212
(ingilislərin) müqabilində ciddi müqavimət göstərən və onlarla sazişə yol
verməyən əmirlərdən biri – əmir Məsud ibn Səid ibn Zeyd, onun oğlu
Əhməd və nəvəsi Qalib idi. Onların hamısı “Məkkənin şərifi” adı ilə
tanınırdı. Sonuncusu ingilislərin istəkləri müqabilində təslim olmadı. Bu
iş nəticəsində vəhhabilər ingilislərin təhriki ilə şərif Qaliblə təqribən əlli
dəfə müharibə aparmışdılar.”
1
Buna əsasən, bir tərəfdən vəhhabilərin təcavüzkarlıq və işğalçılıq
siyasətləri, digər tərəfdən də istismarçı İngilis dövlətinin məkrli planları
onların zahirdə yeni ayinlərini təbliğ etmək və Hicaz əhalisinin
vəhhabiyyətə yönəlməsi üçün bir amil olmuşdu. Lakin onlar batində
özlərinin siyasi və iqtisadi hədəflərinə çatmaq üçün Hicaza qoşun
yeridirdilər.
Vəhhabilərin Hicaza hücumlarının ardınca Məkkənin əmiri şərif Qalib
onlarla müharibəyə hazırlaşdı ki, onları geri qova bilsin. Şafeilərin
müftisi Əhməd Zeyni Dehlan vəhhabilərin Məkkənin əmirləri ilə
apardığı müharibə barəsində belə yazır: “Şərif Qalib 1205-1220-ci h.q.
illərində vəhhabilərlə əllidən artıq müharibə aparmışdı. Tərəflər
arasındakı çarpışmaların ilk mərhələsi də doqquz il davam etdi və onların
arasında on beş mühüm müharibə baş verdi, lakin işə birdəfəlik xitam
verilmədi.”
“Tarixçeyi nəqd və bərrəsiye əmal və əqaidi vəhhabiha” kitabının
müəllifi 1205-1206-cı h.q illərində baş verən müharibələr barəsində belə
yazır: “Şərif 1205-ci h.q ilində altı yüz cəngavər və qardaşı Əbdül-
Əzizlə, eləcə də bir neçə tayfa ilə birlikdə vəhhabilərlə mübarizəyə getdi.
O, Əriqud-dəsəm adlı yerə qədər irəlilədi və Nəcd kəndlərindən bir
neçəsini öz ixtiyarına keçirtdi. Həmçinin Ənizə, Bəsam qəsəbələrini
mühasirə etdi və sonra qayıdaraq 1206-cı ildə qardaşı Əbdül-Əzizin
sərkərdəliyi ilə yenidən bir qoşun təşkil etdi. Məqsədi də Əbdül-Əziz
Məhəmməd ibn Səudun dininə yönələn qəbilələrlə mübarizə aparmaq idi.
Bu müharibədə Türbət, Rinə və Bişəyə qədər irəlilərdi və bütün
qəbilələri özünə itaətə vadar etdikdən sonra Məkkəyə qayıtdı.”
Müharibələrin
ilk
iki
ilində
şərif Qalib müəyyən qədər
müvəffəqiyyətlər əldə edə bildi. Lakin (hərbi qüvvələrə kəskin ehtiyac
duyulduğundan) həmin məntəqələrdə daimi qüvvələr yerləşdirmədiyinə
görə qayıtmağa məcbur oldu və həmin məsələ, yəni hicazlıların sürətlə
qayıtması da vəhhabilərin yenidən həmin məntəqələrə hakim kəsilməsinə
səbəb olurdu.
Doktor Əmini şərif Qalibin həmin vaxt apardığı mübarizələr barəsində
belə yazır: “1208-ci hicri qəməri ilində Osman Müzayiqinin sərkərdəliyi
1
Məhəmməd Baqir Xalisi, “Vəhhabiyyət əz didqahi əhli-təsənnün”, səh.8
213
ilə bir ordu vəhhabilərlə müharibəyə göndərildi. İbn Qeyhan “Əqilan”
adlı bir yerdə qarşıya çıxdı və Osman Müzayiqi ilə şiddətli müharibə
apardı. Bu müharibə Osmanın qələbəsi ilə sona çatdı və o, İbn Qeyhanın
bütün dəvələrini müsadirə etdi. Lakin İbn Qeyhan yenidən hücuma keçib
Osmanı məğlubiyyətə uğratdı. Amma öz dəvələrini geri ala bilmədi.
1209-cu ildə şərif Qalib digər bir qoşunla və Əbdül-Müinin rəhbərliyi ilə
vəhhabilərin təəssübkeş adamlarından olan Hadi ibn Qirmələ ilə
müharibəyə hazırlaşdı. Əbdül-Müin onu təhdid etdiyinə görə Hadi qaçdı.
Bundan sonra İbn Səudun tabeçilərindən olan İbn Qətnanın ardınca gedib
onu öz sarayında mühasirə etdi və sonra tutub şərif Qalibin yanına
göndərdi. İbn Qətnan şərifdən onu əfv etməsini istədi. Şərif də onu
bağışlayıb azad etdi. Lakin öz şəhərinə çatan kimi düşmənə çevrilərək
tüğyançılığa başladı. Əbdül-Müin bir nəfəri onu qətlə yetirməyə məmur
etdi. O, İbn Səudun tabelərinin yığıldığı yerə getdi. Onlardan bir neçəsini
öldürdü və sonra Məkkəyə qayıtdı. 1210-cu hicri qəməri ilində də şərif
Qalib Seyyid Nasirin rəhbərliyi ilə bir qoşun hazırlayıb döyüşə göndərdi.
Seyyid Nasir vəhhabilərlə apardığı müharibədə onlardan bir neçəsini
öldürdü və sağ-salamat qayıtdı. Yenidən Seyyid Fəhid ibn Əbdüllahın
rəhbərliyi ilə bir qoşun hazırlayaraq vəhhabilərlə müharibəyə göndərdi,
daha sonra Fəraşəyə tərəf hərəkət etdi və İbn Qeyhanın rəhbərliyi ilə
qəhtanilərdən bir qrupu ilə qarşılaşdı və onlarla müharibə aparıb bir
neçəsini öldürdü, mal-dövlətlərini müsadirə etdi. Sonra Qəhtan
şeyxlərindən olan İbn Şəzirlə qarşılaşdı. Daha sonra bir neçə nəfəri
Türbətdə saxladı və özü qayıtdı. Bundan sonra Seyyid Nasirin
sərkərdəliyi ilə böyük bir qoşun hazırladı. Onlar Şəmasa qədər irəliləyib
gözlənilmədən vəhhabilərlə qarşılaşdılar. Tərəflər arasında qanlı
müharibə baş verdi, çoxları öldürüldü və Seyyid Nasir Məkkəyə qayıtdı.
1211-ci ildə Seyyid Fəhidin sərkərdəliyi ilə böyük bir qoşun təşkil etdi
və qoşunun bir bölməsini Firməyə göndərdi. Onların da bir neçəsi
öldürüldü. Sonra vəhhabi ayinini qəbul etmiş olan Bəni-Hərb qəbiləsinə
qəfil hücum etdilər, Rovğun-niama tərəf hərəkət etdilər. Burada
Həcilaninin sərkərdəliyi ilə böyük bir iğtişaşçı qrupla qarşılaşdılar.
Onların arasında şiddətli müharibə baş verdi və tərəflərdən çoxu
öldürüldü. Sonra Bəqərə adlı bir məntəqədə Hadi ibn Qərmələ ilə
müharibə apardı. Onlardan bir neçəsini öldürüb əsir tutdu. Qərmələnin
dəvəsini və atını qənimət alıb Məkkəyə qayıtdı. Sonra şərif Qalibin onun
üçün hazırladığı ordunun köməyi ilə Rinəni öz ixtiyarına keçirtdi. 1212-
ci hicri qəməri ilində yenidən Seyyid Fəhidin sərkərdəliyi ilə bir ordunu
Hərbdəki vəhhabiləri məğlub etmək üçün Əriqüd-dəsəmə göndərdi. Bu
dəfə də çoxlu qənimətlərlə qayıtdılar. Daha sonra Seyyid Mübarəkin
sərkərdəliyi ilə bir qoşun hazırlandı. Hərb vəhhabilərinin bir qrupu Əl-
Dostları ilə paylaş: |