13
olunub. Beləliklə, sorğunu cavablandıran 26 dövlət qurumundan
yalnız 15-i (57.7%) sorğuda qoyulan suallara qismən, yaxud
bütünlüklə cavab verib. Sorğu göndərilən 43 mərkəzi dövlət
orqanından sorğuda qoyulan suallara qismən, yaxud bütünlüklə
cavab verənlər isə cəmi 34.9% təşkil edir.
Qiymətləndirmənin icrası zamanı 89 mərkəzi və yerli icra
orqanlarına göndərilmiş sorğularla yanaşı, ümumilikdə 94
qurumun internet səhifələri, o cümlədən onlayn mətbuat resursları
təhlil olunub, internet axtarış sistemlərinin üstünlüklərindən
istifadə olunub.
Fəaliyyət Planının 2.5-ci bəndinin (Dövlət proqramlarının
əhatə etdiyi sahələr üzrə internet portallarının yaradılması İcra:
mərkəzi icra hakimiyyəti orqanları – 2012-2014-cü illər)
monitorinqi məqsədilə sorğu cavablarından əlavə, monitorinqə
cəlb olunmuş dövlət qurumlarının İnternet saytları da araşdırılıb.
Nəticədə, müxtəlif sahələri əhatə edən 40 dövlət və tədbirlər
proqramının siyahısı tərtib olunub, onların əhatə etdiyi sahələr
üzrə internet portalların yaradılması vəziyyəti öyrənilib. Ötən
hesabat dövründən bəri icra müddəti bitən proqramlar siyahıdan
çıxarılıb, yeni qəbul olunanlar isə əlavə edilib.
Birinci monitorinq zamanı 9 istiqamət üzrə bütün
fəaliyyətlərin monitorinqi aparılsa da, hazırkı, ikinci monitorinq
yalnız 1-ci, 2-ci, 4-cü, 5-ci və 8-ci istiqamətləri əhatə edir. Bu
dəfəki qiymətləndirmə zamanı Milli Fəaliyyət Planının 53 əsas və
sub fəaliyyət istiqamətindən 26-sı monitorinqə cəlb edilib.
Monitorinqin nəticəsi olaraq, hər bir istiqamət üzrə orta bal
çıxarılıb.
Diaqramdan
göründüyü
kimi,
“İnformasiya
əldə
edilməsinin asanlaşdırılması” istiqaməti üzrə orta bal 1.40,
“Dövlət orqanlarının öz fəaliyyətləri barəsində ictimaiyyətə
14
müntəzəm məlumat verməsi” üzrə 1.50, “Dövlət orqanlarının
fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi” üzrə
2.00, “Elektron xidmətlərin təkmilləşdirilməsi” üzrə 2.00 və
“Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində
şəffaflığın artırılması” üzrə isə 1.66-dır.
Monitorinqə cəlb edilmiş istiqamətlər üzrə ən yüksək bal
(2.00) 4-cü (“Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin
iştirakının genişləndirilməsi”) və 5-ci istiqamət üzrə (“Elektron
xidmətlərin təkmilləşdirilməsi”) qeydə alınmışdır. Ümumilikdə
monitorinq edilmiş 26 istiqamət üzrə orta bal isə 1.71
olmuşdur.
Monitorinqin yekunlarına görə, qiymətləndirməyə cəlb
edilmiş ümumi 26 istiqamətdən 9-u üzrə maksimum (34.6%), 10-
u üzrə ortadan yüksək (38.5%), 3-ü üzrə orta (11.54%), 2-si üzrə
ortadan aşağı (7.69%), 2-si üzrə isə minimum (7.7%) nəticə
qeydə alınıb
5
.
5
Bax: Əlavə 3
15
İSTİQAMƏTLƏR ÜZRƏ İCRANIN
QİYMƏTLƏNDİRİLMƏSİ
1-ci istiqamət:
İnformasiya əldə edilməsinin asanlaşdırılması
ORTA BAL: 1.40
Görülməli işlər:
1.1
Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin
müəyyən edilməsi (01),
informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul
edilməsi (02) və bu barədə ictimaiyyətin məlumatlandırılması
Məsul dövlət orqanları: Mərkəzi və yerli icra hakimiyyəti
orqanları
16
İcra müddəti: 2012-2014-cü illər
Ölçmə üçün indikatorlar:
İnformasiya işinə məsul şəxsləri təyin etmiş yerli və mərkəzi icra
hakimiyyəti orqanlarının sayı (1.1.1 üzrə) və
İnformasiyaya əlçatanlıq məsələlərinin tənzimlənməsi üzrə daxili
icra qaydalarına malik olan yerli və mərkəzi icra hakimiyyəti
orqanlarının sayı (1.1.2 üzrə)
Metodoloji əsas (1.1.1 üzrə):
3 - yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 70 faizindən
çoxu informasiya işinə məsul şəxsləri təyin edib
2 - yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən
çoxu, 70 faizindən azı informasiya işinə məsul şəxsləri təyin edib
1 - yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən azı
informasiya işinə məsul şəxsləri təyin edib
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar
aşkara çıxarılmayıb
Metodoloji əsas (1.1.2 üzrə):
3-Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 70 faizindən çoxu
informasiyaya əlçatanlıq məsələlərinin tənzimlənməsi üzrə daxili
icra qaydalarına malikdir.
2 - Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən
çoxu, 70 faizindən azı informasiyaya əlçatanlıq məsələlərinin
tənzimlənməsi üzrə daxili icra qaydalarına malikdir.
1 - Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən azı
informasiyaya əlçatanlıq məsələlərinin tənzimlənməsi üzrə daxili
icra qaydalarına malikdir.
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar
aşkara çıxarılmayıb.
İcra vəziyyəti
Dostları ilə paylaş: |