T Ə R Ə F D A Ş L I Q VA S I T Ə S I L Ə T Ə H L Ü K Ə S I Z L I K
1
Ön söz
Bu məcmuə Avro-Atlantika Tərəfdaşlığının söykəndiyi əsas prinsipləri və onların mühüm
mexanizmlərini izah edir. Bu nəşr 5 əsas sahəni diqqət mərkəzində saxlayır – təhlükəsizlik
dialoqu və əməkdaşlıq, sülhün dəstəklənməsi əməliyyatları, müdafi ə islahatları, fəlakətlərə
hazırlıq və elm və ətraf mühit sahələrində əməkdaşlıq. Bu sahələr Avro-Atlantika
təhlükəsizliyinin Tərəfdaşlıq yolu ilə necə genişləndirildiyini və əməkdaşlığın tərəfdaş
ölkələr üçün necə lazımlı və səmərəli olduğunu göstərir. Tərəfdaşlıq fəaliyyətinin islahatlara,
demokratik strukturların inkişafı və tərəfdaş ölkələrin çoxtərəfl i əməkdaşlıq çərçivəsində
beynəlxalq aləmin üzvləri kimi iştirak etmələrinə müsbət təsiri aydın görünür.
Bir nəşrdə tərəfdaş ölkələrin NATO ilə birgə fəaliyyətini hərtərəfl i mühakimə etmək qeyri-
mümkün olardı. Bu fəaliyyət təkcə Balkanlarda və Əfqanıstanda yaxşı işaqlandırılmış sülhün
dəsətklənməsi əməliyyatlarını deyil, bir sıra sahələrdə, məs., terrorizmlə mübarizə, müdfi ə
islahatları, müdafi ənin iqtisadi aspektləri, fəlakətlərə hazırlıq, silahlara nəzarət, maddi-texniki
təchizat, havadan müdafi ə, kosmosun idarə olunması, silahlanma, təhsil və hazırlıq, elm və
ətraf mühit, və eləcə də informasiya proqramları sahəsində əməkdaşlığı əhatə edir.
NATO həmçinin iki tərəfdaş ölkə - Rusiya və Ukrayna, habelə Aralıq dənizi Dialoqu
iştirakçısı olan 7 ölkə ilə xüsusi əlaqələr yaratmışdır. Bundan əlavə, Alyans 2004-cü ilin
iyununda İstanbul sammitində irəli sürülmüş təşəbbüs vasitəsilə Yaxın Şərq regionu ölkələri
ilə əməkdaşlıq yollarını aramaqdadır. Bu əlaqələr broşurada təfsilatı ilə əhatə olunmayıb,
lakin bu ölkələrlə hal-hazırki və perspektiv əməkdaşlıq Avro-Atlantika Tərəfdaşlığı
çəçivəsində hazırlanmış fəaliyyət mexanizmləri əsasında həyata keçirilir.
2
2
Qeyd: Keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə bağlı sorğular ulduz işarəsi (*) ilə işarələnmiş bu qeyd ilə
göstərilmişdir:
Türkiyə Makedoniya Respublikasını konstitusiya adı ilə tanıyır.
Foto siyahıları: bütün fotolara müəllifl ik hüququ, başqa hal nəzərdə tutulmayıbsa, NATO-ya məxsusdur.
Mündəricat
4__
Tərəfdaşlığın
mənbələri və
inkişafı
8__
Əsas
mexanizmlər
14__
Təhlükəsizlik
və əməkdaşlıq
məsələləri üzrə
dialoq
18__
Nato və
Tərəfdaş
ölkələrin
xəritəsi
TƏRƏFDAŞLIQ VASITƏSILƏ
© ullstein bild-Schnürer
3 3
20__
Sülhə yardım
əməliyyatları
24__
Müdafi ə
islahatları
29__
Fəlakətlərə
hazırlıq və
cavabvermə
33__
Təhlükəsizlik,
elm və ətraf
mühit
TƏHLÜKƏSIZLIK
36__
Əsl Avro-Atlantika təhlükəsizlik mədəniyyəti
© Finnish Defence Forces
1989-cu ilin noyabrında Berlin Divarının uçulması
Soyuq Müharibənin başa çatdığını göstərdi. Qısa
müddətdən sonra Mərkəzi və Şərqi Avropada baş
verən sürətli dəyişikliklər NATO-nu yeni və
tamamilə fərqli təhlükəsizlik təhdidləri ilə üzbəüz
qoydu. Tamamilə yeni miqyaslı siyasi dəyişikliklər
Avropada təhlükəsizliyin inkişafı üçün böyük
imkanlar açdı, lakin bu qaçılmaz yeni şübhələr və
qeyri-sabitlik üçün potensial yaratdı.
Soyuq müharibənin doğurduğu qarşıdurmanın
başa çatmasından sonra Avropada təhlükəsizlik
məsələlərini yeni müsbət məcraya yönəltmək üçün
nə etmək lazımdır? Avropa, Şərq və Qərb ölkələri
arasındakı əlaqələri normallaşdırmaq üçün hansı
addımlar atılmalıdır? Mərkəzi və Şərqi Avropa
ölkələrinə yenicə qazanılmış müstəqilliklərini
möhkəmləndirmək və bölgədə və dünyada qlobal
təhlükəsizlik problemlərinin həllində tam
demokratik ölkə olaraq iştirak etmək arzusunu
həyata keçirməkdə necə yardım etmək olar?
NATO ölkələri başçıları 1990-cı ilin iyulunda
Londonda keçirilən sammitdə öz cavablarını
açıqladılar. Şərq-Qərb ayrıseçkiliyinə son qoyaraq
onlar yardım əli uzatdılar və bütün Mərkəzi və
Şərqi Avropa ölkələrinə yeni əməkdaşlıq təklif
etdilər. Beləliklə, 1991-ci ilin dekabrında
Müttəfi qləri və yeni tərəfdaş-dövlətləri birləşdirmiş
Şimali Atlantika Əməkdaşlıq Şurasının (ŞAƏŞ) -
ümumi narahatlıq doğuran məsələləri müzakirə
etmək üçün məsləhətçi strukturun təşkil edilməsi
üçün şərait yaradıldı. (Şimali Atlantika Əməkdaşlıq
Şurası (ŞAƏŞ) öz ilk iclasında tarixi hadisənin
şahidi olduğu zaman Avropada belə dəyişikliklər
baş verdi: yekun kommunike razılaşdırılan zaman
Sovet səfi ri Sovetlər Birliyinin dağıldığını elan etdi
və özünün yalnız Rusiya Federasiyasını təmsil
etdiyini bildirdi.)
Münasibətlərdəki bu əsas dəyişiklik Şimali Atlantika
Alyansının 1991-ci ilin noyabr ayında elan olunmuş
və təhlükəsizlik məsələlərinə daha geniş
yanaşmanın qəbul edildiyi yeni strateji
konsepsiyasında təsbit edildi. Şimali Atlantika
Tərəfdaşlığın mənbələri
və inkişafı
> Soyuq Müharibənin
başa çatması
təhlükəsizliyin
gücləndirilməsi və
əməkdaşlığın inkişafı
üçün yeni
imkanlar açdı.
4
© ullstein bild-Schnürer