10
—
Böyü k qızımın bir oğlu var. Çox nadincdir. Evin qi ymәtli şeylәrinin
һamısını şikәst elәyib. Öz evlәrindә dayanmır, yerindәn qalxan kimi gәlir
bizә. Nәnәsi ilә mәni o qәdәr incidir ki, baş götürüb qaçmaq istәyirik. Hәr
gün bir şey istәyir. Oyuncaqlarını yığsan bir maşın tutmaz. Dünәndәn
beynin ә yerlәşib ki, gәrәk mәnә pişik balası alasınız. Dedim bәs oyuncaq
istәyir, gedib aldım. Tәrs- tәrs üzümә baxıb nә desә yaxşıdır?
—
Nә dedi?
—
«Baba, mәn sәndәn pişik balası istәdim, yoxsa oyuncaq?»—Qalmışam
mәәttәl, pişik balasını һaradan alım?
—
Pişik balası bizdә! Axşamüstü burada gözlәrsәn, gәtirib verәrәm.
Baba, ala mavrını dostuna verәndәn sonra Musa çox әllәşdi -vuruşdusa
da mavrının һara getdiyini öyrәnә bilmәdi. Otaqları gәzdi, әl girәn yerlәrin
һamısını eşәlәdi, «һüt-һüt»lәri bir-birinin ucuna calayıb nә qәdәr uzatdısa
bir şey çıxmadı.
Mavrının getmәsi sarı pişiyә yox, Musaya bәrk tәsir elәmişdi. Bununla
belә onun fikri-zikri sarı pişiyә yemәk vermәk idi. İndi dә sarı pişi yә yemәyi
boşqabda verirdi. Anasının vә nәnәsinin acıqlanmasına, babasının
incimәsinә baxmayaraq o, sarı pişi yi boşqablara dadandırmışdı.
Naһara çolpaplov bişirmişdilәr. Musa nәnәsinә dedi ki, plovdan axşama
da saxlasın, yeyib yatacaq.
Nәnә çolpalardan birinin qıçını, qanadını vә boynunu boşqaba yığdığı
plovun üstünә qoyub, ağzına qapaq çevirdi.
Ailә üzvlәrinin һәrәsi bir işlә mәşğul idi. Atası Musanı zooparka
aparmışdı. Mәtbәx yiyәsiz idi. Sarı pişik stolun üstünә һoppandı, pәncәsi ilә
itәlәyib qapağı yerә saldı. Çolpanın budu ilә qanadını sürüyә-sürüyә mәtbәx
stolunun dalına aparıb orada xırtıl datdı.
Axşam gәzintisindәn qayıdan baba mәtbәxdә әllәrini yuyan zaman ağzı
açıq boşqabı,stolun üstünә tökülmüş düyülәri, döşәmәyә dağılmış sümüklәri
görәndә şübһәlәndi. Heç bir söz demәyib susdu.
Musa gәzmәkdәn gәldi. İçәri girәn kimi dedi:
11
—
Nәnә, elә acmışam ki, çolpanın budu ilә qanadının һamısını
yeyәcәyәm.
Nәnә mәtbәxә girib gördü ki, boşqabın ağzı açılıb, çolpanın budu ilә
qanadı da yoxdur.
Nәnә babanı çağırdı. Baba qızından soruşdu... Külfәt bir-birinә dәydi.
Musa xәbәr tutanda çox pәrt oldu.
Musa sakitlәşdikd әn sonra ona başqa yemәk һazırladılar. O yeyә-yeyә,
һәrdәnbir dә «һüt-һüt» deyә sarı pişiyi çağırırdı.
Sarı pişik yoxa çıxmışdı. Musanın sәsini eşitmәdi. Ata çağırdı, pişik
gәlmәdi, nәnә «piş-piş» deyib künc-bucağa baş çәkdi, bir şey çıxmadı.
Hamı sakitlәşib yerindә әylәşәndә baba dedi:
—
Bilirsiniz, sarı pişik niyә cınqırını çıxartmır?
Cavab gәlmәyәndә o, sözünә davam elәdi:
—
Çünki suçludur, yәni günaһı var.
Hamı ona sarı baxanda baba dedi:
—
Musa sarı pişiyi o qәdәr boşqablara dadandırdı ki, axırda pişik
oğurlu ğa qurşandı.
Musa günaһkarcasına babasına baxdı. O, pişiyә boşqabdan yemәk
öyrәtdiyinә görә peşman olmuşdu. Baba sözünü tamamladı:
— Bu gün boşqabın ağzını açan, sabaһ qazanın içinә girәr. Günü sәһәrdәn
sarı pişiyi aparıb azdıracağam.
Musanın öyrәtmәsi ilә boşqablara dadanan sarı pişik oğurluğa
qurşanandan sonra evdәn qovuldu.
Musa sarı pişiyi yox, ala mavrını tez-tez yadına salırdı.
12
FƏRHAD BAĞÇAYA GEDĠR
(Hekayә)
Arıq çolpaya oxşayan, uzun qara kirpiklәri qonur gözünә yaraşıq verәn,
sifәtinә nisbәtәn burnu bir azca iri olan çәnәsi batıq, barmaqları gödәk,
qaradinmәz bir oğlanı anası bağçaya apardı. Tәrbiyәçi uşaqdan soruşdu:
—Adın nәdir?
Uşaq könülsüz cavab verdi:
—
Fәrһad.
Tәrbiyәçi yenә xәbәr aldı:
—
Babanın adı nәdir?
Fәrһad bu dәfә ürәkli dillәndi:
—
Әli.
Tәrbiyәçi paltar, ayaqqabı soyunulan yerdә bir cüt armud şәkli göstәrib
dedi:
—
Fәrһad, bura sәnin yerindir. Hәr gün gәlәndә paltonu soyunub asarsan.
Ayaqqabını çı xarıb çustlarını geyәrsәn.
Anası qayıdanda Fәrһad kövrәldi. Gözlәri doldu. Yaş gilәlәnib
yanaqlarına axdı. Ağlamaq istәdisә dә özünü güclә saxladı.
13
Tәrbiyәçi әl-üz yuyulan yeri, mәһrәbanı, sabunu göstәrdi.
Sәһәr yemәyindәn sonra uşaqları bir yerә toplayıb nәğmә öyrәdәn
tәrbiyәçi meһriban vә qayğıkeş olduğu kimi, tәlәbkar vә ciddi idi.
Yoldaşları nәğmә oxu yurdu. Fәrһad dinlәyir, һәm dә eşitdiklәrini
һafizәsindә saxlayırdı.
Birinci gün tәrbiyәçinin kömәyi ilә Fәrһad geyindi. Uşaqlara qoşulub
bağa gәzmәyә getdi. Fәrһad bu bağı görmüşdü, Hәtta atasının әlindәn
yapışıb buradan dәniz saһilinә dә getmişdi. Bu gün isә bağ ona çox qәşәng
vә iri göründü: bәzi quşlar ağacların aşağı budaqlarına qonub cikkildәşir,
göyәrçinlәr uşaqların verdiklәri çörәk qırıntılarını dimdiklә yir, yanlarını
basa-basa gәzişirdilәr. Uşaqlar ikibir -üçbir olub oynayırdılar.
Fәrһad yoldaşlarıyla oynasa da, fikri-zikri anasının yanında idi. O
darıxırdı, babasıgilә qaçmaq istәyirdi. Tәrbiyәçi onu gözdәn qoymur, arabir
yanına gәlib ağacları, quşları,
çiçәklәri göstәrir, başını sığallayırdı.
Naһardan sonra uşaqlar soyunub yerlәrinә girdi, çox keçmәdәn һamısı
yatdı. Yorğanı başına çәkib fikirlәşәn, arabir doluxsunub һıçqıran Fәrһad
anasından yana bәrk darıxırdı.
Yatanlar oyandılar. Durub geyindilәr. Çay içib peçen ye ye dilәr, tәrbi yәçi
pianoda çaldı,
bәzi uşaqlar süzә-süzә oynadı.
Elә ki, uşaqlar oxu yur, oynayır, gәzmәyә gedirdi, Fәrһad anasını
unudurdu. Qayıdıb bağçaya gәlәn kimi evlәri yadına düşürdü.
Anası işdәn çıxanda gәlib Fәrһadı apardı. Elә bil uşağın üstünә gün
doğdu. Yol uzunu Fәrһad anasına de yirdi:
—
Sabaһdan bağçaya getmәyәcәyәm. Babamgildә qalıb oyuncaqlarımla
oynayacağam.
Anası sual elәdi:
—
Bәs yoldaşın kim olacaq?
Fәrһad dinmәdi.
—
Kim sәnә nәğmә öyrәdәcәk. Kim pianinoda çalacaq ki, sәn dә
oynayasan?
Dostları ilə paylaş: |