Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

24 


vam etdirilməməsi və Osmanlı ordusunun tezliklə geriyə qayıdacağı göstərilirdi. Şah tərəfin-

dən Osmanlı sərdarına cavab məktubu göndərildi. Ancaq Xosrov paşanın yazdıqlarının hiylə 

ola  biləcəyindən  ehtiyat  edilərək  divan  bəyi  Rüstəm  bəyin  başçılığı  altında  Bağdada  ordu 

göndərildi (5, 52; 3, 240). 

“Zeyl-i tarixi alamarayi Abbasi”nin verdiyi məlumatlardan aydın olur ki, I Şah Səfi Xos-

rov  paşanın  əsil  məqsədini  dəqiq  müəyyənləşdirə  bilmişdi.  H.1040-cı  (m.1631)  ilin  rəbiol 

əvvəl  ayının  səkkizində  Xosrov  paşanın  ordusu  Bağdada  yaxınlaşıb  şəhəri  mühasirəyə  aldı. 

Mosuldakı  toplar  da  gətirildi  və  ən  təcrübəli  firəng  topçuları  da  qalanın  mühasirəsinə  cəlb 

edildi (5, 53). Top və badliclərdən fasiləsiz atılan atəş nəticəsində qalanın bir neçə bürcü da-

ğılsa da, ətrafındakı xəndəklər torpaqla doldurulsa da, hücumların qarşısı müdafiəçilər tərəfin-

dən alınırdı (5, 54). Osmanlı ordusunun 400-500 nəfər cəsur əsgərdən ibarət dəstəsi müdafiə 

xəttini yarıb qalaya daxil olaraq bura öz bayraqlarını sanca bilsələr də, öz mövqelərini möh-

kəmləndirə bilmədilər. Bağdad hakimi Səfiqulu xan onları qaladan vurub şıxardı. Şahın qərar-

gahı osmanlıların Bağdada hücum edəcəklərini vaxtında müəyyən etmişdilər. Elə buna görə də 

onların ilk zərbələrinin qarşısını alıb qələbə çaldılar. Bu qələbədən sonra  Səfiqulu xan  vəfat 

etdi və onun yerinə Bektaş xan Bağdad hakimi təyin edildi (6,66-67). 

Xosrov  paşa  Bağdadı  fəth  edə  bilmədi.  Bundan  sonra  o,  Xəlil  paşanı  bir  neçə  sancaq 

bəyi, böyük əmir və paşalarla Fərat çayı sahilindəki Hilləni ələ keçirmək üçün göndərib, özü 

də  Mosul  istiqamətində  hərəkət  etdi.  Ancaq  burada  qızılbaş  ordusunun  yaxında  olmasından 

ehtiyatlanaraq Diyarbəkrə doğru geri çəkilməyə məcbur oldu (5, 56). 

Bağdad ətrafında itki verib geri çəkilən osmanlı ordusunun çoxu Şəhrizur qalasına daxil 

olduğdan  sonra  qala  təmir  edilib  möhkəmləndirildi.  Şah  Səfi  qalada  tikinti-təmir  işləri  başa 

çatmamış tüfəngçi ağası Zaman bəyin başçılığı altında ora qoşun göndərmişdi. Qala uğrunda 

döyüşdə Zaman bəy öldürüldü. Vəzifəsi oğlu Hüseyn xana tapşırıldı. Bu zaman Xosrov paşa 

Hillə qalasını da təmir etdirmiş və burada 10-12 min nəfər əsgər yerləşdirmişdi. Hillə qalası-

nın osmanlılardan geri alınması Rüstəm bəyə həvalə edilmiıdi (4,83). Rüstəm bəy əmri uğurla 

yerinə yetirərək Hilləni ələ keçirmişdi. O, bu qələbədən sonra sipəhsalar-Səfəvi ordusunun baş 

komandanı vəzifəsinə təyin edilmişdi (4,84). 

Osmanlı  dövləti  ilə  sərhəd  münaqişələrinin  davam  etməsi  Səfəvi  imperiyasının  əsgəri 

gücünü tükəndirir, iqtisadi həyata dağıdıcı təsirlər göstərir, beynəlxalq ticarət yollarında təh-

lükəsizliyi pozur, beynəlxalq iqtisadi əlaqələrini zəiflədir, büdcənin gəlir qaynaqlarına mənfi 

təsirlər göstərib onun mədaxilini getdikcə azaldırdı. I Şah Səfi Osmanlı dövləti ilə münaqişə 

və müharibə davam etdikcə imperiya daxilində baş qaldıran mərkəzdənqaçma hərəkatlarının, 

özbəklərin Xorasana qarət məqsədi ilə təşkil etdikləri hücumların qarşısını da ala bilmirdi. O, 

bu səbəblərə görə bütün imkanlarından istifadə edib Osmanlı dövləti ilə sülh və dostluq müna-

sibətləri yaratmağa çalışırdı. "Zeyl-i tarix-ialamara-yi Abbasi" də bu barədə ətraflı məlumata 

təsadüf edilir. Mənbədə göstərilir ki, Səfəvi ordusunun Hillə və Şəhruzur savaşında əsir götür-

düyü 2000 nəfər Osmanlı əsgərini I Şah Səfi Allaha bağışlayıb azad etmiş və vətənlərinə dön-

məyə  icazə  vermişdi.  Bu  xəbər  İstanbulda  Ali  Osmanlı  dövlət  xadimlərinə  çatdıqda  onlar 

Ağıskada  əsir  götürülmüş  Şəmsi  xana  yüksək  ehtiram  göstərib,  Diyarbəkrə  sərdar  Xosrov 

paşanın yanına  göndərdilər  ki, burada sabiq  Axıska  hakimi  Səlim xanla birlikdə həbsxanada 

olan bir neçə nəfər qızılbaşı da azad edib, Qızılbaş ölkəsinə yola salsın. Xosrov paşa da onları 

azad  edib  hörmət  və  izzətlə  mötəbər  bir  çavuşla  vətənlərinə  yola  saldı.  Çavuşla  göndərilən 

məktubda şahın xeyirxahlıq və səmimiyyətindən, həm də barışıqdan bəhs edilirdi. Buna cavab 

olaraq Səfəvi ölkəsində əsir olan Əli paşa, Zülqədər paşa ilə birlikdə 29 nəfərdən ibarət Os-

manlı  əsilzadəsi  ilə  azad  edilib  həmin  çavuşla  göndərildi.  Elçilik  mübadiləsinin  qaydalarına 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

25 

əməl  edilərək  cavab  məktubu  hazırlandı  və  söhbət  yasovulu  Cani  bəy  elçi  təyin  edilərək, 

onunla Xosrov paşaya göndərildi. Məktubda qarşı tərəfin sədaqət və dostluq tərəfdarı olması-

nın  müsəlman  qanının  tökülməsinin  qarşısının  alınmasında  muhüm  rol  oynayacağına  xüsusi 

yer verilirdi (5,82,83). 

“Alamara-yi Abbasi”də göstərilir ki, Qarabağ bəylərbəyi Məhəmmədqulu xan Ziyadoğlu 

Qacar  səhvə  yol  verib  Qarabağa  1627-ci  ildə  Təhmuraz  xanın  başçılığı  altında  daxil  olmuş 

gürcü qarətçilərinin qarşısını ala bilmədiyinə görə tutduğu vəzifədən azad edilmiş, onun yerinə 

Allahverdi  xanın  oğlu  Davud  xan  qarabağ  bəylərbəyi  təyin  edilmişdi.  Qarabağ  qoşunu  və 

Qacar tayfasına rəhbərlik buyruğa əsasən ona tapşırılmış və o, həmin ildən (1627) Qarabağın 

əmir əl-ümərası olmuşdu. 1627-ci ildə Aleksandr xanın nəvəsi Təhmuraz Şaha boyun əyməyib 

ona  qarşı  çıxdıqda,  Qızılbaş  ordusu  Gürcüstana  daxil  olub  iğtişaşı  yatırmış,  Kaxetiya  valisi 

Təhmuraz Osmanlı ölkəsinə qaçmışdı (5,109; 6, 1021, 1024, 1065-1066). O, bir qədər sonra 

Davud xanla əlaqə yaradıb şahdan onun bağışlanmasına kömək etməsini xahiş etmişdi. Davud 

xan Təhmuraz xanın hərəkətlərindən ciddi şəkildə peşman olduğunu Şaha çatdırmış, onun və-

zifəsinə  qaytarılmasını  xahiş  etmiş,  nəticədə  Şah  onu  bağışlamış  və  öz  vəzifəsinə  yenidən 

təyin olunması barədə fərman vermişdi (5, 110). Zamanın siyasi hadisələrini düzgün qiymət-

ləndirməyi bacaran  I  Şah  Abbas Osmanlı dövləti ilə müharibə şəraitində yaşadığı bir  vaxtda 

Osmanlı dövlətinin Güney Qafqaz siyasətini nəzərə alaraq Təhmurazın Gürcüstana öz vəzifə-

sinə qayıtmasına icazə vermişdi. Şahın buyruğu əsasında Təhmuras xan öz qızı və bir çox baş-

qa gürcü əyanlarının oğul və qızlarını girov olaraq etibarlı adamlarla saraya yola salmışdı. Bu 

arada  Söhrab  xan  gürcü  Kartli  valisi  Simon  xanı  öldürüb  orada  hakimiyyəti  ələ  keçirmişdi. 

Təhmuraz xan bu hadisədən dərhal istifadə edib Kartliyə qoşun yeridərək, Söhrab xanı məğlub 

edib Şahın etibarını qazanmışdı. Bundan sonraTəhmuraz xanın dəfələrlə etdiyi xəyanət, əhdi 

pozması tam bağışlandı və oğlu Georgi Mirzə də Tiflis istisna olmaqla, Kartliyə hakim təyin 

edildi. Təhmuraz xanın Səfəvi sarayı ilə münasibətinin yenidən yaxşılaşması Davud xanla əla-

qədar idi. Bu səbəbdən onların arasında sıx dostluq münasibəti yaranmış və onlar tez-tez Qabrı 

və Qanıq çayı sahilindəki ovlaqda, Qarabağla Gürcüstan sərhəddində görüşüb ov edirdilər (5, 

111). Molla Kamalın yazdıqlarından aydın olur ki, Qarabağ bəylərbəyi Davud xanla Gürcüs-

tan hakimi Təhmuraz yaranmış vəziyyətdən istifadə edərək Qarabağ və Gürcüstanda qarətçi-

liklə məşğul olurdular ki, bundan daha çox müsəlman əhalisi zərər çəkirdi (4, 85). Buna görə 

də  Qarabağ  və  Gürcüstandakı  vəziyyəti  aydınlaşdırmaq,  özbaşınalığın  qarşısını  almaq  üçün 

sipəhsalar Rüstəm xana ordu səfərbər edib Gürcüstana hərəkət etmək göstərişi verilmişdi. O, 

qullarağası Rüstəm bəyi də özü ilə aparıb Gürcüstana hakim qoymalı idi (4, 85). 

Qarabağdakı Qacar tayfasının ağaları Davud xanın kobud davranışından narazı olub də-

fələrlə saraya bu barədə şikayət etmişdilər. Qacarlar onu cahil hərəkətlərinə görə istəmirdilər. 

O, Qacarların şikayəti əsasında məsuliyyətə cəlb edilib sorğu-sual edildi. Bu zaman onun is-

tintaqına  nə  atası  Allahverdi  xan,  nə  də  qardaşı  İmamqulu  xan  gəlmədilər.  Əksinə,  bu  vaxt 

İsfahanda olan  İmamqulu xan  Şahdan icazə alıb Farsa yola düşdü. Davud xan da sorğu-sual 

başa çatmamış səhlənkarlıq edib icazəsiz Qarabağa getdi. Ancaq Heydər sultan  Qoyluhisarlı, 

Çıraq xan və Yusif ağanın edam edilməsindən qorxuya düşüb Təhmuraz xandan kömək almaq 

üçün şikar bəhanəsi ilə onun yanına yola düşdü. O, Qacar tayfasının ağalarını da özü ilə aparıb 

onların Qabrı çayı kənarında Təhmurazın  gürcü əsgərləri tərəfindən qətlə yetirilməsini təşkil 

etdi (5, 111, 112). Təhmuraz xan Davud xanla razılaşıb Gəncəni qarət etməyi və hətta müm-

kün olsa bütün Qarabağ ölkəsini ələ keçirməyi qərara aldılar (5, 112). Onlar tezliklə Gəncəyə 

daxil oldular və şəhər əhalisinə çox ciddi zərər vurdular. Ancaq Təhmuraz xan qoşunu az ol-

duğuna görə Gəncəni dərhal tərk etdi. O, qoşun səfərbər edib Gəncəyə qayıdıb bütün Qarabağı 



Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə