Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə165/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   161   162   163   164   165   166   167   168   ...   171

330 
 
yol açılması demək deyildir. 
Hansısa bir məqaləyə görə, onun müəllifini və ya naşirini anafemaya vermək 
cəhdi də məqbul sayılmamalıdır. Cinayət tərkibi olan işə görə mühakiməni yalnız 
məhkəmə  apara bilər,  məhkəmə  hökmü  yoxdursa, heç  kəsi  cinayətkar  elan etmək 
olmaz,  bu  təqsirsizlik  prezumpsiyası  deyilən  hüquqi  prinsipidir.  Digər  tərəfdən, 
kütlənin  tələbi  ilə  adamların  cəzalandırılması,  ölümə  məhkum  edilməsi  tarixə 
məlumdur  və  bu  təcrübə  olduqca  ağır  nəticələrə  gətirib  çıxarmışdır.  Orta  əsrlər 
Avropasını bürüyən «ifritə ovu» tədbirlərini yada salmaq kifayətdir. Yaxud katolik 
kilsəsi küfrə qarşı  mübarizə bayrağı  altında çox sayda günahsız insanların, böyük 
zəka  sahiblərinin  qətlinə  fərman  verirdi.  XV  əsrin  sonunda  İspaniyanın  baş 
inkvizitoru  Torkvemada  qısa  müddət  ərzində  adamları  kafirlikdə  ittiham  etmək 
yolu  ilə  on  min  nəfər  insanın  həyatına  son  qoymuşdu.  Bu  ondan  əvvəlki  əsrdə 
taunun-  «qara  ölümün»  iri  bir  Avropa  şəhərinə  vurduğu  ziyana  bərabərdir.  SSRİ-
dəki  1930-cu  illərdə  baş  alıb  gedən  məlum  repressiya  daşqınında  siyasi  səbəblər 
əsas  götürülməklə  həbs  edilənlərin  böyük  əksəriyyətinə  mitinqlərdə,  zəhmətkeş 
yığıncaqlarında  ölüm  hökmü  tələbi  irəli  sürülürdü,  məhkəmə  təhqiqatı  olmadan 
onlara  «xalq  düşməni»  damğası  vurulurdu.  Milyonlarla  insanın  boynu  bu  yolla 
vurulurdu. Bunu yalnız meşədə kütləvi ağac qırılması ilə müqayisə etmək olar. 
Çox yaxşı haldır ki, bizdə hisslərin coşması dalğası nadir hallarda baş verir 
və lokal xarakter daşıyır, onun qızışdırılmasına yol verilmədiyindən tez yatır. Belə 
olmasaydı, onda ölkədə «kafir ovuna» da yaxınlaşmaq olardı. Heç şübhəsiz, həm 
xaricdə,  həm  də  ölkənin  daxilində  hadisələrin  bu  məhvərə  düşməsinə,  belə 
xoşagəlməz  yolla  inkişafına  can  atan  qüvvələr  vardır  və  onlar  dindar  insanların 
səmimi  hisslərini  istismar  etmək  və  bundan  bolluca  faydalanmaq  fürsətini  əldən 
verməzdilər. 
Söz  azadlığı  demokratiyanın  fundamental  prinsiplərindən  biridir  və  bu 
dayaqların  qorunmasına  beynəlxalq  təşkilatlar  böyük  qayğı  göstərirlər.  Söz 
azadlığı  adlanan  əsəb  uclarının  qıcıqlanması  demokratiyanın  sağlamlığının 
qaydasında  olmadığının  göstəricisidir.  Sözü  mühakimə  etmək  isə  olduqca 
arzuolunmaz, həm də bir qədər müşkül məsələdir. Çünki ədəbi söz, yazı müəyyən 
fikir ifadə etsə də, başqa mənaya da yozula bilir, bütöv kontekstlərdən çıxarıldıqda, 
onu tam fərqli səmtə də yönəltmək mümkün olur. Ona görə də bu məsələdə qərar 
vermək,  vahid,  həm  də  düzgün  nəticəyə  gəlmək  olduqca  çətindir.  Bu  səbəbdən 
hakimlər  həmin  qəbildən  olan  işlərə  baxanda  ekspertlər  dəvət  edir,  ancaq  onların 
özləri  də  ümumi  mövqeyə  gələ  bilmir,  həmrəylik  nümayiş  etdirməkdən  uzaq 
olurlar.  Cinayət  yalnız  əməldə  özünü  büruzə  verir,  sözdə,  ideyada,  əgər  bu 
insanlığa  qarşı  çağırış  deyilsə,  birbaşa  cinayət  elementi  olmur.  Bircə  onu  yada 
salmaq lazımdır ki, tarix boyu milyonlarla insanın başı kəsilsə də, həyatına xitam 
verilsə  də,  heç  bir  ideyanın  boynunu  vurmaq  mümkün  olmamışdır.  Bu  olduqca 
yaxşı  haldır,  lakin  zərərli  xərclərdən  də  xali  deyildir.  Çünki  hətta  ən  mənfur 
ideyalar  belə  birdəfəlik  olaraq  tarixin  arxivinə  verilmir,  asanlıqla  unudulmur, 
müəyyən  vaxt  keçirdikdən  sonra  münbit  şərait  yaranan  tək  alaq  otu  kimi 
cücərməyə, adamların şüuruna nüfuz etməyə başlayır. 
Jurnalistin  əqli  əməyinin  məhsulu  yalnız  sözdür,  məqalədir,  yazıdır.  Söz 


331 
 
onun  həm  hücum  silahı,  həm  də  yeri  gəldikdə  rəğbət  bəslədiyi  mövqeyi  müdafiə 
etmək  üçün  yeganə  vasitəsidir.  Bəziləri  hücuma  atıldıqda,  sonradan  müdafiə 
olunmaq  ehtimalını  bütünlüklə  unudur,  sonra  isə  öz  ağılsız  dəlisovluğuna  görə 
cavab  verməli  olur. Qələm  sahibi  öz  sərəncamında olan vasitədən  xeyir, insanlıq, 
düzgünlük  naminə,  şərə,  cəmiyyətə  sirayət  edən  bəlalara  qarşı  məharətlə  və 
səmərəli  qaydada  istifadə  etməyi  bacarmalıdır.  Həqiqətə  sitayiş  və  xidmət  etmək 
əvəzinə jurnalist bu silahdan sui-istifadəyə yol verdikdə, gec-tez bumeranq kimi bu 
zərbə qayıdıb onun özünə dəyəcəkdir. Lakin bu tələb heç də qələm sahibini dar bir 
çərçivəyə, qəfəsə salmaq niyyətinə, onun üçün mövzu gettosu yaratmaq məqsədinə 
çevrilməməlidir. İnsan üçün  təbiətin bəxş etdiyi  ən böyük nemət və  mükafat  olan 
sözdən,  özü  də  kütləvi,  açıq  bəyan  edilən  sözdən  xırda  hisslər  naminə,  məkrli 
niyyətlər  üçün  və  qisas  silahı  kimi  istifadə  edilməməlidir.  İnsanlara  nifrət  təlqin 
etmək, irqi, milli ədavəti qızışdırmaq qanunlar tərəfindən qadağan edilmişdir. Ona 
görə də heç bir qələm sahibi bu ixtiyar həddini keçməyə həvəs göstərmir, çünki bu 
sərhəd pozulduqda, artıq qanun qarşısında cavab vermək lazım gəlir. 
Elə  dəyərlər,  elə  simvollar  vardır  ki,  onlar  kiminsə  iradəsindən  asılı 
olmayaraq  az  qala  müqəddəslik  toxunulmazlığına  yiyələnmişlər.  Onlara  qarşı 
sözdə, yazıda azacıq hörmətsizlik, sayğısızlıq halı bu müqəddəsliyə sitayiş edənlər 
tərəfindən  təhqir  kimi  qarşılanır  və  onların  qəzəbini  hansısa  frazeoloji  təhlil  yolu 
ilə  izahla  soyutmaq  mümkün  olmur,  yatırtmaq  isə  olduqca  çətinləşir.  Təəssüf  ki, 
cəhalət,  xurafat  keşikçiləri  də  öz  təmbəkilərini  uydurduqları  ehkamlar  folqasına 
büküb, onun tüstüsü ilə beyinləri dumanlandırmağa  cəhd göstərirlər. Ona görə də 
cəhalət  əlamətləri  qamçılananda,  onlar  dinə  aid  olan  məsələlərdən  bütünlüklə 
təcrid  edilməli,  bu  yolla  dinə  yad  olan  ünsürləri,  onun  sitayiş  və  ibadət 
toxunulmazlığından  özlərinə  müdafiə  vasitəsi  kimi  istifadə  etmələrinin  qarşısı 
qabaqcadan  alınmalıdır.  Yaxşı  məlumdur  ki,  cəhalət  fədailəri  dini  bayraq  altına 
sığındıqda bu, ciddi fəsadlar əmələ gətirir. 
İslam dini az sayda olan mühüm dünyəvi dinlərdən biridir, onun ehkamları 
əsrlərin sınağından çıxmış, insanları qardaşlığa səsləmiş, qəlbə və şüura təsir etmək 
sahəsindəki  nadir  gücünə  görə  dünya  əhalisinin hər  altıncısının  inancına, imanına 
çevrilmiş, bütün qitələrə yayılmışdır. İslam həm də  möhtəşəm bir mədəniyyətdir. 
Bu böyük abidəni inkar etmək, şübhə altına almaq ağılsızlıqdır. İslam dininə qarşı 
hücumlar  əks  nəticə  ilə  üzləşməli,  onun  dayaqlarının  daha  da  möhkəmlənməsinə 
səbəb  olmuşdur.  Din,  ona  ruhən  sığınan  hər  bir  adamın  könlünün  olduqca  zərif 
simidir, ən intim duyğudur, bu hisslə olduqca ehtiyatla davranmaq tələb olunur.  
Cəhalətə, mövhumata atılan güllələrin, qəlpələrin islam dini adlanan nəhəng 
dağa  hansısa  ziyan  vuracağını  güman  etməyin  özü  sadəlövhlükdür.  Əslində 
xurafata  qarşı  mübarizə  dinin  yüksəkliyi  və  təmizliyi  uğrunda  aparılan  hərəkatın 
tərkib  hissəsidir.  İslamla  xurafatı  birləşdirmək,  onların  bir-  birinə  nüfuz  etməsini, 
birinin  digərini  qidalandırmasını  güman  etmək  isə  bu  dini  hörmətdən  salmaq 
istəyindən  başqa  bir  şey  deyildir.  Ona  görə  də  cəhalətin  ifşasına  həsr  edilən 
yazılarda  onunla  din  arasında  hansısa  təmənnalı  məqsədlər  naminə  qurulan 
körpülər  yandırılmalı,  geriliyin,  avamlığın,  yaramaz  qaydaların  rudimentləri  dini 
ibadətlərdən bütünlüklə təcrid edilməlidr. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə