Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 16 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Aşağıdakı cədvəldə dövlət xətti ilə təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar
əsasında xaricdə təhsilə ayrılmış və icra edilmiş xərclərin təsnifatı illər üzrə müqayisəli şəkildə
verilmişdir:
Cədvəl 5: Xaricdə təhsilin dövlət maliyyələşməsinin dinamikası
Görünür ki, Dövlət Proqramı
çərçivəsində ən çox vəsait
2008-ci ildə ayrılıb, lakin ən
az tələbə sayı həmin ildə
xaricdə təhsil imkanı əldə
edib (188 nəfər, onlardan 114
nəfəri 2008-ci il Dövlət
Proqramı çərçivəsində təhsil
almaq üçün xarici ölkələrə
göndərilmişdir).
Dövlət
proqramları ilə yanaşı 2003-
cü
ildən
etibarən
TəhsilNazirliyi Dünya Bankı Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2014
ilə əməkdaşlıq çəriçivəsində Azərbaycan hökumətinin də maliyyələşdirdiyi tədrisin keyfiyyətinin
və təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılması məqsədilə Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihəni həyata keçirmişdir.
Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında
Təhsil sektorunda islahatların icrası prosesində müxtəlif dövlət proqramları və layihələr həyata
keçirilir. 2005-ci ildən başlayaraq Təhsil Nazirliyi vasitəsilə aşağıdakı dövlət proqramlarının
icrasına başlanıb. Bu istiqamətdə həyata keçirilən Dövlət Proqramlarına aşağıdakılar aiddir:
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı;
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər);
2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində
pedoqoji kadr təminatı üzrə inkişaf proqramı;
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər);
2008-2012-ci
illərdə
Azərbaycan
Respublikasında
təhsil
sisteminin
informasiyalaşdırılması üzrə dövlət proqramı;
Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007-
2010-cu illər);
Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-
2012-ci illər);
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 17 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqram.
Təhsil Nazirliyi beynəlxalq təşkilatlardan əsasən Dünya Bankı ilə 1998-ci ildən etibarən müxtəlif
layihələr həyata keçirir. Həmin layihələr:
Təhsil Sektorunun İnkişafı layihəsi;
Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi (2009-2014).
Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə maliyyə əməkdaşlığı
Təhsil Nazirliyi 1998-ci ildən etibarən təhsil sektorunun inkişaf proqramlarının icrası üçün
Dünya Bankı ilə əməkdaşlıq edir. O cümlədən, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin İcma
İnkişaf Fəaliyyəti proqramı çərçivəsində bir neçə regionda yeni məktəb tikintisi və bərpası kimi
işlər həyata keçirilib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, məktəblərin bərpası, yenidən
tikintisi kimi işlərin böyük bir qismi Heydər Əliyev adına Fond və Prezidentin Ehtiyyat
Fondundan ayrılan vəsaitlər hesabına həyata keçirilir. Lakin, Azərbaycanda məktəblərlərin qeyri-
hökümət təşkilatları (QHT) ilə əməkdaşlığı aşağı səviyyədədir. Münasibətlərin zəif olmasının
obyektiv və subyekti səbəbləri var. Belə ki, bəzən regionlarda ya QHT mövcud deyil və yaxud
Ədliyyə Nazirliyində qeydiyyatının olmasına baxmayaraq fəaliyyət göstərməyən QHT-lər var.
Başqa bir məsələ isə, bu cür əməkdaşlıq prinsiplərinin mövcud olmamasıdır. Avropa İttifaqına
ən son qoşulan dövlətlərdən biri olan Bolqarıstan təhsil sahəsində islahatlar təcrübəsinə baxsaq,
orada QHT-lərlə əməkdaşlığın yaradılmasını təmin edən layihələrin icraı olmuşdur. Digər
tərəfdən, QHt-lərlə əməkdaşlığı hətta məktəb rəhbərləri belə yüksək qiymətləndirmir. Halbuki bu
əməkdaşlıq uğurlu ola bilər. Çünki QHt-lər məktəblərin yerli səviyyədə problemlərin həll
edilməsində köməklik göstərə bilər.
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası Azərbaycan Respublikası prezidentinin 24 oktyabr
2013-cü il Sərəncamı ilə təsdiq edilib. Strategiyanın qəbul edilməsində əsas məqsəd
Azərbaycanda təhsil sahəsindəki mövcud problemlərin mərhələli şəkildə həll edilməsi və təhsilin
hazırki səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Təhsil sahəsindəki bir çox
problemlər və disproporsiya təhsil strategiyasında daha önə çəkilib. Belə ki, qəbul edilən
strategiyada bildirilir ki, hazırda ölkənin ali təhsil məktəblərində oxuyan tələbələrinin yalnız
1.2%-nin kənd təsərrüfatı üzrə ixtisasıları seçib. Halbuki, ölkəmizdə bu sektorun peşəkar
kadrlara ehtiyac kifayət qədərdir. Digər tərəfdən 25-34 yaş arasında olan ali təhsilli gənclərin
67%-i dövlət sektorunda çalışır (Mənbə.
President.az
saytı). Demək ki, bu kateqoriya uzrə əmək
qabiliyyətli kadrların ən yaxşı halda cəmi 33%-i özəl sektorda çalışır.
Göründüyü kimi Azərbaycan təhsilinin insan kapitalının inkişafında aparıcı olması istiqamətində
hərtərəfli tədbirlərin həyata keçirilməsinə və təhsilin keyfiyyətinin Avropa standartlarına
uyğunlaşdırılmasına mütləq tələb var. Bu məqsədlə təhsildə idarəetmə sisteminin dəyişdirilməsi,
bu sahəyə uyğun kadr potensialının inkişaf etdirilməsi və müəllim nüfuzunun, müəllimlərə
ictimai inamın artırılması vacib amillərdəndir.
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 18 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Sadalanan problemlərin həlli məqsədi ilə Strategiya Azərbaycanda daim inkişaf edən, peşəkar
müəllim və təhsil menecerlərinə malik,müasir infrastrukturla təmin edilmiş rəqabət qabiliyyətli
təhsil sisteminin yaradılmasına istiqamətlənmişbeş əsas istiqamətdə hərtərəfli tədbirləri nəzərdə
tutur. Bu tədbirlər həmçinin, təhsil sektorun inkişaf etdirilməsi istiqaətində Azərbaycan
Respublkası prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının gərəyi hesab edilməlidir. Təhsil Strategiyası
aşağıdakı inkişaf istiqamətləri əksini tapıb:
1. Bacarıqlara əsaslanan təhsil məzmununun yaradılması;
2. İnnovativ təlim üsulları və texnologiyalarından istifadə yolu ilətəhsilalanların fərdi
xüsusiyyətlərini nəzərə alan təhsilin məzmununun effektiv qavranılmasını təmin edəcək yüksək
səviyyəli kadrların formalaşdırılması;
3. Dövlət və cəmiyyət və dövlət-biznes partnyorluğuna əsaslanan təhsil və onun yeni idarəetmə
sisteminin formalaşdırılması. Cavabdehlik, şəffaflıq və səmərəlilik yeni idarəetmə sisteminin əsas
kriteriyaları hesab edilməlidir;
4. Ömür boyu təhsili əhatə edən təhsil infrastrukturunun yaradılması;
5. Təhsildə dayanıqlı, eyni zamanda şaxələndirilmiş mənbələrə söykənən yeni maliyyələşdirmə
mexanizminin yaradılması.
Strategiya müəyyən edilmiş istiqamətlər üzrə aşağıdakı tədbirləri həyata keçirilməsini və
hədəfləri nəzərdə tutur.
1.
Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
Strategiyanın bu bəndi məktəbəqədər yaş dövrü üçün standartlara cavab verə biləcək
kurikulumların hazırlanması, uşaqların fiziki və əqli inkişafının təmini, onların məxsusi
qabiliyyətlərinin üzə çıxarılması, davranış qaydaları təbliğ edən bilik sisteminin
formalaşdırılması, bu istiqamətdə işlərin aparılmasına dəstək ola bilən pedoğoji heyətin
yaradılması, yeni sistemə uyğun “Səriştəli valideyin” proqramının hazırlanması, 12 illik ümumi
təhsil sisteminə keçidin təmin olunması və kurikulumların o cümlədən, dərsliklərin buna
uyğunlaşdırılması, istedadlı uşaqlar üçün xüsusi yanaşmanın tətbiqi, xüsusi qayğıya ehtiyacı
olanlar üçün təlim proqramlarının hazırlanması, cəmiyyətin tələbatına uyğun peşə-ixtisas təhsil
proqramlarının tətbiqi, ali təhsil müəssisələrinin hərtərəfli inkişafı və təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsi istiqamətində işlərin aparılması, ixtisaslar üzrə müasir standartların
hazırlanması və bu zaman qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, ali təhsil məzmununun tətbiqi
sahəsində müstəqilliyin təmini və s. kimi fəaliyyətlərin icrasını tələb edir.
2.
Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və
texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən
yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
İkinci bənd daha çox pedoqoji fəaliyyətlə məşğul olanların peşəkarlıq və həmdə sosial
vəziyyətinin inkişaf etdirilməsinə həsr edilib. Bu istiqamətdə tədbirlər təhsilverənlərin peşəkarlıq
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 19 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
səviyyəsində inkişafın daimiliyinin təmin edilməsi,təhsilin bütün pillərində təhsilverənlər üçün
təhsilalanların fərdi inkişafına yönələn, innovativ təlim resursların hazırlanması,təhsil müəssiləri
səviyyəsindəmüəllimlərin tədrisdən ayrılmadan peşəkarlığını artırılması üzrə sınaqdan keçirilmiş
innovativ modellərin tətbiqi,pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər
sisteminin formalaşdırılması, yenilənmiş proqramlara və informasiya-kommunikasiya
texnologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin
hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması,“Müəllim nüfuzunun” artırılması
və onlara ictimai inamın bərpası istiqamətində dövlət siyasətinin aparılması,nəticə əsaslı
diferensiallaşdırılmış,
əmək
bazarında
rəqabətqabiliyyətli
əmək
haqqı
sisteminin
yaradılması,müəllim fəaliyyətinin stimullaşdırılması üzrə modelin tətbiqi,müəllim hazırlığı
sistemində internatura modelinin tətbiq edilməsi, kurikulumdan kənar məşğulliyyətin təşkili
mexanizmlərinin fərdi inkişafa uyğun hazırlanması kimi məqamlar üzərində dayanır.
3.
Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik,
dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan idarəetmə
sisteminin formalaşdırılması.
Növbəti illərdə dövlət –cəmiyyət və dövlət-biznes əməkdaşlığına əsaslanan və 12 illik təhsil
sisteminin formalaşdırılması əsas məqsədlərdən olacaq. Bir illik məktəbə hazırlıq artıq məcburi
olacaq. Digər tərəfdən, məktəbəqədər təhsil ölkə üzrə ümumi uşaqların 90%-ni əhatə etməli,10
illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçid təmin edilməlidir.
Həmçinin dövlətin təhsildəki rolunun beynəlxalq prinsiplərə uyğunlaşdırılması, tənzimləmə və
idarəetməni icra edən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq
təcrübəyə uyğun yenidən müəyyənləşdirilməsi, müasir təhsil akkreditasiya sisteminin
yaradılması,təhsil müəssisələrində şəffaf idarəetmə modelinin formalaşdırılması,xarici və daxili
qiymətləndirmə mexanizmlərinin yaradılması kimi bir sıra hədəflərə nail olmağı planlaşdırır.
Sadaldığımız məsələlərlə yanaşı Strategiya ömür boyu təhsilin təmini məqsədi ilə infrastrukturun
yaradılması, təhsilə ayrılan maliyyənin ÜDM-dəki payının 5-6%-ə çatdırılması, təhsil
müəssisələrinin maliyyələşməsini bir təhsilalana hesablanmış xərc üzrə aparılması,təhsil
müəssisələrində
özünümaliyyələşdirmənin
təşviqi
və ödənişli təhsil xidmətlərinin
göstərilməsinin dəstəklənməsini,büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin
İnkişafı Fondunun yaradılmasını, ali təhsil müəssisələrində məqsədli kapital fondlarının
yaradılmasını, müəllimlərin maddi motivasiyası, onların illik əmək haqqının adambaşına düşən
ÜDM-ə nisbətinin mərhələli şəkildə 1,8–2 dəfəyədək artırılması,tam orta təhsildə bir şagirdə
düşən illik xərclərin adambaşına düşən ÜDM-ə nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması
kimi məqsədlər də müəyyən edir.
Aparılan qısa təhlili deməyə əsas verir ki, yaxın 10 ildə sektorun təməl problemlərinin həlli
Təhsil Strategiyasının əsas tələbidir. Bu zaman problemlərin həllinə hərtərəfli yanaşma ortaya
qoyulmalı və təhsilin keyfiyyəti və təhsildə şəffaflıq əsas qiymətləndirmə indikatoruna
çevrilməlidir.
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 20 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Təhsilin keyfiyyəti və qiymətləndirmə
Təbii ki, bu günə qədər təhsil sahəsində aparılan islahatlar nəticəsi olaraq müəyyən nailiyyətlər
əldə edilib. Belə ki, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı Hesabatında
Azərbaycan 2005-ci illə müqayisədə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə
yüksələrək “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olub.Müxtəlif
istiqamətlərdə islahatların həyata keçirilməsinə baxmayaraq ölkəmizdə təhsilin keyfiyyətində
ciddi problemlər qalmaqdadır. Məhz bu səbəbdən dünya üzrə ali təhsil ocaqlarının reytinq
sıralamasında ölkəmiz zəif şəkildə təmsil olunur. Məsələn, ABŞ-ın QuacquarelliSymonds
şirkətinin hər il tərtib etdiyi dünyanın 3000 ali təhsil müəssisəsinin reytin siyahısında
Azərbaycanın cəmi 3 univeristeti yer alıb. Xəzər Universiteti 651-ci, Qafqaz Universiteti 700-cü,
Bakı Dövlət Unversiteti isə 701-ci yerdə qərarlaşıb. Buradan çıxarılan digər nəticə isə odur ki,
özəl təhsil müəsisələri daha rəqabət qabiliyyətli olur. Demək ki, təhsilin keyfiyyətinin
artırılmasında özəl sektorun aktivliyini stimullaşdırmaq sektorun inkişafı üçün səmərəli ola bilər.
Ümumiyyətlə isə təhsil xərcləri və təhsilin keyfiyyəti arasında mütənasibliyin təmin edilməsi
əsas problemlərdir. Çünki, aparılan tədqiqatlar göstərir ki, təhsil xərclərinin dəfələrlə
artırılmasına baxmayaraq təhsilin keyfiyyətində ciddi dəyişiklik baş verməyib. Məhz bu
səbəbdəndir ki, yeni strategiya bu sahədəki çatışmamazlıqları aradan qaldırmaq üçün təhsil
müəssisələrinin maliyyələşdirilməsində keyfiyyət indikatorundan istifadəni də tələb olaraq irəli
sürür.
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 21 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Xülasə
Xülasədə təhsilin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyət bu araşdırmanın əsas istiqaməti
olaraq müəyyən edilib. İlk öncə elm və təhsilin ölkənin inkişafında əhəmiyyəti vurğulanıb və
ölkələr üzrə həyata keçirilən təhsil siyasətinin insan kapitalının formalaşdırılmasındakı
əhəmiyyətinə toxunulub. Daha sonra isə təhsil iqtisadiyyatı, onun maliyyə mənbələri, təhsil
xərcləri, dövlət büdcəsinin təhsil xərclərinin strukturu ayrı-ayrılıqda gözdən keçirilib. Təhsil
sistemi maliyyələşmə mənbələrinə uyğun olaraq bir neçə yerə ayrıldığı və bunların dövlət, özəl,
beynəlxalq və qarışıq maliyyələşmə olaraq klassifikasiyası aparılıb. Xüsusilə bu istiqamətdə
dövlət xərclərinə diqqət ayrılıb ki, buna səbəb dünyada, o cümlədən Azərbaycanda təhsil
sektorunun daha çox dövlət tərəfindən maliyyələşməsidir. Beləki, ölkəmizdə təhsilin bütün
pillələrində vətəndaşlara ödənişsiz təhsil alma imkanı yaradılıb. Təhsil xərcləri dövlət
büdcəsində nəzərəçarpacaq həcmə sahibdir və hər yeni ildə bu istiqamətdə dövlət xərcləri
artırılır. Buna baxmayaraq xərcləmələrin böyük bir qismi infrastrukturun yenilənməsinə sərf
edildiyindən bu sektorda digər istiqamətlərdə xüsusilə əməkhaqqı məsələsində problemlər
qalmaqda və təhsilin keyfiyyətinin müasir standartlara cavab vermədiyi hiss edilməkdədir.
Ümumiyyətlə isə, tədqiqat zamanı təhsil sektorunda dövlət maliyyəsinin illər üzrə dinamikası,
büdcənin təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi, ümumi büdcə xərcləmələrində xüsusi çəkisi,
illər üzrə təhsil xərclərindəki artım, xərclərin istiqamətləri, bu sektorda əməkhaqqlarındakı
artımın illər üzrə dəyişməsi, təhsil pillələrinin maliyyələşməsinə ayrılan xərclər, ali təhsil
xərclərinin adambaşına ÜDM-ə olan nisbəti, investisiya xərcləri və s. kimi iqtisadi parametrlər
üzrə təhlil aparılıb. Tədqiqat zamanı məlum olub ki, son 10 ildə büdcənin təhsil xərclərinin
artırılmasına baxmayaraq bu artım tempi ümumi iqtisadi böyümənin tempi ilə uyğun olmayıb və
nəticədə təhsil xərclərinin ÜDM-dəki xüsusi çəkisi 1999-cu ildə 4.2% olduğu halda 2011-ci ildə
2.5%-dək azalıb. Hazırda isə bu göstərici 2.8%-ə bərabərdir. Digər tərəfdən büdcənin təhsil
xərclərinin büdcənin ümumi xərclərindəki xüsusi çəkisi 2005-ci ildə 17.4% oduğu halda, 2013-
cü ildə 7.7%-dək azalıb. Lakin, qeyd etdiyimiz azalmalara baxmayaraq büdcədən təhsil məqsədi
ilə ayrılan xərclər 2005-ci illə müqayisədə 2013-cü ildə təxminən 4 dəfə artıb. Həmçinin,
tədqiqat zamanı o da müəyyən edilib ki, son illər təhsil xərclərinin əhəmiyyətli bir qismi
infrastrukturun yenilənməsinə yönəldilib. Beləki, baxmayaraq ki, son 9 il ərzində təhsilə ayrılan
xərclər 4 dəfə artıb, bu müddətdə təhsilə investisiyanın həcmi 60 dəfədən çox artırılıb. Bunun
müqabilində təhsil işçilərinin əməkhaqqı isə cəmi 4 dəfə artıb. Yeri gəlmişkən qeyd edək ki,
təhsil işçilərinin orta aylıq əməkhaqqının həcminin digər sektorlara nisbətən daha az olması artıq
tendensiya halını alıb. Bu hal isə ölkədə təhsilin keyfiyyətinin az olmasına səbəb olan əsas amil
hesab edilir. Tədqiqat zamanı təhsil sektorunda həyata keçirilən bir sıra pilot layihələr gözdən
keçirilib və bu layihələrin əhəmiyyəti qısaca olaraq izah edilib. Həmçinin, təhsil sektorunda
bundan sonra aparılacaq islahatların mənzərəsini təsəvvür etmək məqsədi ilə yenicə qəbul
edilmiş Təhsil Strategiyası təhlil edilib. Bu zaman strategiyanın ortaya qoyduğu problemlər və
bu problemlərin həlli məqsədi ilə növbəti illərdə həyata keçiriləcək təhsil islahatlarının konturları
müəyyənləşdirilib.
Dostları ilə paylaş: |