16
istiqamətlənmiş günəş şüası ilə işıqlandırılır. Kölgəli yerlər isə səpələnmiş
işıqlandırılır.
Gecə səhnələrinin gündüz çəkilişi – gündüz vaxtı “gecə”nin çəkilməsidir.
Bu növ çəkilişdə obyektivi lazımi qədər açıq saxlamaq lazımdır.
Fon işığını tənzimləmək, nəzarətdə saxlamaq yolu ilə yaradılan aldanış –
ef fekt gecə aldanışıdır. Hadisənin binanın içərisində baş verdiyi hallarda belə,
gecə səhnələrinin qaranlıq arxa planı olmalıdır. İstər gecə, istərsə də gündüz
səhnələri çəkiləndə arxa planın işıqlanma dərəcəsi əsas işığın minimal sə viy
yəsində olmalıdır. Ancaq gecə işığında kölgəli səhnələr olur.
Gecə səhnələrinin çəkilişində səma qara rəngdə olmalıdır. Buna görə də
ope ratorun əsas işi işıq filtrlərini uyğun olaraq düzgün seçilməlidir ki, səma
tünd görünsün. Bu məqsədlə narıncı və qırmızı işıq filtrlərindən əsas etibarı ilə
is ti fadə edilir.
Qırmızı işıq filtrlərindən istifadə etməklə ümumi, orta və iri planda çə ki liş
də insan sifəti arzu olunandan açıq rəngdə alınır.
Gecə səhnələri effektini almaq üçün ekspozisiya normadan ikiüç dəfə az
olmalıdır. Gecə epizodlarında yaxşı olardı ki, insanları fondan ayırsınlar. Gecə
effekti o zaman yaxşı alınır ki, fon tünd, adamlar isə ağ da olmasa, açıq rəngli
paltarlarda olsunlar. Çünki tünd rəngli paltar açıq rəngli fonda siluet yaradır,
gecə effekti yaratmır.
İnteryerdə çəkiliş – zamanı təbii və müxtəlif süni işıqlandırmalardan is
tifadə edilir. Bu zaman işıqlandırmaya xüsusi diqqət yetirilməlidir. Əgər ön
plan həddindən çox işıqlandırılsa, fon və ikinci plandakı əşyalar tünd gö rü nə
cək. Buna görə də xüsusi asılqanlı işıqlandırmalardan istifadə etməklə ön planı,
ikinci planı və fonun işıqlandırılmasını balanslaşdırmaq olar.
Tryuk kinoçəkilişləri – ekranda qeyriadi effektlərin alınmasına imkan ve
rən üsullarla xüsusi kinoçəkilişləridir. Tryuk kinoçəkilişlərinə əksinə kino
çəkiliş, “stop” üsulu, “qaraltma”, şəklin tamaşaçıya yaxınlaşdıqca böyüməsi və
kom binasiyalı kinoçəkilişləri daxildir.
Əks kinoçəkiliş – ekranda əksinə hərəkət effekti almaq üçün istifadə olu
nan üsuldur. Əks kinoçəkilişi kinoçəkiliş aparatları ilə çəkilirsə, həmin aparatın
elektrik mühərrikinin hərlənməsi əksinə gedişə malik olmalıdır.
Məsələn, yanan sobanın tüstüsü borudan çıxmaq əvəzinə, əks istiqamətdə
bo ruya qayıdır və ya sınmış fincan qırıntıları ətrafa səpələnmək əvəzinə yığı
laraq birləşib tam fincan halına gəlir. Bu çəkiliş qaydalarından biri də budur ki,
istənilən çəkiliş obyektivinin qarşısına təsviri 180° döndərən prizma qoyulsun.
“Stop” üsulu ilə çəkiliş – hər hansı bir əşyanın gözlənilmədən peyda ol
masını, yaxud yoxa çıxmasını göstərmək üçün istifadə olunan üsuldur. Bu üsu
lun mahiyyəti ondan ibarətdir ki, çəkilişin gedişində kamera dayandırılır, kadra
zəruri dəyişikliklər edilir və çəkiliş davam etdirilir. Bu zaman kamera və
17
ətrafındakı əşyalar hərəkətsiz qalmalıdır. “Stop” üsulunu istənilən çəkiliş apa
ratı ilə gerçəkləşdirmək mümkündür.
“Qaranlıqdan” peyda olma metodu – ekspozisiyanın normal səviy yə yə
dək tədricən böyüdülməsi yolu ilə yerinə yetirilir. Bundan sonra kinoçəkiliş
(dayanmadan) adi qaydada davam etdirilir.
Axın – ekranda təsvirin tamaşaçıya yaxınlaşdıqca böyüməsi, bir səhnənin
nəzərə çarpmadan və axıcılıqla yoxa çıxması ilə eyni zamanda digərinin peyda
olunmasıdır. Axın bir kadrdan digərinə montaj yolu ilə keçid üsullarından bi
ridir. Axın lentin eyni bir parçasına iki ekspozisiyanın qoyulması nəticəsində
alınır. Axın keçiddə səhnənin digəri ilə əvəz olunması aşağıdakı kimi həyata
keçirilir: filmin görüntüləri, parlaqlığı bir hamar keçidlə tədricən azalır və ek
randa yoxa çıxmağa başlayır. Onun yerini isə başqa hamar axıntı keçidlə
səhnəni digər görüntülər əvəz edir və parlaqlıq tədricən artır. Axın keçidli çə
kiliş hamar, incə keçidi minimal təhriflərlə, fasiləsiz təmin edir.
Sürətli axın çəkilişdə tamaşaçıda elə təəssürat oyadır ki, hər iki kadr eyni
za manda, eyni məkanda, paralel surətdə baş verir. Yavaş axın çəkiliş isə kadr
ların biri digərini əvəz etməsi sanki zaman, məkan dəyişikliyi kimi qəbul edilir.
Kombinəedilmiş çəkilişlər
Bu metodla çəkiliş bizə imkan verir ki, bir kadrdakı təsvirləri, əvvəlcə
müxtəlif yerlərdə, müxtəlif miqyaslı ölçülərdə çəkilmiş kadrları birləşdirə
bilək. Kombinəedilmiş çəkilişlərə çoxtəkrarlı ekspozisiyalanma, perspektiv
əlaqələndirmə, maskalanma metodu ilə çəkilişə çaşdırıcı maskalı çəkiliş və s.
aiddir. Çoxtəkrarlı ekspozisiyalanma çəkilişlərini maskalı və ya maskasız
yerinə yetirmək olar. Məsələn, eyni lentə müxtəlif vaxtlarda iki ekspozisiya
yazılıb.
Şəkil 12. 1. Küçənin görüntüsü. 2. Yağan qar qara fonda göstərilir. 3.
Kombinasiya nəticəsində
bu kadr yaranır.
1.
2.
3.
Şəkil 13
. Maskasız çox
təkrarlanan ekspozisiyalanma
18
Maskalı çəkiliş. Birinci ekspozisiya yatan adamı çəkiliş aparatının qar şı
sında maskanın köməyi ilə yaradılır. İkinci ekspozisiya – yatan adamın yuxuda
gördüyünü – konturmaskanın köməyi ilə yaradır (şəkil 14).
Çaşdırıcı maskalar. Gö
zə görünməz adamın kad ra
alınması metoduna ba xaq.
Kadrlar aşağıdakı üsul la çə
kil mişdir. “Gözə gö rün məz”
adam rolunu oy na yan adam
əyninə kip qara paltar, onun
da üstündən adi ağ xalat geyinmişdir. Başına tənzif sarınmış və onun üstündən
eynək, əllərinə isə ağ əlcək taxılmışdır. Birinci kadr ümumi qara fonda çəkilmişdir.
Ona görə də lentada ancaq ağ paltarlar görünür. Ağ tənzif, açıq rəngli xalat və
ağ əlcəklər. Aşkarlanmadan sonra çəkilişdə “nəm çaşdırıcı maska” alırıq. Daha
sonra ikinci ekspozisiya şəraiti olan otaqda, başqa aktyorlarla çəkilir və nəticədə,
dramatik səhnə alınır. Tamaşaçıda elə təəssürat yaranır ki, gözəgörünməz adam
həmin otaqdadır (şəkil 16).
Kadrların sıxlaşdırılması. Bir səhnənin tədricən kadra tərəf çəkilib, başqa
səhnə ilə əvəz edilməsi kadrın sıxlaşdırılmasıdır. Kino sahəsində kadrın sıx
laşdırılması yalnız kinolaboratoriya şəraitində xüsusi, optik tryuk vasitəsilə hə
yata keçirilir. Bunun üçün kadrın çəkilməsi və ya açılması müəyyən edilmiş
vaxt ərzində olmalıdır. Bunun daha sadə bir üsulu da vardır. Montaj zamanı
masada iki kinoplyonkanı birbirinə yapışdırarkən tuş və ya qara lak ilə həmin
xətt rənglənir. Bu zaman kadrın sıxlaşması effekti alınır (şəkil 17).
Şəkil 15. Maskalı çox ekspozisiyalı kombinəedilmiş çəkiliş
Şəkil 14.
Şəkil 16. Çaşdırıcı maskalar üsulu ilə çəkiliş