44
və fəaliyyətlərini davam etdirmişdirlər. Zaman keçdikcə
pifaqorçuluq platonçuların təlimi ilə qarışmışdır. Yalnız
Roma imperiyası dönəmində “yeni pifaqorçular” cərəyanı
meydana gəlmiş, müəyyən bir müddət ərzində fəaliyyət
göstərmişdir.
Pifaqorun ideyaları bir çox məqamlarda
mistikaya
38
yaxın idi. Ona görə də, sonralar onun məktəbinin ənənə-
lərini
yeni-platonçu filosoflar davam etdirmişdilər. Pifaqor
bir sıra mənəvi və əxlaqi prinsiplər də irəli sürmüşdür.
Onun təliminə görə insanlar yetkinliyə doğru inkişaf
etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı
şeylərə yönəlməklə çatmaq mümkündür. Məhz, pifaqor-
çular Yunanıstanda ilk dəfə
“Kamil insan” ideyasını irəli
sürmüşdülər. Bu da sonralar başqa dinlərdə və fəlsəfi tə-
limlərdə təkrarlanmışdır. Pifaqora görə kosmosun
gözəlliyi yalnız mənəvi cəhətdən yetkin və intizamlı insan
üçün açılır. Həyatın mənası da kosmosun ahənginin insan
həyatında əks olunmasıdır.
Pifaqor həm də ruhların bir bədəndən başqasına
köçməsinə (
reinkarnasiyasına) inanırdı (3, 30). Onun fikrin-
cə, hər şey müəyyən vaxtdan sonra dünyaya yenidən gəlir
və əslində yeni olan heç nə yoxdur. Ruh günahların
ağırlığına görə bədəndə qalmağa məhkumdur. Məqsəd də
onu bədəndən azad etməkdir. Buna görə də,
mənəvi həyat
yaşamaq üçün ət və paxla kimi bəzi yeyəcəklərdən çə-
38
Mistika (yun.
μυστικός – gizli) – insanın bağlı olduğu və ünsiyyət qura
biləcəyi təbiətüstü qüvvələrin olmasına inanc; tanrı və başqa təbiətüstü
güclərə qovuşmaq məqsədi güdən dini-mənəvi təcrübədir. Bu kimi
təcrübələri əsaslandıran təlimlər
“mistisizm” adlanır.