22
nədir? Şəraitsizlik, laqeydlik, bəzi yerli icra orqanlarının və bələdiyyələrin
kəndlərə ögey münasibəti.
İnanıram ki, məqalə qəzetdə dərc olunan
kimi Siyəzən rayonunun
aidiyyəti orqanları bu məsələnin tezliklə həllinin icrasına
öz səlahiyyətləri
çərçivəsində rəvac verəcəklər. Qarşıdan
prezident seçkiləri gəlir,
qoy sadə
Tağay camaatı da
bu seçkilərə üşüyə-üşüyə yox, isti ürəklə getsin!
07.09.2008
“EŞİDİB-BİLDİKLƏRİMDƏN” YAZISININ
MÜƏLLİfİ ƏNVƏR NƏZƏRLİYƏ
AÇIQ MƏKTUB
Hörmətli, Ənvər müəllim, mən Sizi ilk dəfə “Məcməüş-şüəra” (“Şair lər
məclisi”) və “Füzuli” ədəbi məclislərindən şəxsən tanıdım, amma hələ ali
məktəb illərindən haqqınızda eşitmişdim. Sizin 1937-ci il repressiyasının
qurbanı olmuş Hacıbaba Nəzərli ocağından olduğunuzu bilirdim. Sizin
ailənin çəkdiyi ağrı-acılardan az-çox xəbərim var idi. Mən bu ədəbi məc-
lislərə gəlib-gedərkən sizin səmimiliyinizin, sadəliyinizin, yüksək savad-
lılığınızın, başqalarından fərqli olaraq dözümlülüyünüzün şahidi oldum.
“Füzuli” məclisində qəzəllər oxunarkən haqq dünyasına qovuşmuş rəh-
mətlik Hacı Mail tez-tez sizə müraciət edib sizin fikrinizi öyrənərdi. Bu
sizin klassik şeir forması olan əruza bələdliyinizdən və əruz sahəsində
qazandığınız mükəmməl bilikdən xəbər verirdi. Sizin 2006-cı ildə işıq üzü
görmüş və mənə bağışladığınız “Ürək təranələri” divanınızı oxuyarkən
onun axıcılığının şahidi oldum. Bu divanda dilimizin şirinliyinin qorun-
ması, dilimizdə işlənməyən ərəb-fars tərkibli sözlərin qəzəllərinizdə ol-
maması sizin ustad şairliyinizdən xəbər verir. Ona görə də sizin kimi ustad
sənətkarı şəxsən tanıdığıma görə qürur hissi keçirirəm. Qürur duyuram ki,
siz mənim 2002-ci ildə çapdan çıxmış “Kiminə acı dünya, kiminin tacı
dünya” kitabımda gedən qəzəllərin redaktoru olmusuz. Əziz ustad! Siz
ilhamlı şairsiz, fəqət bununla bahəm həm də gözəl şərqşünassınız, məhz
ona görə də əruzda diliniz belə rəvandır.
Arzu edərdim ki, Sizin könül oxşayan qəzəlləriniz muğam oxuy-
an xanəndələrimizin diqqətini çəksin və dillərinin əzbəri olsun. Ənvər
müəllim, mənim məqsədim sizin qəzəlləriniz haqqında fikir yürütmək