БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 07 (07) MART (MART) 2007
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
173
MƏZHƏBLƏRƏ GÖRƏ ÜÇ TALAQIN
BİR ANDA VERİLMƏSİ MƏSƏLƏSİ
Dr. Əhməd Niyazov
∗
GİRİŞ
Üç talaqın bir anda verilməsi, İslam boşama hüququnun mübahisəli
məsələlərindən biridir. Bu, kişinin xanımına, “sen üç və ya daha çox talaqla
boşsan” deməsi ilə hüquqi baxımdan hökmünün nə olacağı məsələsidir.
Mövzuya keçmədən əvvəl İslamın talaq bəhsinə ümumi bir baxış yerində
olar.
Məlum olduğu kimi Quran, kişiyə üç dəfə boşaya bilmə səlahiyyəti
vermişdir
1
. Bir yaxud iki talaqla boşadığı qadınla evliliyə davam etmə
imkanları var. Kişi bəzi hal və davranışları ilə bunu əldə edə bilər.
2
Ancaq
kişi xanımını üç talaqla boşadığı anda ər-arvad nikahı davam etdirmək
istərlərsə Quranın bu mövzudakı qadağası onlar üçün bir maneədir. Bununla
bağlı ayə aşağıdakı kimidir:
“Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın)
başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu
boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə)
riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri
ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün
Allahın bəyan etdiyi hədləridir (hökmləridir).”
3
.
∗
Bakı İslam Universiteti Zaqatala Şöbəsi müəllimi.
1
Bəqərə, 2/229.
2
Boşama hüququnda buna “ric`ət” deyilir ki, kişinin bir yaxud ikinci boşama
sonrasında iddə içərisindəki xanımı ilə sözlü və ya feli münasibət quraraq ona
qayıtdığını bildirməsidir. (Cürcani Ali b. Məhəmməd, Kitabut-Tərifat, Təhqiq:
Abdurrəhman Maraşlı, Beyrut 2003, s 189; Mehmet Erdoğan, Fıkıh Terimleri
Sözlüğü, İstanbul 2005, s 481.)
3
Bəqərə, 2/230.
Dr. Əhməd Niyazov
174
Onu da qeyd edək ki, sünnəyə uyğun olub olmaması baxımından talaq
iki yerə bölünür. Quran və Həzrət Peyğəmbərin sünnəsində müəyyən-
ləşdirilmiş əsaslara müvafiq boşama “sünni boşama”, bu əsaslara müvafiq
olmayan boşama isə bidət mənasında “bid`i boşama” adlanır.
4
Aybaşı (heyz)
halındakı qadının boşanması, təmizləndikdən sonra cinsi əlaqədə olaraq
boşama və bir dəfədə üç boşama bid`i boşamadır və bütün məzhəblərə görə
günah hesab edilir.
5
İslam hüquq alimlərinə görə sünni yaxud bid`i boşamaların həm dini,
həm də hüquqi cəhəti var. Bu baxımdan dini cəhətdən günah hesab edilən
boşamalar, hüquqi cəhətdən bəzən qəbul edilmiş, bəzən də rədd edilmişdir.
6
Təbii haldır ki, bu daha çox məzhəb alimlərinin görüşlərində özünü büruzə
verir. Çünki belə boşamalar bid`i boşamalar olub, hüquqi nəticəsi üləmanın
təyin edəcəyi hökmə bağlıdır. Məhz bu baxımdan üç talaqın bir dəfədə
verilməsi məsələsi həm məzhəblərin həm də məzhəb içi ixtilafların ortaya
çıxmasına səbəb olmuşdur.Onların geniş izahı isə aşağıdakı kimidir.
I. Kişinin üç boşama haqqını bir anda verməsi haramdır görüşü
Əhli-Sünnət və Cəfəri məzhəbinin müttəfiq olduğu görüşlərdən biri də
üç talaqın bir dəfədə söylənməsi ilə hökmünün haram olacağı məsələsidir.
7
4
Hayrettin Karaman, İslamda Kadın ve Aile, İstanbul 2006, s 110; Abdulvahhab
Xallaf, Əhkamu`l-Əhvali`ş-Şəxsiyyə fi`-Şəriəti`l-İslamiyyə, Küveyt 1990, s 143;
Hilli, Mühəqqiq Əbul-Qasım Nəcməddin Cəfər b. Hasan əl-Huzəli, əl-
Muxtasarun-Nafi fi Fiqhil-İmamiyyə, Qum 1989, s 222.
5
Xallaf, e.a.ə., s 143; Quleysi Əli Əhməd, Əhkamu”l-Usra fi`ş-Şəriəti`l-İslamiyyə,
Sana 1993, I, 84.
6
Ümumiyyətlə demək olar ki, bid`i talaqın həm də hüquqi baxımdan meydana
gələcəyi Əhli-Sünnət üləmasına xas xüsusiyyətdir. İmamiyyə və Zahiri məzhəbləri
ilə İbn Teymiyyə və İbn Qayyim əl-Cəvziyyə isə talaqın ancaq sünni olanını qəbul
edib, dinin haram saydığı bid`i talaqın nəinki dini hətta, hüquqi təməlinin də
olmadığını iddia etmişdirlər. (Hilli, İbn İdris Mühaqqiq Əbul-Qasım Nəcməddin
Cəfər b. Hasan əl-Huzəli, Şəraiul-İslam fi Məsailil-Halali vəl-Haram, Beyrut,
Tarixsiz, III, 18-23; Mağniyyə Məhəmməd Cavad, Fiqhul-İmam Cəfər əs-Sadiq,
Beyrut 1966, VI, 14.) Hətta, Cəfəri məzhəbində sünni talaq səhih və məqbul
boşama mənalarında işlədilmişdır. (Amili, Vəsailuş-Şia, XXII, 106-113.)
7
Murtaza, Əbul-Qasım Əli b. Hüseyin Seyyid Şerif, Resailuş-Şerif el-Murtaza,
Təhqiq: Ahmed el-Hüseyni ve Mehdi Reca’i, Qum 1985, I, 244 ; Hilli , Şeraiul-
İslam, III, 18; Sistani, Muhsin el-Hakim Əli el-Huseyni , Minhacus-Salihin, Qum
1996, III, 154; Xoyi, Əbul-Qasım el-Musevi , Minhacus-Salihin, Necef 1972, s
331. Zahiri məzhəbi, İbn Teymiyyə və İbn Qayyim əl-Cəvziyyə də Cəfərilərlə
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
175
Ancaq hüquqi baxımdan nəticəsinə gəlincə istər Əhli-Sünnət, istər Cəfəri
məzhəbi müxtəlif görüşler üzərində fikir bəyan etmişdirlər.Bu baxımından
Cəfəri üləma arasında iki fikir mövcuddur. Bunlardan biri kişinin bu cür
sözlü təsərrüfü haram olduğu üçün hökmsüz və hüquqi heç bir nəticə
meydana gəlməyəcəyi, digəri isə bir talaq haqqının meydana gəlmiş olacağı
iddialarıdır.
8
Onlara görə kişinin xanımını boşaması üç talaq haqqı ile
məhdud olup haqqın istifadə edilməsində xüsusən tək tək ve təmkinli
istifadəsi şərtdir
9
. Artıq ikinci boşamanın arxasından kişi xanımına
qayıtdıqdan sonra son haqqı ilə üçüncü dəfə boşarsa qadın başqası ilə
evlənmədikcə ona haram sayılır
10
. İmamiyyə bu cür üç boşama haqqında
icma etmişdirler
11
.
Əhli-Sünnət bir dəfə də üç boşamayı bid`i hesab etsə də belə sözün
mütləq bir hüquqi hökmlə nəticələnəcəyi rəyində müttəfiqdirlər.
12
Bu cür
bid`i talaq nəticəsində ya bir boşama, ya da üç boşamanın meydana gələcəyi
haqqında isə ixtilaf edərək iki grupa bölünmüşdürlər.
13
Fikirlərin müxtəlifliyi məsələsinə keçmədən əvvəl qeyd etmək lazımdır
ki, İmamiyyə, üç talaqın bir anda verilməsini Quranın “açıq hökmünə”
muxalif hesab edərək (üçün bir anda verilə biləcəyini) qəbul etməmişdirlər.
Onlara görə “ رم قلاطلا
نات
/ Boşama iki dəfədir”
14
ayeti, Quranda keçən “ مث
عجرا
لا
رصب
نيترك
/ Sonra gözünü təkrar təkrar çevir bax”
15
yəni “
رك
ة
دعب
رك
ة
” /
təkrar təkrar baxmaq mənasındadır. İki baxış deyil, bir baxışın arxasından
qayıdıb bir daha baxmaqda olduğu kimidir. Digər cəhət isə odur ki, bir işin
görülməməsi əmri qadağayı (nəhyi) doğurar. Bu səbəblə “ رم قلاطلا
نات
” “talaq
eyni görüşdədirlər. Bax: İbn Hazm, Əbu Məhəmməd Əli b. Əhməd b. Səid əl-
Əndəlüsi, əl-Muhalla bi`l-Asar, Təhqiq:Abdulğaffar Süleyman, Beyrut 1987, XI,
23.
8
Eyni əsərlər, eyni yerlər.
9
Təbrizi, Yusif el-Medeni, Minhacul-Ahkam fi’n-Nikah ve’t-Talak, Tarixsiz, 1998,
I, 486.
10
Kuleyni, Kafi, VI, 66; Qummi, el-Fəqih, III, 502.
11
Amili, Məhəmməd Cəmaləddin əl-Məkki Şəhidi-Sani , ər-Ravzatul-Bəhiyyə fi
Şərhi Lum’atid-Dəməşqiyyə, Beyrut, Tarixsiz, VI, 43.
12
Muhammed Şeltut – Ali Sayis, Mukayeseli Mezhepler Hukuku, Çev. Said Şimşek,
İstanbul t.y, s 107; Quleysi, e.a.e., s 73.
13
Quleysi, e.a.e., s 85-90.
14
Bəqərə, 2/229.
15
Mülk 67/4.
Dr. Əhməd Niyazov
176
iki dəfədir” əmri onun çox işlənməsi haqqında bir qadağadır. Qadağalar isə
fəsada dəlalət edər
16
.
Üsuli ekolun banisi Əbu Cəfər ət-Tusi (v.460/1068)
17
bu yorumların
Cəfəri fəqihlərinin hamısının istidlalı olduğunu bildirmiş,
18
və buna özünün
bəzi fikirlərini də əlavə etmişdir. Ona görə Allahın, ayədə önce “ رم
نات
”
deməsindən sonra arxasından üçüncüyü qeyd etmiş olması ilə talaqın ayrı-
ayrı verilməsi başa düşülür.Yenə ayənin davamında “
أ
و
ست
ر
حي
إب
اسح
ن
” yaxud
“
إف
ن
اھقلط
” əmrlərinin “nə iki dəfə nə də üç dəfə tək kəlmə ilə eyni anda
yerinə yetrilə biləcəyini”, söylədikdən sonra bunu “lian” bəhsindəki
şahidliyin ayrı-ayrı dörd dəfə təkrarlanmasının vacib olduğuna oxşadaraq
eyni şeyin burda da keçərli olacağını iddia etmişdir
19
.
Bu mövzuda Şeyx Müfidin (v.413/1022) nəzəri cəlb edən qeydləri isə
belədir: “Bütün Əhli- İslamın ittifaqına görə rükuda “Sübhanə Rəbbiyəl-
Azim” dedikdən sonra arxasından “səlisən” deməkle üç təsbih, “əl-
Həmdülillah” dedikdən sonra arxasından “aşran” deməklə on təsbih, şeytan
daşlayanın bir daş ataraq ardından “yeddi” deməsi ilə və yaxud lianda
“əşhədü Billah ərbəan” deməklə hökmün yerinə gəlməyəcəyi kimi “ قلاط تنأ
اث لاث” deməklə də höküm qəbul olmaz”
20
.
Burda diqqət edilməsi lazım olan bir şey var ki, İmamiyyənin
qabaqcıllarından olan bu iki alim də üç talaqın bir anda söylənməsinin
mümkün olmayacağını, haqqında höküm var olan başqa məsələlərə
16
Kazımi, Fazilulcevad, Mesalikul-Efham ila Ayatil-Ahkam, Təhqiq: Məhəmməd
Baqir el-Behbudi ve Məhəmməd Bakır Şərifzadə, Tahran, 1986, III, 3-36-74.
17
İmamiyyə fiqhinin ən böyük alimi (Şeyxut-Taifə) sayılan Əbu Cəfər ət-Tusi
müəllimi Şeyx Müfiddən sonra Üsuli ekolun bünövrəsini daha da dəqiqləşdirərək
sistemi müəyyən etmişdir. Şəri dəlilləri Quran və Sünnə ilə məhdudlaşdıran
Əxbari ekoldan fərqli olaraq dində dəlillərin quran, sünnə, icma və ağıldan ibarət
olacağı fikrini yekunlaşdırmışdır. Əlavə məlumat üçün bax: Əli Əhməd Salus,
Fiqhu’ş-Şîati’l-İmâmiyyə və Mevâdiu’l-Xilâfi Beynəhu və Beynə’l-Məzahibi’l-
Ərba’a, Küveyt, 1987; Məzlum Uyar, İmamiyyə Şiasında Düşünce Ekolları-
Əxbarilik, İstanbul 2000.
18
Tusi, Əbu Cəfər Məhəmməd b. El-Hasan Şeyxut-Taife, et-Tibyan fi Tefsiril-
Quran, Təhqiq: Məhəmməd Rıza el-Ensari el-Qummi, y.y . 1988, II, 246.
19
Tusi, eyni əsər, eyni yer.
20
Müfid Şeyx Əbu Abdullah Məhəmməd, el-Füsulul-Muhtara, (Nşr: el-Mutemerü
li’ş-Şeyh Müfid) Qum 1980, s 178.
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
177
bənzədərək ortaq illət
∗
axtarışına girmiş və qiyas metodundan istifadə
etmişdirlər. Halbuki, Cəfəri (üsuli) fəqihləri dördüncü dəlil olaraq ağlı əsas
alıb, qiyası rəddedərkən bunu dəlil qəbul edənləri ağır sözlərlə ittiham
etmişdirlər
21
.
Əhli-Sünnət alimlərinə gəlincə onlar, sünnəyə müvafiq olmayan
boşamaların hüquqi qüvvəyə malik olacağı məsələsini aşağıdakı isnadlarla
müdafiə etmişdirlər.
1.
Cuma namazı əsnasında alış-veriş etmək ayə ilə qadağan
edilmişdir.
22
Ancaq o anda ticarətlə məşğul olanın günah işləməsinə
baxmayaraq ticarəti məqbuldur.
2.
İbadətin qəsb edilmiş ərazidə yerinə yetrilməsindən Allah və Rəsulu
razı olmaz ancaq, onun qəbul edilməyəcəyini heç kəs iddia edə bilməz.
Sünnəyə müvafiq olmayan boşamalar da belədir. Boşayan kəs ayə və
hədislərin prinsiplərinə riayət etməzsə müamiləsinin nəticəsi olsa da özü
günahkar olar.
23
Ehli-Sünnət alimlərinin başqa bir dəlili isə belə bir
boşamayı Peyğəmbər əleyhissalamın talaq saydığı bəzi rəvayətlərdir.
24
Onlardan biri də İbn Ömər hədisindəki “ mənim xanımımı aybaşı ikən
boşamam, bir talaq sayıldı” ifadəsidir.
25
∗
Əsli dəlillərdən Qiyas metodunda, haqqında hökm olmayan bir məsələni haqqında
hökm olan məsələyə qiyas edərkən, ölçərkən bu iki məsələ arasında qurulacaq
münasibətin adıdır. Yəni birini birinə ölçməyə imkan verən ortaq bənzərlikdir ki,
hökmün qoyulmasına lazım olan münasib şəraiti əhatə edən münzıəbit (aşkar)
vəsfdir. (Abdulkərim Zeydan, el-Vəciz fi Usulil-Fiqh, Beyrut 1994, s 195; Vehbe
Zühayli, Fıkıh Üsulu, Terc: Ahmet Efe, İstanbul 1996, s 56, Erdoğan, e.a.ə., s
246.)
21
Bax: Müfid Şeyx, Əbu Abdullah Məhəmməd, el-İxtisas, (Nşr. el-Mutemeru liş-
Şeyx Müfid) Qum 1989, I, 108-109; A. mlf, et-Təzkira bi Usulil-Fıqh, (Nşr. el-
Mutemeru li’ş-Şeyx Müfid) Qum 1993, s 38; Kaşiful-Gıta, Məhəmməd Hüseyin,
Asluş-Şia ve Usuluha, Beyrut 1981 , s 121.
22
Cuma 62/9.
23
İbn Humam Kəmaləddin Məhəmməd, Fəthu`l-Qadir, Misir 1897, 3, 24; Şövkani
Məhəmməd b. Əli, Neylul-Əvtar Şerhu Muntəqa’l-Əxbar min Əhadisi Seyyidil-
Axyar, Qahire 1952, VI, 245; Hamdi Döndüren, Delileriyle Aile İlmihali, İstanbul
1995, s 405.
24
Buxari Talaq, 2; Nəsai, talak 6.
25
Buxari Talaq, 2.
Dr. Əhməd Niyazov
178
II. Bir anda üç dəfə boşamanın üç şayılacağını iddia edənlər
Dörd məzhəb imamı da daxil olmaqla səhabe və tabeunun əksəriyyətinə
göre bidət də olsa eyni anda birdən çox boşama məqbuldur, söylənən rəqəm
və ya təkrarlanan talaq meydana gələr.
26
Boşama anında üç və daha çox
miqdarın tələffüzü ilə talaq bain xüsusiyyəti qazanar və o andan etibarən
qadın boşayana haram olar. Bundan sonra evliliyə davam etmək istərlərsə
qadın başqası ilə evlənmədikcə ona halal olmaz.
27
Digər rəy sahiblərinin
özünəməxsus dəlilləri olduğu kimi bu görüşü iddia edənlərin də rəylərinə
müvafiq dəlilləri mövcuddur. Onlar aşağıdaki kimidir.
1) Qurandan dəlilləri: “Boşama iki dəfədir, ondan sonra yaxşı dolanmaq
(qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. .……
Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa
bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz”
28
ayələridir. İsnad cəhəti
isə, ayənin istər bir istər üç olsun boşamanın meydana gəlməsində hər ikisinə
şamil olan ümumi mənasıdır.
29
2) Hədislərdən bir neçə dəlilləri vardır. Onlardan biri Üveymir əl-
Aclaninin mülaənə hadisəsidir. Üveymir xanımı ilə mülaənə etdikdən sonra
Rəsuləllahın (s.ə.s.) hüzurunda xanımını üç dəfə boşadı. Rəsuləllah (s.ə.s.)
buna müdaxilə etmədi.
30
3) Səhabədən Hz. Abdulah b. Məsud, Hz. Ömər və Hz. İbn Abbas və
başqalarının bu mövzuda bəzi fitvaları isnad edici faktorlardır. Belə ki,
onlardan biri də İbn Abbas (r.a) tərəfindən verilən fitvadır. Onun yanına bir
adam gəldi və ona mən xanımımı üç talaqla boşadım dedi. İbn Abbas, bir az
sükut etdi. Sonra adama: “siz bəzən axmaqlıq edirsiniz. Sonra mənim
yanıma gəlib, ey İbn Abbas! ey İbn Abbas! deyirsiniz. Uca Allah: “kim
Allahdan qorxarsa Allah onun üçün bir çıxış yolu tapar” deyir sən isə
Allahdan korxmadığın üçün sənə bir çıxış yolu tapa bilmərəm” dedi.
31
26
İbn Rüşd Əbul-Vəlid, Bidayətul-Müctəhid, Beyrut 2002, II, 60; İbn Qudamə
Müvəffəqəddin Əbu Məhəmməd, əl-Muğni fı Fıqhi`l-İmam Əhməd b. Hənbəl əş-
Şeybani, Beyrut 1984, V, 104; Məhəmməd Əbu Zəhra, əl-Əhvaluş-şəxsiyyə,
Qahirə 1957, s 304-309; Karaman, e.a.ə., s 111.
27
Merğinani, e.a.e., II, 61
28
Bəqərə 2/229-230.
29
Quleysi, e.a.ə., II, 86.
30
Buxari, Talaq, 16; Müslüm Talaq 17.
31
Buxari, Talaq, 4.
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
179
4) Talaq bir haqq olaraq kişiyə aid olub, onun mülkiyyəti kimidir. Kişi
bu hüququnu istifadə etmədə ixtiyar sahibidir. Üç ayrı vaxtda istifadə edə
bildiyi kimi, hamısını bir yerdə də istifadə etmə haqqına malikdir bu da qiyas
dəlilinə əsaslanır.
32
Cəfəri məzhəb alimlərinin çox sayıda verilən talaqın nəticəsi baxımından
mənimsədikləri iki ayrı görüşlərdən biri belə bir təsərrüfün batil olacağı,
digəri isə yalnız bir talaqın meydana gələcəyidir. Şövqani (v.1250/1737),
İmamiyyə üləması arasında bəzilarinin bir anda verilən üç talaqın üçünün də
keçərli olacağını söylədiklərindən bəhs etmişdir
33
. Qeyd etmək istədiyimiz
odur ki, üç talaqın bir anda bəyanı Cəfərilərə görə yuxarıda da qeyd ettiyimiz
kimi ya batil ya da bir talaq sayılmışdır
34
. İki ve ya üç talaqın bir anda
verilməsi, haram sayıldığı üçün meydana gəlməyəcəyi, bu höküm üzərine
icma hasil olduğu və eyni zamanda bunun İmamiyyə məzhəbinin
zəruriyyətindən hesap edildiyi də bəzi alimler tərəfindən nəql edilmişdir
35
.
Üç talaqın bir anda söylənməsinin səhih olmadığı haqqındakı
İmamiyyənin ittifaqını Şeyx Müfid belə bəyan edir: “İmamiyyə, kişinin üç
talaq arasında iki dəfə ric’ət etdikdən sonra üçüncü dəfə boşamasından başqa
üç talaqın meydana gəlməyəcəyi haqqında müttəfiqdir. İlk boşama ilə ikinci
boşama arasında ric’ət olmadıqdan sonra iki talaqda belədir. Hər kim
boşadığı qadına ric’ət etməzsə boşadıqdan sonrakı boşaması məqbul deyil.
Əhli-Sünnət (ammə) bunun əksinə icma etmiş və boşamalar arasında ric’ət
olmadan üç talaqın meydana gələ bıləcəyini iddia etmişdirler.”
36
O da var ki, İmamiyyə fiqh ədəbiyyatında üç talaqın keçərli olacağı
haqqında qeyd edilmiş sadəcə bir fitvaya rast gəlmək mümkündür ki, bu da
şərtli bir fitvadır və aşağıdakı kimidir:
32
İbn Qudamə, e.a.ə., VII, 105; Vəhbə Zühayli, əl-Fiqhul-İslamiyyu və Ədillətuh,
Dəməşq 1997, IX, 6934.
33
Bax: Şövkani, e.a.ə., VI, 245.
34
Hilli, Şəra’iul-İslam, III, 18; A. mlf, Muxtasarun-Nafi’, s 222; Sistani, Minhacus-
Salihin, III, 154; Humeyni, Zübdetü’l-Ahkam, s 213.
35
Nəcəfi, Məhəmməd Hasan b. Bakir b. Abdurrahim, Cəvahirü’l-Kelam fi Şerhi
Şera’i’il-İslam, (Təhqiq: Məhəmməd, el-Kuçani) Beyrut, Tarixsiz,, XXXII, 81;
Amili, er-Rəvzatul-Bəhiyye, VI, 18; Sistani, Minhacus-Salihin, III, 154
36
Müfid Şeyx Əbu Abdullah Məhəmməd, el-İlam, (nəşr. əl-Mutemeru liş-Şeyx
Müfîd,) Qum, 1992 s 39.
Dr. Əhməd Niyazov
180
“Üç talaqın baş verəcəyi inancında olan Əhl-i Sünnət bir kişinin Şiə
xanımını vəya əksinə bir evlilikdə, üç talaqla boşama təzahür edərsə bu üç
olaraq meydana gələ bilər”.
37
Rəvayətlərə gəlincə isə, üç talaqın meydana gəlməsi mövzusundakı
Səidul-Uməvinin Cəfəri-Sadiqdən nəql ettiyi rəvayət belədir:
“Cəfəri-Sadiqdən bir məclisdə üç boşama haqqında soruşduğum anda
mənə belə dedi: “Mənə görə bu keçərlidir. Babama (Məhəmməd Baqir)
gəlincə isə o bunu bir boşama sayardı”.
38
Xəbəri izah edən Amili rəvayət
haqqında belə deyir: “İmamın üç boşamayı üç sayması təqiyyədən
sayılmışdır” deyərək bunun Əhli-Sünnət (ammənin) görüşünə müvafiq ifadə
olduğundan təqiyyə
∗∗
hesab etmiş və məzhəbin üç talaq haqqındakı
hökmünün ancaq bir sayılacağını müdafiə etmişdir.
39
III. Üç talaq haqqının bir anda verilməsi ilə hüquqi hiçbir nəticə
hasil olmayacağı görüşü
Cəfərilərdən bu fikri iddia edən İbn Əbi Aqil, Şərif Mürtaza
(v.436/1236), İbn Hazma et-Tusi ve Beyaziye (v.877/1472) göre bir sözle üç
talaqın verilmesi bid’i talaqdandır. Çünki bid`i talaq zaman ve istifadə edilən
söz baxımından iki hissəyə bölünür. Aybaşı (heyz) halında yaxud
təmizləndikdən sonra cinsi əlaqədə olan qadının boşanması zamana görə
37
Hilli, əl-Muxtasarun-Nafi, s 222; Sistani, Minhacus-Salihin, III, 155; Xoyi,
Minhacus-Salihin, s 331.
38
Amili, Vesailuş-Şi’a, XXII, 65.
∗∗
İmamiyyədə təqiyyə, batinin gizli tutulması və olduğundan başqa göstərilməsidir.
(Tusi Şeyx Əbu Cəfər, əl-Əmali (Nəşr: Darus-Səqafə) Qum 1993, s 281; Nasir
Mekarim Şirazi, Takiyye, (Tərc. Hasan Uzunçam) İstanbul 1992, s 9.) Bunun
təməlləri İmam Rızaya aid edilən “Bizdən nəql edilən xəbərlər içində də
Quranınkına bənzər mütəşabih ifadələr vardır. Eyni ilə Quranınkına bənzər
muhkəm ifadələr də vardır” (Qummi Şeyx Saduk İbn Babaveyh Ali b. Huseyin,
Uyunu əxbarir-Rıza, Nəşr:Darul-Aləm, Qum 1958, I, 290.) rəvayətinə və Cəfer
Sadiqə aid edilən “Məndən insanların (ammənin) sözünə bənzəyən bir şey eşitsən
bil ki, onda təqiyyə vardır. İnsanların (ammənin) sözünə bənzəməyən bir şey
eşitsən onda təqiyyə yoxdur” ( Tusi, Təhzib, VII, 97; A. mlf, İstibsar, III, 318,
Amili, Vəsailu’ş-Şia, XXII, 285, Məclisi, a.g.e, II, 252. )rəvayətlərinə dayanır.
39
Eyni əsər, eyni yer.
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
181
bid`i; şərtə bağlı ve ya bir məclisdə verilən üç talaq söz baxımından bid’i
talaqdır və haramdır.
40
Seyyid Mürtaza çox verilən talaqın hökümsüz olacağı rəyini qiyas
metodundan istifadə edərək belə dəlilləndirmişdir:
“انما ناك هلخد نم و” / Oraya giren toxunulmaz olar”
41
ayesində ilahi
muradın xəbər deyil əmr olmasıdır. Buna göre oraya girənin
toxunulnazlığının təmin edilməsinin vacibliyi bir “əmr” olduğu kimi, “ قلاطلا
رم
نات / boşama iki dəfədir”
42
ayəsində də biri digərini hökümləri ilə bərabər
və ardıcıllıq şərti ilə “ iki dəfə boşayın” bir əmirdir. Yəni, ikisinin də eyni
vaxtda olmayacağıdır.
43
Həzrət Əlidən gələn rəvayət İmamiyyənin istinad ettiyi əsas dəlil olub
belədir: “ Bir məclisdə üç talaqla boşanmış qadınlardan çəkinin çünki belə
qadınlar ər sahibidirlər”
44
Bu mövzuda Abdullah b. Cəfər, Səffanul-
Cemmaya belə bir rəvayət nəqletmişdir: “ Adamın biri İmam Sadiqə belə
sordu: “Mən xanımımı bir məclisdə üç dəfə boşadım. Bunun hökmü nədir?”
İmam Cəfər bu vəziyyətdə:
-Bunun bir zərəri yoxdur. Kim bir məclisdə üç talaqla boşarsa talaq
meydana gəlməz. Siz Allahın kitabındakı bu ayəni oxumadınız mı? “ Ey
Peyğəmbər! Qadınları boşadığınız zaman onları iddələri müddətində
(təmizləndiklərində) boşayın və iddəi sayın...” Allahın kitabına və Sünnəyə
40
Ümmani, İbn Ebi ki, Fıkh’l-Ummani, y.y, tsz, s 467-468; Murtaza, Əbul-Qasım
Əli b. Hüseyin Seyyid Şerif, el-İntisar, BAeyrut l 1985, s 129; Tusi, İbn Hamza
İmaduddin, el-Vesile ila Neylil-Fadile, Qum 1987, s 322; Beyazi, Əli b. Yusif en-
Nebati, es-Sıratul-Müstekim, Necef, 1964, III, 192.
41
Ali İmran 3/97.
42
Bəqərə, 2/229.
43
Mürtaza, el-İntisar, s 134-135. Onu da qeyd etmək lazımdır ki, Şərif Mürtaza,
özünə aid edilen “ Resailul-Mürtaza” adlı başqa bir əsərində 58-ci məsələ olaraq
ələ aldığı “bir məclisdə üç talaq vermənin hökmü” haqqında belə dediyi qed
edilmişdir: “Məzhəbin etimad etdiyi ve əməl etdiyi səhih görüş, bir talaqın
meydana gələcəyi görüşdür. Mötəbər şərtlərin tam yerinə yetrildiyi və ayrılmaq
üçün talaqın tələffüz edildiyi bir vəziyyətdə talaqın meydana gəlməyəcəyi necə ola
bilər?”. (Mürtaza, Rəsail, I, 244.) Əhməd əl-Hüseyni və Mehdi Rəcai tərəfindən
hazırlanan bu məcmuənin ona aidiyyətinin tədqiqə açıq olması və ona aidiyyəti
dəqiq olan “əl-İntisar” əsərinde isə meydana gəlməyəcəyinə dair geniş yer
ayıraraq əqli və nəqli dəlillərlə isbat etməyə çalışması həqiqətdə Mürtəzanın belə
bir talaq təsərrüfünu səhih saymadığını göstərir.
44
Qummi, e.a.ə., II, 124.
Dr. Əhməd Niyazov
182
müxalif olan hər şeyin kitab ve sünnə çərçivəsində əsaslandırılması
lazımdır.”
45
Bir anda verilən üç talaqın batil olması haqqında dəlillərdən biri də
İmamiyyə hədis ədəbiyyatında Abdullah b. İbn Ömər haqqında varid olan
hadisədir. Bunlardan biri Əbu Bəsirin Cəferi-Sadiqdən rəvayət ettiyi
aşağıdakı xəbərdir.
İmam Sadiq buyurdu: “Kim aybaşı/heyz halındakı xanımını bir məclisdə
üç talaqla boşarsa bir şey meydana gəlməz. İbn Ömerin heyzli hanımını üç
talaqla boşadığı anda Rəsuləllah (s.a.s) onun talaqını saymamışdır.
Rəsuləllah (s.a.s) bu talaqı qəbul etmədi və “Allahın kitabına və sünnəyə
müxalif olan hər şey Allahın kitabına ve sünnəyə döndərilir. Talaq, ancaq
iddə hökümlərinə riayət edildiyi talaqdır. ”
46
Bu rəvayət haqqında Tusi, təfsirində bir az sonra açıqlayacağımız əks
görüşü müdafiə etməsi ilə yanaşı bu mövzudakı xəbərləri bir bab başlığında
belə adlandırmışdır: “Boşanmaya müvafiq qadının bir məclisdə üç talaqla
boşayanın bir talaqı meydana gələcəyi babı”
47
. Yuxarıda qeyd edilən rəvayət
haqqında ise o: “ Onun (rəvayətin) vürud səbəbinin ya qadının heyzli halında
ola biləcəyi ya da “üç talaq” deməsində bir eyib olmaması, çünki bir talaqın
meydana gələcəyi” izahını etmişdir
48
. Həmçinin mühəddis fəqih Hürr el-
Amili (v.1104/1692) də İmam Caferin, rəvayətdə ifadə edilən “
سيل
ئيشب
”
sözünü birden çoxunun keçərli olmayacağına şamil edərək Tusinin məqsədə
uyğun bir görüşdə olduğunu bildirmişdir
49
.
IV. Üç talaqın bir anda verilməsini bir boşama qəbul edənlər
Səhabe, tabeun və sonrakı nəsillərə mənsub bir çox müçtəhid, İbn
Teymiyyə, İbn Qəyyum əl-Cəvziyyə, Şövqani, Şəltut, Sayis, Əbu Zəhra və
zəmanəmizin mötəbər alimlərindən Xeyrəddin Karaman
50
ilə Cəfəri
45
Himyeri, Əbul-Abbas Məhəmməd b. Cəfər, Kurbul- İsnad, (Nşr: el-Mektebetü’n-
Nebevi) Tahran 1993, s 30; Amili, Vesailuş-Şia, XV, 317; Tusi, Tehzib, VIII, 54;
A. mlf, İstibsar, III, 287.
46
Himyəri, a.g.e, s 30; Amili, Vesailuş-Şia, XXII, 64.
47
Tusi, İstibsar, III, 287.
48
Aynı eser, aynı yer.
49
Amili, Vesailuş-Şia, XXII, 64.
50
İbn Qeyyum əl-Cövziyyə, İ`lamul-Müvəqqiin an Rabbil-Aləmin, Beyrut, Tarixsiz,
III, 41-52; Zühayli, əl-Fiqhul-İslamiyyu., IX, 6927; Ebu Zəhra, e.a.ə., s 309; Sayis,
e.a.ə, 117; Karaman, e.a.ə., s 111.
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
183
fəqihlərin Şeyx Müfid və Şeyx Tusi başda olmaqla əksəriyyəti
51
çox verilən
talaqın bir boşama sayılacağı fikrində müttəfiqdir.
Əvvəlcə onu qeyd edək ki, Şeyx Tusi bu mövzuda belə demişdir:
“Quranda “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman iddələri müddətinde
(təmizləndikləri vaxt) boşayın ve iddəni sayın...”
52
ayəsinin mənası belədir:
“Ey Peyğəmbər! Ümmətinə de! Qadınları boşadığınız zaman onları
təmizləndiyi və cinsi münasibətin olmadığı bir zamanda, digər şərtlərə də
riayət edərək boşamaları lazımdır”
53
. Tusiyə görə boşamaq, ancaq iddəni
saymanın mümkün olduğu bir vəziyyətdə məqbul olar. Ona göre “
ﻦِﻬِﺗﺪِﻌِﻟ ”nin
mənası “
ﻞﺒﻘﻟ
ﻦِﻬِﺗﺪِﻋ
” şəklində başa düşülür. Hətta, ona göre ayə belə də qiraət
edilmişdir, ancaq ayəni bu cür qiraət etmək doğru olmasa da şübhə yox ki,
Allah bu mənanı nəzərdə tutmuşdur.
54
Fəqihlərin iddialarına delil təşkil edən bir başqa məsnəd İmamların
birdən çox rəvayətleridir ki, onların bəziləri aşağıdakı kimidir.
Cəfəri-Sadiq belə demişdir: “Əgər bir kimse xanımını təmiz olmadığı
halda ve ya Allah Təalanın göstərdiyi kimi iddəsini nəzərə almayaraq üç
talaq ve ya bir talaqla boşarsa, onun talaqı talaq deyildir. Əgər xanımı təmiz
olduğu vəziyyətdə onunla cinsi münasibət olmadan iki adil şahidin
hüzurunda üç talaqla boşarsa bu bir talaq sayılır ve digər iki talaqı batildır.
Amma əgər bir kəs, Allahın əmr ettiyi kimi xanımını iddə müddətinə riayət
edərək üç dəfə boşarsa, artıq xanımıı ona haram olar. O qadın başka bir kişi
ilə nikahlanmadıkca ilk kişisinə halal olmaz.
55
Burada onu da qeyd etmək lazımdır ki, kişinin xanımına “
قلاط تنأ
فصن
ةقيلطت/ sən yarım talaqla boşsan” deməsini məzhəb alimlərinin əksəriyyəti bir
51
Müfid, el-Füsulul-Muhtara, s 175-188; Tusi Əbu Cəfər Məhəmməd b. əl-Həsən,
en-Nihaye fi Mücerredil-Fıkh vel-Fetava, Beyrut 1970, s 512; Hilli, Muxtasarun-
Nafi’, s 222; Təbrizi, Minhacul-Ahkam, I, 486; Tabersi, Mecme’ul-Beyan, X,40;
Xoyi, Əbul-Qasım el-Musevi, el-Beyan fi Tefsiril-Quran, Beyrut 1974, s 512;
Nəcəfi, a.g.e, XXXII, 82; Hilli, Abdulkerim, el-Ahkamul-Ca’feriyye fil-Ahvali’ş-
Şaaahsiyye, Beyrut 1985, s 84; Humeyni, Zübdetü’l-Ahkam, s 213.
52
Talaq 65/1.
53
Tusi, et-Tibyan, X, 29-30.
54
Eyni əsər, eyni yer.
55
Amili, Vesailuş-Şia, LXV, s 319.
Dr. Əhməd Niyazov
184
talaq saymışdır
56
. Çünki hökmə istinad sayılan rəvayət Hz. Əli’nin aşağıdakı
sözüdür:
“Kişinin xanımına “
قلاط تنأ
فصن
ةقيلطت
” deməsi bir talaqdır. Çünki
talaqda bölünme yoxdur”
57
.
Eyni görüşü mənimsəyən İbn Qəyyum, müxaliflərinə qarşı bir sıra
dəlillər sadalayaraq, onların başlıcası olan ayələrə isnadında belə demişdir:
“Mütləq ayələr, bir sözlə üç talaqın meydana gələcəyini rədd edən sabit
dəlillərlə təqyid edilmişdir. Başqa dəlil olmasa belə boşamanın iki olduğunu
bildirən ayə təqyid üçün tək başına kifayətdir.”
58
Qurana müraciət edən digər üləmaya görə “boşama iki dəfədir” ayəsi ilə
Uca Allah, boşama əhkamını tənzimləyərək üç boşamanın cəm edilməsinin
mümkün olmadığını və boşamanın ancaq ardıcıllıq əsasənda ola biləcəyini
demişdirlər. Bu səbəblə kim talaq haqlarını bir məclisdə və yaxud bir sözlə
cəm edərsə, ancaq bir boşama hüququndan istifadə etmiş olar.
59
Üləmanın sünnədən gətirdiyi dəlil isə İbn Abbasın üç verilən talaqın Hz.
Peyğəmbər (s.ə.s) zamanında bir sayıldığını xəbər verən aşağıdakı
rəvayətidir:
“Rəsuləllah (s.ə.s.), Hz. Əbu Bəkir ve Hz. Ömərin xilafətinin ilk iki
ilində üç talaq bir sayılırdı. İnsanlar, Hz. Ömər zamanında xanımlarını çox
talaqla boşadıqları üçün Hz. Ömər: “İnsanlar diqqətlə hərəkət etməleri lazım
olan bir şeydə tələsirlər. Kaş bunu onların əleyhinə qiymətləndirsək dedi və
üç talaqı üç boşama saydı”.
60
Hz. Ömər dövrünə qədər tətbiq edilən bu
hökmün həm də o dövrə aid icma təşkil etdiyi bildirilmiş
61
və dəlil
baxımından ən qüvvətlisi hesab edilmişdir.
62
Müasir İslam hüquqşünaslarının bu məsələ ilə bağlı görüşlərinə gəlincə
onlar, hər iki hökmə də dəlalət edən rəvayətlərlə yanaşı Hz. Ömər ictihadının
56
Kufi, Məhəmməd b. Məhəmməd el-Eş’as, el-Ca’feriyyat, Tahran, y.y, s 111; Ravəndi,
Seyyid Fadlullah, en-Nevadir, Nşr: Müessesetü Daril-Kutub, Qum tsz, s 52.
57
Məclisi, a.g.e, CI, 159; Nəvəvi, a.g.e, XV, 315.
58
İbn Qəyyum, e.a.ə., III, 41-52.
59
Şövkani, e.a.ə., VI, 261; Zühayli, əl-Fiqhul-İslami, IX, 6928.
60
Müslüm, Talaq, 14; Əbu Davud, Talaq, 10.
61
Quleysi, e.a.ə., II, 88.
62
Karaman, e.a.ə, s 111.
Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi
185
əsası olan məsləhət
∗
prinsipi əsasında fitva vermişdirlər. Onlar, problemin üç
talaq hesab edilməsi ilə şəriət və din baxımından ortaya çıxaracağı mənfi
xüsusiyyətlərə diqqəti cəlb edərək belə bir hökmün geyri-mümkünlüyünü
ifadə etmiş, bir boşama sayılmasının həm də hüquqi baxımdan ən ideal
olduğunu bildirmişdirlər.
63
Nəticə
Üç talaqın bir anda verilməsi məsələsi yuxarıda da şahid olduğumuz
kimi İslam məzhəbləri, hətta məzhəb içi ixtilafların ortaya çıxmasına səbəb
olmaqla haqqında dörd hökm və fitva vardır. Hal hazırda alimlərin haqqında
bəhs etdiyi qörüşlər onun üç yaxud bir sayılacağı mübahisəsidir.
Qeyd etməmiz mümkündür ki, iki görüşün də hər biri asanlıqla qəbul
edilə bilər. Çünki iddia edən tərəflərin özünəməxsus dəlilləri mövcuddur.
Ancaq bunların hər biri “Əzmanın təğayyuru ilə əhkamın təğayyuru inkar
edilə bilməz / zamanın dəyişməsi ilə əhkamın dəyişməsi inkar olunmaz”
qaydası əsasınnda şərtlərin gətirdiyi bəzi çətinlikləri aradan qaldırmaq üçün
fitva siyasəti baxımından əhəmiyyət kəsb edən məsələdir. Ona görə də hər
iki ehtimalın –bunun istər üç sayılması istərsə də bir sayılmasının- meydana
gətirdiyi nəticələr nəzərə alınmalıdır. Məsələn, müasir dövrdə bir talaqın
meydana gələcəyini qəbul etmək üç talaqın meydana gələcəyini qəbul etmə
nəticəsində ortaya çıxacaq fəsad (məfsədət) baxımından daha azdır. Bu
səbəblə bir talaqın meydana gələcəyi ictihadının daha tutarlı olacağı görünür.
Hz. Ömərin məsləhətə uyğun ictihadı ilə aldığı qərarda belədir.
İmamların bu şəkildə fitva vermələrinin əsil səbəbi yenə Hz. Ömərin bu
qərarıdır. Hz. Ömerin bu qərarı sonradan dinin qəti bir emri olaraq başa
düşülmüşdür. Bunun üçün əshabi-kiramın verdikləri fitvalar hədislərin
qabağına keşmiş, imamların görüşü də səhabələrin fitvaları ilə
dəstəklənmişdir.
∗
Məsləhət, İslam Hüquq Nəzəriyyəsi baxımından ikinci dərəcəli dəlillərdən olub,
lüğət olaraq mütləq mənfəət deməkdir. Termin olaraq isə, dinin məqsədlərinə
uyğun olan bir şeyin mötəbər yaxud qadağan edildiyinə dair hər hansı bir dəlil də
olmazsa hökmün ona bağlanması ilə mənfəət hasıl olar və zərərlər uzaglaşdırılar.
(Zeydan, e.a.ə., s 236; Zuhayli, Fıkıh Üsulu, s 74.)
63
Əbu Zəhra, e.a.ə, s 309; Sayis, e.a.ə., s 124; Quleysi, e.a.ə., II, 89.
Dr. Əhməd Niyazov
186
Mövzuya geniş perspektivdən baxmaq bu haqda fikir söyləyəcək kəsləri
hər cəhətdən doğruya aparacaq yeganə yol olmuşdur. Unutmamaq lazımdırki
üləmanın əksəriyyətinə görə ictihad sahəsinə girən hər mövzuya həm əsli
həm də fər`i dəlillər prizmasından baxış təməl prinsipdir. Zənnimizcə üç
talaqın bir anda verilməsinin nəticəsi məsələsi də, məhz belə bir səyin
məhsulu olmalıdır.
Resume
(The problem of becoming three divorces at the same time for
İslamic sects)
To become three divorces at the same time is one of the disputatious
subjects of Islam. This is the topic that what will be decision as legally if the
man say to his wife “i divorced you tree times or more than”. Islamic Law’s
scholars have explained different opinions about decisions that appeared
from this statement. Because of this, it will be very beneficial to investigate
opinions of Hanafi, Shafi, Maliki, Caferi and Hanbali from our time’s point
of viwes.
Dostları ilə paylaş: |