39
mittifaq Dövlət Kinematoqrafiya İnstitutuna girəcəyəm. Mən
heç yerdə özümü sınamaq istəmirdim. Bilirdim ki, bu “sülalə”
ali məktəbində, sıxışdırılan Buratinolardan canlı qız və oğlan-
lar düzəldən, istedadlar yaradan adamın kursunda oxumaq
istəyirəm. O, ətrafında istedadlı övladlar yetişdirən gözəl ata idi.
Hamıdan gizli sənədlərimi tibb institutundan götürüb, Şukin
adına məktəbə verdim. Əmin idim ki, Katin-Yartsevin kursuna
düşəcəm. Öz niyyətim barəsində doğma insanım kimi sevdiyim
dayəmdən başqa heç kimə demədim. “Heç kimi həyəcanlandır-
ma, sənədlərimi tibb institutundan
götürmüşəm və teatr institu-
tuna daxil olacağam. Mən oraya daxil olduqdan sonra, hamıya
elan edərik”. Dayəm sakit-sakit soruşur: “Girməyinə girərsən,
bəs anan nə edəcək?” Amma məni o vaxt əlbəttə, daha çox özüm-
lə bağlı məsələlər maraqlandırırdı. Axı, bu elə bir sınaqdır ki...
Şukin adına məktəbdə bir yerə üç yüz nəfər iddiaçı idi. Qəbul
turlarından əvvəl – onların sayı üç idi – seçim müsabiqəsindən
keçmək lazım gəlirdi. Bu müsabiqədə sənədləri qəbul etməzdən
əvvəl hamını yoxlayırdılar. Seçim müsabiqəsində çıxış etdikdən
sonra, mənə sənədlərimi birbaşa üçüncü tura verməyimi tap-
şırdılar. Görünür, Yuri Vasilyeviç tələbələrinə özü baxırmış. O,
“Buratino”nun çəkilişlərinə gedirdi, xoşuna gələnləri itirməmək
üçün dərhal üçüncü tura göndərirdi. Çünki on gündən sonra qa-
yıdacaqdı.
Məni dərhal, birinci və ikinci turları adlamaqla seçməklərin-
dən o qədər də xoşbəxt deyildim. Axı, digər abituriyentlər dö-
yüşlərdə bərkiyir, rəqiblərinə nəzər yetirir, öz proqramlarını for-
malaşdırırdılar. Burada isə dərhal – sənədlərini ver! Bəs sonra
nə olacaq? Gəzirsən, girinc olursan, başqalarına baxırsan, qəbul
komissiyasının vəhşiliyi haqqında qorxulu əhvalatlar eşidirsən.
Mən o vaxt hələ bilmirdim ki, Yuri Vasilyeviç üçüncü tura ancaq
o adamları buraxıbmış ki, onları öz kursunda görmək istəyir. Ça-
lışırdı ki, onlar yaradıcılıq döyüşlərində təsadüfən ələnməsinlər,
itməsinlər.
O vaxt aktyor olmaq cəzbedici və şərəfli idi. Gözəllik müsa-
biqələri yox idi və heç kim model ola bilməzdi. Heç model anla-
yışı da mövcud deyildi. Bu peşə “maneken”, paltar üçün asılqan
adlanırdı. Ümumi rəyə görə, bu peşə nüfuzlu deyildi və axmaq-