281
bilər. Artan zibilliklər, çirklənən dənizlər, çaylar, bulaqlar, çeşmələr,
qırılan meşəliklər öz sağlamlığımıza balta çalmaq deməkdir. Müəllifin özü
demişkən: “Ruhumuzun Nuh tufanı yaxınlaşır!!! Gəlin həyatımızı xilas
edək, necə ki, gec deyil!”
Bu sözlər təbabət aləminin içində olan bir təbibin qələmindən çıxan
ifa dələrdir. Essenin sonunda müəllif belə bir qənaətə gəlir ki, biz təbiəti
çirkləndirməklə özümüzü xəstəliklərə düçar edirik. Xəstəliklərin ən dəhşətlisi
isə yaddaşını tamamilə itirməkdir, hətta öz doğmalarını belə tanımamaq duru-
muna düşmək. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Bizim
özümüzə etdiklərimiz dolayısıyla alzqeymerə (yaddaşsızlığa) gətirib çıxarır.
Onun Portret esselərində ünlü tibb alimlərimizin sənət və həyat yolu
işıqlandırılır. Müəllif Zəhra xanım Quliyeva, Zərifə xanım Əliyeva, İbrahim
Topçubaşov, Ağabəy Sultanov, İmam Mustafayev və bir çoxlarının həyat
yoluna çıraq tutur, onları böyük məhəbbət hissilə anır.
Kitabına da ad seçdiyi “İdrak ətri” portret essesini alim, psixiatr Ağabəy
Sultanova həsir edir. Müəllif onun insanpərvərliyindən, kübarlığından,
ziyalılığından söz açır.
Kitaba, yazıya, yazara hörmət azalan bir zamanda, yazanların sayının
artdığı, oxuyanlarının sayının azaldığı bir vaxtda onu da etiraf etmək
lazımdır ki, yaxşı kitablar az-az ələ düşür. Həqiqətən görkəmli alim, pro-
fessor, şair-publisist Paşa Qəlbinirun “İdrak ətri” kitabını əlinə alıb ox-
uyan heç nə itirməz, əksinə, mənəviyyatını bir az da zənginləşdirər. Mən
də sözün səcdəsində olan biri kimi kitabı sevə-sevə oxudum və zövqümü
zənginləşdirdim. Dəyərli oxucular, Allahdan diləyim budur ki, sizlərin də
zövqü, mənəviyyatı zəngin olsun, o üzdən gəlin kitablara üz tutaq, onlarla
ünsiyyətdə olaq. Yazı adamlarının ürək atəşindən yaranmış sətirlərə, mis-
ralara mehman olaq, kitablardan gələn hənirtilərə, pıçıltılara qulaq kəsilək,
çünki həqiqi sənət əsərlərinin üstündə görkəmli təbibimiz və şairimiz Paşa
Qəlbinur demiş, Tanrı möhürü var… Mən görkəmli alimimiz, ünlü dokto-
rumuzun da kitabında Tanrının möhürünü hiss etdim. Bir söz adamı kimi
müəllifə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Qoy onun gözlərə işıq bəxş
edən əlləri yorulmasın, Vətən, sənət eşqli ürəyi daima coşub-daşsın, fəlsəfi
fikirlərlə zəngin sözlərini kitaba çevirsin və bu kitablar kitabxanalarımızın
kitab rəflərini bəzəsin. Qoy insanlarımızın gözlərinə nur bəxş edən təbibimizin
ürəyindən həyat sevgisi azalmasın. Sənət və həyat eşqli alim, təbib şairimizə
can sağlığı və yaradıcılıq uğurları diləyi ilə sözümü tamama yetirirəm.
08.06.2016
282
NİZAMİ MƏQBƏRƏSİ
ÖNÜNDƏ RƏQS
İki gün bundan qabağın sözüdür. Mədəniyyət Azərbaycan Televiziya
Kanalına baxırdıq. Gəncədə Nizami məqbərəsinin önündə oğlan və qızların
rəqsini göstərirdilər. Doğrusu, mən o qədər də fərqinə varmadım. Birdən
həyat yoldaşım dedi, bunlara bax e, gör harada rəqs edirlər?!
Orda rəqs, musiqi olmaz, ora ziyarətə gedərlər, rəqs etməzlər…
Elə bil yuxudan ayıldım, həqiqi mənada çox pis oldum. Adətən məzar
yerləşən yerə ziyarətə gedərlər. Nizami Gəncəvinin məqbərəsi önündə rəqs
ansamblını nümayiş etdirmək, məncə, heç bir məntiqə sığmır, çünki hamı
bilir ki, orda dahi şairin məzarı yerləşir, məzar yerləşən məkanda hansısa
rəqsi görüntüləmək heç yaxşı hal deyil. Zənnimcə, bu orda yatanın ruhunu
incitməkdən savayı bir şey deyil.
Yəqin ki, hər dəfə o məkanda hansısa bir musiqi nömrəsi nümayiş
etdiriləndə bizim kimi fikirləşənlər az olmur. Ona görə bu kimi işləri həyata
keçirən, məsul olan şəxslər diqqətli olmalıdırlar. Nizami Gəncəvi dünyəvi
şairdir, indi bizim teleməkana da xaricdən baxanlar az deyil. Özümüzü et-
diyimiz qeyri-normal hərəkətlərlə gülüş hədəfinə çevirməyək. Kənardan
vallah, billah yaxşı görünmür.
Məqbərə və onun ətrafı oxumaq, oynamaq məkanı deyil. Ora ziyarətə
gedərlər, ən azından müsəlman olduğumuza görə, məzarda yatanın ruhuna
salavat çevirərlər.
Doğrudan da, hər hansı düşünülməmiş hərəkət, yersiz ağızdan çıxan
söz, taleyüklü məsələlərdə tələskənlik sonradan qarşısıalınmaz ağrı-
acı ilə özünü büruzə verir. Mənə elə gəlir ki, məqbərə önündəki rəqs də
düşünülməmiş hərəkətin bəhrəsidir.
Bu kiçik məqaləni dahi şairin öz sözləri ilə bitirmək istəyirəm:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verər o da”.
10.07.2016
283
MÜƏLLİf HAQQINDA
Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllüsü ŞADİMAN) 2
sentyabr 1955-ci ildə Siyəzən (keçmiş Dəvəçi, indiki Şabran) bölgəsinin
Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik məktəbi,
sonra Siyəzən şəhər 2 saylı orta məktəbini bitirib. 1973-75-ci illərdə
Ye ni kənd üzümçülük sovxozunda fəhlə, 1975-76-cı illərdə Volodarski
adına tikiş fabrikində tikişçi işləyib. 1977-ci ildə ADU-nun (indiki BDU)
hazırlıq şöbəsində dinləyici, 1978-83-cü illərdə Kitabxanaçılıq (indiki in-
formatika fakültəsi) əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan Jur-
nalist Sənətkarlığı İnstitutunun məzunu olub. 1984-cü ildə Dəvəçi rayo-
nunun (indiki Şabran), hazırda Siyəzən rayonunun inzibatı ərazisi sayılan
Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985-2007-
ci illərdə ARDNŞ-in Mədən-Geofizik İdarəsinin “Neft Daşları” geofizik
ekspedisiyasında cizgiçi, texnik, mühəndis peşələrində çalışıb. 2007-ci
ildən həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər
bədii yaradıcılığını davam etdirib. Dövri mətbuatın mətbu orqanları olan
“Neft Daşları”, “Ədalət”, “Çənlibel”, “Azərbaycan müəllimi”, “Bütöv
Azərbaycan”, “Kredo”, “Mütərcim”, “Məhsəti” və sair qəzet-jurnallarda
çap olunub. “Məcməüs-şüəra” (Şairlər məclisi), “Füzuli” ədəbi məclislərin
üzvü olub. AYB-nin və CASCFEN-in (Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsi) üzvüdür. Hazırda ədəbi fəaliyyətlə məşğuldur.
“Modern.az”, “Yalquzaq. Com”, “Davam.az” “Lit.parad”, “Dayaq.az”
və sair internet portalları ilə yaradıcılıq əlaqələri saxlayır. “AzPress” və
“Kredo” qəzetlərinin əməkdaşıdır. Şəxsi saytı aktiv fəaliyyətdədir.
284
ÇApDAN ÇIXMIŞ KİTABLARI
1. «Ürək niyə ağrıyırsan?» (şeirlər). Azərnəşr, Bakı 1991, 56 səh. sayı
3000.
2. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» (şeirlər, poemalar,
pyeslər). Bakı 2000, AEK «Mafta press», 400 səh. sayı 1000.
3. «Kiminə acı dünya, kiminin tacı dünya» (şeirlər, pyeslər, poemalar).
Bakı 2002, Nurlan, 566 səh. sayı 500.
4. «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» (şeirlər, poema). Bakı 2007,
Nurlan, 742 səh. sayı 500.
5. “Seçmələr” (Könül harayı). I cild, Nurlan, Bakı 2008, 292 səh. sayı
1200.
6. “Məni illərdən soruşun” (publisist düşüncə). «MBM», Bakı 2008, 95
səh. sayı 300.
7. «Dünya mənə tanış gəlir» («Ürək niyə ağrıyırsan?» və «Çəkənə qəm
dünya...» kitablarının birlikdə nəşri), Bakı 2009, Nurlan, 522 səh. sayı 500.
8. «Tağayım» (poema). «Adiloğlu» nəş., Bakı 2010, 56 səh. sayı 500.
9. «Ay adamlar, mən burdayam» (şeirlər, poemalar, əhvalatlar),
«Adiloğlu» nəş., Bakı 2012, 456 səh., sayı 500.
10. «Seçmələr», II cild, (şeirlər, poemalar), Adiloğlu nəş., Bakı 2012,
335 səh., sayı 1200.
11. «Ötənlərdən gələn səslər», (şeirlər, poemalar, qəzəllər ), Qanun
Nəşrlər Evi, Bakı 2013, 632 səh., sayı 500.
12. «Ötənlərdən gələn səslər – 2», (şeirlər, qəzəllər, dördlüklər,
bayatılar) Qanun Nəşriyyatı, Bakı – 2014, 480 səh., sayı 500.
13. «Seçmələr», III cild, ( şeirlər və poemalar) Qanun Nəşriyyatı, Bakı
– 2015, 447 səh., sayı 750.
14. «Seçmələr», IV cild, (şeirlər, poemalar, dramlar), Qanun Nəşriyyatı,
Bakı – 2015, 359 səh., sayı 750.
285
Müəllif və əsərləri haqqında çap olunmuş kitablar
1. Əli Rza Xələfli. «Adı Şadiman olanın...». Bakı: Təknur, 2009, 256
səh. sayı 1000.
2. Əli Rza Xələfli. «Axtala əfsanəsi». Bakı: Adiloğlu, 2010, 144 səh.
sayı 500.
3. Nəzirməmməd Zöhrablı (Quliyev). «Üçrəngli bayrağa bürünmüş
şairə». Bakı: Adiloğlu, 2010, 148 səh. sayı 500
4. Əli Rza Xələfli «Qırmızı həqiqətlər», Bakı: Adiloğlu, 2011, 128 səh.,
sayı 500
MÜNDƏRİCAT
O yerlərdə izim qaldı .............................................................................3
8 Marta ağım ..........................................................................................5
İnanmıram yoxluğuna ............................................................................5
Yaşıl avtobusların yaşıl zəhəri ...............................................................8
İki könül işığı .........................................................................................9
Açıq məktub ...........................................................................................15
Bölgələrdən gələn səslər ........................................................................20
Ənvər Nəzərliyə açıq məktub ................................................................22
Fəridə Ləmana diləkçəm ........................................................................25
Sözüm haqqı-dözüm haqqı ....................................................................27
Sözün dərdi ............................................................................................33
“Bu dünyanı belə gördüm” kitabı haqqında ...........................................40
Şerimiz-seyrimiz ....................................................................................47
Alban abidələri keçmişimizin yadigarı və yaxud ölü
tariximizin bəlalları ................................................................................58
“Kredo”nun on illiyi münasibətilə məktub ............................................67
Mətbəx döyüşləri – xalqımızın biş-düşləri ............................................71
Vicdandan mükafat alan şair ..................................................................74
Heca – Allaha rica ..................................................................................82
Ədəbiyyat həyatını şam kimi yandıranların qələmindən keçir ..............88
“Pozulmaz nizam” kitabında bugünün ağrıları ......................................99
Azərbaycan gerçəkliyi ...........................................................................106
“Üçüncü dünyanın qorxusu” povesti haqqında ......................................124
Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub .............132
286
287
Damcılıdan gələn səslər .........................................................................138
Anadan şair doğulan Müşfiq ..................................................................146
Mənəviyyat işığında ...............................................................................155
Yuva dağıdanlara və yuvası dağılmışlara diləkçəm ...............................162
Himnimizə basqılar ................................................................................165
“Mən bir ziyalı kimi” .............................................................................169
Sayman Aruza diləkçəm ........................................................................171
Urmu gölü harayı ...................................................................................172
Bakının Təbrizə açıq məktubu ...............................................................175
Bizim zibilləmə xəstəliyimiz .................................................................177
İranda təklənən Güney ...........................................................................179
Düşmən dəyirmanına su tökənlər ...........................................................181
Mən öz-özümə söz verdim .....................................................................186
Yurd istəyi, Vətən sevgisi.......................................................................188
Azərbaycan televiziya kanallarında aparıcıların ləhcə yarışı .................196
Həqiqət nə qədər acı olsa da ..................................................................198
Ürəyin hökmü ilə yazılan məktub ..........................................................202
Vətən hamıya tən gərək .........................................................................206
Xəyalla dövlət yığanların faciəsi ...........................................................208
Ruhumun içindən boylanan Novruz ......................................................211
Bakının Təbrizə ikinci açıq məktubu .....................................................213
On qəpik əhvalatı ...................................................................................215
Qərbə asayişi bərpa etmə, Şərqə demokratiya dərsi ..............................218
“Azərbaycan şeir antologiyasi”na təbriklərim .......................................221
Mənəviyyatımızı aşağılayan telelayihələr ..............................................223
Bir ocağın işığında .................................................................................225
288
“Qanun” nəşriyyatına cərimə, mənəviyyata zərbə .................................231
İmperiya həvəsli qullar ..........................................................................233
İnsanlıq və vətəndaşlıq borcu .................................................................236
Ruhu göylərə uçan şair ...........................................................................241
“Yüz il inqilab” kitabında Güney fəryadı ..............................................255
Söz məsuliyyəti ......................................................................................259
Manata gizli məktub ..............................................................................262
Ədəbiyyat yalan sevmir .........................................................................264
Xristian ocağı .........................................................................................266
Şərə əyilənlərimiz ..................................................................................269
Gündəm xəstəliyinə tutulanlar ...............................................................271
Manata ikinci gizli məktub ....................................................................274
On sözü vacib bilinən hekayə ................................................................276
Sözün cövhəri .........................................................................................278
Nizami məqbərəsi önündə rəqs ..............................................................282
Müəllı̇f haqqında ....................................................................................283
Dostları ilə paylaş: |