Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
26
zəbt etmək fikrində idi. Baş vermiş hadisə haqqında məlumat İsfahana çatdırıldı və ığtişaşın
genişlənməsinin qarşısını almaq üçün1631-ci ildə Davud xan tutduğu vəzifədən azad edildi,
Qarabağ əyalətinə Məhəmmədqulu xan Ziyadoğlu Qacarın hakim təyin edilməsi barədə buy-
ruq verildi. O cümlədən, Kartli və Kaxetin idarə olunması da Bəkrat xanın qardaşı və Luarsab
xanın nəvəsi Larsab qullarağası Rüstəm xan adı ilə tanınan Xosrov xana verildi. Bununla
yanaşı, Gürcüstan əyanlarına da ona tabe olmaları barədə hökm göndərildi və Sipəhsalar
Rüstəm xanın başçılığı altında ordu göndərilməsi də qərara alındı. Ancaq bu zaman Təhmuraz
xan və Davud xan Gürcüstandan qoşun toplayıb Qarabağa gəlmişdilər (5, 114). Davud xan
Fars hakimi olan qardaşı İmamqulu xana arxalanırdı. Hesab edirdi ki, bütün Fars, Bəhreyn,
Lar, Hörmüz, Xuzistan, Ərəbistan, Həvizə faktiki olaraq İmamqulu xanın olub, bu əyalətlərin
30 mindən ibarət qoşunu da onun sərəncamındadır. Həm də belə düşünürdü ki, İmamqulu xa-
nın özünü Səfəvi soyundan hesab edən və hakimiyyət iddiasında olan böyük oğlu Səfiqulu xa-
nın adına xütbə oxunub sikkə zərb ediləcək (5,115). Davud xan hətta Şirvan, Çuxur-Səəd və
Ağısqaya məktub göndərib ona tabe olmalarını da təklif etmişdi. Onlar da bu məktubu şaha
göndərmişdilər (5, 115). Bu səbəblərlə əlaqədar olaraq İmamqulu xan mərkəzə çağrıldı. O,
çox pərişan olub mərkəzə getməkdən çəkinmiş, oğlu Səfiqulu xanı göndərmiş, ancaq bir qədər
sonra özü də gəlməyə məcbur olmuşdu (5, 115). İmamqulu xanın Səfiqulu xan, Fətəli xan,
Əliqulu bəy adlı oğullarının üçü də edam edildi. İmamqulu xanın özünün qətli isə kürəkəni
eşikağası Kəlbəli bəy və Əliqulu bəyə tapşırıldı (5, 116). Onlar dərhal İmamqulu xanı İsfahan-
dakı evindən bayıra çıxarıb qətl etdilər. Şah eşikağası Uğurlu xan Şamlını və vəzir Mirzə
Möhsünu Fars əyalətinə göndərdi. Birinciyə Fars əyalət hakimiyyətinə nəzarəti ələ almaq,
Mirzə Möhsünə isə İmamqulu xanın buradakı əmlakını müsadirə etmək tapşırılmışdı. Bir
qədər sonra Uğurlu xan geri çağrıldı və Kuhgiluyə əyalətinə Nağdi xan Şamlı, Lara Kəlbəli
bəy hakim göndərildilər. Bəhram bəy Ustaclı isə Sistan hakimi, Bərxudar sultan Zülqədər də
Hörmüz hakimi oldular. Davud xan və Təhmuraz xan Qarabağı tərk edib Gürcüstana doğru
hərəkət edərkən Məhəmmədqulu xan Gəncəyə çatıb burada hakimiyyəti ələ aldı (5,117).
Sipəhsalar Rüstəm xan, Molla Kamal, qullarağası Rüstəm bəy də güclü ordu ilə Tiflis şəhərinə
daxil oldular. Təhmuraz bu xəbəri eşidib Davud xanla Başıaçığa qaçsa da, Başıaçığın sərhəd-
dində Rüstəm xanın ordusu onlara çatıb əsgərlərinin çoxunu qətl edilər və xeyli əsir ələ keçi-
rərək geri, Kaxetə qayıdıb vilayətin idarəsini qullarağası Rüstəm bəyə tapşırdı. Alvar və Qori
qalalarında tikinti-təmir işləri aparılıb daha da möhkəmləndirildi. Qoridə on iki top yerləş-
dirib, qalaya Səfiabad adı verildi. Sipəhsalar Rüstəm xanın başçılıq etdiyi ordu Şahın əmri ilə
h.1043-cü ildə Gürcüstandan Vana doğru yola düşdü (4,87).
Baş vəzir Xosrov paşa h.1043-cü (m.1633) ildə Səfəvi sarayına elçisi ilə göndərdiyi
məktubda Sultanın Şahla sülh və dostluq sazişi bağlamaq fikrində olduğu bildirilirdi. Buna
cavab olaraq Şah da Cani bəyi həmin elçi ilə Xosrov paşanın yanına göndərərək sülh sazişinin
şərtlərini müəyyənləşdirmək tapşırığı vermişdi.Cani bəy Xosrov paşanın ordugahına çatana
kimi o, Hafiz Əhməd Paşanın təhriki ilə öldürüldü. Sərhəd paşaları səfirin gəlməsi barədə Ali
Osmanlı sarayına məlumat çatdırdılar. O, əmrə əsasən İstanbula getdi. İstanbulda Xosrov pa-
şanın yerinə baş vəzir olmuş Hafiz Əhməd paşailə görüşüb danışıqlar apardı. Ancaq Səfəvi
elçisi Xosrov paşanın yanına göndərildiyi, Şahdan Sultana məktub gətirmədiyi üçün Hafiz
Əhməd paşaonun Sultanla görüşməsini məsləhət bilmədi (5, 131).
H.1043-cü ildə Tiflisdə olan sipəhsalar Rüstəm xan Gürcüstanın döyüş sursatını, ərzaq
ehtiyatını qeydiyyata alaraq, Qori və Aladerd qalasında yerləşdirdi, qalalarda tikinti-bərpa
işləri görərək, onları möhkəmləndirdi. Mərkəzdən göndərilən buyruğa əsasən vilayət Səlim
xan Şəmsəddinliyə tapşırıldı. Şəmsəddinli əmirləri, əsgərləri Azərbaycan mahalında yurt və
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
27
məqamları olan Silsüpür, Şahsevən, Şamlı, Əfşarın bir çox obaları da Kaxetə göndərildilər.
Onlar Gürcüstanda yerləşibsabitlik yaratmalı, Van istiqamətindən Naxçıvan və Şərur tərəfə
qarət məqsədi ilə yürüşlər edib sərhəd münaqişəsi törədən kürdlərin də qarşısını almalı idilər.
Gürcüstandakı ixtişaşlara son qoyulub sabitlik yaradıldıqdan sonra Rüstəm xanın ordusuna
Vanın tutulması tapşırılmışdı (5, 134).
Qızılbaş ordusu Vanı tutmaq üçün hərəkət etdikdə Diyarbəkr bəylərbəyi Murtuza paşa
Kəffə, Maraş, Qaramana adamlar göndərdi və sancaq bəyilərdən güclü qoşun səfərbər etdi.
Ərzurum bəylərbəyi Xəlil paşanın 15000 nəfər əsgərdən ibarət olan ordusu da Murtuza paşa
ilə birləşdi. Onlar 40000-lik ordu ilə Vana doğru hərəkət etdilər (5, 137).
Bu zaman Van sərhəddindəki qızılbaş qoşununun ümumi sayı 10-15 mindən çox deyildi.
Osmanlı paşalarının böyük ordu ilə hücumu və sərhəddəki vəziyyət barədə xəbər Səfəvi
sarayına çatdırıldı. Dərhal Çuxur-Səəd bəylərbəyi Təhmasibqulu xana öz üməra-ye tabinləri
və 3-4 mindən ibarət qoşunu ilə hərəkət edib əsas ordu ilə birləşmək haqqında göstəriş verildi.
Eşikağasıbaşı Uğurlu xan Şamlının sərancamında olan bacarıqlı gənclər, qulam və qorçular-
dan ibarət 10000 nəfərlik qoşuna, həmçinin Urmiya hakimi Kəlbəli xan Əfşarın alayına da
əsas ordu ilə birləşmək tapşırıldı. Lakin onlar Vana çatana qədər artıq Osmanlı ordusu qalaya
yaxınlaşmış və burada olan qızılbaş ordusu isə mühasirəni nizamla təşkil etmədiyindən onların
arasında pərakəndəlik yaranmışdı. Çağırılmış hərbi müşavirədə qəbul edilən qərara əsasən
ayrı-ayrı qızılbaş dəstələri birləşib şəhərin yarım fərsəngində yerləşdilər. Qızılbaşəmirləri
yenidən toplaşıb döyüşə girmək barədə qərar qəbul etdilər və bu barədə sipəhsalara məlumat
verdilər. Sipəhsalar onların rəyi ilə razılaşıb döyüşə başlamalarına icazə verdi (5,138). Osman-
lının top, tüfənglə təchiz edilmiş ordusu müşavirənin növbəti günü qalaya çatıb dayandılar.
Qarşı tərəfin ordusu sipahsalar və əmirlər sağ, sol cinah ordularını döyüşə hazır vəziyyətə gə-
tirmişdilər. Osmanlıların sağ cinah ordusu hücuma başladı. Bu zaman başda minbaşı Mir
Fəttah olmaqla İsfahan tüfəngçiləri, qızılbaş dəstəsi, qulamlardan ibarət olan sol cinah ordusu
çox böyük qəhrəmanlıq göstərdilər. Osmanlılar az da olsa itki verdilər (5, 139). Qullarağası
Rüstəm xan da öz hərbi dəstəsi ilə qalaya çatıb döyüşə girdi. Xəlil paşa Diyarbəkrə dönməyə
məcbur oldu. Qızılbaş ordusu günlərlə davam edən müharibədə qalanı ələ keçirdilər. Qızılbaş-
lar qalada tüfəngçilər dəstəsi və xeyli hərbi sursat yerləşdirdikdən sonra qış soyuqları başla-
yınca Təbrizə doğru geri döndülər (5, 140; 3, 88).
H.1044-cü ildə Çuxur-Səəd bəylərbəyi və İrəvan əmir əl-ümərası Təhmasib qulu xanın
gizli xəbər gətirənləri Osmanlı Sultanı IV Muradın Üsküdardan güclü ordu Səfəvi sərhəddinə
doğru hərəkət etməsi barədə məlumat əldə etmişdilər. Bağdad əmir əl-ümərası Bektaş xan da
Osmanlı sərdarının Hilləyə hərbi yürüş barədə göstəriş verməsi haqqında məlumatı mərkəzə
çatdırmışdı (5, 156). Şah Səfi dərhal hərbi səfərbərlik keçirib müharibəyə hazırlaşmaq və la-
zım olduqda gözləmədən hərəkət etmək haqqında vilayət hakimlərinə tapşırıq verdi (5,156).
H.1044-cü ildə Dadyan vilayətinin valisi Ləvənd xan bacısı Titifalini Rüstəm xana ni-
şanlayıb sədaqətli bəndə zümrəsinə daxil olub dövlətə sığındıqda, Başıaçıq hakimi Təhmu-
razla ittifaqa girib bu nigah müqaviləsini pozmaq üçün Dadyana hücum etməyi qərara aldılar.
Rüstəm xan bu hadisədən xəbərdar olduqda dərhal Qarabağ, Şirvan və Kartli əmirləri ilə
birlikdə bu fitnəni dəf etmək üçün Başıaçığın əsas dayaq məntəqəsi Altunqalaya hərəkət etdi.
Bu zaman Ərdəhan hakimi Səfər paşanın Başıaçığa kömək üçün göndərdiyi ordu da gəlib
çatmış və ilk döyüş əməliyyatında Rüstəm xanın qoşunu pərişan olsa da, döyüşün sonrakı ge-
dişində qələbə çalmışdılar. Dadyan ordusu da döyüşə girdikdən sonra əks tərəfin bir çox
sərkərdəsi, 2-3 min əsgəri öldürüldü. Qələbədən sonra Ləvənd xan bacısını yaxınları və müha-
fizə dəstəsi ilə Rüstəm xanın ordugahına yola saldı. Ona fəxri xələt və yüyəni, yəhəri qızılla