Layihə
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi Kollegiyasının
_________il tarixli ________nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
Hərracların Təşkili üzrə Auksion Mərkəzi
Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclarda satışı üçün
müraciətlərin və sənədlərin qəbulu
üzrə inzibati reqlament
1.Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclarda
satışı üçün müraciətlərin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət nəqliyyat vasitələrinin və
avadanlıqların satışının həyata keçirilməsi məqsədilə təşkil edilən hərraclarda
hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün onların qeydə alınması,
sifarişlərin qəbulu, seçdiyi əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin
ödənilməsi ilə bağlı qaydaları müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2000-ci il tarixli 432
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı
Qaydaları”nın 3-cü bəndi,
1.3.4. “Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun 116 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında
Əsasnamə”,
1.3.5 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il
tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi,
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili
üzrə Auksion Mərkəzi.
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6.
Elektron
xidmətin
avtomatlaşdırılma
səviyyəsi:
qismən
avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 3(üç) iş günü müddətinə
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hərracda iştirak etmək
hüququnun verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. E-xidmət üzrə ödəniş: ödənişli
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı
Qaydaları”nın 3.1-ci və 5.3-cü bəndlərinə uyğun olaraq hərracda iştirak etmək
üçün seçilən əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməli
olduğu hesab:
Əmlak Məsələləri Dövlət komitəsi VÖEN 2000015631
Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab № AZ65NABZ01361150000000004944
VÖEN: 2000015631
Ödənişin təyinatı: Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr
tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi
ilə satışı Qaydaları”nın 3.1-ci və 5.3-cü bəndlərinə uyğun olaraq hərracda iştirak
etmək üçün seçilən əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin
ödənilməsi.
Ödəmə üsulları: elektron ödəniş,köçürmə.
2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri: www.emdk.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
www.emdk.gov.az
www.auksion.gov.az
“Mülkiyyət” qəzeti
Qaynar xətt: 193
Telefon: (012) 566-07-44
e-mail: info@auksion.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların
təqdim olunması forması:
Elektron xidm
ətin göstə
rilm
əsi üçün tə
l
ə
b olunan s
ə
n
ə
dl
ə
r
aşağıdakılardır və
onların skan edilmiş surə
ti elektron formada t
ə
qdim olunur:
Fiziki şəxslər üçün:
1. Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
2. Fiziki şəxsin adından çıxış etmək səlahiyyətini təsdiq edən etibarnamə
3. Əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında
qəbzin surəti (elektron ödəmələr istisna olunmaqla)
Hüquqi şəxslər üçün:
1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
2. Hüquqi şəxsin nizamnaməsinin surəti;
3. Əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında
qəbzin surəti (elektron ödəmələr istisna olunmaqla);
4. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;
5. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu.
3.1.1. Sorğunun formalaşdırılması:
Hərracda iştirak etmək üçün internet ünvanından götürülmüş sifariş forması
doldurulur.
3.1.2. Sorğunun qəbulu.
Təqdim edilən məlumatlar qəbul edilir, operator tərəfindən elektron xidmətlər
reyestrinə daxil edilərək qeydə alınır və aidiyyəti şöbəyə göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən
avtomatlaşdırılmış xidmətlərin uyğun olaraq xüsusiyyətləri nəzərə alınmaqla)
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı
Qaydaları”nın 3.6-cı bəndində göstərilən hallarda və hərracın başlanmasına 3 (üç)
bank günündən az müddət qaldıqda sifariş təqdim edildiyi halda sorğudan imtina
edilir.
3.2.2. İstifadəçi tərəfindən elektron xidmətdən istifadə etmək məqsədi ilə təqdim
edilən məlumatlar tam olduğu halda sorğu qəbul edilir.
3.3. Sorğunun icrası:
3.3.1. İstifadəçi tərəfindən sifariş qəbul edildikdən sonra operator tərəfindən
elektron xidmətlər reyestrinə daxil edilərək qeydə alınır və məsul şöbəyə
göndərilir.
3.3.2. Məsul şöbədə sifarişə və əlavə edilmiş sənədlərə baxılır. İstifadəçi tərəfindən
təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması
mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə (3 üç) gündən gec
olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar 1 (bir) gündən gec olmayaraq
aradan qaldırıldıqdan və bu barədə Hərracların Təşkili üzrə Auksion Mərkəzinə
məlumat verildikdən sonra elektron xidmət göstərilir və istifadəçiyə hərracda
iştirakçı olub-olmaması barədə müvafiq bildiriş göndərilir.
3.3.3. Hərrac baş tutduğu təqdirdə qalib iştirakçıya hərrac komissiyasının
protokolu və digər sənədlər təqdim edilir. Hərrac baş tutmadıqda, habelə hərracın
digər iştirakçıları, beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş və qalib
olmayan hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş beh təşkilatçı tərəfindən 10
(on) bank günü müddətində qaytarılır.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət
3.4.1. Nəzarət forması: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Hərracların
Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri həyata keçirir.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27
sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair
Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. Elektron xidməti təşkil edən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin
qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə
uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;
3.5.2. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanunun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci
maddəsində nəzərdə tutulmuş müddətdə baxılmalıdır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbayca Respublikasının İnzibati
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Dostları ilə paylaş: |