vivo
TARİX-İ QEZELBAŞAN
46
122.
Ərciş
– V
an gölünün şimalında yerləşən şəhər-qala.
123.
Cəlairilər sülaləsinin dördüncü hökmdarı Sultan Əhməd Cəlair (1382
–
1410).
124.
Teymurləng 1405-ci ilin fevralında vəfat etmişdi.
125.
Teymurləngin nəvəsi nəzərdə tutulur.
126.
Teymurləngin oğlu Miranşah oğlanları Mirza Əbubəkr və Mirza
Ömərlə birlikdə Azərbaycanda və Qərbi İranda hakim olmağa çalışırdı.
127.
«Biz sənə fəth verdik!»
–
Qur'anın 48-ci «Əl-fəth» surəsinin birinci
ayəsi nəzərdə tutulur.
128.
Ucan (Uçan)
–
Təbrizdən cənub-şərqdə yerləşən şəhər.
129.
Sultan Əhməd Cəlair Pirbudağı oğulluğa götürdüyü üçün o hakimiy-
yətin qanuni varisi sayılırdı. Pirbudaq 1418-ci ildə vəfat etmişdi.
130.
Baba Hacı Hüseyn Həmədani Həmədan hakimi idi və müstəqilliyə
can atırdı. 1443-cü ildə Şahruxun nəvəsi Sultan Məhəmməd tərəfindən məğlub
edilmiş və öldürülmüşdü.
131.
Əbu Səid (Busat) 1431-ci ildə öldürülmüşdü.
132.
Ələşkerd şəhəri Türkiyənin şimalında, Ərzrumdan qərbdə yerləşir.
133.
Sürməlu dedikdə indiki İqdır nəzərdə tutulur.
134.
İskəndər 1439-cu ildə öldürülmüşdü.
135.
İsfahan bəyin oğlunun adı Fulad idi, Cahanşah Bağdadı ondan alıb öz
oğlu Məhəmmədi Mirzaya vermişdi.
136.
Şahruxun nəvəsi nəzərdə tutulur.
137.
1458-ci ildə bağlanmış bu sülh tərəflər arasında hərbi ittifaq nəzərdə
tutur, Şərqi İranda yerləşən Dəşti-Kəvir səhrasını iki məmləkətin sərhəddi müəy-
yən edirdi.
138.
Burada yəqin ki, Maku olmalıdır.
139.
Bu cümlə əbcəd hesabı ilə hicri 865-ci ili (17.X.1460
–
5.X.1461)
göstərir.
140.
Mardin
–
Anadolunun cənubunda, Diyarbəkrdən cənub-şərqdə yerlə-
şən şəhər.
141.
Qaraqoyunlu sülaləsinin hakimiyyəti 1410
–
1468-ci illəri əhatə edir.
142.
Orijinalda bu yerdə səhvən «Ağqoyunlu» getmişdir.
vivo
TARİX-İ QEZELBAŞAN
47
143.
Təvaçi
–
hərbi vəzifələrdən biri idi. Təvaçilik mənsəbində olan əmir
bu və ya digər döyüş ərəfəsində əyalətlərə gəlib qüvvə toplayır, onların fəaliyyətini
əlaqələndirir, qoşunları lazımi yerə müşayiət edirdi.
144.
Səncəq yaxınlığındakı döyüş 1468-ci ildə Uzun Həsənlə Cahanşah
arasında olmuşdu.
145.
Söhbət 1473-cü ildə Tərcan yaxınlığında Uzun Həsənlə Sultan
Məhəmməd Fateh (1451
–
1481) arasında baş vermiş döyüşdən gedir. Bu döyüşdə
ağqoyunlular ağır məğlubiyyətə uğramışdılar.
146.
Vorucerd (Borucerd)
–
Həmədandan cənub-şərqdə yerləşən şəhər.
Nəhavənd Kirmanşahdan 130 km şərqdə yerləşir.
147.
Bu hadisə 1457-ci ildə baş vermişdi.
148.
Bu şəhərin harada yerləşdiyini müəyyənləşdirmək mümkün olmadı.
149.
Lur-i kuçek
–
Luristanın şimal-qərb hissəsi bu cür adlanırdı.
150.
Söhbət Hindistan Moğollar dövlətinin məşhur sərkərdəsi, şair və
dövlət xadimi Bayram xandan (1504
–
1561) gedir.
151.
Baburun oğlu Humayun padşah Moğollar dövlətinin ikinci hökmdarı
idi (hakimiyyət illəri: 1530—1556).
152.
Cəlaləddin Əkbər Şah 1556
–
1605-ci illərdə hökmdarlıq etmişdir.
153.
Bayram xanın oğlunun adı Babarəhim idi. O, həm də şair olmuş, üç
dildə (türk, fars, hind) şerlər yazmışdır.
154.
Sultan Hüseyn Mirza I Şah İsmayılın nəvəsi (Bəhram Mirzanın oğlu)
idi. O, Qəndəhar hakimi olmuş, 1576-cı ildə vəfat etmişdir.
155.
Dəkən dedikdə, Hindistan yarımadasının cənubundakı torpaqlar
nəzərdə tutulur.
156.
Şirvanşah I İbrahim (1382
–
1417) nəzərdə tutulur. 1412-ci ildə baş
vermiş həmin döyüşdə Şirvanşah məğlub olub əsir düşmüş, bir müddət Təbrizdə
saxlandıqdan sonra Qara Yusifin vassalı olmaq şərti ilə azad edilmişdi.
157.
Bu döyüş 1421-ci il iyulun 28-də Qara Yusifin oğlu Qara İskəndərlə
Şahrux arasında baş vermiş, birincinin məğlubiyyəti ilə nəticələnmişdi.
158.
I Şah Abbasın hakimiyyəti 1587
–
1629-cu illəri əhatə edir.
159.
1598-ci ildə özbəklər yenidən hücum edib Xorasanı tutmuşdular. I
Şah Abbas Fərhad xanı onlara qarşı göndərmiş, lakin o, qorxaqlıq göstərib döyüş
meydanından qaçmışdı. Belə olduqda şah özü böyük qoşunla Xorasana getmiş,
vivo
TARİX-İ QEZELBAŞAN
48
özbəkləri ağır məğlubiyyətə uğratmışdı. Bu qələbədən sonra o, Fərhad xanı bağış-
lamış və Herat hakimi təyin etmişdi. Lakin Fərhad xan bu vəzifədən imtina etmiş,
nəticədə şahın qəzəbinə düçar olmuşdu. Heratın hakimliyi Hüseyn xan Şamluya
tapşırılmışdı.
160.
«Fəth-e heri şod» («Herat fəth edildi») əbcəd hesabı ilə 1007-ci ili
(1598
– 15
99) göstərir.
161.
Hüseyn Kiya Çəlavi Firuzguh hakimi idi.
162.
Qaraca İlyas Bayburtlu 1500-cü ildə I Şah İsmayıl Ərzincana
gedərkən ona qoşulmuşdu.
163.
Xaf əyaləti şərqi İranda
–
Kuhistanda yerləşir.
164.
Xəlifə Ənsar uzun müddət Qaradağ hakimi, sonra isə Şirvan bəylər-
bəyi olmuş, 1582-ci ildə ölmüşdü.
165.
Əyyubilər sülaləsinin banisi Məlik Nasir Səlahəddin Yusif (1169
–
1193).
166.
Əyyubilər sülaləsi 1171-ci ildən 1250-ci ilə qədər Misir, Yəmən və
Suriyada hökmranlıq etmişdir.
167.
Rum səlcuqilərindən olan Sultan Rüknəddin Məsud 1116
–
1156-cı
illərdə hakimiyyətdə olmuşdur.
168.
Tikrit
–
Dəclə çayının qərb sahilində, Samirədən şimalda yerləşən
şəhər-qala.
169.
Dəməşq və Hələbdə hökmranlıq etmiş Zəngilər sülaləsindən olan
Nurəddin Mahmud ibn İmadəddin Zəngi (1164
–
1174) nəzərdə tutulur.
170.
Sonuncu Fatimi xəlifəsi olan əl-Azid 1171-ci il sentyabrın 4-də
devrilmişdir.
171.
Burada məşhur Yusif əfsanəsinə işarə olunur.
172.
Burada artıq Əyyubilərdən sonra Misir və Suriyada hökmranlıq etmiş
məmlüklərdən söhbət gedir. 1516-cı il avqustun 24-də Hələb yaxınlığındakı döyüş-
də I Sultan Səlim sonuncu məmlük sultanı əl-Əşrəf Qansuh əl-Qurini (1501
–
1516) məğlub etdi. Bunun ardınca o, Suriya və Misiri tutdu və onlar paşalıq kimi
Osmanlı imperiyasının tərkibinə daxil oldular.
173.
Mərvanilər sülaləsinin dördüncü və ən böyük hökmdarı Nəsrüddövlə
Əhməd ibn Mərvan (1011
–
1061) nəzərdə tutulur.
vivo
TARİX-İ QEZELBAŞAN
49
174.
Cəzirə
–
Dəclə çayının sağ sahilində, Diyarbəkrdən cənub-şərqdə
yerləşən şəhər.
175.
Mərvanilərin torpaqları 1085-ci ildə səlcuq imperiyasına qatılmışdır.
176.
Bitlis
–
Van gölündən cənub-qərbdə yerləşən şəhər və əyalət.
177.
Şəmsəddin xan məlum tarixçi, «Şərəfnamə» əsərinin müəllifi Şərəf
xan Bitlisinin atasıdır. Şəmsəddin xanın atası Əmir Şərəf uzun müddət (1485
–
1533) Bitlis hakimi olmuşdur. Onun ölümündən az sonra Şəmsəddin xan İrana
gəlmiş, müxtəlif vilayətlərdə yaşamış və 1576-cı ildə Qəzvində vəfat etmişdir.
178.
Ərzrum hakimi İskəndər paşanın Xoya hücumu 1552-ci ilin əvvəllə-
rində olmuşdu.
179.
Çaldıran döyüşündən sonra Diyarbəkr osmanlıların əlinə keçmişdi. I
Şah İsmayıl da Qara xanı şəhəri geri almaq üçün göndərmişdi. O, Diyarbəkri bir
ildən artıq mühasirədə saxlasa da, tuta bilmədi. Trabzon hakimi Bıyıklı Məhəm-
məd paşa (Mustafa paşa Bığlı Çavuş) başda olmaqla osmanlıların hücumundan
sonra Qara xan Mardinə tərəf çəkilmiş və orada qəti döyüşdə məğlub olmuşdu.
180.
Əsl adı Məhəmməd bəy idi.
181.
Köpək Sultanın əsl adı Mustafa Sultan idi. Şərur döyüşü 1527-ci il
iyunun 30-da olmuşdu.
182.
Qasım bəy Şirvanşahlar nəslindən idi, İstambula pənah aparmışdı.
1554-cü ildə I Sultan Süleyman Azərbaycana hücum edərkən, onu Şirvanı tutmağa
göndərmişdi. Şirvanlıların xeyli hissəsi onun tərəfinə keçmişdi. Lakin Gülüstan
qalası yaxınlığındakı döyüşdə Abdulla xanın başçılıq etdiyi qızılbaşlar Qasım
bəyin qoşununu darmadağın etmişdi.
183.
Bu hadisə 1556/57-ci ildə olmuşdu.
184.
Gələcək II Şah İsmayıl (1576
–
1577) nəzərdə tutulur.
185.
Şahqulu Sultan Ustaclu 1567/68-ci ildə Türkiyəyə səfir göndəril-
mişdi.
186.
Məhəmməd xan Toxmaq uzun illər Çuxursəd hakimi olmuş, osmanlı-
larla çoxlu döyüşlər etmişdi; o cümlədən, 1578-ci ildə baş vermiş Çıldır döyüşünün
əsas iştirakçılarından olmuşdu.
187.
Cam (Kuhistanın şimal-şərq hissəsində yerləşən yaşayış məntəqəsi)
yaxınlığındakı döyüş özbəklərlə qızılbaşlar arasında olmuş ən böyük döyüşlərdən
biri idi. Qızılbaşlara Şah Təhmasib özü başçılıq edirdi.
vivo
TARİX-İ QEZELBAŞAN
50
188.
Kəsib
–
türk sözü olan bu kəlmənin mənası «qənimət», «qarət
edilmiş mal» deməkdir.
189.
Təhmasibdən sonra Ģah olmaq uğrunda onun oğlanları Heydər Mirza
və
Ġsmayıl Mirza arasında gedən mübarizədə ustaclu tayfası birincini müdafiə edirdi.
Buna görə Ġsmayıl taxta çıxdıqdan sonra həm paytaxtda, həm də vilayətlərdə
ustaclu əmirləri sıxıĢdırılmağa baĢladı. Heratda digər tayfaların (əfĢar, Ģamlu və
s.)
nümayəndələri qiyam qaldırıb ġahqulu Sultanı öldürdülər və Əliqulu xan ġamlu
Herat hakimi oldu.
190.
Şah Təhmasib 1576-cı il mayın 14-də vəfat etmişdi.
191.
Türbət
–
Xorasanda, Məşhəddən cənubda yerləşən Türbəti Heydəri
qalası nəzərdə tutulur.
192.
Bu hadisə 1586-cı ilin yazında olmuşdu. Əliqulu xan Şamlu o zaman
taxta ən real namizəd olan Abbas Mirzanın lələsi idi. Mürşüdqulu xan Abbas
Mirzanı ələ keçirməklə gələcək hakimiyyəti özü üçün təmin etmiş olurdu. Cunabad
yaxınlığında baş vermiş döyüşdə ustaclu əsgərləri Abbas Mirzanı tutub Mürşüdqu-
lu xanın yanına aparmışdılar.
193.
Bu hadisə 1587-ci ilin axırında özbəklərin Heratı tutub Əliqulu xan
Şamlunu öldürməsindən sonra olmuşdu. Mürşüdqulu xanı gecə yuxuda ikən öldür-
müşdülər.
194.
Əlbistan
–
Türkiyənin cənubunda, Ceyhan çayının sahilində yerləşən
şəhər və vilayət; Mərəş
–
Türkiyə ilə Suriya sərhəddi yaxınlığında yerləşən şəhər
və vilayət.
195.
Sonuncu Zülqədr hakimi olan Əlaüddövlə bir tərəfdən Səfəvilərin,
digər tərəfdən isə osmanlıların təzyiqi qarşısında qalmışdı. Yalnız Çaldıran döyü-
şündən sonra
–
1515-ci ilin yazında Sultan Səlim onun torpaqlarını zəbt etdi.
196.
Rumeli dedikdə, Türkiyənin Avropa hissəsi nəzərdə tutulur.
197.
Möhrdar
– ş
ahın xüsusi möhürünü qoruyan əmir belə adlanırdı. Onun
ən mühüm sənədlərə vurduğu möhür şahın imzası sayılırdı.
198.
Şahrux xan Zülqədr 1585/86-cı ildə Təbrizdə osmanlılarla döyüşdə
yaralanıb əsir düşmüşdü.
vivo
TARİX-İ QEZELBAŞAN
51
199.
Söhbət 1585
–
1586-cı illərdə baş vermiş türkman və təkəlu tayfaları-
nın birgə qiyamından gedir. Qiyam 1585-ci ilin mayında ustaclu və Şamlu əmirlə-
rinin təhriki ilə Azərbaycan bəylərbəyi Əmir xan Türkmanın Sultan Məhəmməd
Xudabəndənin oğlu Həmzə Mirza tərəfindən həbs edilib öldürülməsindən sonra
başlandı. Qiyama Kaşan hakimi Məhəmməd xan Türkman və Həmədan hakimi
Vəli xan Təkəlu başçılıq edirdi. Az sonra Fars hakimi Ümmət xan Zülqədr də
onlara qoşuldu. Qiyamçılar Həmzə Mirzanın kiçik qardaşı Təhmasib Mirzanı
Təbrizdən oğurlayıb Qəzvinə getmiş və onu şahın vəliəhdi elan etmişdilər. Nəha-
yət, Həmzə Mirza onların üstünə yeriyib Qəzvin yaxınlığında qiyamçıları məğlub
etmişdi.
200.
İstəxr qalası Şirazdan şimal-şərqdə yerləşirdi.
201.
Bu hadisə 1589/90-cı ildə olmuşdu.
202.
Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin (1136
–
1175) oğlu Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan (1175
–
1186)
nəzərdə tutulur.
203.
Kuhkiluye
–
Fars vilayətinin şimal-qərb hissəsi belə adlanırdı.
204.
Sevindik bəy Əfşar 23 il qorçibaşı olmuş, 1561/62-ci ildə vəfat
etmişdi.
205.
Fərah
–
müasir Əfqanıstanda, Heratdan cənubda yerləşən şəhər.
206.
Son dərəcə böyük nüfuza malik olan Qulu Sultan Əfşar Həmzə Mirza
ilə ciddi ixtilaf nəticəsində və ölüm təhlükəsi qarşısında 1585/86-cı ildə Təbrizdə
osmanlıların tərəfinə keçmişdi.
207.
Xacə İxtiyarəddin Əbdülqadir Kermanın ən iri mülkədarlarından
olmuşdur. Ağa Kəmali Kerman bəylərbəyinin vəziri idi.
208.
Əmir Qiyasəddin dövrün ən nüfuzlu ruhanilərindən idi. Uzun müddət
sədr vəzifəsini icra etmişdi. Yəzd onun tiyulu idi.
209.
Əhəristan
–
Yəzddən 3 km cənubda yerləşən kənd.
210.
İsfizar şəhəri Heratdan cənubda, Ğur vilayəti isə Heratdan şərqdə yer-
ləşir.
211.
Bu hadisə 1589/90-cı ildə olmuşdu.
212.
Tun
– ş
ərqi İranda, Xorasanın cənub-qərb hissəsində yerləşir. Cuna-
bad (Cunabad, Qunabad)
–
Tundan şimal-şərqdə, Kuhistanda yerləşən şəhərdir.
213.
Təbəs
–
İranın şərqində yerləşən şəhər.
vivo
TARİX-İ QEZELBAŞAN
52
214.
Axtarma
–
axtarış yolu ilə əldə edilən qənimət deməkdir.
215
.
Kazerun
–
Fars vilayətində yerləşən iri şəhər.
216.
Şuştər
–
İranın cənub-qərbində, Əhvazdan şimalda yerləşən şəhər.
217.
Səmiran
–
hazırda Həmədan ətrafında yerləşən kənddir.
218.
Dehdəşt
–
Behbehan şəhərindən 41 km şimal-şərqdə yerləşən kənd.
219.
«Tozqoparan» ləqəbi ilə məşhur olan Piri bəy Qacar I Şah İsmayılın
yaxın silahdaşlarından idi. O, 1501-ci ildə Əlvənd Ağqoyunlunun əmiri Osman bəy
Mosullunu, 1503-cü ildə isə Sultan Murad Ağqoyunlu ilə döyüşdə onun tərəfində
vuruşan Qum hakimi Əsilməz bəyi məğlub etmişdi.
220.
Şahverdi Sultan Ziyadoğlu Qarabağ bəylərbəyi idi. Ləvasan
–
Kartli
hökmdarı Luarsab (1534
–
1558); Simaon
– o
nun oğlu Simon (1558
–
1560). Qor-
kin dedikdə, yəqin ki, Tiflis hakimi Georgi Dadiani (1548
–
1582) nəzərdə tutulur.
221.
Bargiri
–
Türkiyənin şərqində, Vandan 77 km şimal-şərqdə yerləşən
şəhər.
222. 1537-ci ildə ġah Təhmasib Qəndəharı almış və Budaq xanı ora hakim
təyin etmişdi. Lakin o biri ildə Baburun oğlu Kamran Mirza Qəndəharı tutmuşdu.
Bundan sonra Qəndəhar əldən-ələ keçirdi.
223.
Naşir yazır ki, «yaxa», görünür, «tayfa», «el», «qəbilə» mənasında-
dır. Bəzi müəlliflər «yaxa» sözünü türkmən tayfasının xüsusi adı kimi götürürlər.
Bizcə, Astrabad ətrafında yaşayan bu tayfanın adı bütöv şəkildə «Yaxa-Türkman»
kimi oxunmalıdır.
224.
Şah İsmayıl taxta çıxdıqdan sonra Qarabağın əmir əl-ümərası və Gən-
cə hakimi Yusif Xəlifə öldürülmüş, yerinə İmamqulu xan Qacar təyin edilmişdi.
vivo
TARİX-İ QEZELBAŞAN
53
Nəşriyyatın baş direktoru Ş. Cəfərov.
Buraxılışa məsul V. Qardaşlı.
Elmi redaktoru Z. Bünyadov
Rəssamı Ə. Dadaşov.
Texniki redaktoru E. Tağıyeva.
Çapa imzalanmış 22.07.93. Kağız formatı 84X108
1
/
32
Şərti çap vərəqi 2,52. Uçot-nəşr vərəqi 2,5. Tirajı 15.000. Sifariş 1083.
«Azərbaycan» nəşriyyatı.
370146, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.
Dostları ilə paylaş: |