3
Cəfər Qiyasi
AMEA-nın müxbir üzvü,
arxeologiya elmləri doktoru, professor
DİVANXANA – ŞİRVANŞAHLARIN
SARAY KÖŞKÜ
İslam ölkələrinin memarlıq tarixində saraylar dağıntılara
daha çox uğrayan binalar olmuşdur. Hər bir işğalçı özünün
qələbə təntənəsini çox vaxt məğlub etdiyi hökmdarın sarayını
uçurmaqla başlayırdı. Hakimiyyətdən getmiş sülalələrin
sarayları isə baxımsızlıqdan və insan biganəliyindən yavaş-yavaş
dağılaraq yox olurdu. Ona görə bu gün ərəb ölkələrindən Orta
Asiyayaycan geniş ərazidə əski saray və qəsr komplekslərinin
ancaq xarabalıqlarına tuş gəlinir. İslam dünyasında salamat qalan
saray binalarının çoxunun tarixi XVII-XVIII əsrlərdən qədimə
getmir. Yalnız İspaniyada qalmış orta əsr ərəb memarlığının şah
əsərlərindən biri sayılan Əl-Həmra (XIV əsr) və İstanbuldakı
Çinili Köşk (XV əsr) sarayları bu baxımdan istisna təşkil edir.
Bakıda 1863-cü ildə cəmi iki gün olmuş alman alimi
E.Kempfer saray kompleksindəki köşkü «Divanxana» adı ilə
belə öymüşdür: «Divanxana xüsusi heyrət doğurur… Bu bina bir
yandan özümlü formaları və memarlığı ilə seçilir, o biri yandan
bütün saray ansamblı üçün əla bəzəkdir». Sonrakı illərdə rus
şərqşünasları və səyyahlar da Şirvan memarlığının bu şah əsərini
«Divanxana» adı ilə tanıtmışlar. Gəlmələr bu adı şübhəsiz ki,
yerli bələdçilər və mütəxəssislərdən almışlar. Ancaq, təəssüflər
olsun ki, yerli qaynaqlarda bu nadir abidə haqqında nəinki bir
bilgiyə, hətta onun adına belə hələlik tuş gəlinməmişdir.
Divanxana öz adı ilə dövrümüzə gəlib çatsa da bəzi araş-
dırıcı larda onun təyinatını dəqiqləşdirməklə bağlı şübhələr ya-
ran mışdır. Sovetlər dönəmində Divanxananı ilk kərə geniş araş-
dırıb onun mükəmməl ölçü cizgilərini hazırlayan memarlar
4
– S.Dadaşov və M.Hüseynov 1938-ci ildə Moskvada nəşr
etdirdikləri «Bakıda Azərbaycanın memarlıq abidələri» kitabında
Divanxananın memarlıq şərhini verəndən sonra belə bir qənaətə
gəlmişdilər: «Hesab etmək gərəkir ki, bu binanın təyinatı hələlik
aydınlaşdırılmamış qalmaqdadır». Onlar biraz sonra «Divanxana
dövlət şurasının – divanın iclasları üçün xidmət göstərirmiş» fikrinə
gəlmiş, Divanxananı qəbul salonu hesab etmişlər. Şirvanşahlar
sarayı kompleksində arxeoloji qazıntılar aparmış V.N.Leviatov
«Bu gözəl tikilinin təyinatı bəlli deyil» fikrində olmuşdur.
Son dərəcə açıq, sərbəst və fəzalı kompozisiyası olan
Divanxana bütün görkəmi ilə dünyəvi xarakterli binadır.
Bu özəlliyi ilə o, qapalı quruluşlu, kütləsəl, dini və xatirə
tikililərindən kəskin fərqlənir. Azərbaycanın orta əsr
memarlığında sütunlu eyvanı olan yığcam quruluşlu saray
binaları Elxanlılar dönəmindən (1256-1353) bəllidir. Arxeoloqlar
bu tip saray binasının plan quruluşunu Cənubi Azərbaycanın
Təxti Süleyman şəhər yerində üzə çıxarmışlar. Arqun xanın
(1284-1291) tikdirdiyi həmin saray binası dörd sütunlu dərin
eyvanı ilə şəhər mərkəzindəki təbii gölə yönəlmişdir. Əldə olan
qrafik materiallar Şənb Qazan kompleksindəki Adiliyyə köşkü və
Qazan xanın (1295-1304) yay iqamətgahı olan Ucanda tikdirdiyi
saray köşkünün də ön fasadlarının dörd sütunlu – üç tağlı
quruluşda olduqlarını göstərir. Divanxana binasının saray köşkü
olduğunu təsdiqləyən özəlliklərdən biri onun eyvanında vaxtilə
yaşayış evləri üçün səciyyəvi olan məhəccərlərin – qorxuluqların
qurulması faktıdır. XIX əsrin təsviri sənədlərindən – rəsmlərdən
və fotolardan görünür ki, sütunlar arasında quraşdırılmış
məhəccərlər düzbucaqlı daş tavalarda yonulmuş şəbəkələrin
dikinə düzülməsi yolu ilə yığılmışdı. Bu şəbəkə məhəccərlərdən
indiyə ancaq eyvan sütunlarındakı izlər qalmışdır. Fotolardan
bəlli olur ki, həmin daş məhəccərlər XIX yüzilin sonlarında artıq
dağılmağa üz qoymuşdu. Onların sonrakı talei haqqında əldə
heç bir məlumat yoxdur. Ancaq A.Pavlinovun ölçü cizgiləri, rus
rəssamı A.Konun (XIX əsr) qravürü, Rusiya çarı III Aleksandrın
1888-ci ildə Bakıya gəlişinə həsr olunmuş tablo və qədim