1
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 14 SENTYABR (EYLÜL) 2010
"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri
225
"HƏDİQƏTÜS-SÜƏDA" ƏSƏRİNDƏ FÜZULİNİN
ƏQİDƏ UĞRUNDA MÜBARİZƏYƏ BAXIŞI VƏ
QİYAMIN ƏXLAQİ CƏHƏTLƏRİ
Ceyhun Şakir oğlu AĞAYEV
AMEA, M.Füzuli adına
Əyazmaları İnstitunun dissertantı
Açar sözlər: İman, üsyan, Hüseyn, əxlaq, şəkidlik
Key words: Faith, revolt, Husayn, morality, martyrdom.
"Hədiqətüs-süəda" Məhəmməd Füzulinin həcmcə ən böyük əsəri
olmaqla yanaşı, həm də Kərbəla hadisəsinə, həzrəti Hüseyn qiyamına
toxunulan əvəzolunmaz sənət nümunəsidir.
İstər ölkəmizdə, istərsə də türk aləmində ədəbiyyatçıların Kərbəla
hadisəsinə, həzrəti Hüseyn müsibətınə aid əsərlər yazmış olsa da amma
"Hədiqətüs-süəda" kimi oxucusunu heyrətlər içində qoyan başqa bir əsər
yazılmamışdır.
Şərq ədəbiyyatında məqtəl janrında Hüseyn Vaiz Kaşifinin «Rövzətüş-
şühəda» əsəri ərəb və fars dilində yazılmış məqtəllər içərisində xüsusi bir
yerə sahib olduğu kimi “Hədiqətüs-süəda” əsəri də islam aləmində və türk
dünyasında bənzəri olmayan bir məqtəl əsəridir.
Füzuli özü əsərin janrı haqqında belə yazır: “Həzə məqtəlnameyi-imam
Hüseyn-əl-müsəmma bihi Hədiqətüs-süəda rədiyallahu anhum” (Bu imam
Hüseyn məqtəlnaməsidir. Allah ondan razı olsun). (1)
Füzulinin Kərbəla hadisəsinə müraciət etməsinin səbəbləri çoxdur. Belə
ki, müqəddəs Kərbəla torpağında dünyaya göz açması, hər il məhərrəm
ayında keçirilən təziyə məclisləri və özünün qarşılaşdığı haqsızlıqlar onu bu
işə vadar etmışdir.
Əsərdə Füzuli zülmə, istibdada, şərə, xəyanətə, rəzilliiyə, satqınlığa,
mənəvi və cismani əsarətə üsyan edən xalq, birinci növbədə öz qurban
və şəhidliərini yetişdirir ki, bununla da öz ləyaqət və şərəfini qoruyaraq
intiqamını alar deyən Füzuli zalımın zülmü qarşısında mətanətli olmağa
Ceyhun Şakir oğlu AĞAYEV
226
və bu yolda mətanətli olmağa çağırır. Belə ki, o, şerlərinin birində belə
deyir:
Cahan içində müqərrərdür intiqami-zaman,
Zəmanə yaxşıya yaxşı verür, yamana yaman. (2)
Füzuli Kərbəla gerçəklərindən söhbət açıb müsəlmanları mariflən-
dirərkən digər bir tərəfdən də, xalqı zalımlara qarşı mübarızəyə səsləyirdi.
Əsərdə həzrəti Hüseynin iman və əqidəsi uğrunda apardığı
mübarizəsinə, o uğurda ölümdən belə çəkinməməsindən geniş söhbət
açılmışdır.
“Hədiqətüs-süəda” hər şeydən öncə iman, inam və etiqadları yolunda
müsibətlərlə rastlaşan, lakin bu yoldan dönməyən haqq aşiqlərinə qoyulmuş
“şəhidlik abidəsi”dir. (2, s.26) “Hədiqətüs-süəda”əsərində şəhidlik, iman və
əqidə uğrunda mübarizə o qədər gözəl təsvir olunmuşdur ki, onu oxuyanlar
bu həqiqəti dərk edib, qeyd olunan insanların dahiliyini qəbul edir, onların
şəxsiyyəti qarşısında heyranlığını gizləyə bilmirlər.
Füzuli Allah-Təalanın həmişə haqq və həqiqət, inam və əqidə uğrunda
aparıdığı mübarizəsini, bu mübarizə uğrunda yeri gələrsə şəhid olmasını
ancaq sevdiyi bəndələrinə bəxş etdiyini göstərmişdir. Belə ki; “Mən əhəbb
əv uhibbə səbbə əleyhi`l-bəlai -(Sevən də, sevilən də bəladan qurtara
bilməz)”. (2, s.26)
“Əl-bəla`u li-l vəla`i k`əlləhəbi li`-z-zəhəbi -(Qızıla atəş gərək olduğu
kimi, sevənlərə də bəla gərəkdir)”. Başqa bir ifadə ilə desək,
Möhnətəfzayi-məhəbbətdür bəla
Kim, bəla atəş, məhəbbətdür təla. (2, s.26)
Füzuli bəşəriyyət tarixində insanlar içərisində ən çox bəlaya düçar
olanların başında peyğəmbərlərin olduğunu xatırlayaraq birinci babda Adəm
peyğəmbərdən başlayaraq Nuh, İbrahim Xəlilullah, Yəqub, Yusif, Musa, İsa,
Əyyub, Zəkəriyya və Yəhya peyğəmbərlərin həyatına nəzər salmış, onların
məruz qaldığı müsibətlərdən söhbət açaraq Kərbəla vaqiəsinə işıq tutmuşdur.
Xüsusi ilə əsərin ikinci babında həzrəti Rəsulullahın Qureyşdən çəkdiyi
bəlaləra toxunaraq Onun dözülməz işgəncələrə sinə gərdiyindən söhbət
açmışdır.
Füzuli “Hədiqətüs-süəda” əsərində istər peyğəmbərlərin, istərsə də Əhli-
Beytin iman və əqidə uğrunda apardıqları mübarizənin sevgiyə dayandığını
bildirir və ilahi əxlaqın canlı təmsilçiləri olduğunu bildirmişdir. Şair aparılan
"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri
227
bu mübarizənin, çəkilən əzabların tək səbəbinin sevgi olduğunu bildirmiş və
sevənin əzaba düçar olacağını aşağıdakı şerində belə təsvir etmişdir:
Əgər məlamətə səbr eyləməzsən, ey qafil,
Məlamət eyləmə eşqi, yürü səlamət ilə.
Kəmali-eşq məlamətdədür, xəyal etmə
Ki, eşq zövq verə, olmasə məlamət ilə. (2, s.35)
Əsərdə Kərbəla vaqiəsi mənfəət, vəzifə üçün yox, zülmün kökünün
kəsilməsi, müsəlmanların rəfah içində yaşaması üçün olmuşdur. Füzuli
İmam Hüseyn mübarizəsinin fəlsəfəsini açıqlayaraq yazırdı. Belə ki,
Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,
Nəqdi-can sərf eyləyib dünyadə, kam almaq gərək,
Əcz ilə dönmək ədudən səhldir, himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək. (3)
Yenə əsərdə həzrəti Hüseyni (r.a.) və onu sevənləri şəhid edən, Əhli-
Beytə ağla gəlməyəcək işgəncələr haqqında: Füzuli belə deyir:
Tökmək övladi-Rəsulin qanını asan degil,
Ol səbəbdən kim, bu qan hər qanə bənzər qan degil. (3, s.279)
Həzrəti Hüseyn (r.a.) qiyamının əxlaqi cəhətləri üzərində dayanmağa və
haqqında düşünməyə sövq edəcək, qiyam haqqında məsələləri təhlil etməyə
müxtəlif səbəblər vardır. Bu səbəblərin bəzilərinə nəzər salaq:
Bu haqlı qiyamın reallaşmasında əsas funksiya Əhl-i Beytin İlahi əxlaqi
dəyərlərə sahib olması idi. Əhl-i Beytin siyasi otoritəyə sahib olmaması,
Əməvilərin əxlaqi dəyərləri bir tərəfə buraxaraq bütün məsələləri siyasi yolla
həll etməsi bu qiyamın təməlini hazırlamışdır.
Qiyamın daşıdığı əxlaqi prinsiplər bizə əsas verir ki, bu hadisənin həm
siyasi, həm də əxlaqi yönlərini araşdıraq. Çünki, bu qiyam müxalifət
xarakteri daşımayıb insanlığa təmiz həyat yaşamağı İlahi, əxlaqi dəyərlərə
məhəl qoymayanlara tabe olmamağa çağırır.
İmam Hüseynin (r.a.) inqilabının səbəbi, müsəlmanların rifahını pozub
xalqı xaosa aparmaq deyil, onların gələcəkdə baş verə biləcək daxili
çəkişmələrin qarşısını almaq və xalqın mübarizlik ruhunu itirməməsi üçün
olmuşdur. Belə ki, Əhli-Beyti qiyama sövq edən səbəblərin başında zalım və
əxlaqsız olan Yezidə atası Müaviyə tərəfindən biyətin istənilməsi olmuşdur.
İstər həzrəti Həsən, (r.a.) istərsə də həzrəti Hüseyn (r.a.) heç bir vaxt qardaş
qanının tökülməsini istəməmiş, müsəlmanların birlik bərabərliyinə
Ceyhun Şakir oğlu AĞAYEV
228
çalışmışlar. Onlar aparılan fətihlərdən belə geri qalmamışlar. Müaviyə bəni
Əbi Süfyanın, hicri əlli birinci ildə İstanbulu fəth üçün göndərdiyi orduya,
oğlu Yezid ilə birlikdə həzrəti Hüseyn də qatılmışdı. (4)
Həzrəti Hüseyn (r.a.) bu qiyamı ilə gələcək nəsillərin şad-xürrəm
yaşaması və müsəlmanların Allahın əmrlərindən kənara çıxmaması və
məsuliyyətli olmalarını istəmişdir. Başqa bir təbirlə bu qıyamın gələcək
nəsillərə xüsusilə də müsəlmanlara verdiyi mesaj İlahi əxlaqa sahib
çıxmaqdır.
Həzrəti Hüseyn (r.a) insanlığa rəhbər olmanın nə demək olduğunu, onun
əxlaqının necə olmasını bir başa yaşayaraq öyrətmişdir.
Dünyada baş verən inqilabların çoxunda rəhbər daim insanları özünə
cəlb etmək üçün cazibədar şeylər söyləyər, yalançı və olmayacaq vədlər
verərək xalqdan istifadə edər, xalqı aldatmağa çalışar, həqiqi hədəflərini
saxlayar, inqilabı təhlükəyə aparan çətinlikləri gizləməyə çalışar.
Amma həz. Hüseyn (r.a) bunlardan heç birini etmədi. Heç kimi
aldatmadı. Bəlkə daha işin başındaykən hədəfini bu yolda şəhid ola
biləcəklərini, fəda olmaları lazım olduğunu və bu yolda özlərini gözləyən
bütün təhlükələri bir-bir açıqladı.
Məkkədən çıxmaq istəyərkən irad etdiyi bir xütbəsində belə buyurdu:
"Həmd Allaha məxsusdur. O, nə istəsə olar. Güc və qüdrət yalnız
Ondandır. Allahın rəhməti Rəsuluna olsun. Boyunbağı qızların boyununu
çəkdiyi (onda əsər buraxdığı) kimi, ölüm də insan oğlunun üzərinə yazılıb
çəkilmişdir. Yaqubun Yusifi görməyi arzu etdiyi kimi, mən də atalarımı
görməyi arzu edirəm. Məni öldürmək üçün bir mərasim hazırlanmışdır. Belə
ki, o kimsəsiz çöllərin yırtıcı qurd və heyvanlarının (Kufə ordusunun)
Nəvavis və Kərbəla arasındakı bir yerdə mənim üzvlərimi parçaladıqlarını
görürəm. Allahın qəza qələmiylə yazılmış olan belə bir gündən qurtuluş
yoxdur. Allahın razı olduğu şeyə biz Əhl-i Beyt də razıyıq. Onun bəla və
imtahanı qarşısında səbr və istiqamət göstərərik.
O, səbr edənlərin savabını bizə (bolluqla) verəcək. Rəsulullahın (s.a.v)
bədəninin parçası olan övladları ondan heç bir zaman ayrı düşməyəcəklər.
Cənnətdə də onun yanında olacaqlar. Çünki onlar Peyğəmbərin (s.a.v)
məmnuniyyəti və gözünün işıqlığına səbəb olub vədəsi də onların vasitəsiylə
reallaşdırma tapacaq. Bizim uğrumuzda canından keçən və Allaha çatmaq
"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri
229
yolunda özünü fəda etməyə hazır olan kimsə, bizimlə birlikdə hərəkət
etməlidir. Çünki mən sabah səhər erkəndən hərəkət edəcəyəm inşaallah." (5)
Ümumiyyətlə müharibə ərəfəsində insanlar baş verən inqilablarda insani
yönləri, əxlaqi prinsiplər unudub, acıma, mərhəmət duyğulardan qafil
olurlar. İstədikləri hədəflərə çatmaq üçün insani dəyərlərə belə əhəmiyyət
verməyib, hər bir səfalətə qol qoyurlar. Amma İmam Hüseyn (r.a) heç bir
vaxt belə etməmişdir. O, düşmənlərə belə rəhmət, mərhəmət, kərəm və
mürüvvət ilə davranardı. Yenə də düşməninə doğru yola gəlməsi, İlahi
əxlaqı mənimsəməsi üçün səy göstərirdi. Hətta savaş meydanında belə
düşmənlə əlində olanı paylaşırdı.
Tarixin də şahid olduğu kimi İmam Hüseyn (r.a) gənclərə yol ərəfəsində
çoxlu miqdarda su götürmələrini əmr etdi. Onlar da İmam Hüseyinin
dediyini etdilər. Yol ərəfəsində Kufə rəhbəri İbn-i Ziyadın İmam Hüseyn və
səhabələrini mühasirə etmək üçün göndərdiyi min əsgərin komandiri olan
Azad bəni Yezid-ir Riyahi ilə qarşılaşdılar. Onların çöldə susuz və ölüm
təhlükəsiylə qarşı-qarşıya qaldıqlarını gördü. Həz. Hüseyn (r.a) ordusundakı
gənclərə belə dedi: "Bunlara və atlarına su verin və onları su ilə
doyuzdurun." Onlar da həz. Hüseynin (r.a) buyurduğunu yerinə yetirdilər.
Onlara su verdilər. Böyük qabları suyla doldurub atların önünə qoydular.
Atlar üç, dörd və ya beş dəfə içincə onlar qabı atların qarşısından götürür
digər atların önünə qoyurdular. Beləcə atların hamısına su verdilər. Həz.
Hüseyn (r.a) günorta istisində düşmənin susuz qalan komandirinə və onun
atına da su verdi. Hətta İmam Hüseyn (r.a) bəzilərinə də şəxsən özü su verdi.
Çünki O, çox mərhəmətli və kərəm sahibiydi. (6)
Halbuki İmam onları susuz qoyub, onların bu zəifliyindən istifadə edib
onları yox edə bilərdi. Beləcə də onların şərindən xilas olmuş olardı.
Ümumiyyətlə liderlər döyüş ərəfəsində əsgərlərindən və dostlarından
dərəcə və mövqeyi aşağı olanları unudar, daha çox yaxınlarına və böyük
şəxsiyyətlərə əhəmiyyət verər, onlar arasında fərq qoyardılar. Amma İmam
Hüseyn (r.a) tam əksinə döyüş əsnasında əsgərlərindən və dostlarından heç
birini unutmamış, övladlarına yaxınlıq göstərdiyi kimi kölə və xidmətçilərinə
də köməklik göstərmişdir.
Əbuzərəl-Qiffarinin köləsi olan "Cevn bəni Havi" qara bir kölə idi. Bu
kölə Mədinədən İraqa qədər İmam Hüseynin (r.a) yanında oldu. Döyüş
başlayınca həz. Hüseyn (r.a) hüzuruna çıxaraq döyüşmək üçün icazə istədi.
Ceyhun Şakir oğlu AĞAYEV
230
İmam Hüseyn (r.a) ona belə buyurdu: "Sən məndən ötrü icazəlisən. Xöşbəxt
olmaq üçün bizə tabe olmuşdun artıq bizi izləmə ayrıl və get."
Kölə belə dedi: "Ey Rəsulullahın övladı, rahat günlərdə evinizin
nemətlərindən yedim. Amma çətinlikdə sizi necə köməksiz buraxa bilərəm.
Allaha and olsun ki, mən, murdar qoxulu və aşağı soylu biriyəm. Rəngim də
qaradır. Mənə Cənnəti qazanmağım üçün icazə ver ki, qoxum gözəlləşsin,
soyum ucalsın, üzüm ağarsın. Allaha and olsun ki, bu qara qanım qanınızla
qarışmadıqca əsla sizdən ayrılmayacağam."
Sonra döyüş meydanlarına qaçdı və düşmən ordusundan iyirmi beş adam
öldürdükdən sonra şəhid oldu.
Həzrəti Hüseyn (r.a), onun başına gələrək belə buyurdu:
"Allahım onun üzünü ağart, qoxusunu gözəlləşdir, onu yaxşılarla həşr et.
Məhəmməd və al-i Məhəmmədlə daha çox tanış et." (7)
Həzrəti Hüseynin (r.a) qaynaqlarda adı naməlum olan səhabələrindən
birinin Vazih adlı türk əsilli köləsi də düşmənlə qəhrəmanlar kimi
döyüşdükdən sonra yerə yıxıldı. Hüseyni (r.a) köməyə çağırdı. İmam (r.a)
yanına gəldi və boyuna sarıldı. Son nəfəslərini böyük bir iftixarla yaşayan
Vazih belə dedi: "Kim mənim kimi ola bilər. Rəsulullahın (s.a.v) övladı
yanaqlarını yanaqlarıma söykəmiş." Sonra o da təmiz ruhunu Allaha təslim
etdi." (8)
Həzrəti Hüseyn (r.a) İslamı müdafiə etmək üçün yanında şəhid olan Türk
və ya Həbəşli kölənin boyuna sarılır və yanaqlarını öz oğlu Əli Əkbərin (r.a.)
yanaqlarına toxunduğu kimi onların da yanaqlarına toxundu. Hüseyn (r.a.),
əsgərlərindən dərəcə baxımından ən kiçik olanına belə təvazökar davranır,
sevimli oğuluna göstərdiyi mərhəmət və şəfqəti ona da göstərirdi.
Həz. Hüseynin (r.a.) əxlaqi cəhətinin ən əhəmiyyətli yönlərindən biri,
insanlığa nümunə ola biləcək başqa bir xüsusiyyəti, verdiyi sözün üstündə
durması, əhdinə vəfa edərək insanların qəlbində əvəzi olmayan bir yer
tutması olmuşdur. Belə ki, Zehhaq bəni Abdullah-il Məşriqi adında biri
Hüseynin yanına gələrək belə dedi. "Mən, sənin yanında döyüşən tək bir
nəfər qaldığı müddətcə döyüşəcəyəm. Amma bir kimsə qalmazsa mənim
səndən ayrılmama icazə verəcəksən." dedi: İmam Hüseyn (r.a) "olar" dedi.
Zehhak, Hüseynin (r.a.) yandaşlarının, ordusunun və.s bir-bir öldürüldüyünü
görüncə atını çadırlardan birində saxladı və piyada olaraq döyüşə girdi.
Hüseyn (r.a.) tək qalınca da "Mən sözümdə durdum." dedi. Hüseyin (ə.s) də
"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri
231
ona belə dedi: "Bəli, sən artıq xilas ola bilərsən." O da atını çadırdan çıxardı,
atına mindi və qaçdı. Beləcə canını qurtardı. (9)
İmam Hüseyn (r.a) insanların duyğularına hörmət göstərər, yaşından asılı
olmayaraq hər kəsi axıra qədər eşidib, onların qəlbini qazanırdı. Əmir bəni
Cünadət-il ənsari İmam Hüseynin yanına çataraq düşmənlə döyüşmək üçün
icazə istədi. Əmir hələ on bir yaşında olsada güclü və cəsur bir gənc idi.
Atası da döyüş meydanında şəhid olmuşdu. İmam ona döyüşmək üçün icazə
verməkdən çəkindi və belə dedi:
"Bu, atası ilk hücumda şəhid olan birinin uşağıdır. Anası bunun
döyüşməsini xoş görməyə bilər." Amma Əmir "Mənə (döyüşməmi) anam
əmr etdi." cavabını verdi. İmam da beləcə ona icazə verdi və o, igidcə
döyüşərək şəhid oldu...(9, s.316)
Həz. Hüseyinin (r.a) qiyamı yalnız zalım bir hökumətin əleyhinə
başladılan siyasi və əsgəri bir hərəkət deyildi. Eyni zamanda bu hərəkət
Əməvi rejiminin təmsil etdiyi və xəlifələrinin sahibləndiyi bir çox çirkin və
əxlaqsız əməllərinə qarşı edilən bir qiyamdı.
Amma təəssüflər olsun ki, Əməvi rejimin başında Yezid bəni Müaviyə
kimi zalım, fasiq, əxlaqsız bir insan xalqa rəhbərlik edirdi. Həzrəti Hüseyn
(r.a) onun haqqında belə buyurmuşdu:
"Mən Peyğəmbərin Əhl-i Beytindənəm Allah insanları idarə etməyi
bizimlə başlatdı və bizimlə də bitirəcək. Amma Yezid şərab içən, facir və
günahsız insanları öldürən biridir. Mənim kimisi onun kimisinə biyət
etməz."
"İslam ümməti Yezid kimi bir idarəçiyə qaldısa İslamla vidalaşmaq
lazımdır."
(10)
Həz. Hüseynin (r.a) apardığı mübarizənin əxlaqi yönünü araşdıranlar
onun ilahi qanun və səmavi düsturlara dayandığını görür.
İnsan ilahi əmrə, ilahi əxlaqa bağlı olmasa belə heç olmasa öz
hürrüyyətini, igidliyini qorumalı və insanlar arasında etibarlı olan qanun-
qaydalara tabe olmalıdır.
Məhəmməd Füzuliyə görə Əhl-i Beyt və həzrəti Hüseyin mübarizəsini
təməlində onların Allaha (c.c) və Rəsulullaha olan sevgisi durmaqdadır.
Əgər belə olmasaydı Əməvi səltənətinə, Kufə zalımlarına qarşı məğrur
dayanmaq mümkün olmazdı.
Ceyhun Şakir oğlu AĞAYEV
232
Füzuli Əhl-i Beytin bu haqlı mübarizəzində var gücü ilə dayanmalarını,
belə demək mümkündürsə onları eşqə-həvəsə gətirən əsas amil Allahın
elçisinin onlar haqqında dediyi övücü sözlər olduğu qənaətindədir.
Dahi mütəfəkkir peyğəmbərimizin Əhl-i Beytinə və Hüseyinə qarşı
dediyi sözləri hər zaman xatırlatmış və onlara qarşı edilən zülmə biganə
qalmamış və əhl-i Beytə qarşı olan öfkənin səbəbini yazdığı şerlərlə
soruşmuş:
Ey şəriət şərəfindən qafil,
Xələli-şər`ə dəmadəm mail.
Mustəfadan nə cəfa yetdi sənə,
Ol vəfapişə nə cövr etdi sənə
Ki, mükafatinə bidad etdin. (2, s.104)
Məclisinin, “Bihərul-ənvar” adlı əsərində həz. Peyğəmbərə belə bir hədis
isnad edilir: "Kim mənim kimi yaşamaq, mənim kimi ölmək və Allahın (c.c)
mənə vəd etdiyi Ədn cənnətinə girmək istəyirsə, məndən sonra Əli ibn-i
Əbu Talibə (r.a) və onun soyundan olan varislərə tabe olsun, onları özünə
imam və vəli etsin. Onlar mənim torpağımdan (və nurumdan) yaradılmış
mənim ev əhlimdir. Ümmətimdən onlara düşmən olanları, fəzilət və
üstünlüklərini inkar edənləri, qohumluq asılılığı onlar haqqında güdməyib,
onların ziyarətindən üz çevirənləri, Allaha şikayət edərəm. And olsun Allaha
ki, oğlum Hüseyin, məndən sonra öldürüləcək; Allah mənim şəfaətimi onun
qatillərinə nəsib etməsin." (11)
Ənəs bəni Həris Rəsulullahın (s.a.v) belə buyurduğunu nəql etmişdir:
"Mənim bu oğlum Kərbəla deyilən yerdə öldürüləcək. Sizlərdən o zamana
şahid olanlar, Hüseyinin köməyinə getsinlər." Bunun üzərinə hədisi rəvayət
edən Ənəs, həz. Hüseyinin qiyam etdiyini eşidər-eşitməz həzrətin karvanına
qatıldı və Əba Abdillah-il Hüseyinlə birlikdə şahidlik mərtəbəsinə
çatdı."(12)
Ömər bəni əbi Sələmə deyir ki, Ahzab surəsi 33-cü ayəti; «Ey Əhli-Beyt!
Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək
istər!., Ümmü Sələmənin evində nazil oldu.
Füzuli xüsusilə, bu ayətə diqqətimizi çəkərək və təəssüflənərək
Kərbəlada həz. Hüseynin onları xəbərdarlıq etməsinə, Əhli-Beytin əxlaq
nümunəsi, onlara tabe olanların pak olacağını xatırlatmasına baxmayaraq
"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri
233
düşmən ordusu Əhli-Beyti Kərbəla düzündə şəhid etdilər. Şair bunu belə
təsvir edir:
Əhli-Beytin yad edüb hər ləhzə abi-didəsin,
Zaye olmaz əşk tökmək dideyi-xunbardan.
Bu müsibət əşkinün hər qətrəsinə ruzi-Həşr,
Əcrdir bin bəhri-rəhmət İzədi-Cabbardan. (2, s.77)
Füzuli də "Hədiqətüs-süəda" əsərində Əhli-Beyti tərifləyən ayət və
hədislərin bu qədər açıq və dəqiq olduğuna toxunaraq Əhli-Beytə qılnc
qaldıranları anlamadığını hayqıraraq onları qafil saymışdır. Onlara qılınc
qaldıranın, onlara zülm edənin hər iki dünyada rahat olmayacağını bildirmiş,
Kərbəlada tökülən nahaq qanların hesabının veriləcəyini təkrar-təkrar qeyd
etmişdir:
Bərmurad olmaz şəhidi-Kərbəla qanın tökən,
Əhli-Beytün seyli-əşki-çeşmi-giryanın tökən. (2, s.85)
Son olaraq bu hədisə nəzər salarsaq onlara sülh olanla-olmayanın
aqibətini daha yaxşı anlayarıq. Həzrəti Məhəmməd (s.a.v) həz. Əli, həz.
Fatima, həz. Həsən və həz. Hüseyin üçün : “Mən bunlarla sülh olanlarla sülh
olaram, vuruşanlarla da, vuruşaram!” buyurduğu rəvayət edirlər. (13)
Ceyhun Şakir oğlu AĞAYEV
234
ƏDƏBİYYAT
1. Füzuli. “Hadikatüs-süeda” (Giriş: hazırlayan: dr. Şeyma Güngör),
Ankara ,1987
2. Füzuli. Əsərləri. Altı cilddə. VI cild. s.19. Bakı, “Şərq-Qərb”, 2005.
3. Füzuli. “Hadikatüs-süeda”. Bakı, Gənclik. s.209.1993
4. Əbülfida-əlbidayə vənnihâyə c. 8, s. 150-151. M./Asım Köksal, İslam
Tarixi həz. Hüseyn və Kərbəla faciəsi, Akçağ Yayınları: 20.
5. "Musir-ul Ehzan, İbn-i Numa, s.20, (Matbaat-ul Haydariyə-Nəcəf-ul
Əşrəf nəşri)
6. Tarix-üt Təbəri, c.4, s.300-302; Əl-İrşad, şeyx Mufid, s.224
(Məktəbət-u Basirəti; Qum basqısı)
7. Əl-Vuhuf s.47 və Məqtəl-ul Avalim, s.91 (1295 Həcəriyə nəşri
Matbaat-ul Hacc İbrahim-ət Təbrizi)
8. Əbsâr-ül Ayn, Səmavi, s.85 (Məktəbət-u Basirəti, Kum nəşri) və
Məqtəl-ul Avalim, s.91
9. Tarix-i Təbəri, c.4, s.314.
10. Musir-ul Ahzan, s.38, el-Futuh, İbn-i A'səm, c.5 s.18, (1388 Dar-un
Nudvət-il Cədidə, Beyrut.)
11. Bihar-ul Ənvar, c. 44, s. 257.
12. Əl-İsabə, c. 1, s. 68, Yenabiu'l Məvəddə, c. 3, s. 8 və 52, Əl-Bidayət-
u vən-Nihayə, c. 8, s. 217.
13. Zəhəbl-Tarihul'islâm c. 3, e. 8/ M. Asım Köksal, İslam Tarixi həz.
Hüseyn ve Kərbəla Faciəsı, Akçağ Yayınları: 12.
"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri
235
РЕЗЮМЕ
В статье автор рассматривает моральные аспекты поэта М.Физули
в поэме «Хадигатис-Сюада». Особое место уделяется художественно-
му образу имама Гусейна. Анализируется отдельные стороны челове-
ческих отношений в борьбе в области морали.
SUMMARY
This article says about Fuzuli’s view to sturggle for belief, moral sides of
struggle in “Hadigatus-suada” In the article special importance has been
given to moral sides of Huseyn’s struggle which is mentioned in “Hadigatus-
suada” and diferent episodes of moral, humane qualities of his struggle has
been analysed.
Təqdim etdi:
akademik V.M.Məmmədəliyev
Tövsiyyə etdi:
AMEA-M.Füzuli adına Əlyazmalar İnstitunun
Elmi Şurası, Protkol No 11, tarix 3.11.2010
Dostları ilə paylaş: |