Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
24
vam etdirilməməsi və Osmanlı ordusunun tezliklə geriyə qayıdacağı göstərilirdi. Şah tərəfin-
dən Osmanlı sərdarına cavab məktubu göndərildi. Ancaq Xosrov paşanın yazdıqlarının hiylə
ola biləcəyindən ehtiyat edilərək divan bəyi Rüstəm bəyin başçılığı altında Bağdada ordu
göndərildi (5, 52; 3, 240).
“Zeyl-i tarixi alamarayi Abbasi”nin verdiyi məlumatlardan aydın olur ki, I Şah Səfi Xos-
rov paşanın əsil məqsədini dəqiq müəyyənləşdirə bilmişdi. H.1040-cı (m.1631) ilin rəbiol
əvvəl ayının səkkizində Xosrov paşanın ordusu Bağdada yaxınlaşıb şəhəri mühasirəyə aldı.
Mosuldakı toplar da gətirildi və ən təcrübəli firəng topçuları da qalanın mühasirəsinə cəlb
edildi (5, 53). Top və badliclərdən fasiləsiz atılan atəş nəticəsində qalanın bir neçə bürcü da-
ğılsa da, ətrafındakı xəndəklər torpaqla doldurulsa da, hücumların qarşısı müdafiəçilər tərəfin-
dən alınırdı (5, 54). Osmanlı ordusunun 400-500 nəfər cəsur əsgərdən ibarət dəstəsi müdafiə
xəttini yarıb qalaya daxil olaraq bura öz bayraqlarını sanca bilsələr də, öz mövqelərini möh-
kəmləndirə bilmədilər. Bağdad hakimi Səfiqulu xan onları qaladan vurub şıxardı. Şahın qərar-
gahı osmanlıların Bağdada hücum edəcəklərini vaxtında müəyyən etmişdilər. Elə buna görə də
onların ilk zərbələrinin qarşısını alıb qələbə çaldılar. Bu qələbədən sonra Səfiqulu xan vəfat
etdi və onun yerinə Bektaş xan Bağdad hakimi təyin edildi (6,66-67).
Xosrov paşa Bağdadı fəth edə bilmədi. Bundan sonra o, Xəlil paşanı bir neçə sancaq
bəyi, böyük əmir və paşalarla Fərat çayı sahilindəki Hilləni ələ keçirmək üçün göndərib, özü
də Mosul istiqamətində hərəkət etdi. Ancaq burada qızılbaş ordusunun yaxında olmasından
ehtiyatlanaraq Diyarbəkrə doğru geri çəkilməyə məcbur oldu (5, 56).
Bağdad ətrafında itki verib geri çəkilən osmanlı ordusunun çoxu Şəhrizur qalasına daxil
olduğdan sonra qala təmir edilib möhkəmləndirildi. Şah Səfi qalada tikinti-təmir işləri başa
çatmamış tüfəngçi ağası Zaman bəyin başçılığı altında ora qoşun göndərmişdi. Qala uğrunda
döyüşdə Zaman bəy öldürüldü. Vəzifəsi oğlu Hüseyn xana tapşırıldı. Bu zaman Xosrov paşa
Hillə qalasını da təmir etdirmiş və burada 10-12 min nəfər əsgər yerləşdirmişdi. Hillə qalası-
nın osmanlılardan geri alınması Rüstəm bəyə həvalə edilmiıdi (4,83). Rüstəm bəy əmri uğurla
yerinə yetirərək Hilləni ələ keçirmişdi. O, bu qələbədən sonra sipəhsalar-Səfəvi ordusunun baş
komandanı vəzifəsinə təyin edilmişdi (4,84).
Osmanlı dövləti ilə sərhəd münaqişələrinin davam etməsi Səfəvi imperiyasının əsgəri
gücünü tükəndirir, iqtisadi həyata dağıdıcı təsirlər göstərir, beynəlxalq ticarət yollarında təh-
lükəsizliyi pozur, beynəlxalq iqtisadi əlaqələrini zəiflədir, büdcənin gəlir qaynaqlarına mənfi
təsirlər göstərib onun mədaxilini getdikcə azaldırdı. I Şah Səfi Osmanlı dövləti ilə münaqişə
və müharibə davam etdikcə imperiya daxilində baş qaldıran mərkəzdənqaçma hərəkatlarının,
özbəklərin Xorasana qarət məqsədi ilə təşkil etdikləri hücumların qarşısını da ala bilmirdi. O,
bu səbəblərə görə bütün imkanlarından istifadə edib Osmanlı dövləti ilə sülh və dostluq müna-
sibətləri yaratmağa çalışırdı. "Zeyl-i tarix-ialamara-yi Abbasi" də bu barədə ətraflı məlumata
təsadüf edilir. Mənbədə göstərilir ki, Səfəvi ordusunun Hillə və Şəhruzur savaşında əsir götür-
düyü 2000 nəfər Osmanlı əsgərini I Şah Səfi Allaha bağışlayıb azad etmiş və vətənlərinə dön-
məyə icazə vermişdi. Bu xəbər İstanbulda Ali Osmanlı dövlət xadimlərinə çatdıqda onlar
Ağıskada əsir götürülmüş Şəmsi xana yüksək ehtiram göstərib, Diyarbəkrə sərdar Xosrov
paşanın yanına göndərdilər ki, burada sabiq Axıska hakimi Səlim xanla birlikdə həbsxanada
olan bir neçə nəfər qızılbaşı da azad edib, Qızılbaş ölkəsinə yola salsın. Xosrov paşa da onları
azad edib hörmət və izzətlə mötəbər bir çavuşla vətənlərinə yola saldı. Çavuşla göndərilən
məktubda şahın xeyirxahlıq və səmimiyyətindən, həm də barışıqdan bəhs edilirdi. Buna cavab
olaraq Səfəvi ölkəsində əsir olan Əli paşa, Zülqədər paşa ilə birlikdə 29 nəfərdən ibarət Os-
manlı əsilzadəsi ilə azad edilib həmin çavuşla göndərildi. Elçilik mübadiləsinin qaydalarına
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
25
əməl edilərək cavab məktubu hazırlandı və söhbət yasovulu Cani bəy elçi təyin edilərək,
onunla Xosrov paşaya göndərildi. Məktubda qarşı tərəfin sədaqət və dostluq tərəfdarı olması-
nın müsəlman qanının tökülməsinin qarşısının alınmasında muhüm rol oynayacağına xüsusi
yer verilirdi (5,82,83).
“Alamara-yi Abbasi”də göstərilir ki, Qarabağ bəylərbəyi Məhəmmədqulu xan Ziyadoğlu
Qacar səhvə yol verib Qarabağa 1627-ci ildə Təhmuraz xanın başçılığı altında daxil olmuş
gürcü qarətçilərinin qarşısını ala bilmədiyinə görə tutduğu vəzifədən azad edilmiş, onun yerinə
Allahverdi xanın oğlu Davud xan qarabağ bəylərbəyi təyin edilmişdi. Qarabağ qoşunu və
Qacar tayfasına rəhbərlik buyruğa əsasən ona tapşırılmış və o, həmin ildən (1627) Qarabağın
əmir əl-ümərası olmuşdu. 1627-ci ildə Aleksandr xanın nəvəsi Təhmuraz Şaha boyun əyməyib
ona qarşı çıxdıqda, Qızılbaş ordusu Gürcüstana daxil olub iğtişaşı yatırmış, Kaxetiya valisi
Təhmuraz Osmanlı ölkəsinə qaçmışdı (5,109; 6, 1021, 1024, 1065-1066). O, bir qədər sonra
Davud xanla əlaqə yaradıb şahdan onun bağışlanmasına kömək etməsini xahiş etmişdi. Davud
xan Təhmuraz xanın hərəkətlərindən ciddi şəkildə peşman olduğunu Şaha çatdırmış, onun və-
zifəsinə qaytarılmasını xahiş etmiş, nəticədə Şah onu bağışlamış və öz vəzifəsinə yenidən
təyin olunması barədə fərman vermişdi (5, 110). Zamanın siyasi hadisələrini düzgün qiymət-
ləndirməyi bacaran I Şah Abbas Osmanlı dövləti ilə müharibə şəraitində yaşadığı bir vaxtda
Osmanlı dövlətinin Güney Qafqaz siyasətini nəzərə alaraq Təhmurazın Gürcüstana öz vəzifə-
sinə qayıtmasına icazə vermişdi. Şahın buyruğu əsasında Təhmuras xan öz qızı və bir çox baş-
qa gürcü əyanlarının oğul və qızlarını girov olaraq etibarlı adamlarla saraya yola salmışdı. Bu
arada Söhrab xan gürcü Kartli valisi Simon xanı öldürüb orada hakimiyyəti ələ keçirmişdi.
Təhmuraz xan bu hadisədən dərhal istifadə edib Kartliyə qoşun yeridərək, Söhrab xanı məğlub
edib Şahın etibarını qazanmışdı. Bundan sonraTəhmuraz xanın dəfələrlə etdiyi xəyanət, əhdi
pozması tam bağışlandı və oğlu Georgi Mirzə də Tiflis istisna olmaqla, Kartliyə hakim təyin
edildi. Təhmuraz xanın Səfəvi sarayı ilə münasibətinin yenidən yaxşılaşması Davud xanla əla-
qədar idi. Bu səbəbdən onların arasında sıx dostluq münasibəti yaranmış və onlar tez-tez Qabrı
və Qanıq çayı sahilindəki ovlaqda, Qarabağla Gürcüstan sərhəddində görüşüb ov edirdilər (5,
111). Molla Kamalın yazdıqlarından aydın olur ki, Qarabağ bəylərbəyi Davud xanla Gürcüs-
tan hakimi Təhmuraz yaranmış vəziyyətdən istifadə edərək Qarabağ və Gürcüstanda qarətçi-
liklə məşğul olurdular ki, bundan daha çox müsəlman əhalisi zərər çəkirdi (4, 85). Buna görə
də Qarabağ və Gürcüstandakı vəziyyəti aydınlaşdırmaq, özbaşınalığın qarşısını almaq üçün
sipəhsalar Rüstəm xana ordu səfərbər edib Gürcüstana hərəkət etmək göstərişi verilmişdi. O,
qullarağası Rüstəm bəyi də özü ilə aparıb Gürcüstana hakim qoymalı idi (4, 85).
Qarabağdakı Qacar tayfasının ağaları Davud xanın kobud davranışından narazı olub də-
fələrlə saraya bu barədə şikayət etmişdilər. Qacarlar onu cahil hərəkətlərinə görə istəmirdilər.
O, Qacarların şikayəti əsasında məsuliyyətə cəlb edilib sorğu-sual edildi. Bu zaman onun is-
tintaqına nə atası Allahverdi xan, nə də qardaşı İmamqulu xan gəlmədilər. Əksinə, bu vaxt
İsfahanda olan İmamqulu xan Şahdan icazə alıb Farsa yola düşdü. Davud xan da sorğu-sual
başa çatmamış səhlənkarlıq edib icazəsiz Qarabağa getdi. Ancaq Heydər sultan Qoyluhisarlı,
Çıraq xan və Yusif ağanın edam edilməsindən qorxuya düşüb Təhmuraz xandan kömək almaq
üçün şikar bəhanəsi ilə onun yanına yola düşdü. O, Qacar tayfasının ağalarını da özü ilə aparıb
onların Qabrı çayı kənarında Təhmurazın gürcü əsgərləri tərəfindən qətlə yetirilməsini təşkil
etdi (5, 111, 112). Təhmuraz xan Davud xanla razılaşıb Gəncəni qarət etməyi və hətta müm-
kün olsa bütün Qarabağ ölkəsini ələ keçirməyi qərara aldılar (5, 112). Onlar tezliklə Gəncəyə
daxil oldular və şəhər əhalisinə çox ciddi zərər vurdular. Ancaq Təhmuraz xan qoşunu az ol-
duğuna görə Gəncəni dərhal tərk etdi. O, qoşun səfərbər edib Gəncəyə qayıdıb bütün Qarabağı