210
qüdrətini tənəzzülə uğradırdı.
MƏKKƏ ƏMİRİNİN VƏHHABİLƏRLƏ APARDIĞI MÜBARİZƏ
(1205-1220-Cİ H.Q)
Məhəmməd ibn Əbdül-Vəhhab XII hicri əsrinin əvvəllərində özünün
vəhhabi məsləkini Ərəbistanın Nəcd diyarında təsis etdikdən sonra
Diriyyənin hakimi və oranın qəbilə rəisi Məhəmməd İbn Səud ilə bir
əhd-peyman bağladı. Bu müqavilə əsasında Məhəmməd ibn Əbdül-
Vəhhab razılaşdı ki, vəhhabiliyi Ali-Səudun dini əsası qərar versin və bu
yolda onların bütün təcavüzlərinə dini don geyindirsin. Bunun əvəzində
də Məhəmməd İbn Səud vəhhabiyyəti himayə etməsini bildirsin.
İki Məhəmməd arasında yaranan siyasi-dini ittihadın ardınca Ali-
Səudun hücumları dini pərdə altında başlandı. “Məhəmməd İbn Səud işin
əvvəllərində öz hakimiyyəti dairəsində olan ərazilərin sərhədlərindəki
nahiyələrə hücum etdi. Vəhhabi məzhəbinin yayılmasını əldə əsas
tutaraq çöl ərəblərini hədəf qərar tutdu.”
1
Sonra strateji əhəmiyyətə
malik olan Riyaz şəhərinə hücum etdi, Ali-Səudla Riyazın əmiri arasında
uzun müddətli çarpışmalar nəticə vermədiyi zaman tərəflər arasında sülh
müqaviləsi
bağlandı
və
vəhhabiyyətin
təbliğ olunması üçün
mübəlliğlərin Riyaza göndərilməsinə şərait yarandı (1735-ci il). Sonrakı
il Riyazın əmiri Ehsa və Nəcranın əmirləri ilə təşkil etdiyi ittifaqda
vəhhabiliyin təbliği ilə müxalifətə başladı. Digər tərəfdən Süleyman ibn
Əbdül-Vəhhab da Nəcdin şəhərləri olan Hərimələdə vəhhabiyyətin
əleyhinə müəyyən tədbirlər gördü.
Məhəmməd İbn Səudun oğlu Əbdül-Əziz Hərimələdəki qiyamı
yatırtmaqla Riyaz əmirlərinin üçlük təşkil edən ittihadiyyəsini sarsıdaraq
Nəcranın əmiri ilə əsirlər mübadiləsi etdi və Riyaz və Ehsanın ordularını
məğlub etdi.
Vəhhabi qoşunları artmağa başlayan zaman bütün Nəcd diyarını işğal
etmək fikri onların beynində dolaşırdı. Qeyd olunmalıdır ki, Hicaz və
Məkkə şəriflərinin vəhhabiyyətin Nəcddə genişləndirilməsi və yayılması
ilə əlaqədar vəziyyətini nəzərdən qaçırmaq olmaz. Möhsin Əl-Əminin
“Kəşfül-irtiyab” kitabında yazdığına görə vəhhabi alimləri 1165-ci h.q
ilində şərif Məsudun hökmranlığı dövründə, eləcə də 1195-ci h.q ilində
şərif Əhmədin hökmranlığı dövründə Məkkə alimlərinin israrı ilə
vəhhabilərlə elmi mübahisələr aparmağa məcbur oldular. Onların
əqidələrinin batil olması sübuta yetdi və onlar həcc ziyarətinə getmə
1
“Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.25
211
haqqından məhrum olundular.
Vəhhabilərin Nəcd diyarındakı əraziləri işğal etməsi Məkkə şəriflərini
də qorxutmuş və onları vadar etmişdi ki, həmin nahiyələrdə baş verən
xoşagəlməz hadisələri türk sultanına çatdırsınlar. Mühəqqiqlərin inancına
görə, birinci dəfə vəhhabiyyətin və İbn Səudun xəbəri rəsmi şəkildə
Osmanlı sarayına 1747-ci ildə çatmışdı. Bu xəbərin Ali-Baba çatması
osmanlılarda vəhhabiyyətin inkişafının qarşısını alma fikirlərini
canlandırdı. Amma 65 il çəkdi ki, osmanlılar vəhhabilərin əleyhinə hərbi
tədbirlər keçirmiş olsun.
1765-ci ildə Məhəmməd İbn Səudun Diriyyədə ölümündən sonra oğlu
Əbdül-Əziz onun canişini oldu. O, atasının həyatı dövründə ətraf
məntəqələrə yeridilən orduya sərkərdəlik edirdi. O, öz qüdrətini
möhkəmləndirmək üçün atasının dövründəki hücumları genişləndirdi,
Nəcdin bir çox yerlərini işğal etmək, Ehsa və Qətifi ələ keçirməklə
vəhhabiliyi Fars körfəzi sərhədlərinə qədər genişləndirə bildi.
Cənab Fəqihi vəhhabilərin Hicaz və Məkkə şərifləri ilə rabitələri
barəsində belə yazır: “Vəhhabilər şərif Məsudun vəfatına qədər həcc
əməllərindən mərhum idilər. Şərif Məsuddan sonra onun qardaşı şərif
Müsaid ibn Səid Məkkənin əmiri oldu və vəhhabilər həccə getmək
icazəsi almaq məqsədi ilə bir nəfəri onun yanına göndərdilər. Lakin o
icazə verməkdən imtina etdi. (1186-cı h.q ilinə qədər bu minvalla davam
etdi. Şərif Sərur əmisi Şərif Əhmədin yerində Məkkənin hakimliyini
öhdəsinə alan vaxta qədər vəhhabilər həcc əməllərini yerinə yetirməkdən
mərhum idilər.) Şərif Sərur vəhhabilərə Allah evini ziyarət etmək
icazəsini bu şərtlə verdi ki, cizyə versinlər. Lakin onlar cizyə verməkdən
imtina etdilər. Bu haqq 1202-ci h.q. ilinə qədər onlar üçün qalırdı. Lakin
bu ildə Şərif Sərurun canişini Şərif Qalib həmin haqqı onlardan aldı və
vəhhabilərin rəhbərləri Əbdül-Əziz ilə müharibəyə hazırlaşdı.
Vəhhabilərin Ərəbistan yarımadasına hücum etməsi və onların
nüfuzları müqabilində bəzi qəbilələr tərəfindən müəyyən müqavimət və
müxalifətlərin olmasına şahidik. Amma müxalif əmirlər arasında
ittihadın və həmrəyliyin olmaması, vəhhabilərin hərbi cəhətdən üstün
olmaları bütün ittihadiyyələri sarsıtmışdı. Belə ki, vəhhabilərlə müxalifət
edən çoxlu qəbilələrin itaət etməyə başlamaları Əbdül-Əziz Səudinin
hakimiyyət dairəsini Cəbəli-Şəmmərdən Fars körfəzi sahillərinə qədər
genişləndirmişdi, Nəcd və onun ətraf məntəqələrindən malik olduğu
iqtidarla yanaşı şərif Qaliblə Hicazda müharibə etməyə tam
hazırlaşmışdı.
Bəzi mühəqqiqlər ingilislərin ifa etdiyi rol və onların vəhhabiləri Şərif
Qalibin əleyhinə müharibiyə təşviq etməsi ilə əlaqədar məkrli planlarını
bəyan etmişdilər. Cənab Xalisi bu barədə belə yazır: “Onların
Dostları ilə paylaş: |