144
istehlakçıların rəğbəti və sədaqətliliyinin qazanıl-
ması;
bazarın əksər payının əldə edilməsi;
məhsuldarlığın artırılması.
Müəssisənin ilkin, yəni start mövqeyinə uyğun olaraq
rəqabət mübarizəsinin baza strategiyaları sırasına daxildir:
xərclər üzrə liderlik;
differensasiya;
fokuslaşdırma.
«Xərclər üzrə liderlik» strategiyası. Əmtəənin rə-
qabət qabiliyyətli keyfiyyətini saxlamaq şərti ilə istehsal
xərclərinin azaldılmasının bir neçə üsulu vardır. Onlardan
ən əsası miqyasın böyüməsinin müsbət effektinin fəaliy-
yəti və təcrübə əyrisinin işləməsidir. Həmin effektlərin
fəaliyyəti onda öz əksini tapır ki, istehsalın həcmi artdıqca
məhsul vahidinə düşən xərclər azalır. Bu firmaya imkan
verir ki, bazar payını artırsın və ya yeni bazarlara çıxsın.
Lakin unutmaq lazım deyil ki, əgər iki və daha çox firma
bazar paylarını artırmaq üçün maya dəyərini aşağı salma-
ğa çalışırsa, son nəticədə bu qiymət müharibəsinə gətirib
çıxarar və yekunda hamı uduzmuş olar. Qiymət müha-
ribəsinin mahiyyəti ondan ibarətdir ki, bir firma qiyməti
endirdikdə başqa firma da cavabında öz əmtəə və xidmət-
lərinə qiyməti aşağı salır və bu proses bir neçə dəfə davam
etsə də hər bir firmanın bazar payı dəyişməz olaraq qalır,
nəticədə qiymətin endirilməsi hesabına onlar mənfəətlərini
itirmiş olurlar.
Qeyd edək ki, istehsalın məcmui məsrəfləri daimi və
dəyişən xərclərdən ibarət olur. Məhsul vahidinə düşən də-
145
yişən xərclər əvvəl, yəni istehsalın həcmi artdıqca, aşağı
düşür, sonralar isə artır, lakin daimi məsrəflər isə hər bir
məhsul vahidinə görə yalnız azalmağa meyl edir. Deməli,
yalnız daimi xərclər hesabına (icarə haqqlarına, idarəetmə
heyətinin əmək haqqının dəyişməməsi – artırılmaması,
kredit faizlərinin sabit qalması və s.) maya dəyərinin en-
dirilməsinə nail olmaq mümkündür.
«Differensasiya» strategiyası. Həmin strategiyanın
mahiyyəti ondan ibarətdir ki, istehsalçı firmalar alıcılar
üçün əhəmiyyət kəsb edən amillər üzrə öz əmtəə təklifləri-
nin fərqləndirici cəhətlərini formalaşdırmalıdırlar. Həmin
strategiyanı həyata keçirdikdə firmalar öz məhsullarına
daha yüksək qiymət təyin edə bilər.
«Fokuslaşdırma» strategiyası. Bu strategiyadan is-
tifadə edən firmalar bir və daha çox seqmenti seçərək, rə-
qiblərə nisbətən orada alıcılara daha yaxşı məhsul və xid-
mətlər təklif edirlər. Həmin strategiyadan nəinki məsrəf-
ləri aşağı salan firmalar, eləcə də nadir əmtəə təklifləri
olan firmalar da istifadə edə bilərlər (əgər müvafiq bazar
seqmentləri vardırsa).
Yuxarıda qeyd edilən strategiyalarla yanaşı rəqabət
mübarizəsində geniş istifadə edilən innovasiyalar və təqlid
strategiyaları da mövcuddur.
İnnovasiyalar strategiyasında firmanın özü elmi
texniki yenilikləri axtarıb tapır və öz fəaliyyətində innova-
siyalardan istifadə edirlər ki, sonralar yüksək mənfəətli
seqmentdə öz yeni yaranmış məhsullarını satsın. Bu halda
firma öz strategiyasının müvəffəqiyyətini təmin etmək
üçün elmi – texniki yeniliklərini müvafiq patent və lisenzi-
146
yalarla qorumalıdır.
Təqlid strategiyası müəyyən dərəcədə innovasiyalar
strategiyası ilə əlaqədardır ki, çünki bu strategiya rəqiblə-
rin elmi – texniki yeniliklərini necə var götürüb özününkü
kimi istehsala tətbiqinə söykənir. Bu halda təqlidçi firma
pul vəsaitinə və vaxtına qənaət edir, lakin yüksək mənfəət
əldə edə bilmir, çünki o innavasiya yaradan yox, yalnız
davamçı – təqlidçi kimi çıxış edir. Həmin strategiyadan
müstəqil, eləcə də baza strategiyaları ilə birlikdə istifadə
etmək olar.
147
NƏTİCƏ VƏ TƏKLİFLƏR
1) Bazarın təşkilat quruluşunu nəzərdən keçirdikdə
pulların müəyyən əmtəələrə mübadilə prosesində iştirak
edən istehsalçıların (satıcıların) və istehlakçıların (alıcıla-
rın) sayları aparıcı əhəmiyyət kəsb edir. Məhz istehsalçıla-
rın və istehlakçıların sayları, onların arasında yara-
nan münasibətlərin xarakterləri, formaları və strukturu tə-
ləb və təklifin qarşılıqlı fəaliyyətlərini, yəni rəqabəti,
müəyyən edirlər.
2) Bazar münasibətlərinin mahiyyətini özündə cəm-
ləşdirən və əks etdirən - təzahür edən rəqabət məna və
məcmunca başlıca terminoloji açardır. Bu günkö Azərbay-
can Respublikasında bazar münasibətlərinin inkişaf etdiyi,
formalaşdırıldığı və bərqarar olduğu bir zamanda rəqabət
problemi daha aktual olaraq əhəmiyyət kəsb edir.
3) Rəqabət - bütün bazar iqtisadiyyatı və təsərrüfatçı-
lığı sisteminin ağırlıq mərkəzidir, bazarda qiymətləri və
məhsul təkliflərinin həcmlərini təyin etmək uğrunda isteh-
salçılar, eləcədə digər bazar subyektləri arasmda qarşılıqlı
münasibətlər növüdür. Başqa sözlə, rəqabət, istehsalçılar,
eləcə də istehlakçılar (alıcılar) arasındada bazarda qiymət-
lərin və tələbin həcmini formalaşdırmaq zəminində yara-
nan münasibətlər formasıdır, həmçinin bazar subyektləri
arasında mənfəətin və bazarların bölüşdürülməsi və təkra-
rən bölüşdürülməsi sisteminin sivil tənzimlənməsi və idarə
edilməsi təcrübəsidir.
İnsani rəqabət mübarizəsinə şövq edən əsas maraq
başqalarını qabaqlamaq, onlardan üstün olmaq həvəsidir.
148
Bazar subyektləri arasında gedən rəqabət yarışmasının
əsas qayəsi şövdələşmələrin aparılması nəticəsində işgüzar
müqavilələrin bağlanması və bazar sahəsindəki payların
bölünməsindən ibarətdir. Rəqabət mübarizəsinə gəldikdə
o, sürətlə gedən daima artırmaqda olan dinamik prosesdir.
O, bazarın əmtəə və xidmətlərlə daha yaxşı təmin edilməsi
uğrunda gedən prosesin tənzimləyici və katalizatorudur.
4)
Rəqabət bazar iqtisadiyyatının hərəkətverici qüv-
vəsidir - mühərrikidir. Məhz bu yönüm rəqabətin əmək
məhsuldarlığının və istehsal edilən məhsulun keyfıyyətini
yüksəldən amil kimi iqtisadi mahiyyətini açıqlayır. Rəqa-
bət istehsalçıları alıcılara lazım olan məhsulları istehsal et-
məyə, yenisini işləyərək eyni zamanda öz iqtisadi və so-
sial problemlərini həll etməyə, düşünməyə və daha inten-
siv işləməyə, sövq edir.
5) Azərbaycan Respublikasında istehlakçılar ara-
sında rəqabət iqtisadiyyatı sağlamlaşdırmağa və iqtisadi
artıma nail olmağa həvəsləndirmək üçün əvəz olunmaz
əhəmiyyət kəsb edir.
6) Tam əminliklə təsdiq etmək olar ki, rəqabət bazar
iqtisadiyyatının normal fəaliyyət göstərməsi üçün ən zəru-
ri və əsas müəyyənedici şərtdir. Məhz rəqabət innovasiya
proseslərinin fəallaşmasına, tələbə, məhsulun yüksək key-
fiyyətinə, yüksək əmək məhsuldarlığına, minimal tədavül
xərclərinə və s. çevik uyğunlaşmağa təkan verir. Bununla
yanaşı rəqabət əməyin kəmiyyəti və keyfiyyətindən asılı
olaraq əmək haqqı prinsiplərinin reallaşmasına və iqtisa-
diyyatın, eyni zamanda rəqabətin özünün müəyyən yollar
və vasitələrlə tənzimlənməsi üçün xüsusi imkanlar yaradır.
149
7) Rəqabətin neqativ tərəfini də unutmaq lazım deyil,
çünki çoxları yüksək mənfəət və yüksək yaşayış səviyyəsi
uğrunda yürüşdə, vəziyyətdən çıxış yolunu görmədikdə
çirkin üsullara əl ətmaqda, təbii resursları həddindən artıq
istismar edir, ekologiyanın pozulmasına səbəb olurlar.
8) Müasir Azərbaycan Respublikasında bazar müna-
sibətləri ilə sahibkkarlıq fəaliyyətinin inkişaf etdirilməsi
inkişaf etmiş ölkələrin bu sahədəki qabaqcıl təcrübələri
öyrənilməlidir, çünki həmin ölkələrdə rəqabət mübarizəsi-
nin öz dəqiq hüdudları və hədləri vardır ki, onları pozanlar
qanun əsasında cəzalandırırlılar. Baxmayaraq ki, bizim ba-
zarda yerli istehsalçıların sayı məhduddur və onların həyat
uğrunda gedən sərt rəqabət mübarizəsinə ciddi sədlər qo-
yulur, buna görə də onlar özlərinin marketinq xidmətləri-
nin, atdıqları addımları və etdikləri hərəkətləri mütləq təh-
lil etməli və ölçüb-biçməlidirlər. Bu ondan ötrü gərəkdir
ki, inkişaf etmiş dövlətlərin nəinki şirkətləri, eləcə də di-
gər qurumları, öhdəlikləri bizim iqtisadi və siyasi durumu-
muzu fasiləsiz olaraq öyrənmişlər və bütün iqtisadi inkişaf
parametrləri üzrə gedən rəqabət mübarizəsində öz qabaq-
cıl mövqelərini qoruyub saxlaya bilmişlər.
9) XX əsrdə bütün dünya baş gicəlləndirici sürətlə
dəyişirdi. Lakin bu əsrin hələ əvvələrində yaranmış və öz
marketinq xidmətlərini düzgün qurmuş iri şirkətlər və kor-
parasiyalar dəyişən ətraf mühitə uyğunlaşaraq daima rə-
qabət mübarizəsi aparmışlar və indidə onlar əksər inkişaf
etmiş ölkələrin möhkəm iqtisadi özəkləri klmi qalmaq-
dadırlar.
10) Bu gün bizim dövlətin və onun ərazisində
150
fəaliyyət göstərən hər bir sahibkarın məqsədi mərhələ-
mərhələ sağlam rəqabət mühiti yaratmaq olmalıdır, çünki
rəqabət iqtisadiyyatda dinamizmə təkan verən başlıca va-
sitədir və rəqabət şəraitində fəaliyyət göstərmək, daim
mövcud olmaq üçün rəqabət mübarizsinə qoşulmaq im-
kanlarına əl atmaq, o haqda düşünmək vacibdir.
Rəqabət şəraitində fəaliyyət göstərmək yeni texnolo-
giya, yeni məhsul istehsalı, az xərclə müasir istehlakçının
tələbini ödəmək deməkdir.
151
ƏDƏBİYYAT SİYAHISI
1.
«Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Res-
publikasının qanunu, 4 mart, 1993, №526.
2.
«Müəssisələr haqqında» Azərbaycan Respublikası-
nın qanunu, 1 iyul 1994, №847.
3.
«Mülkiyyət haqqında» Azərbaycan Respublika-
sının qanunu, 9 noyabr 1991, №256-XII.
4.
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Res-
publikasının qanunu, 15 dekabr 1992, № 405.
5.
Azərbaycanın Statistik Göstəriciləri 2010.- Bakı,
«Səda» nəşriyyatı 2010.
6.
Azərbaycan rəqəmlərdə 2012 .
7.
Aşurov A.S. Marketinqin kommunikasiya sistemi /
Dərs vəsaiti. Bakı, «İqtisad Universiteti»,2008.
8.
Академия рынка: маркетинг. Пер. с фран. М.
Экономика, 1993.
9.
Tağıyev A.H., İsayeva B.B., Əbdilov İ.B. Bazar
iqtisadiyyatı haqqında / Mühazirələr toplusu /.-B.,
Oğuz eli,1993.
10.
Азоев Г.Л. Конкуренция: анализ, стратегия и
практика. – М. Центр экономики и маркетинга.
1996.
11.
Бусыгин А.В. Предпринимательство. Основной
курс: учебник для вузов. М. ИНФРА, 1997.
12.
Биржевая деятельность. Учебник. Под ред.
проф. А. Г. Грязновой, проф. Р. В. Корнеевой,
проф.В.А.Галанова. – М.: Финансы и статис-
тика, 1996
152
13.
Борисов Е.Ф., Петров А.А., Стреликов Ф.Ф.
Экономика. справочник: - М. Финансы и ста-
тистика, 1997.
14.
Данько
Т.П.,
Окрут
З.М.
Свободные
экономические зоны в мировом хозяйстве.
Учебное
пособие
(Рос.
экон.
академия
им.Г.В.Плеханова). – М. ИНФРА, 1998.
15.
Дегтярева О.И., Кандинская О.А. Биржевое
дело. Учебник для вузов. – М. Банки и биржи,
ЮНИТИ, 1997.
16.
Дойль П. – Менеджмент: стратегия и тактика/
Пер. с англ. под ред. Ю.Н. Кантуревского –
СПБ: Издательство «Питер» 1999
17.
Эванс Дж., Берман Б. Маркетинг. Сокр. Пер. с
анг. М. Экономика, 1990.
18.
Эклунд К. Эффективная экономика. Шведская
модель. М.: Экономика, 1991.
19.
Feyzullabəyli İ.Ə., Bayramov Ə.İ., Əlizadə A.Ş.,
Orucov Ş.O. Tələb, tələbat, bazar və marketinq
Azərnəşrin qrifi ilə çap olunub, 1998.
20.
Feyzullabəyli İ.Ə., İsrafilov N.A. və b. Ticarət
iqtisadiyyatı və nəzəri məsələləri (1 hissə), Bakı-
2002
21.
Голубков Е.П., Голубкова Е.Н., Секерин В.Д.
Маркетинг: Выбор лучшего решения. М.
Экономика, 1993.
22.
Галанов В.А., Басов А.И., Афанасьев Е.В. и др.
Биржевое дело. Учебник (под ред.В.А.Галанова,
А.И.Басова). – М. Финансы и статистика, 1998.
23.
Heyq Pol, Heyq Nik, Mordan Kerol Enn.
Marketinq tədqiqatları praktikada: bazarın öyrənil-
153
məsinin əsas metodları / Rus dilindən tərcümə.
Bakı, «İqtisad Universiteti» nəşriyyatı, 2008.
24.
İqtisadi nəzəriyyə. Dərslik prof.T.C.Vəliyevin,
prof.Ə.P.Babayevin və prof. M.X.Meybullayevin
redaktəsi ilə – B.1999.
25.
İmanov T.İ., Quliyev E.N. Marketinqin əsasları.
Bakı, «Təhsil» NPM, 2003
26.
Кибитова Е.В. Лизинг: правовое регулирование,
практика. – М., ИНФРА, 1996.
27.
Котлер Ф., Армстронг Г., Сондерс Д., Вонг В.
Основы маркетинга: перевод с англ. – 2-е европ.
изд. – М., СПб., К., «Вильямс», 1999.
28.
Кругман П.Р., Обстфельд М. Международная
экономика. Теория и политика: Учебник для
вузов (пер. с анг. под ред. В.П.Колосова,
М.В.Кулакова) – М, Экономический факультет
МГУ, ЮНИТИ, 1997.
29.
Manafov Q.N. Sahibkarlıq nəzəriyyəsi / Dərs
vəsaiti. Bakı, «İqtisad Universiteti», 2011.
30.
Məmmədov A.T. Marketinqin əsasları. Bakı,
«İqtisad Universitetinin nəşriyyatı», 2007.
31.
Məmmədov X., Mirzəyev S. Marketinqin əsasları,
Bakı, «Nurlan», 2003
32.
Музыкант В.Л. Теория и практика современной
рекламы. Часть II. Монография. – М.,
Евразийский регион, 1998.
33.
Муравьев А.И. Малый бизнес. Санкт-Петер-
бург. Бизнес пресса, 1999.
34.
Макконелл К.Р., Брю С.Л. Экономикс: прин-
ципы, проблемы и политика. В 2 т, пер. с анг.
11-го изд. Т 1, 2 – М., Республика, 1992.
154
35.
Международная торговля: финансовые опе-
рации, страхование и другие услуги. Пер. с анг.
– К., Торгово-издательское бюро ВНИ, 1994.
36.
Моисеева Н.К., Рюмин М.Ю., Сушаенко М.В.,
Будник А.В. Брендинг в управлении марке-
тинговой активностью / Под ред. Проф. Н.К.
Моисеевой. -М., Омега-Л, 2003.
37.
Налоги (под ред. Черник Д.Г.) Учеб.пос. М.,
Финансы и статистика, 1998.
38.
Неруш Ю.М. Логистика. Учебник для вузов, 2-е
изд. М., ЮНИТИ – ДАНА, 2000.
39.
Основы таможенного дела. (под ред. Драганова
В.Г.) М., Экономика, 1998.
40.
Панкратов Ф.Г., Баженов Ю.К., Серегина Т.К.,
Шакурин В.Г. Рекламная деятельность. Учеб-
ник для студентов высших учебных заведений.
– 2-е изд. Перераб. и доп. – М., Информ внедр.
центр «Маркетинг», 1999.
41.
Портер, Майкл Э. Конкуренция. Пер. с анг. Уч.
пос. – М., Издательский доя «Вильямс», 2000.
42.
Рыночная экономика. Учебник в 3-х томах. –
М., СОМИНТЕК, 1992.
43.
Росситер Дж.Р., Перси Л. Реклама и продвиже-
ние товаров. пер. с анг. (под ред. Л.А.Волко-
вой)– СПб, Питер, 2001.
44.
Синецкий Б.И. Основы коммерческой деятель-
ности, Учебник, - М. Юность, 1998.
45.
Справочник по маркетингу под редакцией
Э.А.Уткина, М., Ассоциация авторов и изда-
телей «Тандем» Издательство «Экмос», 1998.
155
46.
Сэндидж Ч.Г., Фрайбургер В., Ротцолл К.
Реклама: теория и практика. Пер. с анг.
(общ.ред. и вступ. ст. Е.М.Пеньковой). – М.,
Прогресс, 1989.
47.
Xanmuradov Y.M. İngilis - Azərbaycan Maliyyə və
İqtisadi terminlər lüğəti. 28000 söz və ifadə. B,
Şuşa, 2000.
48.
Xeyirxəbərov İ.M. Marketinq tədqiqatları: marke-
tinq informasiyaları və informasiya sistemi. Meto-
dik vəsait. Bakı, «İqtisad Universiteti» nəşriyyatı,
2008.
49.
Xoskinq A.Sahibkarlıq kursu. Praktik vəsait. Rus
nəşrindən tərcümə, i.e.n., dos. 3.M.Məmmədova,
i.e.d., prof.A.F.Musayev, i.e.n., dos. T.Q.Cavadov.
B, Biznes Universiteti, 2000.
50.
Шмелен Г. Основы и проблемы экономики
предприятия. М., Финансы и статистика, 1996.
51.
Уткин Э.А. Маркетинг. М., Ассоциация авторов
и издателей «Тандем», издательство ЭКМОС,
1999
52.
Уткин Э.А., Кочеткова А.И. Рекламное дело.
М., Ассосиация авторов и издателей «Тандем».
Издательство, ЭКМОС, 1999.
53.
Уэлс У, Бернет Дж., Мориарти С. Реклама:
принципы и практика. Пер. с анг. – СПб.
Издательство «Питер», 1999.
156
MÜNDƏRİCAT
Giriş............................................................................... 3
I FƏSİL. Rəqabət və rəqabət mübarizəsinin ma-
hiyyəti və təsnifləşdirilməsi.......................
6
1.1. Bazar iqtisadiyyatı şəraitində rəqabətin və
rəqabət mübarizəsinin iqtisadi mahiyyəti və
məzmunu...................................................... 6
1.2. Rəqabətin və rəqabət mübarizəsinin müxtə-
lif səviyyələri və əhatə dairələri................... 19
1.3. Dəyişən bazar iqtisadiyyatı şəraitində rəqa-
bətin əsas formaları və metodları................. 29
II FƏSİL. Rəqabət və rəqabət mübarizəsinin mar-
ketinq tədqiqatları...................................... 38
2.1. Rəqiblər və onların rəqabət mübarizələrinin
marketinq araşdırmaları sistemi.................... 38
2.2.
Əmtəənin rəqabət qabiliyyətliyinin elmi
şərhi.............................................................. 53
2.3. Şirkətlərin və ölkələrin rəqabət qabiliyyət-
likləri və onların qiymətləndirilməsi............ 64
2.4. Marketinq kommunikasiyaları və rəqabət.... 78
2.5. Müasir dövrdə kəskin dəyişən rəqabət şə-
raitində SWOT-təhlil – müəssisələrin rəqa-
bətə dözümlülüyünün artırılmasının əsası
kimi............................................................... 95
III FƏSİL. Əmtəələrin rəqabət qabiliyyətliklərinin
tədqiqinin praktiki məsələləri................... 107
3.1. Məhsulların keyfiyyətinə və rəqabət qabı-
liyyətliyinə dair ayrı-ayrı anlayışların
mahiyyəti və məzmunu................................. 107
3.2. Keyfiyyətin texniki-iqtisadi göstəriciləri və
onların təsnifatı.............................................
112
157
3.3. Məhsulun keyfiyyət səviyyəsi və rəqabət
qabiliyyətliyinin qiymətləndirilməsi me-
todları............................................................ 124
3.4. Rəqabət mübarizəsinin marketinq strate-
giyası............................................................. 132
Nəticə və təkliflər..................................................
147
Ədəbiyyat siyahısı..................................................
151
158
İbad Musa oğlu Abbasov
Zemfira Məhərrəm qızı Məmmədova
Eldar Nadir oğlu Quliyev
«RƏQABƏT VƏ MARKETİNQ»
(monoqrafiya)
Kompüter tərtibatı: Günay Kərimova
Korrektor: Gülnarə Hüseynova
Çapa məsul: Tofiq Məmmədov
Yığılmağa verilmişdir: 05.05.2012
Çapa imzalanmışdır:20.06.2012
Kağız formatı:60\90 1/16
Həcmi:9,82
Sayı: 500
Bakı Biznes Universitetinin mətbəəsində çap edilmişdir.
A. 370122 Bakı, Zərdabi prosp.,88
a
Tel: (012) 431 – 91 – 18
Faks: (012) 430 – 07 – 80
E-mail:
info@bbu-edu.az
Dostları ilə paylaş: |