272
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
HEYDƏR ƏLİYEV SİYASƏTİ: MULTİKULTURAL DƏYƏRLƏR VƏ BU FONDA
QEYRİ-NEFT SEKTORU OLAN TURİZMİN İNKİŞAF POTENSİALLARI
R.M.Quluyev
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı, İstiqlaliyyət küç. 6
e-mail: rovshan950@gmail.com
Açar sözlər: multikultralizm, turizm, tolerant, konfessiya
Key words: multikultralism, tourism, tolerant, confesion
Ключевые слова: мултикултрализм, туризм, толерантный, конфессии
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun
inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı
olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural
cəmiyyətdə hər
bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini
inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində
bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən
inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda
millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini
azlıqlar da dəstəkləyirlər.Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də
liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də
multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq
mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin
multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır.
Liberalizmdən fərqli olaraq
multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.Multikulturalizm bir
siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. Tolerant cəmiyyətdə
multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi
məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Ümummilli Liderimiz Heydər Əliyev Multikultralizmə olduqca həssas və diqqətlə
yanaşıdı. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant
cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab ediridi.Heydər Əliyev hər an öz
çıxışlarında bu dəyərlərə üstünlük verirdi.Çünki ölkəmiz tarixən müxtəlif konfessiyaların
yaşadığı bir məkan olub. Burada multikultural dəyərlərə həmişə böyük önəm verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin
tarixinin, mədəniyyətinin,
adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş
nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan
məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir..
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc
nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda
tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da
məhz bu amala xidmət edir. Ölkə gəncləri Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl,
Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi
273
R.M.Quluyev
və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olur, bölgələrimizin müasir simasını
əks etdirən Heydər Əliyev mərkəzlərinə,
gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm
qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış
keçirirlər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində
görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi
dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı
yaradılır.
2013-cü il sentyabrın 5-də Lənkəranda cənub bölgəsinin gəncləri ilə görüşü zamanı
Prezident İlham Əliyev bildirmişdi: “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar,
müxtəlif bölgələrdə yaşayan insanlar vaxt tapıb digər bölgələrə də getsinlər. Cənub
zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba... Onda hər bir yerdə
yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər... Çalışın
Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir.
Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu,
bizim böyük
üstünlüyümüz, böyük sərvətimizdir”. Üç il əvvəl irəli sürülən bu təşəbbüs Azərbaycan
Prezidentinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük
önəmin, eyni zamanda, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Ziyalıların, sadə insanların yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün
daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında,
tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Tur-aksiyalar
zamanı respublikamızın regionlarını qarış-qarış gəzən şagirdlərdə həm də xalqımızın malik
olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşır.
Həmçinin istirahətlərini mənalı keçirən gənclər bu səfərlər zamanı unudulmaz anlar
yaşayır, geriyə bir qayda olaraq xoş duyğularla, yeni biliklərlə qayıdırlar.
Bu mənada
növbəti tur-aksiya çərçivəsində nəzərdə tutulan tədbirlər gənclər üçün kifayət qədər faydalı
olacaq.
Millətlərin və milli etniklərin bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi
Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı Dialoq azadlığı vardır. Azərbaycanda
müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf
etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə
etmək imkanına malikdir. Ölkədə multikulturalizmin yaranması və inkişafında
modernləşmə və Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın əsasını
millilik, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi insan hüquq və azadlığına
riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə vətən
qəbul etmiş, ölkədə yaşayan
bütün millətlərin və etnik qrupların vəhdət şəklində, dostluq, hətta qohumluq, qonşuluq,
əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin inkişaf etdiyi ümumi talelərini əks
etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt isə ondan
ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan müxtəlif etnik və
dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə və məkanların
ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da
bir ideya-fəlsəfi, mədəni
məkanda tamlaşdıran, bütövləşdirən gücdür. Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni,
siyasi və hüquqi nizamlanmasının, insanları mənən səfərbər edən və vəhdətinin əsas
faktorudur. Azərbaycanın vətəndaş cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə
etnik və dini dəyərlər ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda birləşdirici
faktor kimi milli dövlət, ümumxalq ideyası olaraq azərbaycançılıq universallaşır. Təbii ki,
burada məcburiyyət yoxdur. Amma elə məqsəd,
elə prioritetlər var ki, onlar milli ideya