31 may 2014-ъц ил
http://www.amu.edu.az
3
“Enactus” - Azərbaycan Respubli-
kası Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə həyata keçirilən sosial
-iqtisadi layihə yarışmasıdır. Hər
il ənənəvi olaraq universitet ko-
mandaları arasında Milli Yarış ke-
çirilir. Yarışmada ölkənin bir çox
universitetləri öz layihələrini təqdim
edir və qalib gələn komanda ölkəni
təmsil etmək üçün Dünya Kubokuna
yollanır.
Universitetimiz ilk komandası 2007-
ci ildə milli seçimdə qalib gələrək
ölkəmizi Nyu-Yorkda, Dünya Kubo-
kunda təmsil etmişdi. 3 illik fasilədən
sonra 2010-cu ildə yenidən qurulan
komandamız, 2011-ci ildə Milli Yarış-
da 3-cü yeri qazandı. Növbəti il isə
eyni komanda Milli Yarışda birincili-
yi əldə edərək 2012-ci ilin 29 sent-
yabr - 2 oktyabr tarixlərində ölkəmizi
ABŞ-ın Vaşinqton şəhərində Dünya
Kubokunda təmsil etmişdi.
Qeyd edək ki, 2015-ci ildə
keçiriləcək Milli Yarışın qalibi Cənubi
Afrika
Respublikasında
(CAR)
Azərbaycanı təmsil edəcək.
Komandaya üzv olmaq üçün
şərtlər:
• İngilis dili biliyi (minimum
intermediate səviyyəsi)
• MS office proqramlarında işləmək
bacarıqları (Word, Power Point,
Excell)
• Natiqlik, səlis danışıq qabiliyyəti
*Arzu olunan bacarıqlar: sosial
fəaliyyət və İT biliklər.
Komandaya üzv olmaq istəyənlər
8 iyun tarixinə qədər CV formaları-
nı və özləri haqqında qısa yazını (və
ya motivasiya məktubunu) sarkhan.
shukur@gmail.com elektron ünvana
göndərə bilərlər.
Daha ətraflı məlumat üçün Tələbə
Həmkarlar İttifaqı Komitəsinin otağı-
na yaxınlaşa bilərsiniz.
ATU-nun rektoru, millət vəkili,
akademik Əhliman Əmiraslanov 2014-
cü ilin bakalavr, magistr və ali tibb
təhsilinin baza tibb təhsili üzrə dövlət
attestasiya komissiyasının rəhbərliyi
və üzvləri ilə görüşüb.
Rektor Ə.Əmiraslanovun attestasiya
komissiyasının sədrləri ilə görüşündə
ATU-nun
prorektorları
və
tədris
şöbəsinin əməkdaşları iştirak ediblər.
160-a yaxın komissiya üzvlərinin iş-
tirak etdiyi digər görüşdə attestasi-
ya imtahanlarının təşkili, qaydaları,
məzunların hazırlıq dərəcəsinin təhsil
standartının tələblərinə uyğunluğunun
kompleks şəkildə qiymətləndirilməsinə
dair müzakirələr aparıldı. Akademik
Əhliman Əmiraslanov dövlət attestasi-
yası nəticələrinə görə məzuna müvafiq
dərəcə və diplomun verilməsi haqqında
qərar çıxarılmasının şəffaflığı, komissiya-
nın işinin nəticələri əsasında mütəxəssis
hazırlığının
təkmilləşdirilməsi
üzrə
tövsiyələrin işlənilməsi haqda müvafiq
göstərişlər verdi.
ATU-nun I müalicə-profilaktika, II
müalicə-pro filaktika, pediatriya və hərbi
tibb fakültələrinin son kurs tələbələri
arasında attestasiya imtahanları adi
üsulla keçirilir. Tibbi profilaktika və tib-
bi biologiya, stomatologiya və əczaçılıq
fakültələrinin məzunları isə kredit siste-
mi ilə təhsil aldıqları üçün test üsulu ilə
kompyuterlə imtahandan keçəcəklər. Bu
zaman Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 1060 saylı 11.09.2008- ci il
tarixili əmri ilə təsdiqlənmiş “Kredit sis-
temi ilə təhsil alan tələbələrin biliyinin
qiymətləndirilməsinin
çoxballı
siste-
mi haqqında müvəqqəti Əsasnamə”də
göstərilən şərtlər əsas götürülür.
Qeyd edək ki, “Təhsil haqqında” Qanuna
uyğun olaraq ali təhsil müəssisələrində
tələbələrin ayrı-ayrı əsas ixtisas fənləri
üzrə yekun və buraxılış yekun dövlət at-
testasiyasından keçirilməsi məcburidir.
Bu, ali təhsil müəssisəsində müvafiq
baza təhsil proqramları üzrə təşkil olun-
muş dövlət attestasiya komissiyaları
tərəfindən həyata keçirilir.
Azərbaycan Tibb Universiteti
(ATU)
Türkiyədən
növbəti
qonaqları qəbul edib. ATU-nun
rektoru, millət vəkili, akademik
Əhliman
Əmiraslanov
tibb
sahəsində nüfuzlu “Elsevier”
və Gemini LTD şirkətlərinin
təmsilçiləri ilə görüşüb.
Akademik
Əhliman
Əmiraslanov
bu
şirkətlərin təqdim etdiyi
xidmətlərin çox faydalı
olduğunu, Azərbaycan
Tibb
Universitetinin
səhiyyə
sahəsindəki
yeniliklərlə daim maraq-
landığını və modern tex-
nologiyaların tətbiqinə
çalışdığını bildirib. Rek-
torun sözlərinə görə,
tibb sahəsində elm
adamlarının tədqiqatlarını daha uğurla
aparması üçün belə proqramların fay-
dası çoxdur.
Gemini Büro sistemləri və Dona-
tım LTD-nin təmsilçisi Özlem Ta-
nırgan təqdim olunan məhsulların
Türkiyədə çox populyar olduğunu,
yerli universitetlərin tibb fakültələrində
istifadə olunduğunu söyləyib.
“Elsevier” ClinicalKeyTM şirkətinin
meneceri Atilla İkinci təqdim olunan
ClinicalKey sağlamlıq araşdırmala-
rına yeni bir yanaşmanı təklif etdiyini
bildirib. Onun sözlərinə görə, təqdim
olunan axtarış sistemi səhiyyənin və
cərrahiyyənin bütün bölmələrini əhatə
edir. Bu proqram həkimlərin işinin
sürətləndirməsi, elm adamlarının daha
dolğun araşdırma aparmasına imkan
yaradır.
ATU-nun
beynəlxalq
əlaqələr
şöbəsinin rəhbəri Rəhimə Qabulova
Tibb Universitetinin klinikalarında artıq
bu cür sistemlərin tətbiq olunduğunu
bildirib. Onun fikrincə, belə proqramlar
tibb işçilərinin, elm adamlarının elekt-
ron qaynaqlara çatmasını daha da
asanlaşdırır.
Qeyd edək ki, qonaqlar Tədris Tera-
pevtik Klinikada “ClinicalKey tibb ba-
zası” mövzusunda təqdimat keçiriblər.
Qeyd olunub ki, “Elsevier” elm və
səhiyyə sahəsində informasiya-tex-
nologiya həllərini təqdim edən ən bö-
yük qurumlardan biridir. Bu şirkətin
təqdim etdiyi ClinicalKey axtarış siste-
mi özündə 2200 jurnal, 25 min adda
kitab, sorğu kitabçalarını birləşdirir.
Gemini Büro sistemləri və Dona-
tım LTD isə universitetlər də daxil
olmaqla bir çox təhsil və səhiyyə
müəssisələrində elektron kitabxana-
lar quraşdırır. Gemini LTD Türkiyədə
UpToDate, MD Consult, Brill Online,
British Standarts Online, Library Press
Display, Beck Online, Duke University
Press, MyiLibrary kimi önəmli yayım-
çıların təmsilçisidir. Bu şirkət 16 ildir
ki, 3M firmasının kitabxanalar üçün
nəzərdə tutulmuş məhsullarının sa-
tışını həyata keçirir. İndiyə kimi 210-
dan artıq kitabxana üçün 3M kitab
təhlükəsizliyi sistemini qurub.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) biologiya
və tibb elmləri bölməsinin
akademik katibi, akademik Əhliman
Əmiraslanovun iştirakı ilə bu
bölmənin ümumi geniş yığıncağı baş
tutub. Toplantıda AMEA Rəyasət
Heyəti üzvləri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ATU-
nun rektoru, akademik Əhliman
Əmiraslanov iclasda “Tibb” ixtisası
üzrə AMEA-nın müxbir üzvlüyünə
keçirilən seçkilər haqqında məlumat
verdi. Ə.Əmiraslanov bu yerlərə Tibb
Universitetindən olan namizədlərin
kimliyini açıqlayaraq bu alimlərin
ATU-nun
Böyük
Elmi
Şurası
tərəfindən dəstəkləndiyini bildir-
di. Tibb Universitetinin rektorunun
sözlərin görə, namizədlər AMEA
tərəfindən yaradılmış xüsusi komissi-
ya tərəfindən qiymətləndiriləcək.
Daha
sonra
AMEA
müxbir
üzvlüyünə Tibb Universitetindən olan
namizədlər çıxış edib özlərinin elmi
fəaliyyəti, əldə etdikləri nailiyyətlərlə
bağlı ətraflı məlumat verdilər.
ATU tərəfindən AMEA biologiya və
tibb elmləri bölməsinə namizədlikləri
dəstəklənən alimlər sırasında ATU-
nun
oftalmologiya
kafedrasının
müdiri, tibb ü.e.d. Paşa Musayev
(Qəlbinur) var. Onun kəşf etdiyi “Ak-
tipol” preparatı bu günə qədər dünya-
da istifadə olunan ən effektli antivirus
dərmanlarından biridir.
Növbəti çıxış edən namizədlər
ATU-nun I cərrahi xəstəlikləri kafed-
rasının müdiri, qaraciyər transplan-
tasiyası, cərrahi və terapevtik hepa-
tologiya, laparoskopik cərrahiyyə,
ümuni və onkoloji cərrahiyyə üzrə
mütəxəssis, professor Nuru Bayra-
mov (Avropa Hepatoloqlar Cəmiyyəti,
Beynəlxalq Qastroenteroloqlar və On-
koloji Cərrahlar Cəmiyyəti və digər
qurumların üzvü, 215 elmi əsərin
müəllifi), ATU-nun histologiya və
embriologiya kafedrasının professo-
ru Habil Muradov (243 elmi işin, 187
elmi məqalənin müəllifi, Elmin İn-
kişaf Fondunun maliyyələşdirdiyi 3
qrant müsabiqəsinin qalibi), ATU-nun
əczaçılıq fakültəsinin dekanı, əczaçılıq
ü.e.d. professor, Prezident yanında Ali
Attestasiya Komissiyasının üzvü Ta-
hir Süleymanov və ATU-nun ağız və
üz-çənə kafedrasının professoru Çin-
giz Rəhimov oldular. Çingiz Rəhimov
elmi-praktik
fəaliyyətinin
əsas
istiqamətləri həmçinin, ağız və üz-
çənə nahiyələrinin şiş xəstəliklərinin
diaqnostika və müalicəsi haqqında da-
nışdı.
Qeyd edək ki, AMEA-nın müxbir
üzvlüyünə olan yerlərin müəy yən-
ləşdirilməsi üçün seçkilərin nəticəsi
gələn ay bəlli olacaq.
Tibb Universitetinin alimləri AMEA-
nın müxbir üzvlüyünə namizəddir
Universitetimizin “Enactus” komandası
üzvlərin qəbulunu elan edir
Attestasiya komissiyasının
sədrləri və üzvləri ilə görüş
Rektor xarici texnologiya
şirkətlərinin nümayəndələrini
qəbul edib
ATU-nun mətbuat xidməti