20
BALACA OĞLANI NECƏ KİŞİYƏ ÇEVİRMƏK OLAR?
Biz tanış olanda Aleksey sovet diplomatları ailəsinin ər-
köyün övladı, MDBMİ-nin tələbəsi idi. Teatr institutlarının
tələbələri özlərini gələcəyin xalq artistləri kimi, Beynəlxalq
münasibətlər institutunun üçüncü kurs tələbələri də özlərini
ən azı səfir kimi görürlər. Aleksey səfir təyinatı almış kimi
təşəxxüslə gəzir, kostyum geyinir və qalstuk taxırdı. O, dip-
lomatik karyeraya və xəyalında qurduğu gələcək həyata ha-
zırlaşırdı.
Ona zəng edirdim: “Məndə “Yunona və Avos”a kontra-
marka var”. Mənim bütün dostlarım, kurs yoldaşlarım Len-
komda tamaşanın premyerasında iştirak etmək, bütöv bir
dövrü müəyyənləşdirən hadisənin iştirakçısı olmaq üçün hət-
ta dekorasiya tirlərindən asılı qalmağa hazır idilər. O isə imti-
na edirdi: yox-yox, mən indi gələ bilmərəm, sabah “zaçotum”
var. Özüm-özümdən soruşurdum: “Nina, doğrudanmı sən
quru, hissiyyatsız iyirmi yaşlı təqaüdçüyə vurulmusan?” Bu
xüsusiyyətlər məni heyrətləndirir, hissiyyatıma toxunurdu,
başa düşürdüm ki, bununla barışmaq mümkün deyil, məmur-
la yaşaya bilmərəm – o, mütləq yaradıcı şəxsiyyət olmalıdır.
Bununla belə, Aleksey xarici işlər nazirliyinin işçisi, hə-
min nazirlikdə çalışan şəxsin oğlu kimi ilk qeyri-adi addımı-
nı mənim üçün atdı.
Bir dəfə onlara qonaq gələndə, o məni qarşılamaq üçün
mənzildən çıxdı və elə həmin anda qapı çırpılıb bağlandı. Biz
ya onun valideynlərinin gəlməyini gözləməli, ya da başqa bir
yol tapmalı idik. Mən isə təcili olaraq ondan hansısa kitabı
götürməliydim.
Yay idi. Biz küçəyə çıxdıq və gördüm ki, eyvanın qapısı
açıqdır, altıncı və yeddinci mərtəbələrin eyvanları arasında-
kı məsafə isə cavan oğlan üçün böyük deyil. O, özünün 1
metr 82 santimetrlik boyuna güvənib, yuxarı eyvandan iplə
sallana bilərdi. Mən ona bu yolla öz mənzillərinin eyvanına
21
19 yaşında
olanda
mənə belə
yaxınlaşdı...
...biz evlənəndə
isə belə qartala
çevrildi
tullanmağı təklif etdim.
Gəncliyin öz üstünlükləri var – təcrübəli yaşa dolmuş
adamın heç vaxt ağlına gəlmədiyini qərar kimi qəbul eləmək
və bunu gerçəkləşdirmək.
Mənim planımın hazırlanmasına bir saniyə lazım oldu:
- Gəl ip alaq və qonşuların eyvanından sizinkinə enək.
- Yox, mən bunu etməyəcəyəm, - Aleksey imtina etdi.
Bu artıq çağırış idi. Mən ekzistensial seçim qarşısında
idim – gələcək ərim qeyri-adi hərəkət etməyə qadirdir, ya
yox? Dedim ki, özüm tullanaram.
- Mənim çəkim yüngüldür, sən mənə sadəcə kömək edər-
sən.
“Əgər o razılaşarsa, enərəm, qapını onun üçün açaram və
bundan sonra həmişəlik gedərəm”, - özüm üçün qərar ver-
dim.
Evin yaxınlığındakı təsərrüfat malları mağazasında
məqsədim üçün yararlı qalın paltar ipi tapıldı. Gərgin sü-
kut içində geri qayıtdıq. Bloka girəndə Alekseyin simasında
fikir tufanı sezilirdi: özü, mən, həyat haqqında, necə olmaq
haqqında təsəvvürlər... Qorxudan başqa hər şey vardı. Ən
pisi kişinin qorxaqlığıdır. O, qeyri-adi hərəkət edəndə, hət-
ta sərsəm hərəkət olsa belə, əmin ola bilərsiniz, özününkü-
nü həmişə müdafiə edəcək – öz qadınını, uşağını, evini. Biz
yeddinci mərtəbəyə qalxanda, Aleksey iplə özünün enməsi
barədə qərar verdi. Sevincimin həddi-hüdudu yox idi:
- Mən səni çox güclü sığortalayacam, açılmayan ilgək
bağlayacam! – deyə onu inandırırdım. Başa düşürdüm ki,
bu an onu inandırmaq lazımdır ki, mənasız təsadüf baş ver-
məyəcək. Çünki yöndəmsiz hərəkət nəticəsində çıxıntılara
ilişmək riski az deyildi.
Sığorta doğrudan da alpinistlərdə olduğu kimi alındı.
Aleksey öz eyvanlarının nazik məhəccərində dayandı və
içəri tullandı. Qapını mənə artıq başqa adam açdı. Ona
kimi mən balaca oğlanı tanıyırdım. İndi qarşımda kişi da-
yanmışdı.
23
ŞUKİN ADINA MƏKTƏBƏ GEDƏN YOL
Uşaqlıq ecazkar dövrdür. Uşaqlığın ən maraqlı məkan-
larından biri... qumluqdur. Oğlan uşaqları orada həvəslə
özüboşaldan maşınlara qum doldurur, qızlar isə qumlu-
ğun künclərində “sirlərini” dəfn edirlər. Yəni müxtəlif
muncuqları, rəngbərəng daşları və bəzən də xırda pulları.
Orada həmçinin, yaxınlıqda tapılmış ölü böcəklər,
kəpənəklər, parabüzənlər dəfn olunur. Əgər kimsə ölü
quş, yaxud yuvadan düşmüş quş balası tapırsa, kiçik mə-
zarın üzərinə bir-birinə bağlanmış xırdaca budaqlardan
xaç da qoyurlar.
Ola bilsin ki, televizor, kompüter və digər qacetlərlə bö-
yüyən indiki balacalar üçün qumluq uşaq ehtiraslarının,
sirlərinin, iş birliklərinin episentri deyil. Amma bizim nəsil
yetkin həyata məhz belə qumluqlardan atılıb. Bizim qum sa-
atından keçib gedən zamanımızın hesablanması oradan baş-
layır. Sonra isə saat dönür. Yeni sikl, yeni mərhələ başlayır,
dekorasiyalar surətlə dəyişir və hər kəsin qarşısında onun
əsas yolu açılır.
Mənim üçün belə bir yol Şukin adına məktəbə gedən yol
oldu.
Məktəbin binası Köhnə və Yeni Arbat arasındakı dalanda
yerləşir. Qarış-qarış gəzdiyim bu rayonu yaxşı tanıyıram.
Gənclik təkəbbürlü olur. Əksər hallarda. Məsələn, tələsə-
tələsə keçib getdiyin küçənin beş yüz il əvvəl salınması xü-
susi ehtiram doğurmur. Elə çox sevdiyim Vaxtanqov teat-
rının knyaz Qolitsinlərin keçmiş malikanəsində yerləşməsi,
53-cü evdə vaxtilə böyük Puşkinin yaşaması, Şukin məktə-
bindən bir neçə metrlik məsafədə isə bəstəkar Skryabinin
çalışması da.
Yesenin, Mayakovski, Belıy gecələrini “Arbatskiy pod-
val” kafesində keçirirlərmiş. Bir neçə il sonra isə buradaca
yerləşən taxta mülkə Bulqakov köçüb.
Dostları ilə paylaş: |