Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

26 


zəbt etmək fikrində idi. Baş  vermiş hadisə haqqında məlumat İsfahana çatdırıldı  və ığtişaşın 

genişlənməsinin  qarşısını  almaq  üçün1631-ci  ildə  Davud  xan  tutduğu  vəzifədən  azad  edildi, 

Qarabağ əyalətinə Məhəmmədqulu xan Ziyadoğlu Qacarın hakim təyin edilməsi barədə buy-

ruq verildi. O cümlədən, Kartli və Kaxetin idarə olunması da Bəkrat xanın qardaşı və Luarsab 

xanın  nəvəsi  Larsab  qullarağası  Rüstəm  xan  adı  ilə  tanınan  Xosrov  xana  verildi.  Bununla 

yanaşı,  Gürcüstan  əyanlarına  da  ona  tabe  olmaları  barədə  hökm  göndərildi  və  Sipəhsalar 

Rüstəm xanın başçılığı altında ordu göndərilməsi də qərara alındı. Ancaq bu zaman Təhmuraz 

xan  və  Davud  xan  Gürcüstandan  qoşun  toplayıb  Qarabağa  gəlmişdilər  (5,  114).  Davud  xan 

Fars  hakimi  olan  qardaşı  İmamqulu  xana  arxalanırdı.  Hesab  edirdi  ki,  bütün  Fars,  Bəhreyn, 

Lar, Hörmüz, Xuzistan, Ərəbistan, Həvizə faktiki olaraq İmamqulu xanın olub, bu əyalətlərin 

30 mindən ibarət qoşunu da onun sərəncamındadır. Həm də belə düşünürdü ki, İmamqulu xa-

nın özünü Səfəvi soyundan hesab edən və hakimiyyət iddiasında olan böyük oğlu Səfiqulu xa-

nın adına xütbə oxunub sikkə zərb ediləcək (5,115). Davud xan hətta Şirvan, Çuxur-Səəd və 

Ağısqaya  məktub  göndərib ona tabe olmalarını da təklif etmişdi. Onlar da bu  məktubu şaha 

göndərmişdilər  (5,  115).  Bu  səbəblərlə  əlaqədar  olaraq  İmamqulu  xan  mərkəzə  çağrıldı.  O, 

çox pərişan olub mərkəzə getməkdən çəkinmiş, oğlu Səfiqulu xanı göndərmiş, ancaq bir qədər 

sonra  özü  də  gəlməyə  məcbur  olmuşdu  (5,  115).  İmamqulu  xanın  Səfiqulu  xan,  Fətəli  xan, 

Əliqulu  bəy  adlı  oğullarının  üçü  də  edam  edildi.  İmamqulu  xanın  özünün  qətli  isə  kürəkəni 

eşikağası Kəlbəli bəy və Əliqulu bəyə tapşırıldı (5, 116). Onlar dərhal İmamqulu xanı İsfahan-

dakı  evindən  bayıra  çıxarıb  qətl  etdilər.  Şah  eşikağası  Uğurlu  xan  Şamlını  və  vəzir  Mirzə 

Möhsünu  Fars  əyalətinə  göndərdi.  Birinciyə  Fars  əyalət  hakimiyyətinə  nəzarəti  ələ  almaq, 

Mirzə  Möhsünə  isə  İmamqulu  xanın  buradakı  əmlakını  müsadirə  etmək  tapşırılmışdı.  Bir 

qədər sonra Uğurlu xan  geri çağrıldı  və  Kuhgiluyə əyalətinə Nağdi xan  Şamlı,  Lara Kəlbəli 

bəy hakim göndərildilər. Bəhram bəy Ustaclı isə Sistan hakimi, Bərxudar sultan Zülqədər də 

Hörmüz  hakimi  oldular.  Davud  xan  və  Təhmuraz  xan  Qarabağı  tərk  edib  Gürcüstana  doğru 

hərəkət  edərkən  Məhəmmədqulu  xan  Gəncəyə  çatıb  burada  hakimiyyəti  ələ  aldı  (5,117). 

Sipəhsalar Rüstəm xan, Molla Kamal, qullarağası Rüstəm bəy də güclü ordu ilə Tiflis şəhərinə 

daxil oldular. Təhmuraz bu xəbəri eşidib Davud xanla Başıaçığa qaçsa da, Başıaçığın sərhəd-

dində Rüstəm xanın ordusu onlara çatıb əsgərlərinin çoxunu qətl edilər və xeyli əsir ələ keçi-

rərək geri, Kaxetə qayıdıb vilayətin idarəsini qullarağası Rüstəm bəyə tapşırdı. Alvar və Qori 

qalalarında  tikinti-təmir  işləri  aparılıb  daha  da  möhkəmləndirildi.  Qoridə  on  iki  top  yerləş-

dirib, qalaya Səfiabad adı verildi. Sipəhsalar Rüstəm xanın başçılıq etdiyi ordu Şahın əmri ilə 

h.1043-cü ildə Gürcüstandan Vana doğru yola düşdü (4,87). 

Baş  vəzir  Xosrov  paşa  h.1043-cü  (m.1633)  ildə  Səfəvi  sarayına  elçisi  ilə  göndərdiyi 

məktubda  Sultanın  Şahla  sülh  və  dostluq  sazişi  bağlamaq  fikrində  olduğu  bildirilirdi.  Buna 

cavab olaraq Şah da Cani bəyi həmin elçi ilə Xosrov paşanın yanına göndərərək sülh sazişinin 

şərtlərini  müəyyənləşdirmək  tapşırığı  vermişdi.Cani  bəy  Xosrov  paşanın  ordugahına  çatana 

kimi o, Hafiz Əhməd Paşanın təhriki ilə öldürüldü. Sərhəd paşaları səfirin gəlməsi barədə Ali 

Osmanlı sarayına məlumat çatdırdılar. O, əmrə əsasən İstanbula getdi. İstanbulda Xosrov pa-

şanın  yerinə  baş  vəzir  olmuş  Hafiz  Əhməd  paşailə  görüşüb  danışıqlar  apardı.  Ancaq  Səfəvi 

elçisi  Xosrov  paşanın  yanına  göndərildiyi,  Şahdan  Sultana  məktub  gətirmədiyi  üçün  Hafiz 

Əhməd paşaonun Sultanla görüşməsini məsləhət bilmədi (5, 131). 

H.1043-cü  ildə  Tiflisdə  olan  sipəhsalar  Rüstəm  xan  Gürcüstanın  döyüş  sursatını,  ərzaq 

ehtiyatını  qeydiyyata  alaraq,  Qori  və  Aladerd  qalasında  yerləşdirdi,  qalalarda  tikinti-bərpa 

işləri  görərək,  onları  möhkəmləndirdi.  Mərkəzdən  göndərilən  buyruğa  əsasən  vilayət  Səlim 

xan  Şəmsəddinliyə  tapşırıldı.  Şəmsəddinli  əmirləri,  əsgərləri  Azərbaycan  mahalında  yurt  və 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

27 

məqamları  olan  Silsüpür,  Şahsevən,  Şamlı,  Əfşarın  bir  çox  obaları  da  Kaxetə  göndərildilər. 

Onlar  Gürcüstanda  yerləşibsabitlik  yaratmalı,  Van  istiqamətindən  Naxçıvan  və  Şərur  tərəfə 

qarət məqsədi ilə yürüşlər edib sərhəd münaqişəsi törədən kürdlərin də qarşısını almalı idilər. 

Gürcüstandakı  ixtişaşlara  son  qoyulub  sabitlik  yaradıldıqdan  sonra  Rüstəm  xanın  ordusuna 

Vanın tutulması tapşırılmışdı (5, 134). 

Qızılbaş  ordusu  Vanı  tutmaq  üçün  hərəkət  etdikdə  Diyarbəkr  bəylərbəyi  Murtuza  paşa 

Kəffə,  Maraş,  Qaramana  adamlar  göndərdi  və  sancaq  bəyilərdən  güclü  qoşun  səfərbər  etdi. 

Ərzurum bəylərbəyi Xəlil paşanın 15000 nəfər əsgərdən ibarət olan ordusu da Murtuza paşa 

ilə birləşdi. Onlar 40000-lik ordu ilə Vana doğru hərəkət etdilər (5, 137). 

Bu zaman Van sərhəddindəki qızılbaş qoşununun ümumi sayı 10-15 mindən çox deyildi. 

Osmanlı  paşalarının  böyük  ordu  ilə  hücumu  və  sərhəddəki  vəziyyət  barədə  xəbər  Səfəvi 

sarayına  çatdırıldı.  Dərhal  Çuxur-Səəd  bəylərbəyi  Təhmasibqulu  xana  öz  üməra-ye  tabinləri 

və 3-4 mindən ibarət qoşunu ilə hərəkət edib əsas ordu ilə birləşmək haqqında göstəriş verildi. 

Eşikağasıbaşı Uğurlu xan  Şamlının sərancamında olan bacarıqlı  gənclər, qulam  və qorçular-

dan  ibarət  10000  nəfərlik  qoşuna,  həmçinin  Urmiya  hakimi  Kəlbəli  xan  Əfşarın  alayına  da 

əsas ordu ilə birləşmək tapşırıldı. Lakin onlar Vana çatana qədər artıq Osmanlı ordusu qalaya 

yaxınlaşmış və burada olan qızılbaş ordusu isə mühasirəni nizamla təşkil etmədiyindən onların 

arasında  pərakəndəlik  yaranmışdı.  Çağırılmış  hərbi  müşavirədə  qəbul  edilən  qərara  əsasən 

ayrı-ayrı  qızılbaş  dəstələri  birləşib  şəhərin  yarım  fərsəngində  yerləşdilər.  Qızılbaşəmirləri 

yenidən toplaşıb döyüşə girmək barədə qərar qəbul etdilər və bu barədə sipəhsalara məlumat 

verdilər. Sipəhsalar onların rəyi ilə razılaşıb döyüşə başlamalarına icazə verdi (5,138). Osman-

lının  top,  tüfənglə  təchiz  edilmiş  ordusu  müşavirənin  növbəti  günü  qalaya  çatıb  dayandılar. 

Qarşı tərəfin ordusu sipahsalar və əmirlər sağ, sol cinah ordularını döyüşə hazır vəziyyətə gə-

tirmişdilər.  Osmanlıların  sağ  cinah  ordusu  hücuma  başladı.  Bu  zaman  başda  minbaşı  Mir 

Fəttah olmaqla İsfahan tüfəngçiləri, qızılbaş dəstəsi, qulamlardan ibarət olan sol cinah ordusu 

çox  böyük  qəhrəmanlıq  göstərdilər.  Osmanlılar  az  da  olsa  itki  verdilər  (5,  139).  Qullarağası 

Rüstəm xan da öz hərbi dəstəsi ilə qalaya çatıb döyüşə girdi. Xəlil paşa Diyarbəkrə dönməyə 

məcbur oldu. Qızılbaş ordusu günlərlə davam edən müharibədə qalanı ələ keçirdilər. Qızılbaş-

lar qalada tüfəngçilər dəstəsi  və xeyli hərbi sursat yerləşdirdikdən sonra qış soyuqları başla-

yınca Təbrizə doğru geri döndülər (5, 140; 3, 88). 

H.1044-cü  ildə  Çuxur-Səəd  bəylərbəyi  və  İrəvan  əmir  əl-ümərası  Təhmasib  qulu  xanın 

gizli xəbər gətirənləri Osmanlı Sultanı IV Muradın Üsküdardan güclü ordu Səfəvi sərhəddinə 

doğru hərəkət etməsi barədə məlumat əldə etmişdilər. Bağdad əmir əl-ümərası Bektaş xan da 

Osmanlı sərdarının Hilləyə hərbi yürüş barədə göstəriş  verməsi haqqında  məlumatı  mərkəzə 

çatdırmışdı (5, 156). Şah Səfi dərhal hərbi səfərbərlik keçirib müharibəyə hazırlaşmaq və la-

zım olduqda gözləmədən hərəkət etmək haqqında vilayət hakimlərinə tapşırıq verdi (5,156). 

H.1044-cü  ildə  Dadyan  vilayətinin  valisi  Ləvənd  xan  bacısı  Titifalini  Rüstəm  xana  ni-

şanlayıb  sədaqətli  bəndə  zümrəsinə  daxil  olub  dövlətə  sığındıqda,  Başıaçıq  hakimi  Təhmu-

razla ittifaqa girib bu nigah müqaviləsini pozmaq üçün Dadyana hücum etməyi qərara aldılar. 

Rüstəm  xan  bu  hadisədən  xəbərdar  olduqda  dərhal  Qarabağ,  Şirvan  və  Kartli  əmirləri  ilə 

birlikdə bu fitnəni dəf etmək üçün Başıaçığın əsas dayaq məntəqəsi Altunqalaya hərəkət etdi. 

Bu  zaman  Ərdəhan  hakimi  Səfər  paşanın  Başıaçığa  kömək  üçün  göndərdiyi  ordu  da  gəlib 

çatmış və ilk döyüş əməliyyatında Rüstəm xanın qoşunu pərişan olsa da, döyüşün sonrakı ge-

dişində  qələbə  çalmışdılar.  Dadyan  ordusu  da  döyüşə  girdikdən  sonra  əks  tərəfin  bir  çox 

sərkərdəsi, 2-3 min əsgəri öldürüldü. Qələbədən sonra Ləvənd xan bacısını yaxınları və müha-

fizə dəstəsi ilə Rüstəm xanın ordugahına yola saldı. Ona fəxri xələt və yüyəni,  yəhəri qızılla 



Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə