5
ver. 1.0.4. date 27.01.17
Mərkəzinin əməkdaşlarına müraciət edərək məlumatlandırmaq və Xidmətdən istifadəni
bloklaşdırmağı tələb etmək. Şifahi müraciətdən sonrakı 3 (üç) iş günü ərzində Müştəri bu
müraciətini məktub və ya faks vasitəsi ilə yazılı olaraq təsdiqləyir. İstənilən halda, Müştəri
razılaşır ki, Bankın vaxtında yazılı olaraq məlumatlandırılmaması nəticəsində kodların
dəyişdirilmədiyi üçün Banka qarşı heç bir iddia irəli sürməyəcək.
6.6.5.
Xidmətdən istifadə bloklaşdırıldığı təqdirdə yeni kodların alınması üçün Banka müraciət etmək.
6.6.6.
Bankın “İnternet bank sisteminə qoşulma və ondan istifadə” qaydalarına riayət etmək.
6.6.7.
Xidmətdən istifadə zamanı kodlarda dəyişiklik etdiyi halda onların Bankın tələblərinə uyğun
olmasını təmin etmək.
6.6.8.
Xidmətdən istifadə zamanı Bankın təhlükəsiz istifadəyə dair tövsiyələrinə riayət etmək.
6.6.9.
Təqdim olunan xidmətin maneəsiz göstərilməsi üçün zəruri olan internet sürəti və digər tələbləri
yerinə yetirmək.
6.6.10.
Xidmətdən istifadə edən istifadəçilərin sayı “İnternet Bank xidmətlərinin göstərilməsi üçün
ərizə”də göstərilənlərdən fərqləndikdə və ya hər hansı dəyişikliklər olduqda dərhal bu barədə
Bankı şifahi olaraq məlumatlandırmaq. Şifahi müraciətdən sonrakı 3 (üç) iş günü ərzində bu
müraciətini məktub və ya faks vasitəsi ilə yazılı olaraq təsdiqləmək.
6.7.
Müştəri aşağıdakı hüquqlara malikdir:
6.7.1.
Bu Müqavilənin II.6.6.4. bəndində qeyd olunan qaydada Xidmətdən istifadənin bloklaşdırılması
barədə Bankı təlimatlandırmaq.
6.7.2.
Bu Müqavilədə qeyd olunan hallarda Xidmətdən istifadə bloklaşdırıldığı zaman, yeni Kodların
verilməsi üçün Banka müraciət etmək.
6.8.
Bank aşağıdakıları öz öhdəsinə götürür:
6.8.1.
Xidmətdən istifadə zamanı texniki problemlər yaranarsa, onları ağlabatan müddətdə aradan
qaldırmaq. Bu hal baş verərsə, texniki problemlər aradan qaldırılanadək, Müştəri tapşırıqları
Banka adi qaydada, kağız daşıyıcı vasitəsi ilə təqdim edərək əməliyyatlar aparmaq.
6.8.2.
Bu Müqavilədə göstərilən qaydada Müştəri tərəfindən müvafiq müraciət daxil olduğu təqdirdə,
Hesabdan istifadəni dərhal bloklaşdırmaq.
6.8.3.
Müştərinin müraciətinə əsasən Xidmətdən istifadə üçün ona yeni kodlar təqdim etmək.
6.9.
Bank aşağıdakı hüquqlara malikdir:
6.9.1.
Öz mülahizəsinə uyğun olaraq, Müştərini 1 (bir) gün qabaqcadan yazılı qaydada xəbərdar etmək
şərti ilə birtərəfli qaydada Xidmətdən istifadə qaydalarını dəyişmək.
6.9.2.
Müştəri tərəfindən əməliyyatın həyata keçirilməsi üçün natamam (və ya səhv) məlumatların
təqdim edildiyi, və ya bu tapşırıq AR qanunvericiliyinə uyğun olmadığı hallarda, həmçinin -
əməliyyatın həyata keçirilməsi və ya xidmət haqları üçün Müştərinin Hesabında yetərincə vəsait
olmadığı təqdirdə, bu əməliyyatın həyata keçirilməsindən imtina etmək.
6.9.3.
Müştərinin Hesabı bloklaşdırıldıqda, ona həbs qoyulduqda və ya AR qanunvericiliyi ilə tələb
olunan digər hallarda Müştərinin Xidmət vasitəsi ilə əməliyyatlar etməsini məhdudlaşdırmaq.
6.9.4.
Müştəri tərəfindən kodlar 1 (bir) gün ərzində ardıcıl olaraq 3 (üç) dəfə səhv daxil edilərsə, onun
Xidmətə girişi məhdudlaşdırmaq.
6.9.5.
Zərurət yaranarsa proqram təminatının quraşdırılması, dəyişdirilməsi üçün və ya sistemdə təmir
aparılması üçün Xidmətin fəaliyyətini dayandırmaq.
6.9.6.
Aşağıdakı hallarda Müştərinin Xidmətə girişini dərhal ləğv etmək:
a.
Müştərinin yazılı müraciətinə əsasən;
b.
Müştərinin Hesabı bağlandığı təqdirdə.
6.10.
Bank aşağıda qeyd olunan hallara görə heç bir məsuliyyət daşımır:
a.
Müştərinin səhvi, gecikdirməsi, və ya avadanlığının nasazlığı və ya əlaqə kanallarında kəsilmələr
olduğundan Xidmətə çıxışı əldə edə bilməməsi üçün;
b.
Müştərinin internet banka daxil olduğu kompüterin proqram və texniki təminatının təmin
edilməsinə, bu kompüterin məlumat təhlükəsizliyinə, ziyanverici kod və haker hücumundan
6
ver. 1.0.4. date 27.01.17
qorunmasına və nəticədə müştərinin İnternet bank hesabı ilə əlaqədar məlumatlarının tamlığının,
məxfiliyinin, istifadəliliyinin pozulmasına və bununla bağlı digər ziyanlara görə;
c.
Xidmətin göstərilməsi üçün üçüncü tərəflərin (İnternet provayder və digər) Bankı təmin etdiyi
vasitə,
xidmət və məhsullara görə;
d.
Bankın nəzarətindən kənar üçüncü şəxslərin
Xidmətə icazəsiz girişi üçün;
e.
İtirilən (oğurlanmış) Kodlar, səhv əməliyyatlar və Müştərinin bank hesab(lar)ına (və ya Xidmətin
özünə) Xidmət vasitəsilə icazəsiz girişlər barədə Bankın vaxtında məlumatlandırılmamasının
nəticələrinə görə.
6.11.
Bu Xidmətlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq Müştəri özü
və öz hesabına daşıyır.
6.12.
Xidmətin göstərilməsi zamanı aparılan əməliyyatlara müvafiq Hesab müqavilələri üzrə nəzərdə
tutulan şərtlər tətbiq edilir.
7.
Dövri ödəniş tapşırığı
1.
Dövri ödəniş tapşırığı barədə məlumat
1.1.
Müştərinin müraciətinə əsasən, Bank ona “Dövri ödəniş tapşırığının icrası üzrə ərizə” formasında
göstərilən şərtlərlə müvafiq Cari hesab üzrə
Müştəriyə təkrar olunan nağdsız ödənişləri və/və ya
valyutanın alqı-satqısı üzrə təkrar olunan əməliyyatlarının Dövri Ödəniş Tapşırıqları əsasında
Bank tərəfindən avtomatik olaraq həyata keçirilməsi xidmətini göstərir.
1.2.
Dövri Ödəniş Tapşırığı - Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili
qaydalarına əsasən tərtib olunan, qeyd olunan günlərdə və intervallarla müəyyən olunan
Benefisiara dövri ödənişin avtomatik olaraq köçürülməsinə və/və ya tələb olunduqda, valyutanın
alqı-satqısına göstəriş verən Müştəri tərəfindən Banka təqdim olunan yazılı ödəniş tapşırığıdır.
1.3.
Benefisiar - Dövri Ödəniş Tapşırığında qeyd olunan Dövri Ödənişin benefisiarıdır.
2.
Dövri Ödəniş Tapşırığının icrasına dair şərtlər
2.1.
Dövri Ödəniş Tapşırığı əsasında həyata keçirilən dövri ödəniş və/və ya valyutanın alqı-satqısı
Müştərinin müvafiq Bank Hesabından aparılır.
2.2.
Dövri Ödəniş Tapşırıqlarının icrası üçün Müştəri icra olunmalı əməliyyat üzrə Dövri Ödəniş
Tapşırığında ödənişin təyinatı, ödəniləcək konkret məbləğlər, Benefisiarın adı, Benefisiarın bank
məlumatları və/və ya valyutanın alqı-satqısı üzrə dəqiq məlumat və qanunvericiliklə tələb olunan
digər zəruri məlumatlar göstərilməlidir.
2.3.
Hər bir Dövri Ödəniş Tapşırığı onun şərtlərində göstərilən müddət ərzində etibarlıdır.
2.4.
Dövri Ödəniş Tapşırığı əsasında ödəniş Dövri Ödəniş Tapşırığında göstərilən məlumatlara uyğun
olaraq həyata keçirilməlidir. Dövri Ödəniş Tapşırığında göstərilən məbləğ Dövri Ödəniş
Tapşırığının etibarlılıq müddəti ərzində dəyişdirilmədən Benefisiara köçürülməlidir.
2.5.
Dövri ödənişin və/və ya valyutanın alqı-satqısının vaxtı-vaxtında icrasını təmin etmək üçün
Müştərinin müvafiq Bank Hesabında kifayət məbləğin olması zəruridir. Dövri Ödəniş
Tapşırığında göstərilən icra tarixində Müştərinin Bank Hesabında bu əməliyyatın icrası və
müvafiq xidmət haqqının ödənilməsi üçün kifayət qədər vəsait olmadıqda, Dövri Ödəniş
Tapşırığı Bank tərəfindən həmin tarix üçün icra olunmur. Dövri Ödəniş Tapşırığının hesabda
kifayət qədər pul vəsaitinin olmaması və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həbs qoyulması səbəbəindən icra olunmaması, onun növbəti icra tarixlərində icrasını
istisna etmir.
2.6.
Dövri Ödəniş Tapşırığı əsasında ödənişlərin və/və ya valyutanın alqı-satqısının həyata keçirilməsi
üzrə xidmət haqları Bankın qüvvədə olan xidmət tariflərinə uyğun olaraq müəyyən olunur.
2.7.
Dövri Ödəniş Tapşırığının icrasının tarixi Azərbaycan Respublikası ərazisində tətbiq olunan
qeyri-iş gününə təsadüf edirsə, Dövri Ödəniş Tapşırığı növbəti iş günündə icra olunur.
2.8.
Dövri Ödəniş Tapşırığı əsasında valyutanın alqı-satqısı əməliyyatın aparıldığı gün üzrə Bankın
həmin valyutanın alqı-satqısı üzrə müəyyən etdiyi məzənnəsinə uyğun olaraq həyata keçirilir.