Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi Kollegiyasının
2014-cü il 13 yanvar tarixli 01 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin
yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən dövlət müəssisə
və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və
nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan
limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat
vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış,
silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə
satışına aid müraciət və sənədlərin qəbulu üzrə inzibati reqlament
1.Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: dövlət müəssisə və təşkilatlarının, habelə tam
özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı
olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik
avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar
müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və
avadanlıqların hərraclar vasitəsilə satışına aid müraciət və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: dövlət müəssisə və təşkilatlarının, habelə tam
özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı
olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik
avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar
müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və
avadanlıqların satışının həyata keçirilməsi məqsədilə təşkil edilən hərraclarda
hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün onların qeydə alınması,
sifarişlərin qəbulu, seçdiyi əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin
ödənilməsi ilə bağlı qaydaları müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2000-ci il tarixli 432
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı
Qaydaları”nın 3-cü bəndi;
1.3.4. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.37-ci bəndi;
1.3.5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 23 avqust
2006-cı il tarixli 179 nömrəli Əmri ilə təsdiq edilmiş “Dövlət müəssisə və
təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və
nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən
və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən
normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat
vasitələrinin bazar qiymətlərinə uyğun olaraq satılmasının təşkil edilməsi
Qaydaları”nın 1.2-ci və 3.1-ci bəndləri;
1.3.6 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il
tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli
191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın
24.15-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili
üzrə Auksion Mərkəzi.
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6.
Elektron
xidmətin
avtomatlaşdırılma
səviyyəsi:
qismən
avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 3(üç) iş günü
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hərracda iştirak etmək
hüququnun verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. E-xidmət üzrə ödəniş: ödənişli
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı
Qaydaları”nın 3.1-ci və 5.3-cü bəndlərinə uyğun olaraq hərracda iştirak etmək
üçün seçilən əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməli
olduğu hesab:
Əmlak Məsələləri Dövlət komitəsi VÖEN 2000015631
Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab № AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
Ödənişin təyinatı: Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr
tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi
ilə satışı Qaydaları”nın 3.1-ci və 5.3-cü bəndlərinə uyğun olaraq hərracda iştirak
etmək üçün seçilən əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin
ödənilməsi.
Ödəmə üsulları: elektron ödəniş,köçürmə.
2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri:
www.e-gov.az
,
www.e-
emdk.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
www.emdk.gov.az
www.auksion.az
“Mülkiyyət” qəzeti
Qaynar xətt: 193
Telefon: (012) 566-07-44
e-mail: info@auksion.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların
təqdim olunması forması:
Elektron xidm
ətin göstə
rilm
əsi üçün tə
l
ə
b olunan s
ə
n
ə
dl
ə
r
aşağıdakılardır və
onların skan edilmiş surə
ti elektron formada t
ə
qdim olunur:
Fiziki şəxslər üçün:
1. Sifariş (reqlamentə əlavə olunur)
2. Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
3. Fiziki şəxsin adından çıxış etmək səlahiyyətini təsdiq edən etibarnamə
4. Əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında
sənədin surəti (elektron ödəmələr istisna olunmaqla)
Hüquqi şəxslər üçün:
1. Sifariş (reqlamentə əlavə olunur)
2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
3. Hüquqi şəxsin nizamnaməsinin surəti;
4. Əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında
sənədin surəti (elektron ödəmələr istisna olunmaqla);
5. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;
6. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu.
3.1.1. Sorğunun formalaşdırılması:
Hərracda iştirak etmək üçün internet ünvanından götürülmüş sifariş forması
doldurulur.
3.1.2. Sorğunun qəbulu.
Təqdim edilən məlumatlar qəbul edilərək operator tərəfindən qeydə alınır və
aidiyyəti şöbəyə göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən
avtomatlaşdırılmış xidmətlərin uyğun olaraq xüsusiyyətləri nəzərə alınmaqla)
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı
Qaydaları”nın 3.6-cı bəndində göstərilən hallarda və hərracın başlanmasına 3 (üç)
bank günündən az müddət qaldıqda sifariş təqdim edildiyi halda sorğudan imtina
edilir.
3.2.2. İstifadəçi tərəfindən elektron xidmətdən istifadə etmək məqsədi ilə təqdim
edilən məlumatlar tam olduğu halda sorğu qəbul edilir.
3.3. Sorğunun icrası:
3.3.1. İstifadəçi tərəfindən sifariş qəbul edildikdən sonra operator tərəfindən qeydə
alınır və məsul şöbəyə göndərilir.
3.3.2. Məsul şöbədə sifarişə və əlavə edilmiş sənədlərə baxılır. İstifadəçi tərəfindən
təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması
mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə (3 üç) gündən gec
olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar 1 (bir) gündən gec olmayaraq
aradan qaldırıldıqdan və bu barədə Hərracların Təşkili üzrə Auksion Mərkəzinə
məlumat verildikdən sonra elektron xidmət göstərilir və istifadəçiyə hərracda
iştirakçı olub-olmaması barədə müvafiq bildiriş göndərilir.
3.3.3. Hərrac baş tutduğu təqdirdə qalib iştirakçıya hərrac komissiyasının
protokolu və digər sənədlər təqdim edilir. Hərrac baş tutmadıqda, habelə hərracın
digər iştirakçıları, beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş və qalib
olmayan hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş beh təşkilatçı tərəfindən 10
(on) bank günü müddətində qaytarılır.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət
3.4.1. Nəzarət forması: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Hərracların
Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri həyata keçirir.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27
sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair
Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə
qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə
bilər;
3.5.2. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanunun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci
maddəsində nəzərdə tutulmuş müddətdə baxılmalıdır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbayca Respublikasının İnzibati
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Əlavə
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə
Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar
cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin
balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər
nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam
aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların
hərraclar vasitəsilə satışı üzrə keçirilən hərracda iştirak etmək üçün
S İ F A R İ Ş
1. Mən
(fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı və ya hüquqi şəxsin tam adı və ünvanı
( onun vəzifəli şəxsinin soyadı, adı, atasının adı və ünvanı)
hərraca çıxarılması barədə dərc olunmuş məlumatla tanış olduqdan sonra ________________
__________
(
nəqliyyat vasitəsinin və ya avadanlığın balanssaxlayıcısı)
balansında olan_______________________________________________________________
(nəqliyyat vasitəsinin və ya avadanlığın tam adı)
______________________________________________________________________
almaq istədiyimi bildirirəm.
2. Hərracda qalib gələrəmsə, hərrac başa çatdığı gün hərracın yekunları haqqında
protokolu imzalamağı, bundan sonrakı 3 iş günü ərzində vəsaitin qalan (90%-ni) hissəsini
ödəməyi, 10 (on) gün ərzində satıcı-Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi
bağlamağı öhdəmə götürürəm.
3. Bu sifarişin 2-ci bəndinə uyğun öhdəliyi yerinə yetirmədiyim təqdirdə, təyin edilmiş
bank hesabına ödədiyim behin geri qytarılmamasına razılıq verirəm.
4. Alqı-satqı müqaviləsi imzalanana qədər bu sifariş hərrac protokolu ilə birlikdə bizim
aramızda müqavilə qüvvəsinə malik hesab ediləcəkdir.
Əlavə olunur:
1.
Hərracda iştirak etmək üçün behin köçürülməsini təsdiq edən sənəd.
2. Hüquqi şəxslər üçün notarial qaydada təsdiq edilmiş təsis sənədləri və etibarnamə.
3.
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
________
( fiziki şəxsin soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin göstəriciləri, ünvanı)
_______
(hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin nömrəsi və tarixi)
_______
____________
____________
___________
( onun vəzifəli şəxsinin soyadı, adı və atasının adı) (imza)
“___”________________20 ___ il
Qəbul edilmişdir:________________________________
(Satıcı tərəfindən doldurulur)
_______________________________
(imza) (soyadı, adı, atasının adı)
“___”___________20___ il
Dostları ilə paylaş: |