|
Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)
17
daha ciddi, daha dəyərli, daha lazımlı sayılır. O fakültələr
müəyyən sənət verir. Humanitar elmlər isə formal cəhətdən
sənət versə də, əslində nisbətən az şey verir. Özün düşün,
xüsusi təhsil görməmiş redaktor, yazıçı, tərcüməçi, hətta tarixçi
və filosof belə nə qədər istəsən var, ancaq xüsusi təhsil
görməmiş mühəndis, həkim, geoloq və bu kimi peşə ilə məşğul
olan adam mində bir olur. Demək istəyirəm ki, "toçnıe nauki"
daha elmi, daha konkret və daha geniş məlumat verir. Bu
fakültələri qurtaran adam üçün böyük Sovet İttifaqının hər
yerində işləmək mümkündür. Bir halda ki, humanitar elmlərin
tətbiq sahəsi daha məhduddur. Bu da yerli şərait və sairə bu
kimi şeylərlə çox bağlıdır.
Məsələn, universitetin geoloji şöbəsi çox maraqlıdır. İndi
fizikanın açdığı yeni sahələr təsəvvürə sığmayan bir dərəcədə
geniş və romantikdir. Bu yaxınlarda "Pravda"da akademik (adı
yadımdan çıxıb) məqaləsi vardı. Bu məqalədə yeni hesablayıcı
maşından danışılırdı. Sən o məqaləni tap, oxu. Adama elə gəlir
ki, bunlar hamısı yuxudur. Mən bunları sənə yazıram ki, yenə
də bir yaxşı-yaxşı düşünəsən. Söhbət sənin istedadın haqqında,
yazmaq bacarığın və bacarmadığın haqqında getmir. Mən
sənin oxuduğum şeylərinə əsasən deyə bilərəm ki, sənin əsl
ciddi mənasında yazıçı olacağına heç bir şübhəm yoxdur.
Əlbəttə, bu mövcud talant düzgün yolla inkişaf etsə, həyat
təcrübələri ilə zənginləşsə, yaxşı nəticələr verəcəkdir. Ancaq
bunu da unutma ki, sən bir geoloq, bir həkim, bir fizik olsan,
bu, sənin yazıb-yaratmaq istedadına yeni və son dərəcə mühüm
əlavə sərvətdir. Ancaq sən humanitar elmlə məşğul olsan bütün
bu əlavə imkan və sərvət sənin kisəndən gedəcəkdir.
Mən səni könüldən salmaq istəmirəm, ancaq bütün bunları
belə mühüm bir zamanda sənə deməyi borc bilirəm.
Sən bilirsən ki, mənim təhsilim çox qırıq, qeyri-müntəzəm
olub. Mən istəmirəm ki, bu cəhətdən sənin taleyin mənimkinə
oxşasın.
Universitetin filoloji və jurnalistika fakültələri də vardır.
18
Bunlar dil-ədəbiyyat müəllimləri, redaksiya işçiləri, ədəbi
işçilər yetişdirirlər. Ümumiyyətlə, sənə deməliyəm ki, ali
məktəbdə mükəmməl, ya səthi bilik almaq mühüm bir dərəcədə
tələbənin özündən asılıdır.
Ən gözəl ali məktəbdə pis oxumaq, az bilik kəsb etmək
mümkündür. Hansı instituta, hansı fakültəyə girirsən gir.
Səndən ağır, ciddi zəhmət tələb olunacaq. Sən bilməlisən ki,
orta məktəbdə olan arxayınçılıq artıq bir xatirə olaraq geridə
qalacaqdır. Ali məktəb sistematik dərin, yorğunluq bilməyən
bir fədakar həyat tələb edir. Əlbəttə, burda da heç nə
eləməmək, günü günə satmaq, birtəhər keçinmək olar. Lakin
bunlar hamısı öz hesabına olacaq. Bunlar hamısı sənin bilik
sərvətinin azalması, yarımçıq qalması hesabına olacaq. Burda
müəllim ancaq sənə məsləhət verə bilər, sənin çalışmağına,
səyinə əlavə qüvvət verə bilər, lakin heç bir zaman sənə səni
əvəz edə bilməz. Sən deyirsən ki, bu ancaq ali məktəb deyil,
orta məktəbdə də belədir. Doğrudur. Ancaq bu fərqi var ki, ali
məktəbdə birə-beş dəfə artıq səndən iradə, müstəqil hərəkət
tələb olunur.
Burda bilik kəsb etmək, mədəni adam olmaq, məlumat və görüş
dairəsini genişləndirmək üçün ali məktəbdən əlavə Moskva mühiti,
Moskva həyatı kimi böyük bir universitet də vardır. Lakin bu həyat
bir dənizə bənzəyir ki, onun dərin, dayaz yerlərini, küləkli, sakit
tərəflərini öyrənməsən, onun girdabı harda, sualtı daşları harda
olduğunu yaxşı-yaxşı yoxlayıb mənimsəməsən, o səni tez öz
burulğanında məhv edə bilər...
...İyul ayının birindən burda həm universitet, həm də Qorki
İnstitutunda konsultasiyalar olacaqdır. Nigarla da məsləhət
elə, bəlkə bu konsultasiyalarda iştirak eləmək üçün Moskvaya
bir az tez gəlmək lazım oldu. Əgər məktəbi medalla bitirsən
(buna əmin olmaq istəyirəm), onda konsultasiya olmasa da
keçər. Ancaq məktəbi nə nəticə ilə qurtarmağından asılı
olmayaraq rus və ingilis dilləri ilə məşğul olmaq lazımdır.
Mütləq bir aylıq, ay yarımlıq müəllim tutmaq lazımdır, həm
19
rus dili, həm də ingilis dili ilə hər gün məşğul olmaq lazımdır.
Unutma ki, bu il institutlara medallıları da çox ciddi yoxlama
ilə qəbul edəcəklər. Əgər yaxın zamanda medallılar haqqında
qayda dəyişməsə də "sobesedovanie" deyilən şey özü bir növ
imtahandır. Bu söhbət zamanı tələbənin ümumi həyat görüşü
dairəsini, inkişafını yoxlayırlar.
Əziz oğlum! Mən sənə heç bir yüngüllük, güzəşt vəd etmək
istəmirəm. Mənə elə gəlir ki, sənin buna ehtiyacın da yoxdur.
Mən səni ancaq ciddi çalışmağa, ən ciddi imtahan, ən ağır
zəhmətə hazır olmağa çağırıram.
Ən sonda deyə bilərsən ki, bəs mənə hara girməyi məsləhət
görürsən? Mən sənə dəqiq elmlərdən birini, məsələn,
geologiyanı məsləhət görürəm, lakin sən Qorki institutuna, ya
MQU-nun filologiya, ya jurnalistika şöbələrinə girmək
qərarına gəlsən, mən yox demərəm və mənim arzuma əks
getdin deyə sənə heç bir məzəmmət eləmərəm. Çünki sənə
bütün təfərrüatı yazdım. Mən inanıram ki, bütün yazdıqlarımı
nəzərə alıb sən öz qəlbinin, öz könlünün səsini eşidər və doğru
qərar qəbul edərsən. Bununla mən sənin atacağın ciddi bir
addımın məsuliyyətini sənin çiyninə qoymaq istəmirəm...
Mənim məqsədim budur ki, sənin istək və iradəni zorlamayım.
Hələlik bu qədər. Sağ ol, oğlum!
...Məndən Nigara salam. Məktubu ona da oxu, gör onun
fikri nədir.
Atan Rəsul.
27 may, 1955-ci il. Moskva".
Matəmin birinci günlərinə, ilk dövrlərinə nisbətən sonrakı
mərhələləri daha ağır, daha göynəklidir. İlk vaxtlar sarsıntı,
yaranın isti-isti, hələ çox da qövr eləməyən yeri, ağrısı
hisslərimizi bir növ dondurur, kütləşdirir, qavrama, dərk etmə,
duyma qabiliyyətimizi korşaldır. İtkinin dibi görünməz yarğanı
qarşımızda hələ bütün dəhşətli dərinliyiylə açılmayıb. Matəm,
ələm, yas, necə deyərlər, rəsmiləşib, mənəvi cəhətdən
Dostları ilə paylaş: |
|
|