B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
2 3
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
Qızların, xüsusilə də əsrlər boyu gender ayrı-seçkiliyinin hökm
sürdüyü, qadınların məktəbə buraxılmadığı icmalardakı qızların
sadəcə Əfqanıstanda deyil, bütün
dünyada oğlanlarla bərabər
təhsil almaq imkanına malik olması UNICEF-in həyata keçirdiyi
proqramların, o cümlədən humanitar yardım proqramlarının
əsas məqsədlərindən biridir. Əfqanıstanda isə UNICEF Təhsil
nazirliyi ilə birlikdə ölkənin bəzi regionlarında qızların təhsil ala
bilməsi üçün müxtəlif təhsil proqramları, o cümlədən alternativ
təhsil proqramları reallaşdırmışdır. İcma məktəbləri yerli tələb
əsasında formalaşdığına, istifadəsi (davamiyyət) asan oldu-
ğuna görə, qızlar təhsil ala, bəzi hallarda isə ibtidai təhsili başa
vura biləcək qədər uzun müddət ərzində təhsil ala bilirdi.
Həmin dövrdə
baş vermiş bir başqa fəlakət, yəni
2004-cü ilin
dekabrında Hind okeanında yaranan sunaminin 10-dan çox
ölkəyə zərər vurması, ənənəvi humanitar yardım modelləri üçün
çox ciddi sınaq oldu. Bu təbii fəlakət Asiya və Şərqi Afrikada 200
mindən artıq insanın həyatına son qoydu, çox sayda insan itkin
düşdü. Yüz minlərlə insan öz yaşayış yerindən didərgin düşdü.
UNICEF və onun tərəfdaşları geniş miqyaslı cavab tədbirləri
həyata keçirməyə başladı. UNICEF tərəfindən sunamidan
sonrakı bərpa proqramının həyata keçirildiyi üç il ərzində həmin
humanitar yardım tədbirlərindən 60 milyondan çox uşaq və
qadın faydalana bilmişdir.
Tərəfdaş humanitar təşkilatlar üçün qlobal forum funksiyasını
yerinə yetirən Qurumlararası Daimi Komitə
2005-ci ildə su təc-
hizatı, sanitariya təminatı və sanitar-gigiyenik
tədbirlərin güc-
ləndirilməsi (WASH), səhiyyə, ərzaq təminatı, təhsil, müdafiə və
humanitar böhranlarda zəruri olan digər müdaxilələrlə əlaqədar
məsuliyyətin daha uzunmüddətli perspektivdə bölüşdürülməsi
üçün yeni, “klaster” adlandırılan yanaşma tərzini tətbiq etməyə
başladı. Bu konsepsiya çərçivəsində hər bir sektor üçün rəhbər
qurum təyin edilmişdir. UNICEF özü su təchizatı, sanitariya
təminatı və sanitar-gigiyenik tədbirlərin gücləndirilməsi
(WASH) və ərzaq təchizatı üzrə rəhbər qurum funksiyasını
yerinə yetirməklə yanaşı digər qurumlarla birlikdə humanitar
yardımın təhsil sektoruna rəhbərlik edir.
Bundan başqa, təşkilat
uşaqların müdafiəsi üzrə koordinator funksiyasını yerinə yetirir
və BMT-nin Əhali fondu (UNFPA) ilə birlikdə gender əsaslı zora-
kılıqla əlaqədar cavab tədbirlərinə, eləcə də onun qarşısının
alınması üzrə fəaliyyətə rəhbərlik edir.
B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
2 4
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
“Klaster” yanaşma tərzi humanitar yardım fəaliyyətində
aparılan islahatların daha geniş konteksti çərçivəsində
fövqəladə hallarda koordinasiyanın daha yaxşı təşkil
edilməsi, hesabatlılığın artırılması məqsədini güdür. Klaster
yanaşması bu gün də tətbiq edilməkdədir.
UNICEF-in böhranlı vəziyyətlərlə bağlı cavab tədbirlərinin
həyata keçirilməsi böhranların təsir etdiyi uşaqların hüquq-
larının qorunması üçün çərçivə
rolunu oynayan Humanitar
fəaliyyət sahəsində uşaqlarla bağlı əsas öhdəliklərlə tənzim-
lənir. Bu sənəd fövqəladə hallardan əziyyət çəkən uşaqların
təxirəsalınmaz ehtiyaclarının daha effektiv şəkildə yerinə
yetirilməsi məqsədilə işlənib hazırlanmışdır. Uşaqlarla bağlı
əsas öhdəliklər ərzaq təchizatı, səhiyyə xidməti, WASH (su,
sanitariya və gigiyena standartlarının tətbiqi) və uşaqların
müdafiəsi kimi sahələr üzrə qısamüddətli zəruri tədbirlərlə
yanaşı, yerli icmaların gələcəkdəki fövqəladə hallara daha
yaxşı hazırlaşması məqsədilə “əvvəlkindən də yaxşı etmək”
fəlsəfəsini əsas götürən uzunmüddətli planları da əhatə
edir. Son onillik ərzində təşkilatın fövqəladə hallarla bağlı, o
cümlədən 2010-cu ildə Haitidə baş vermiş zəlzələ və həmin
ilin sonunda Pakistandakı daşqınlarla bağlı həyata keçirdiyi
bütün tədbirlərin təməlində həmin əsas öhdəliklər dayanır.
Sadəcə
2014-cü ildə UNICEF 98 ölkədə 300-dən çox
fövqəladə halla bağlı tədbirlər həyata keçirmişdir. Onların
arasında üç irimiqyaslı humanitar böhranı
xüsusilə qeyd
etmək yerinə düşərdi: Cənub-şərqi Asiyada milyonlarla uşağı
su ilə yayılan xəstəliklərə yoluxmaq riski və digər təhlükələrlə
üz-üzə qoymuş Hayan qasırğası; Qərbi Afrikada minlərlə
insanın ölümünə səbəb olmuş, 5 milyon uşağı təhsil almaq
imkanından məhrum etmiş Ebola virusu böhranı; Suriya Ərəb
Respublikasında yüz minlərlə ailənin öz evindən didərgin düş-
məsi ilə nəticələnən və hələ də davam edən qanlı münaqişə.
UNICEF Suriyada tüğyan edən silahlı münaqişə ilə bağlı
tədbirlərdə yaxından iştirak etməkdədir. Təşkilatın bu
tədbirlər üzrə fəaliyyətinə strateji rəhbərlik milyonlarla
qaçqının sığındığı qonşu İordaniya, Livan və Türkiyədən
həyata keçirilir. Suriya daxilində humanitar yardımın
əhaliyə
çatdırılması əməkdaşlar üçün ciddi təhlükə yaratsa da,
yardım fəaliyyətində fasilə yaranmamışdır.
Təşkilat
2015-ci ildə münaqişədən əziyyət çəkən 10 mil-
yondan çox Suriyalını təmiz su və məqbul sanitariya şəraiti
ilə təmin etmişdir. Bunun üçün ölkənin əksər bölgələrində
su maşınları ilə əhaliyə su daşınmış, sıradan çıxmış su
təchizatı sistemləri təmir edilmiş, yeni quyular qazılmış,
suyun təmizlənməsi üçün dezinfeksiyaedici maddələr pay-
lanmışdır. Suriya Ərəb Respublikası və silahlı münaqişələrin
davam etdiyi digər ölkələrdə təmiz su təchizatı xəstəliklərin
qarşısını alır və uşaqlar arasında ölüm hallarını azaldır.
Bundan başqa, UNICEF Suriyanın paytaxtı Dəməşq şəhə-
rindən cəmi 7 km məsafədə
yerləşən Dərayya rayonunda
4000 nəfərlik yerli bir icmanı vaksin və digər səhiyyə ləvazi-
matları, eləcə də tədris materialları ilə təmin etmişdir. Həmin
icmanın yerləşdiyi qəsəbə dörd ildən çox idi ki, mühasirə
şəraitində yaşayırdı. UNICEF-in çatdırdığı ləvazimatlar BMT
və Suriya Ərəb Qırmızı Aypara cəmiyyətinin birgə təşkil
etdiyi, iki konvoyla daşınan yardımın tərkibində daşınmışdır.
Fəaliyyətinin ilk dövründə təşkilatın yeganə funksiyası
humanitar yardım göstərilməsi idi. Təşkilatın fəaliyyətinin
əsas hissəsini hələ də fövqəladə hallarla əlaqədar tədbirlər
təşkil edir. Bu fəlakətlərin çoxu UNICEF-i və onun tərəfdaş-
larını son onilliklər ərzində sınağa
çəkən qəfil təbii fəlakətlər
və amansız silahlı münaqişələrdən ibarətdir. Ətraf mühit
korlanması və iqlim dəyişikliyi kimi digər çağırışlar yeni olsa
da, bunlar son dərəcə ciddi təhlükə mənbələridir.
UNICEF iqlim dəyişikliyi və onun həssas qruplardan olan
əhali üçün yaratdığı çətinlikləri qarşısı elə bu gün alınmalı
olan inkişaf məsələsi kimi nəzərə alır və bundan törəyə
biləcək digər humanitar fəsadların ən azından azaldılmasını
zəruri hesab edir. Qeyd etməliyik ki, iqlim dəyişikliyinin
fəsadları, o cümlədən ekstremal meteoroloji hadisələr,
daşqınlar və quraqlıq hadisələri birbaşa qlobal böhranın
yaranmasına gətrib çıxaran karbon emisiyyalarının buraxıl-
masında cüzi rol oynayan ölkələrdəki əlverişsiz şəraitdə
yaşayan uşaqlara son dərəcə mənfi təsir göstərir.