musiqi,  animasiya,  təsvir- 

müxtəlif uzlaçmasından ibarət elektron resurslar); 

9. Elektron sənədlərin digər növləri. 

Bildiyimiz kimi, cəmiyyatin ehtiyaclarının mmüəyyən 

istiqamətinin ödənil-məsi üçün yaradılan hər bir şey sonradan daha dar 

istiqamətlərə görə də bölünüb detallaşdırıla bilər. Bu baxımdan electron 




 

resurslar cəmiyyətin fəaliyyərinin hansı istiqamətlərində tətbiq 



edilməsinə görə də təsnifləşdirilə bilər Bu zaman aşağıdakı növlərini 

fərqləndirmək mümkündür: 

- elmi təyinatlı; 

- tədris təyinatlı; 

- asuda vaxt üçün nəzərdə tutulmuş

- bədii; 

- elmi-texniki informasiy; 

- elanlar, reklam və təbliğat; 

- elektron kommersiya təyinatlı; 

- istehsalat təyinatlı elektron resurslar; 

- texnoloji təyinatlı elektron resurslar; 

- maliyyə təyinatlı elektron resurslar; 

- digər təyinatlı s elektron resurslar. 

Bundan əlavə, elektron resurslar onların əlçatarlıq (ingiliscə buna 

“access” deyilir) dərəcəsinə görə də fərqləndirilərək aşağıdakı növlərə 

bölünə bilər: 

- tam əlçatar, heç bir məhdudiyyət olmayan; 

- pulsuz: 

- şərti olaraq pulsuz

- pullu; 

- ictimai istifadə üçün qapalı; 

- insanların özəl həyatı ilə bağlı. 

Elektron 

sənəd-informasiya 

resurslarının  

xüsusiyyətləri, 

funksiyaları bir çox digər tədqiqatların predmeti olmuşdur. Məsələn M.F. 

Menyayev,   İ.S.   Pilko,   A.P.   Antopolski,   A.Y.   Fridland   ümumilikdə 

informasiya 

resurslarının 

və xüsusi 

olaraq 


sənəd-informasiya 

resurslarının   xüsusiyyətlərini,  yaradılması   və   istifadə   məsələ-lərini 

nəzərdən   keçirmişlər.   Lakin   biz   hesab   edirik   ki   elektron   sənəd- 

informasiya  resurslarının  təqdim  edilən  təsnifat  prinsipi  heç  də  ideal 

sayıla  bilməz  və  onun  yenidən  və  əsaslı  nəzərdən  keçirliməsinə  böyük 

tələbat vardır. Çünki, belə bir elmi cəhətdən mükəmməl təsnifatın olması 

bu sahədə baş verən hadisə və proseslərin mahiyyətini düzgün anlamağa, 

proqnozlaşdırmağa və qiymətləndirməyə imkan verər. 

Elektron   resursların   müxtəlif   əlamətlərinə  görə   təhlili   müasir 

elektron  sənəd-lərin  demək  olar  ki,  bütün  növ  müxtəlifliyini  əhatə  edir. 

Lakin  bütün  bu  növ  sənəd-lərin  yaradılması  və  sənəd-kommunikasiyalar 

sisteminə  daxil  edilməsi  ancaq  infor-masiya  texnologiyalarının, 

resursların  hazırlanması  və  istifadəyə  verilməsinin  yük-sək  səviyyəsində 

mümkündür.  Bundan  başqa,  həmin  resursların   bütün  növlərinin 

yaradılması  və  istifadə  imkanları  dünyanın  ən  qabaqcıl  kitabxanalarına 



 

müyəssər   olan   bir   səviyyədir.   Lakin   biz   nəzərə   almalıyıq   ki,   son 



zamanlarda respublikamızda kitabxana işində yeniləşmə və inkişaf ildən- 

ilə   daha   yüksək   sürət   almaqdadır.   Bu   inkişafın   əsas   konturları   və 

vəzifələri  2008-ci  ildə  ölkəmizdə  qəbul  olunmuş  “Azərbaycan 

Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə 

inkişafı üzrə Dövlət Proqramı” adlı direktiv sənəddə tapmışdır. Respubli- 

kamızın  tarixində  kitabxana  quruculuğu  sahəsində  ilk  proqram    sənədi 

olan  bu  sənəddə  kitabxana  işinin  müxtəlif  aspektləri  ilə  yanaşı  ölkə 

kitabxanalarının    fondlarının,    sənəd-informasiya    resurslarının    inkişafı 

məsəlsi  də diqqət  mərkəzinə  gətirilir.  Burada  ölkəmizdə kitabxana işinin 

inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələrdən bəhs edilərkən “- 

kitab  nəşri,   yayımı  və  fond  komplektləşdirilməsi  işinin  tənzimləyən, 

maraqlı  tərəflərin  mənafeyini  ifadə  edən  "müəllif-nəşriyyat-kitabxana- 

oxucu" mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi; 

-  elektron  informasiya  fondlarının  formalaşdırılması  və  virtual 

kıtabxanaların   inkişaf   etdirilməsi,   "Azərbaycan   ədəbiyyatının   virtual 

kıtabxanası" nın oxucuların istifadəsinə verilməsi; 

-  elektron  kataloq  və  elektron  kitabxanaların  yaradılması  işinin 

təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması; 

-   kompüterləşdirilmiş   kitabxana   infrastrukturunun   qurulması, 

kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi

-  kitabxana  fondlarının  zənginləşdirilməsi,  onların  mühafızəsinin 

və təhlükəsizliyinin təmin edilməsi; 

-  "Azərbaycanın  kitab  abidələri"  dövlət  reyestrinin  hazırlanması, 

milli  informasiya  resurslarının  elektron  daşıyıcılara  köçürülməsi  kimi 

vəzifələr müəyyən edilir. 

Göründüyü  kimi,  bu  vacib  direktiv  sənəddə   respublikamızda 

kitabxanaların  elektron  sənəd-informasiya  resurslarının  yaradılması 

istiqamətində vacib vəzifələr müəyyənləşdirilmişdir. Ümid etmək olar ki, 

həmin  vəzifələrin  həyata  keçirilməsi  ölkəmizdə  sənəddə  kitabxanaların 

elektron  sənəd-informasia  resurslarının  zama-nın  tələbləri  səviyyəsinə 

yüksəlməsinə şərait yaradacaqdır. 

 

ƏDƏBİYYAT 

 

1.  Azərbaycan   Respublikasında   kitabxana-informasiya   sahəsinin 

2008-2013-cü 

illərdə 

inkişafı 

üzrə  Dövlət 

Proqramı 

//Kиtabxanaşünalıq   və   biblioqrafiya:   elmi-nəzəri   və   metodiki 

jurnal.-2008.- №2.- S 7-30. 

2.  ГОСТ  7.0-99.  Информационно-библиотечная  деятельность, 

библиография // 

 http://gsnti-norms.ru/norms/common/doc

. 



 

3.  Антопольский  А.П. Информационные  ресурсы  России:  науч. 



метод. пособие. – М:Либерия, 2004.- 423 с. 

4.   Земсков А. И., Шрайберг Я. Л. - Электронные библиотеки. – 

М., 2003. – C. 60-61). 

5.  Меняев  М.Ф,  Информационные  технологии  управления.  В  3 

книгах. Информационные ресурсы.-М.: Омега-Л, 2003. -432 с. 

6.  Пилько  И.С.  Информационные и  библиотечные технологии.- 

С.Пб.: Профессия, 2008. -342 с. 

7.  Фридман А.Я. Информатика: Процессы, системы, ресурсы.- 

М.: БИНОМ, Лаборатория знаний, 2003. – 232 с. 

 

ЭЛЕКТРОННЫЙ РЕСУРС КАК НОВЫЙ ЭТАП 



ЭВОЛЮЦИИ ДОКУМЕНТАЛЬНО-ИНФОРМАЦИОННЫХ 

РЕСУРСОВ БИБЛИОТЕКИ 

РЕЗЮМЕ 

 

В   статье   рассмотрен   вопрос   возникновения   и   развития 



электронных  ресурсов  как  нового  этапа  эволюции  документально- 

информационных  ресурсов  библиотеки.  Дана  характеристика 

электронного   ресурса,   приведены   основные   типы   и   виды   этих 

ресурсов. 

 

ELECTRONIC RESOURCE AS A NEXT STAGE OF 

EVOLUTION OF DOCUMENTARY- INFORMATIONAL 

RESOURCES OF THE LIBRARY 

SUMMARY 

 

The  paper  considered  the  origin  and  development  of  electronic 



resources  as  a  new  stage  in  the  evolution  of  documentary-informational 

resources of the library. The characteristic of the electronic resource was 

given and the main types and kinds of resources were introduced. 



 

 



Yüklə 44,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə