100
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-
siyasi elmlər seriyası
2012
İQTİSADİYYAT
UOT 330.101:330.837:330.8
MİLLİ İQTİSADİ MODELLƏRİN
TƏSNİFATLANDIRILMA ƏSASLARI
M.Y.HƏMİDOVA
Bakı Dövlət Universiteti
nargiz@mail.ru
Milli iqtisadi modellərin təsnifatının təcrübədə gerçəkləşən məqamlarının elmi-tədqiqat
müs
təvisində də araşdırılması çox vacibdir. Bu baxımdan bizim tədqiqat işləməsinin də pred-
me
tini dünya təsərrüfatının müasir nəzəriyyə və praktikasında bir neçə növü ayrılan milli iqti-
sa
di modellərin təsnifatlandırılması təşkil edir. Bundan irəli gələrək, tədqiqat işləməsində mil-
li iqtisadi modellərin təsnifatlandırılması ilə bağlı hallar sistemli yanaşma və müqayisəli təhlil
sferasında araşdırılır və bu istiqamətə uyğun gələn səmərəliləşdirici təkliflər əsaslandırılır.
Açar sözl
ər: azad kapitalizm iqtisadiyyatı, ənənəvi tipli milli iqtisadiyyat, bazar
yönümlü milli təsərrüfat sistemi, amerikan liberal modeli
Milli iqtisadi sistemlərin təsnifatlandırılmasının əsasında ən müxtəlif
meyarlar dayanır ki, bunlar da bu və ya digər təsərrüfat sisteminə aid olan bir
və ya bir neçə xüsusiyyəti özündə əks etdirir. Bazar münasibətlərinin inkişaf
mərhələləri üzrə milli iqtisadiyyat:
•
Azad kapitalizm iqtisadiyyatı.
•
Müasir kapitalizm iqtisadiyyatı.
•
Mərkəzləşdirilmiş planlı və idarə edilən milli iqtisadiyyat.
•
Ənənəvi tipli iqtisadiyyata bölünür (1, 73).
Dünya təsərrüfat təcrübəsinə inteqrasiya səviyyəsinə görə açıq və qapalı
tipli milli iqtisadiyyatları fərqləndirirlər.
Sosial-iqtisadi
və texniki-texnoloji səviyyə üzrə yüksək inkişaf etmiş,
inkişaf etməkdə olan və zəif inkişaf etmiş milli təsərrüfat sistemləri ayrılır.
Təsərrüfat strukturu üzrə aqrar-sənaye və sənaye-aqrar milli
iqtisadiyyatların bölgüsü aparılır.
Milli əlamətlərə görə iqtisadiyyatlar aşağıdakı ölkələr üzrə qruplaşdırılır:
Avstri
ya (Avstraliya, Argentina və s.); Bolqarıstan (Boliviya, Braziliya və s.);
Böyük Britaniya (Macarıstan, Venesuela və s.); Almaniya (Yunanıstan,
Hollandiya, Honduras və s.); Danimarka (Dominikan Respublikası və s.);
Misir və s.; Tacikistan (Türkiyə, Türkmənistan və s.); Fransa (Filippin və s.).
101
Regional əlamətə görə milli iqtisadiyyatlar ölkənin konkret ərazidə
yerləşməsi nəzərə alınaraq birləşdirilir: Şimali Amerika regionu, Avropa,
Asiya-
Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikası və s.
Milli
təsərrüfat sistemlərinin təsnifatlandırılmasının detallaşdırılması və
konkretləşdirilməsi şəkil 1-də davam etdirilə bilər.
Milli təsərrüfat sistemləri
Bazar münasi-
bətlərinin inki-
şaf mərhələləri
üzrə
Dünya tə-
sərrüfat təc-
rü
bəsində
inteqrasiya
pro
seslərinə
daxil olma
səviyyəsi
üzrə
Sosial-iqtisadi
və texniki-
texnoloji
inkişaf
səviyyəsi üzrə
Təsərrüfatın
strukturuna
görə
Ölkə ərazi-
sinin sa-
həsinə görə
Etnik (milli)
əlamətə görə
Regional əlamətə
görə
Azad kapitalizm
milli
iqtisadiyyatları
Qap
alı tipli
milli iqtis-
adiyyatlar
Yüksək inkişaf
etmiş milli
iqtisadiyyatlar
Aqrar-
sənaye
tipli milli iqti-
sadiyyatlar
Kiçik öl
kə-
lərin milli
iqtisadiy-
yatları
Avstriya milli
iqtisadiyyatı
Asiya-Sakit okean
regionu ölkələri-
nin milli
iqtisadiyyatları
Müasir
kapitalizm milli
iqtisadiyyatları
Açıq tipli
milli iqtisa-
diyyatlar
İnkişaf etmək-
də olan milli
iqtisadiyyatlar
Sənaye-aqrar
tipli milli iqti-
sadiyyatlar
Orta səviy-
yəli ölkələ-
rin milli iq-
tisadiyyatları
Böyük Britani-
ya milli
iqtisadiyyat
ı
Avropa
ölkələrinin milli
iqtisadiyyat
ı
Mərkəzləşdirilmiş
planlı və idarə edi-
lən milli iqtisadiy-
yatlar
Zəif inkişaf
etmiş milli
iqtisadiyyatlar
İri və ən iri
öl
kələrin
milli iqtisa-
diyyatları
Digər milli
iqtisadiyyat
Afrika ölkələrinin
milli iqtisadiy
yatı
Ənənəvi tipli
milli
iqtisadiyyatlar
Latın Amerikası
ölkələrinin milli
iqtisadiyyat
ı
Digər milli
iqtisadiy
yatı
Şək. 1. Ayrı-ayrı meyarlar üzrə milli iqtisadiyyatların təsnifatlandırılması
Belə ki, məsələn, müasir kapitalizmin milli iqtisadiyyatı çərçivəsində ya
liberal-
kapitalist (ABŞ, Böyük Britaniya), ya da dövlət-korporativ (Almaniya,
Yaponiya, Cənubi Koreya və s.) modellərdən istifadə edən milli təsərrüfat
sistemlərini ayırmaq olar. Ərazisinin sahəsinə görə, dünya təsərrüfat sisteminə
inteqrasiya səviyyəsinə görə, həmçinin, regional əlamətinə görə milli
iqtisadiyyatları təsnifatlandırmaq olar. Belə ki, avropa regionu ölkələrini qərb
və şərqi-avropaya və ya şimal və cənubi avropaya və s. bölmək olar (2, 117).
Təsnifatlandırmanın meyarlarının genişləndirilməsi müəyyən sosial-iqti-
sa
di məna daşıyır. Məsələn, mövcudluq müddətinə görə milli iqtisadiyyatlar
ye
nidən təşkil olunmuş, “köhnə” və ya “yeni” dövlətlərin milli iqtisadiyyatla-
rına bölünə bilər. Beynəlxalq iqtisadi və digər təşkilatlara daxil olub-
olmamasından da asılı olaraq milli iqtisadiyyatlar təsnifatlandırıla bilər.
Məsələn, Aİ (Avropa İttifaqı) ölkələri, ACEAN (Asiya-Sakit okean iqtisadi
əməkdaşlığı), Nafta (Şimali Amerika azad ticarət zonası), MDB-nin 2
ölkəsinin (Rusiya və Belorus respublikası), beş ölkəsinin İttifaqı (Rusiya,
Belorus, Qazax
ıstan, Qırğızıstan, Tacikistan) və s.
Müasir dünya təsərrüfat təcrübəsində daha geniş intişar edən və müasir
inteqrasiya proseslərinin inkişafında daha böyük rola malik olan ayrı-ayrı milli
təsərrüfat sistemlərinin tiplərini ayıraq:
102
Bazar yönümlü milli təsərrüfat sistemi
Müasir dünya təsərrüfatının nəzəriyyə və praktikası bazar yönümlü milli
iqtisadiyyatların beş əsas əlamətini ayırır.
1.
İstehsal alətlərinə və vasitələrinə, resurslara və əmək nəticələrinə
xüsusi mülkiyyətin olması, bu da istehsal prosesi iştirakçılarının
təşəbbüskarlığının və məsuliyyətinin inkişaf etməsinə səbəb olur.
2.
Əsas iqtisadi azadlıqlara dövlət (təşkilati və hüquqi) təminatı, və hər
şeydən əvvəl, hər bir arzu edən şəxsə “öz işinə” malik olmaq üçün
sahibkarlıq fəaliyyəti növlərinin seçim azadlığı.
3.
Sahibkarlıq fəaliyyətində öz xərcini ödəmə imkanı. İstehsalın gəlir
və xərc ölçüsünün üst-üstə düşməməsi ya məhsul hazırlanmasına, iş
və ya xidmətlərə məsrəfləri ört-basdır etməyə imkan verir (təsərrüfat
fəaliyyətinin rentabelli variantı), ya da sahibkarlıq fəaliyyəti ilə
əlaqədar olan zərərlərə məruz qalır (təsərrüfatçılığın müflisləşməyə
aparan zərərli variantı).
4.
Təsərrüfatçılığın avtonom subyektlərinin xərc və gəlirlərinin
ölçülərinin, həmçinin, onların alıcılıq qabiliyyətinin artım meyli, bu
da ölkənin milli təsərrüfat sistemində istehlak və yığımın daima
artmasına yardım edir.
5.
Dövlətin təkrar istehsal prosesinə maksimal mümkün müdaxiləsi
əsasında milli təsərrüfat sisteminin normal, səmərəli fəaliyyəti.
Bu əlamətlərə əsasən, bazar yönümlü milli iqtisadiyyatlar siyahısına
daxil edilir:
•
Sərbəst kapitalizm və ya sərbəst bazar rəqabətli iqtisadiyyat.
•
Müasir tənzimlənən bazar iqtisadiyyatı.
•
Milli iqtisadiyyatın bu iki tipinin bir çox ümumi cəhətləri olduğu
kimi, kifayət qədər fərqləri də var. Bu fərqlər aşağıdakılarla
bağlıdır.
•
Dünyanın müxtəlif ölkələrində bazar təsərrüfatçılığının təkamülü ilə.
•
Bazar iqtisadiyyatının hər bir konkret tipinin mərhələlərinin
məzmununun dialektikası ilə.
•
Bazar təsərrüfat sistemlərinin təşkili və idarəedilməsinin forma və
metodlarının inkişafı və təkmilləşməsi ilə.
Mərkəzləşdirilmiş planlı və idarə edilən milli təsərrüfat sistemi
Milli təsərrüfat sisteminin bu tipi immanent (daxilən) olaraq, ictimai-
siyasi quruluşu sosialist modelinin istehsal münasibətləri əsasında qurulan
bütün ölkələrə xasdır.
Təsərrüfatçılığın bu sisteminin əsası 1928/1929-1932/1933-cü illərin SSRİ
xalq təsərrüfatının inkişaf planından 1986-1990-cı illər arası (on ikinci beşillik
plan) SSRİ-nin iqtisadi və sosial inkişaf planına qədər SSRİ iqtisadiyyatının
formalaşması və sovet beşillik planlarının yerinə yetirilməsindən qoyulmuşdur.
103
SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasında bu sistem demək olar ki,
öz möv
cudluğunu dayandırmışdır. Amma Belorusiya Respublikası, Çin,
Şimali Koreya, Kuba və sosialist Vyetnamı kimi bir çox ölkələr daima inkişaf
edərək və bu mexanizmə bazar nizamlayıcı mexanizmlərini daxil etməklə onu
istifadə etməkdə davam edirlər.
Mərkəzləşdirilmiş planlı və idarə edilən milli iqtisadiyyat üçün müəyyən
əlamətlər xasdır.
1.
Geniş əhatəli ictimai mülkiyyət (dövlət, kooperativ-kolxoz və ictimai
təşkilatların mülkiyyəti).
2.
İdarəetmədə bürokratiyanın yüksək səviyyəsi və əksər sahələrin
inhisarlaşması.
3.
İstehsalın, istehsal resurslarının (material, əmək, maliyyə) və əməyin
nəticələrinin bölgüsünün mərkəzləşdirilmiş planlaşdırılması.
4.
Təsərrüfatçılığın təşkilati-iqtisadi mexanizmi, bu da təkrar istehsalın
sosial-
iqtisadi proseslərinə inzibati-sərəncamverici, iqtisadi və mənəvi-
etik təsir metodlarının ahənginə əsaslanır.
5.
Dövlət hakimiyyət və təsərrüfat idarəetmə orqanları tərəfindən sərt ge-
niş əhatəli nəzarət, onlar tərəfindən sahələrin, regionların, müəssisə,
idarə və təşkilatların təsərrüfat həyatının hərtərəfli əlaqələndirilməsi,
bu isə, fəaliyyət sərbəstliyinin qarşısını alır, təsərrüfatçılığın konkret
nəticələrinə görə məsuliyyəti və istehsal prosesi iştirakçılarının
material məsuliyyətini azaldır.
6.
Milli təsərrüfat sistemində baş verən istehsal, bölgü, mübadilə və isteh-
lak proseslərinin vahid iqtisadi mərkəz olan-Dövlət Plan komitəsi tərə-
fin
dən bilavasitə idarəedilməsi, bu da sərbəstliyi istisna edir və təsərrü-
fatçılığın bütün səviyyə və həlqələrində-aşağı təsərrüfat vahidlərindən
(idarə, müəssisə və təşkilat) sahəvi nazirliklər və idarələrə, həmçinin
ölkənin region və ərazilərinə qədər təşəbbüskarlığın qarşısını alır.
“Ənənəvi” tipli milli iqtisadiyyatlar
Milli təsərrüfat sistemlərinin “ənənəvi” tipi dünya təcrübəsində xüsusi
yer tutur.
Bu tip planetin əksər ölkələri üçün xarakterikdir ki, bunlar da
dövlətlərin BMT və bir sıra beynəlxalq iqtisadi təşkilatlar tərəfindən (BVF,
BİYB və s.) qəbul olunmuş təsnifatlandırılmasına əsasən, zəif inkişaf edən və
inkişaf etməkdə olan ölkələrə aid edilir. Bu dövlət qruplarını həm də “üçüncü
dünya” ölkələrinə də aid edirlər ki, bu da SSRİ-nin və əvvəllər sosialist
düşərgəsinə və sosialist yönümlü ölkələr düşərgəsinə daxil olan ölkələrin
tənəzzülündən sonra müəyyən mənada əhəmiyyətini itirmişdir.
“Ənənəvi” milli təsərrüfat sistemləri inkişaf edərək, bazar və mərkəzləş-
diril
miş planlı və idarə edilən iqtisadiyyatların dünya nəzəriyyə və təcrübəsin-
də yığılan ən yaxşı tərəflərini özündə ehtiva edir. Amma hələlik həm fəaliyyət
miqyasları, həm dünya təsərrüfatının mütərəqqi təcrübəsinin cəlb olunma
səviyyəsi “ənənəvi” milli təsərrüfat sistemləri haqqında kifayət qədər inkişaf
104
etmiş kimi danışmağa imkan vermir. Bu həmin ölkələrdə iqtisadi, siyasi,
tarixi, milli və təsərrüfatın bərpasına təsir edən digər şərtlərlə izah olunur.
“Ənənəvi” tipli təsərrüfat sistemlərinə aşağıdakı xüsusiyyətlər xasdır:
1.
Texnika və istehsal texnologiyasının zəif inkişafı, bu da ona gətirib
çıxarır ki, milli iqtisadiyyatın istehsal aparatı istehsalın müasir tələb-
lərə cavab verən texniki-texnoloji səviyyəsindən daha çox geridə
qalır.
2.
İqtisadiyyatın demək olar ki, bütün sahələrində, əsasən, əl əməyin-
dən istifadə;
3.
Ölkədə təsərrüfatçılığın çoxukladlı sistemi, bu da dövlət, xüsusi (yer-
li və xarici), qarışıq (dövlət-xüsusi) mülkiyyətin elementlərini trans-
milli mülkiyyətin hissələri və natural kəndli təsərrüfatı ilə birləşdirir.
4.
İqtisadiyyatda milli kapitalın və sahibkarlığın çox kiçik olan rolu (bir
qayda olaraq, onlar xidmət və xırda əmtəə təsərrüfatında çox kiçik
rol oynayırlar), bu iri xarici kapital bölmələrinin fəaliyyət
miqyaslarının daima artması ilə baş verir.
5.
Cəmiyyətin və dövlətin həyat fəaliyyətinin bütün sahələrində mental
adət-ənənələrin, dini və mədəni dəyərlilərin baş verməsi. Cəmiyyət-
də kasta və silk bölgüsü iqtisadi və sosial tərəqqini çətinləşdirir və
qar
şısını alır.
6.
Milli təsərrüfat sistemi çərçivəsində fəaliyyət göstərən ukladlar
nöqteyi-
nəzərindən ölkənin əsas sosial-iqtisadi vəzifələrinin həllinə
differensiallaşdırılmış yanaşmaya kəskin ehtiyac.
7.
Cəmiyyətin və dövlətin iqtisadi və sosial məsələlərinin həllində
mərkəzi hakimiyyət orqanlarının və təsərrüfat idarəetməsinin fəal
rolu; dövlət büdcəsində ölkənin bütün maliyyə resurslarının əksər
hissəsini (95-98%) və kənardan cəlb olunan valyutanı formalaşdır-
mağa, mərkəzləşdirilmiş qaydada bölüşdürmək və yenidən bölüş-
dürməyə imkan verən büdcə quruluşu sistemindən istifadə (3, 112).
Müasir dövrdə iqtisadiyyatın milli modellərinin əsas tipləri
Qarışıq iqtisadiyyatın bir çox müasir milli modelləri arasında onun üç
əsas regional müxtəliflyini ayırmaq olar ki, bunlar da müasir dünyanın sosial-
iqtisadi inkişafını müəyyən edir:
1.
Amerikan liberal modeli,
bunun üçün əsasən təsərrüfat həyatının
hüquqi tənzimlənməsinə əsaslanan dövlət tənzimlənməsinin
minimallaşdırılması xasdır.
2.
Qərbi-Avropa sosial-demokratik modeli, bu da əsas diqqəti sosial
siyasətə cəmləyir.
3.
Yapon patriarxal–korporativ modeli,
bu zaman hökumət əsasən
iqtisadi artım strategiyası ilə məşğul olur.
Amerika liberal modeli xalis bazar iqtisadiyyatına yaxındır. Əksinə,
105
Qərbi Avropa ölkələrində dövlət tənzimləmə ənənələri daha güclüdür. Yapon
modeli amerikan və qərbi avropa modelləri arasında aralıq vəziyyət tutur.
Bazar təsərrüfatının tarixində həm də, qarışıq iqtisadiyyatın müasir milli
modellərinin əsasının qoyulduğu dönüş nöqtəsi 1929-1933-cü illərin Böyük
tənəzzülü-iqtisadi böhranı oldu ki, bu da əsasən təsərrüfat prosesləri üzərində
zəif nəzarətdən irəli gəlirdi. Ona görə də, artıq 1930-cu illərdə qərbdə köklü
dəyişiklər başladı: onların siyasi forması F.D.Ruzveltin amerikasayağı Yeni
kursu və İsveçdə Saltşebaden razılaşması, nəzəri əsaslandırması isə
C.M.Keyn
sin nəzəriyyəsi (“Keyns inqilabı”) oldu.
Yeni kurs dövründə (1933-1941) Amerika hökuməti qəti olaraq, iqtisadiy-
yata müdaxilə etməmək mövqeyindən imtina etdi: işsizlər üçün iri miqyaslı mülki
işlər təşkil olundu, fermerlərə maliyyə dəstəyi verildi, həmkarlar ittifaqları
leqallaşdırıldı, “haqlı rəqabət” üzrə məcəllələr qəbul olundu və s. ABŞ hakimiy-
yətinin keyns siyasətinin zirvəsi 1960-cı illər oldu, həmin vaxt C.Kennedi və
L.Conson iqtisadi artımın stimullaşdırılması məqsədilə, bilərəkdən büdcə kəsirini
artırırdılar. 1980-ci illərdə Reyqan dövründə hökumət dövlət xərclərinin
azaldılması (xüsusən sosial) yolu ilə büdcə balansını bərpa edərək, mühafizəkar
iqtisadi proqrama dönüşü elan etdi. Yeri gəlmişkən, neokonservativ kurs
təsərrüfatın dövlət tənzimlənməsinin azaldılmasından daha çox “sərt” tənzimləmə
formalarından daha “çevik” tənzimləmə formalarına keçmək demək idi.
Əgər amerikan modelini “azad sahibkarlıq cəmiyyəti” adlandırırlarsa,
Qərbi Avropa modelini “sosial bazar təsərrüfatı” adlandırırlar. Bunlara parlaq
nümunə Almaniya və İsveçi göstərmək olar. Alman modelinin “atası” sosial
təminat haqqında 1883-cü il qanunlarının qəbul olunmasının təşəbbüskarı
Bismark və ikinci Dünya müharibəsindən sonra Qərbi Avropada iqtisadiyyatın
bərpa proqramını həyata keçirən L.Erhard hesab olunur. İsveç modelinin
formalaşması 1930-cu illərdə başladı, həmin vaxt hakimiyyətə seçki yolu ilə
sosial-demok
ratlar gəldilər. 1938-ci ildə Həmkarlar İttifaqları və sahibkarlar
Birliyi Saltşebaden razılaşması imzaladılar ki, bu da əmək münaqişələrinin
sülh yolu ilə tənzimlənməsi və əmək müqavilələrinin bağlanması haqqında idi.
Sonralar burjua partiyaları hakimiyyəti müəyyən qədər ələ keçirə bilsə də,
iqtisadi siyasətə sosial-demokratik təsir dəyişməz olaraq üstünlük təşkil edirdi.
İsveç modelini çox zaman “funksional sosializm” adlandırırlar, belə ki, o,
“burjua” istehsalının saxlanılması ilə bölgü münasibətlərinin maksimal sosial-
laşmasını (ümumiləşdirilməsini) nəzərdə tutur. Əsasən xristian-demokratik si-
yasi qüvvələri ilə istiqamətlənmiş alman qarışıq iqtisadiyyatının inkişafı başqa
yol tutdu: burada sosiallaşma firma (dövlət yox) səviyyəsində, “istehsal
demokra
tiyası” vasitəsilə baş verir.
Sosiallaşdırılmış bazar təsərrüfatının qurulması yollarını digər Qərbi
Avropa ölkələri də axtarırlar.
Yaponiyada qarışıq iqtisadiyyat modeli müharibədən sonrakı dövrdə
ame
rikan işğalı dövründə formalaşdı. Yapon iqtisadiyyatını bəzən “rəqabətli
kom
munizm” adlandırırlar, bu isə, güclü dövlət tənzimlənməsinə (yeri gəlmiş-
106
kən, bu yüksək səmərəli olsa da, nisbətən mülayimdir) görə deyil, firmadaxili
səviyyədə intensiv sosiallaşmaya görədir (məşhur prinsip-“firma-bir ailədir”).
Y
apon təcrübəsi Uzaq Şərq regionunun digər inkişaf etməkdə olan ölkələri
tərəfindən (məsələn, Cənubi Koreya) fəal surətdə istifadə olunur.
XIX əsrdə dünya inkişafı Qərbi Avropa ölkələri tərəfindən müəyyən
olunurdu. XX əsrin birinci yarısında dünya sivilizasiyasında liderlik ABŞ-ın
əlinə keçsə də, XXI əsrin əvvəllərində bu zəifləməyə başladı. Hazırda
Birləşmiş Ştatlar hərbi baxımdan mübahisəsiz olaraq güclü dövlət olsa da,
onun iqtisadi gücü artıq mütləq deyil.
Dünyanın gələcək iqtisadi inkişaf perspektivləri necədir?
Bu suala müxtəlif cavablar verilir. Amerikalı sosioloq Frensis Fukuyama
belə bir fikir şərh edir ki, amerikan sivilizasiyasının qiymətliləri (protestant
etikası, iqtisadi liberalizm, demokratiya, hüquqi cəmiyyət və s.) daha həyat
qabiliyyətlidir, həm də onlar o qədər təkmildir ki, onların sonradan keyfiyyət
baxımdan yaxşılaşdırılması sadəcə mümkün deyil. Dünya mədəniyyətinin
amerikanlaşdırılması bəşəriyyəti ictimai idealın minillik axtarışını başa vuran
tarixin xoşbəxt “sonluğuna” aparır. Amma amerikalı politoloq Semuel
Hantinqton nisbətən az optimistik mülahizəni təklif etmişdir ki, bu da “sivi-
liza
siyaların toqquşması” adını almışdır. Onun fikrincə, gələcəkdə sivilizasiya-
la
rın amerikan şablonu üzrə universallaşması deyil, əksinə, onların sərbəst-
liyinin artırılması, qarşıdurma və toqquşmaların kəskinləşməsi baş verəcək.
Bu mübahisəyə iqtisadi nöqteyi-nəzərdən baxsaq, onda qarışıq
iqtisadiyyatın müxtəlif milli modellərinin müqayisəli rəqabət qabiliyyətini
qiymətləndirmək lazımdır (cədvəl 1).
Cədvəl 1
Müqayisəli rəqabətqabiliyyətlilik ranqları
Ölkə
İqtisadi
güc
Dövlətin
rolu
Maliyyə
İdarəetmə
Elm və
texnologiya
İnsan
resursları
Yaponiya
1
2
1
1
1
1
Almaniya
2
4
6
3
4
4
ABŞ
6
1
4
4
2
2
Mənbə: “İqtisadi möcüzələr”. D.V.Kuzinin redaktəsi altında. M.OLMA-PRESS, 1994.
S.258
Ekspert qiymətləndirməsindən görünür ki, müasir dövrdə birinci ranqda
əsas keyfiyyət göstəriciləri üzrə Yaponiya möhkəm dayanmışdır. ABŞ və
Qərbi Avropa ölkələri (xüsusən Almaniya) kəskincəsinə bir-birləri ilə rəqabət
aparır, həm də Birləşmiş Ştatlar tədricən geridə qalır.
Görünür, amerikan sivilizasiyasının özünəməxsus qiymətliləri artıq indi
postindustrial inkişafın qarşısını alır, həm də bu getdikcə daha da güclənəcək.
Əksinə, kollektivizm əsasında qurulan qiymətlilər “zamanın ruhu” ilə daha
yaxşı uyğunluq təşkil edir. Ona görə də, “tarixin sonu” yox, “sivilizasiyaların
toqquşması” həqiqətə daha uyğundur.
107
Belə proqnoz bir neçə onillik sonra əsas siyasi və iqtisadi güc mərkəzlə-
rin
dən biri olmaqda potensial imkanları olan Azərbaycan üçün də sərfəli
mühiti vəd edir.
ƏDƏBİYYAT
1.
История экономических учений. Учебное пособие. Под ред. В.Автономова,
О.Ананьина, Н.Макашевой. М.ИНФРА, 2004, с. 73.
2.
Кошелев А.Н. Национальная экономика. М.: Эксмо, 2008, c. 117.
3.
Градов А.П. Национальная экономика. 2-ое изд. Питер: 2005, с.112.
4.
“İqtisadi möcüzələr”. D.V.Kuzinin redaktəsi altında. M.: OLMA-PRESS, 1994, s. 258.
ОСНОВЫ КЛАССИФИКАЦИИ НАЦИОНАЛЬНЫХ
ЭКОНОМИЧЕСКИХ МОДЕЛЕЙ
М.Я.ГАМИДОВА
РЕЗЮМЕ
В статье рассматриваются основы классификации национальных хозяйственных
систем. В основу классификации этих систем положены самые разнообразные крите-
рии, отражающие какую-либо одну или сразу несколько особенностей, свойственных
тому или иному типу хозяйственных систем.
В статье также характеризуются отдельные типы национальных хозяйственных
систем, получившие наиболее широкое распространение в современной практике миро-
хозяйствования и играющие наибольшую роль в развитии интеграционных процессов в
современном мире.
Ключевые слова: экономика свободного капитализма, национальная экономика
«традиционного» типа, национальная хозяйственная система рыночного типа, амери-
канская либеральная модель
BASES OF CLASSIFICATION OF NATIONAL ECONOMIC MODELS
M.Y.HAMIDOVA
SUMMARY
The article considers the bases of the classification of national economic systems. The
classification of these systems embodies a variety of criteria, reflecting one or several features
characteristic for a particular type of economic systems.
The article also characterizes certain types of national economic systems that have be-
come widespread in the modern practice of world domination and play a key role in the
development of integration processes in the modern world.
Key words: economics of free capitalism, the national economy of the "traditio-
nal" type, the national market-oriented economic system, liberal American model
Dostları ilə paylaş: |