34
olduğundan başqa cür yaranmışdır. O, öncə balıqların
içində olmuş, sonra oradan çıxaraq müstəqil həyat sür-
məyə başlamışdır.
Milet məktəbinin daha bir filosofu Anaksimenes
(yun. Ἀναξιμένης, təxminən m. ö. 528 – 524) idi. O,
”havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını
iddia etmişdir (5, 116). Başqa şeylər isə havanın qatlaşması
və seyrəkləşməsindən əmələ gəlmişdir. Onun iddiasına
görə, hava seyrəkləşdikcə oda, qatlaşdıqca bərk maddə və
mayelərə çevrilir. O həmçinin qeyd etmişdir ki, bunun
nəticəsində hər şey müxtəlif formalar alır.
Fales kimi Anaksimenes də yeri yastı şəkildə
təsəvvür edirdi (4, 20). O qeyd edirdi ki, yer havada üzür,
həm də o həyatverici rol oynayır. Ruhlar havanın nəfəsi və
onun əsməsidir. Həm də hava ruhları səmada planetləri
saxladığı kimi saxlayır. Anaksimenes planetlərin yerə
yaxınlıq məsafəsini də düzgün təyin etmişdir. O deyirdi
ki, yerə ən yaxın olan planet aydır, ondan sonra isə günəş
gəlir. Ən uzaqda olanlar isə ulduzlardır.
Mövzu ilə əlaqəli suallar:
1. Milet məktəbinin filosofları
hansı fəlsəfi
problemlərə diqqət yetirmişdirlər?
2.
Falesin,
Anaksimanderin,
Anaksimenesin
fəlsəfəsində ilk maddələr hansılar idilər?
3. Miletlilər dünyanın yaranması və quruluşunu necə
təsəvvür edirdilər?
4. Milet filosoflarının bioloji təkamül haqqında
fikirləri necə olmuşdur?
35
Ədəbiyyat:
1. Aristotle. De Anima / Translated by R. D. Higs.
Cambridge University Press, 1907.
2. Aristotle. Metaphysics / Translated by T. Taylor.
London: Printed for the author by Davis, Wilks, and
Taylor, 1801.
3. Diogenes Laertius. Lives and Opinions of Eminent
Philosophers / Translated by C. D. Yonge. London: Georg
Bell & Sons, 1915.
4. Fairbanks A. The First Philosophers of Greece.
London: K. Paul, Trench, Trübner, 1898.
5. Guthrie, W.K.C. A History of Greek Philosophy. V.
1. Cambridge: Cambridge University Press, 1962.
6. Park. D. The Grand Contraption. Princeton
University Press, 2005.
7. Асмус В.Ф. Античная философия. М.: Высшая
школа, 1976.
1.4. Elea məktəbi
Miladdan öncə VI və V yüzilliklərdə güney İtali-
yanın Elea (yun. Έλέα, lat. Velia) şəhəri qədim dünyanın
mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Bu
şəhərdə fəlsəfi fikir də inkişaf etmişdir. Elea filosofları
varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək
istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşün-
cənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli
sürmüşdürlər. Elealılar həm də bütün dünyanın
36
vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları
yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də
tanınmışdılar.
M. ö. VI – V yüzillikdə yaşamış Ksenofanes (yun.
Ξενοφάνης) Elea məktəbinin ilk filosofu hesab edilir. O,
indiki Türkiyənin Qərbində yerləşən Kolofon (yun.
Κολοφών) şəhərindən idi. Sonra Cənubi İtaliyaya səfərlər
etmiş və sonradan Eleaya köçmüşdür.
Ksenofanes çoxtanrılı yunan panteonunu şiddətli
tənqid etmişdir. O hesab edirdi ki, Olimpus dağında
yaşayan yunan tanrıları əslində şairlərin uydurduqları və
xalq təxəyyülündə formalaşan mifik obrazlardan başqa bir
şey deyildir. Ksenofanesə görə insanlar özlərinə bənzər
tanrılar yaratmışdılar. Bu baxımdan hər bir xalqın tanrılar
haqqındakı təsəvvürləri məhz öz dünyagörüşləri əsasında
formalaşmışdır. Yenə Ksenofanesə görə əgər öküzlər, atlar
və başqa heyvanların düşüncəsi olsaydı, onlar tanrılarını
elə özlərinə bənzər təsvir edərdilər (2, 67).
Tanrıların təbiəti və başqa xüsusiyyətləri haqqında
doğru biliyi əldə etmək olmaz, bu barədə ancaq ehtimal
edilə bilər. Buna görə də, Ksenofanes qədim yunan şairləri
Hesiodos və Homeri tanrılara insan xüsusiyyətlərini aid
etməkdə günahlandırmışdır
31
(1, 283).
Eyni zamanda, Ksenofanes ateist də olmamışdır. O,
dini və tanrını özünəməxsus tərzdə təsəvvür edirdi. Onun
fikrincə yunan toplumunda olan baxışlar ibtidai səviyyədə
31
Tanrını insan görkəmdə və ya hansısa keyfiyyətlərdə insana bənzər şəkildə
təsəvvür etmə “antropomorfizm” (yun. Ανθρωπος-insan + μορφή-görkəm)
adlanır.
37
olmuşdur. Buna görə də Ksenofanes yunanların dini dün-
yagörüşləri ilə razılaşmayaraq öz fikirlərini açıqlamışdır.
Onun fikrincə Tanrı bir və bölünməzdir; eyni zamanda, o
dünyadan ayrı bir şey də deyildir (2, 67). Beləliklə, Kse-
nofanes Tanrını dünya ilə eyniləşdirmiş, onu təbiətdən ayır-
mamışdır
32
. Buna görə də, dünya yaradılmamış, həmişə var
olmuş və hər zaman da olacaqdır. Bu baxımdan Ksenofanes
panteizmin əsasını qoyan filosoflardan biri olmuşdur. O
güman edirdi ki, dünya əbədi, məhv olunmaz və vahiddir.
Ona görə vahidlik elə Tanrının özüdür.
Ksenofanes ay, günəş və ulduzları tanrılaşdırmamış,
onları fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə
dünyaların sayı sonsuzdur. Yağışlar isə yerdən günəş şüa-
larının təsiri altında baş verən buxarlanmanın nəticəsidir
(1, 383). Buxar göyə qalxır və yenidən su olub yerə yağır.
Onun fikrincə insanlar və başqa canlılar su və torpağın
qarışığından yaranmışdırlar
33
(1, 383).
Parmenides (yun. Παρμενίδης, təxminən m. ö. 540 –
470) də ən tanınmış Elea filosoflarından idi. Ksenofanesin
öyrəncisi olmuşdur. O, “Təbiət haqqında” adlı kitabın
yazarı hesab edilir. Ancaq bu kitabın özü deyil, onun bəzi
fraqmentləri dövrümüzə gəlib çatmışdır. Parmenidesin
fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir.
Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları
32
Bu kimi təsəvvürləri “panteizm” (yun. Παν-hər şey + θεός-tanrı)
adlandırırlar.
33
Qədim Misir dinində də insanları qoyunbaşlı tanrı Hnum torpaqdan
(gildən) yaratmışdır. İnsanın torpaqdan yaradılması haqqında rəvayətlər
Yəhudilik, Xristianlıq və İslamda da vardır.
Dostları ilə paylaş: |