AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”
jurnalının növbəti sayı çapdan çıxıb. “Tusi”
nəşriyyatında işıq üzü görən jurnalın bu
ilə olan sayca ikinci nömrəsi təbiət və
texniki elmlər seriyasına həsr edilib.
Jurnalda bölmə ilə yanaşı, Naxçıvan
Dövlət Universiteti, Naxçıvan Müəllimlər
İnstitutu, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat
Birliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Əkinçilik Elmi-
Tədqiqat İnstitutu əməkdaşlarının kimya, biologiya, fizika, astro-
nomiya, informatika, coğrafiya sahəsindəki məqalələri yer alıb.
Mütəxəssislərin elmi-tədqiqat işlərində əldə etdikləri yeni
nəticələr “Naxçıvan Muxtar Respublikası yeraltı sularının forma-
laşması və kimyəvi xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası
ərazisində yayılmış incəçətir növlərinin tibbi əhəmiyyəti və təbii
ehtiyatı”, “Naxçıvan Muxtar Respublikasının az yayılmış aborigen
üzüm sortu – Daş qara”, “Naxçıvan Muxtar Respublikasının meşə
ekosistemində yayılan ağac və kolların ekoloji qruplar üzrə pay-
lanması”, “Naxçıvan Muxtar Respublikası şəraitində bərk buğda
hibridlərinin təsərrüfat qiymətli əlamətlərinin tətbiqi”və digər
başlıqlı yazılar da öz əksini tapıb.
4
Böyük satirik, ədib Cəlil Məm-
mədquluzadənin yaşadığı dövrdən
uzun müddət keçsə də, əsərlərində
əks olunan məsələlərin bəziləri gü-
nümüzdə də aktualdır. Görkəmli dra-
maturq öz əsərlərində cəmiyyət hə-
yatında baş verən eybəcərlikləri üzə
çıxarır, avamlığı, geriliyi, cahilliyi,
savadsızlığı tənqid edir. Onun bu
mövzuda qələmə aldığı əsərlərindən
biri də “Saqqallı uşaq” hekayəsidir.
Hekayənin qəhrəmanı Kəblə
Əzim nisyə verdiyi südün və yu-
murtanın hesabını itirməmək üçün
divara inək, onun yanında yumurta
şəkli çəkir. Kəblə Əzim savadsız
adam olduğu üçün bu şəkilləri divara
çəkirdi ki, nisyə verdiyi südün, yu-
murtanın pulu yadından çıxmasın.
Neyləsin, yazıq kişi yazı bilmirdi,
pozu bilmirdi. O dövrdən çox vaxt
keçsə də, bu gün də Kəblə Əzimlər
vardır. Nəzərə alsaq ki, o dövrün
yaşayış şəraiti indiki qədər yaxşı
deyildi, üstəlik, elm, təhsil yüksək
dərəcədə inkişaf etməmişdi, onda
Kəblə Əzimə haqq qazandırmaq
olar. Bəs, görəsən, necə olur ki, bu
gün də Kəblə Əzim kimiləri peyda
olur?..
Bu gün muxtar respublikamızda
əhalinin mənzil-məişət şəraitinin yax-
şılaşdırılması istiqamətində bir sıra
tədbirlər həyata keçirilir. Yeni-yeni
yaşayış binaları inşa olunur, köhnə
binalar yenidən təmir edilir. Ötən
dövr ərzində Naxçıvan şəhəri də daxil
olmaqla, digər rayon mərkəzlərində
də yüzlərlə yaşayış binası əsaslı təmir
olunub, mənzillərin sahəsi genişlən-
dirilib, binaların əksəriyyətinin təməli
möhkəmləndirilərək əlavə mərtəbələr
artırılıb, binalar müasir kommunika-
siya xətləri ilə təmin edilib.
Ancaq yeni təmir olunan binanın
istifadəyə verilməsindən bir ay keç-
mir ki, divarlarını internet saytlarının
adları, lazımsız sözlər “bəzəyir”. Eti-
raf edək ki, bugünkü uşaqlar Kəblə
Əzim babalarından çox-çox qabağa
gediblər. Elə ona görədir ki, Kəblə
Əzimdən fərqli olaraq bugünkü uşaq-
lar binaların divarlarına heyvan, yu-
murta şəkli, onun da yanında nəyəsə
oxşayan bir əşya-zad çəkmirlər. İndi
internet dövrüdür. Ona görə də di-
varlarda ən çox internetlə bağlı mə-
lumatlar “gözümüzü oxşayır”.
Naxçıvan Şəhər I saylı Mənzil
İstismar İdarəsinin müdiri İsa Mə-
hərrəmovla söhbət zamanı bildirdi
ki, rəhbərlik etdiyi idarə 51 çoxmər-
təbəli və 11 birmərtəbəli olmaqla,
ümumilikdə, 62 yaşayış binasına nə-
zarət edir. Gündəlik olaraq idarənin
işçiləri həmin binaların təmizliyini
yoxlayır, kommunal xətlərdə yaranan
çətinlikləri tez bir zamanda aradan
qaldırmağa çalışırlar. Ancaq son vaxt-
larda daha bir məsələ üçün vaxt itir-
məyə məcbur olurlar. Bəzi insanlar
hara gəldi internet resurslarının, sayt-
ların adını, müxtəlif mesajlar, reklam
xarakterli elanlar yazırlar. Acınacaqlı
mənzərə həm də ondan ibarətdir ki,
təzəcə təmirdən çıxmış binaların di-
varlarına da belə bənzər yazılar yazılır.
Ancaq bu neqativ hala qarşı bir və
ya bir neçə idarə tərəfindən tam nə-
zarət etmək mümkün deyil. Bu işdə
ictimaiyyət nümayəndələri böyük rol
oynaya bilərlər.
Bəli, bu gün bu problem var və
çox təəssüflər olsun ki, binaların bu
şəkildə korlanması halları davam
edir. Bununla həm insanların estetik
zövqü korlanır, həm də uşaqların
tərbiyəsinə xələl gətirən halların ya-
yılmasına şərait yaranır. Bu problemi
yaradan şəxslər dərk etməlidirlər ki,
yazını yazı taxtasına yazarlar, bina
divarına yox.
-
Nail ƏSGƏROV
– Pəri həkim, muxtar respublikamızda
yay mövsümündə qızmar hava şəraiti
ilə rastlaşırıq. Hər il günvurma halları
ilə bağlı şöbənizə müraciət edənlər
olur. Bəs bu il vəziyyət necədir?
– Bu yay artıq Naxçıvan Muxtar
Respublika Xəstəxanasına 8 nəfər
günvurma ilə əlaqədar müraciət edib.
Ambulator müalicədən sonra onlar
sağalaraq evə buraxılıblar. Bu, əvvəlki
illərə nisbətən yaxşı göstəricidir. Əha-
linin sosial şəraitinin yaxşılaşdırılması,
yaşıllıq zolaqlarının genişləndirilməsi,
yeni parkların salınması, gündən qo-
runma üçün avtobus dayanacaqlarının
sərnişinlərin istifadəsinə verilməsi və
digər amillərlə yanaşı, əhali arasında
aparılan səhiyyə maarifi işi də gün-
vurmanın azalmasında mühüm rol
oynayır.
– İnsanların çoxu aktiv həyat tərzi
yaşayır – işləyir, hardasa oxuyur və
sair. Qısaca, yol gedib-gəlir, müəyyən
zamanlarda Günəş şüasının təsirində
olur. Təbii ki, bu da onlardan kiminsə
həmin xəstəliklə üzləşməsinə gətirib
çıxarır. Onu da bilmək istərdik ki,
günvurma hallarına daha çox kimlər
məruz qalır?
– Günvurma havanın hərarətinin
insanın bədən temperaturundan yüksək
olduğu hallarda, 15 dəqiqədən artıq
birbaşa Günəş şüalarının təsiri altında
qaldıqda baş verir. İnsan orqanizminin
müəyyən özünümüdafiə funksiyaları
var ki, bu funksiya uşaqlarda tam
formalaşmadığı üçün onlar daha tez
günvurmaya məruz qalırlar. Bundan
əlavə, yaşlı insanlar, ürək-damar sis-
temi, şəkərli diabet xəstələri, artıq
çəkisi olanlar, inşaatçılar, kənd tə-
sərrüfatı işçiləri günvurmaya daha
çox məruz qala bilərlər.
– İnsanlarda günvurma ilə əlaqədar
hansı əlamətlər müşahidə edildikdə
mütləq həkimə müraciət olunmalıdır?
– Günvurmanın əsas əlamətləri qı-
zarmış sifət, dəhşətli başağrısı və baş-
gicəllənməsidir. Bu əlamətlərdən sonra
gözlərin qaralması, ürəkbulanması,
müəyyən hallarda isə qusma baş verir.
Bəzən burundan qan axması və görmə
qabiliyyətinin pozulması da olur. Yar-
dım göstərilmədikdə xəsarət alan hu-
şunu itirir, təngnəfəs olur, nəbzi sü-
rətlənir, ürək fəaliyyəti pozulur. Gün-
vurma dəri yanması ilə də müşayiət
olunur.
Ümumiyyətlə, günvurmanın yüngül,
orta və ağır olmaqla, 3 forması var.
Yüngül formada xəstənin vəziyyəti
kafi olur, onda başağrıları, başgicəllən -
məsi, ürəkbulanma, təngnəfəslik, göz
bəbəyinin genişlənməsi müşahidə edilir.
Yüngül günvurmada xəstəyə ilkin yar-
dım göstərildikdən, sərin yerə aparılaraq
su verildikdən sonra o, özünə gəlir.
Orta dərəcəli günvurma zamanı kəskin
başağrıları, başgicəllənmə, huşun mü-
vəqqəti itməsi, qusma, təzyiqin yük-
səlməsi, temperaturun 39-40 dərəcəyə
çatması, qulaq batması baş verir. Ağır
formalı günvurma zamanı isə təzyiq
aşağı düşür, bədənin hərarəti 40 dərə-
cədən yuxarı qalxır, tənəffüs sistemi,
mərkəzi sinir sisteminin fəaliyyəti po-
zulur. Nəticədə, xəstə komaya düşə,
dünyasını dəyişə bilər.
Orta və ağır dərəcəli günvurma
zamanı mütləq, ilk növbədə, təcili
tibbi yardıma müraciət etmək lazımdır.
Təcili tibbi yardım briqadası gələnə
qədər isə zərərçəkənə ilkin yardım
göstərilməlidir. Bunun üçün günvur-
maya məruz qalan şəxsi sərin, kölgəli
yerə aparmaq, arxası üstə uzatmaq,
paltarının yaxasını açmaq, bədənə so-
yuq kompres qoymaq, sərin su içirt-
mək lazımdır. Təcili yardım gəldikdə
isə xəstəyə ixtisaslaşmış yardım gös-
tərilməli, lazım gələrsə, xəstəxanaya
aparılmalıdır.
– Bəs günvurmadan necə qorunmaq
olar? Bununla bağlı insanlara hansı
tövsiyələri verə bilərsiniz?
– Havanın hərarətinin yüksək olduğu
günlərdə insanlar səhər saat 11-dən
17-dək açıq havada gəzməməlidirlər.
Çünki bu zaman ultrabənövşəyi, in-
fraqırmızı şüalarla təmasda oluruq.
Günəş şüaları insan bədənində suyun
buxarlanmasına gətirib çıxarır, maddələr
mübadiləsi pozulur. Bu hal yarandıqda
hətta zəif Günəş şüasının təsirindən
də günvurma baş verə bilər. İnsanlar
bol maye qəbul etməli, evdən çıxarkən
mütləq baş örtüyü örtməli, eynək
taxmalı, yüngül, əsasən, pambıq və
kətan parçadan tikilmiş, açıqrəngli
geyimlərə üstünlük verməlidirlər.
Çünki açıqrəngli paltarlar Günəş
şüalarını əks etdirir, tündrəngli ge-
yimlər isə Günəş şüalarını udaraq
bədənin hərarətinin artmasına səbəb
olur. Kip paltarlardan, sintetik par-
çadan tikilmiş geyimlərdən qaçmaq
lazımdır.
Günəşin ultrabənövşəyi şüalarının
mənfi təsirindən qorunmaq üçün yay
aylarında çimərliklərə səhər saat 11-ə
qədər və axşam saat 17-dən sonra
getmək olar.
– Bu fəsildə düzgün qidalanma in-
sanların sağlamlığı üçün nə dərəcədə
mühümdür?
– Bütün mövsümlərdə, xüsusən də
isti yay günlərində düzgün qidalan-
manın sağlamlığa təsiri önəmlidir.
Belə ki, həmin dövrdə yüngül qidalar
qəbul edilməli, göyərti və meyvə-tə-
rəvəzə, quş ətindən hazırlanmış ye-
məklərə, müxtəlif növ salatlara üs-
tünlük verilməlidir. Vitamin mənbəyi
sayılan çiyələk, qarpız, gilas, ərik,
şaftalı kimi meyvələr də çox yeyil-
məlidir. Qazlı içkilərlə müqayisədə
təzə sıxılmış meyvə şirələrinə üstünlük
vermək, süd, ayran, bitki və meyvə
çayları içmək məqsədəuyğundur. Açıq
satılan qidalardan və sulardan uzaq
durmaq məsləhətdir. Yayda artan tem-
peratur uşaqların maddələr mübadi-
ləsinə birbaşa təsir göstərdiyindən
onların da qidalanmasında köklü də-
yişikliklər baş verir. Bu vaxt qidalanma
zamanı alınan kalorilər bədənin tem-
peraturunu isti saxlamaq üçün deyil,
onu soyutmaq üçün sərf olunur. Uşaq-
ların hərəkətliliyi vücudun maddələr
mübadiləsini sürətləndirir.
Suyun əhəmiyyətli miqdarı bədən-
dən tərlə xaric olur. Onunla birlikdə
duz da xaric olur. Uşağın kompot, su
ilə həll edilmiş şirələrdən və nəhayət,
adi sulardan (onların tərkibində mineral
və duzlar var) istifadə edilməsi maye
balansını düzgün saxlamağa kömək
edər.
– Müsahibə üçün sağ olun!
-
Fatma BaBaYEVa
Son günlər havalar həddindən artıq isti keçir. İqlimin birdən-birə
belə istiləşməsi insanların sağlamlığına mənfi təsir göstərir. Bəzən
istinin təsirindən qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların
yaranmasına səbəb ola bilər. Bəs günvurmadan necə qorunmaq olar?
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili təxirəsalınmaz şö-
bəsinin müdiri Pəri Əliyeva ilə söhbətimiz bu mövzudadır.
Həkim məsləhəti
Yeni nəşrlər
Yazmasaq, olmur
ØßÐÃqapısı
Muxtar respublikamızda iyun
ayında epidemioloji vəziyyət sabit
olub, zəhərlənmələr baş vermə-
yib. İnfeksiya ocaqlarında pro-
filaktik və epidemiya əleyhinə
tədbirlər həyata keçirilib.
Yeni doğulmuş uşaqların 98,7
faizi idarəolunan yoluxucu xəs-
təliklərə görə peyvənd alıblar.
Mövsümi xəstəliklərin və zəhər-
lənmələrin qarşısını almaq məq-
sədilə qidalanma sənayesi, kom-
munal, ictimai iaşə, ticarət, su
təchizatı, müalicə-profilaktika
müəssisələrinin rəhbərlərinə mü-
vafiq göstərişlər verilib, su təc-
hizatı sistemlərində, ictimai, in-
zibati və fərdi binalarda, məişət
tullantıları qoyulan meydançalarda
32 min 130 kvadratmetr sahədə
dezinfeksiya və 22 min 560 kvad-
ratmetr ərazidə dezinseksiya təd-
birləri həyata keçirilib.
Uşaq və yeniyetmə müəssi-
sələrində, məktəblərdə monito-
rinqlər, eyni zamanda maarif-
ləndirici tədbirlər aparılıb.
Naxçıvan Muxtar Respubli-
kası Gigiyena və Epidemiologiya
Mərkəzinin əməkdaşları tərəfin-
dən hepatit virusu ilə yoluxma-
ların qarşısının alınması məqsə-
dilə vətəndaşlarla birbaşa ünsiy-
yətdə olan xidmət obyektlərində –
stomatoloji müəssisələrdə, oyun
zallarında, ictimai iaşə və satış
bazarlarında, ərzaq istehsalı və
digər xidmət obyektlərində sa-
nitar-gigiyenik qaydalara əməl
olunmasına, işlədilən alətlərin
sterilizasiya edilməsinə, obliqat
qrup kimi işçilərin tibbi müayi-
nədən keçmələrinə, dezinfeksiya
işləri ilə bağlı monitorinq aparılıb,
müvafiq tədbirlər görülüb.
İyun ayı ərzində bakterioloji
laboratoriya fəaliyyətini davam
etdirib. 77 su, 17 yuyuntu və
1015 digər nümunələrin müayi-
nələri aparılıb.
Obliqat qrupların bakterioloji
müayinələri diqqət mərkəzində
saxlanılıb, səhiyyə üzrə 366, qi-
dalanma sənayesi, ictimai iaşə
və ticarət üzrə 84, kommunal
sahələr üzrə 92, sürücülük üzrə
2 nəfər olmaqla, bütövlükdə, 544
nəfər müayinədən keçib.
Əhalinin sanitariya sahəsində
maarifləndirilməsi məqsədyönlü
şəkildə həyata keçirilib, 48 mü-
hazirə oxunub. Əhalinin sanita-
riya-epidemioloji vəziyyətinin
yaxşılaşdırılması məqsədilə mux-
tar respublikanın sanitariya-epi-
demioloji xidmət orqanları tə-
rəfindən obyektlər sanitar-gigi-
yenik vəziyyətə görə yoxlanılıb,
aşkar olunmuş nöqsanların ara-
dan qaldırılması üçün xəbərdar-
lıqlar edilib.
İtmişdir
“Dayaq – T” Məhdud Məsuliyyətli Cəmiy-
yəti (VÖEN-0600002201) fəaliyyətini dayandır-
dığından ləğv olunur.
Özünüzü günvurmadan qoruyun