© UNICEF/UN034289/TORGOVNIK
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK
HİBA
Hiba Al
Nabolsi müharibə nəticəsində
viran olmuş Suriya Ərəb Respublika-
sında böyümüş, təhlükəsiz sığınacaq
tapmaq ümidi ilə böyük məsafə qət
etmiş 10 yaşlı qızdır. Bu gün o, ailəsi
ilə birlikdə qaçqın və miqrantlar üçün
keçmiş Yuqoslaviyanın ərazisində
salınmış müvəqqəti düşərgədə yaşayır
və UNICEF-in
dəstəyi ilə fəaliyyət
göstərən, uşaqların ehtiyaclarına uy-
ğunlaşdırılmış tədris məkanında bədii
yaradıcılıq üzrə tədbirlərdə iştirak edir,
xarici dil öyrənir. Münaqişə və ailəsi ilə
birlikdə Aralıq dənizindən keçdikləri
o təhlükəli səyahətin xoşagəlməz xa-
tirələrinə baxmayaraq, Hibanın böyük
xəyalları var və o, gələcəyə nikbin baxır.
O deyir: “Gələcəyim parlaq olacaq.
Bunu bilirəm. İngilis
dili müəlliməsi
olmaq, uşaqlara ingilis dilini öyrətmək
istəyirəm. Bütün uşaqların ləyaqətlə
yaşamaq haqqı var.”
B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
2 8
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
İkinci dünya müharibəsi başa çatdıqdan sonra Avropada
çox sayda uşaq vərəm xəstəliyinə tutulmuşdu.
Asiyada
milyonlarla insan dəri, sümük və qığırdaq toxumalarında
xora yaradan qeyri-zöhrəvi sifilis xəstəliyinə yoluxmuşdu.
Skandinaviya Qırmızı Xaç Cəmiyyəti tərəfindən vərəmin
müalicəsi üçün dərman preparatı uğurla sınaqdan keçi-
rildikdən və vaksinasiya protokolu tərtib edildikdən sonra
UNICEF həmin preparatın və immunizasiya kampaniyasının
Asiya, Afrika, Amerika qitələrinə yayılmasını maliyyələş-
dirmişdir. Eyni zamanda, UNICEF İndoneziya və Tailandda
qeyri-zöhrəvi sifilis xəstəliyinə qarşı
mübarizə kampaniya-
sını həyata keçirirdi və onilliyin sonuna doğru 30 milyondan
çox insanı müalicə edə bilmişdi.
Bu iki genişmiqyaslı immunizasiya kampaniyası sonradan
UNICEF-in vizit-kartına çevrilmiş kütləvi immunizasiya
səylərinin reallaşması üçün münbit zəmin formalaşdırmışdır.
Təşkilatın İcraçı direktoru Anri Labuissin ölkə nümayəndələ-
rini ana və uşaq sağlamlığının mühafizəsi üzrə xidmətlərin
göstərilə biləcəyi, icma səviyyəli
təşəbbüslərin müəyyən-
ləşdirilməsi və həyata keçirilməsi ilə əlaqədar əməkdaşlıq
etməyə çağırdığı və UNICEF-in Nobel Sülh Mükafatı ilə təltif
edildiyi
1965-ci ildə həmin kampaniyaların əhatə dairəsi
daha da genişləndirilmişdir.
Yerli mütəxəssislərin öyrədilməsi və ən zəruri səhiyyə
xidmətlərinin göstərilməsi kimi aşağı səviyyələrdə xidmət
göstərməklə yanaşı, təşkilat böyük şirkətlərin yığıncaq
zallarında, nazirliklərdə və digər yüksək instansiyalarda
sosial müdafiəsi zəif uşaqlara,
ailələrə göstərilən səhiyyə
xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün danı-
şıqlar aparırdı.
1978-ci ildə SSRİ-nin Alma-Ata şəhərində
(Qazaxıstanın indiki Almatı şəhəri) 130-dan çox ölkənin
nümayəndələri bir araya gələrək öz vətəndaşlarına ən zəruri
səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı razılaşma əldə
etdi. Həmin tədbirdə iştirak edən və qarşılarına “2000-ci
ilə qədər bütün dünya əhalisinin sosial-iqtisadi baxımdan
səmərəli və faydalı fəaliyyət göstərə biləcək qədər sağlam
olması” kimi konkret məqsəd qoyan səhiyyə nazirləri, digər
rəhbər şəxslər gələcək nəsillərin mənafeyini nəzərə alan
siyasi iradə nümayiş etdirmişdir.
İcraçı direktoru Ceyms Qrantın (James Grant) artıq “uşaq
ölümləri üzrə göstəricilərdə inqilabın” vaxtının gəlib çatdığını
elan
etməsi isə UNICEF-in tarixində, eləcə də müasir dövrdə
uşaq sağlamlığının qorunması sahəsində dönüş nöqtəsi
olmuşdur. UNICEF-in ən başlıca illik hesabat sənədi olan
“Dünyada uşaqların vəziyyəti” məcmuəsinin
1982-ci ildə
çap edilmiş üçüncü nəşrində Qrant uşağın fiziki inkişafının
müşahidə altında saxlanması, peroral rehidratasiya, ana
südü, immunizasiya (birlikdə “GOBİ” tədbirləri adlandırılır)
kimi sadə və effektiv tədbirlər sayəsində körpə və uşaq
ölümlərinin sayının xeyli azaldıla biləcəyini qeyd etmişdir. O,
həmin tədbirlərin bəşəriyyətin inkişafını
istənilən texnoloji
1953-cü ildə BMT-nin daimi mandatı verildikdən sonra UNICEF öz üzərinə sadəcə
humanitar yardımı zəruri edən fövqəladə hallar kontekstində deyil, ümumilikdə uşaqların
sağlamlığının mühafizəsi üzrə məsuliyyət götürmüşdür. Həmin tarixdən sonra təşkilatın
uşaqların rifahı ilə bağlı fəaliyyət konsepsiyası daha da genişlənərək uzunmüddətli
perspektivdə uşaq ölümləri və uşaqların sağlamlığının mühafizəsi üzrə göstəriciləri də
əhatə etməyə başlamışdır.