Sənət zirvəsinə inadlı yürüş
Unudulmaz yazıçının XX əsrdəki keşməkeşli həyat yolunun bütün mənzərələrini əks etdirən bioqrafiyasına nəzər saldıqda
bu monoloqun hər sözündəki mənanın dərinliyinə heyrət kəsilirsən. Mirzə İbrahimovun taleyi xalqımızın tarixi ilə, demək
olar ki, üst-üstə düşüb.
O, 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı balaca bir kənddə dünyaya göz açmışdır.
Yoxsulluq və ağır həyat tərzi içində çırpınan ailə bir çox itkilərə məruz qalmışdır. Mirzə hələ çox körpə ikən anası və bacısı
vəfat etmişdir. Dərdin əlində yumağa dönən atası bu çətin günlərdən yaxa qurtarmaq ümidilə iki övladını da götürərək 1918-
ci ildə Bakıya gəlmişdir. Burada da tale onların üzünə gülməmişdir. Az keçmir ki, 8 yaşlı Mirzə aclıq və xəstəlik üzündən
atasını və qardaşını da itirir. Taleyin bu qaranlıq döngələrində yaşamaq naminə Balaxanı və Zabrat kəndlərində muzdurluq
edib çörək qazanmağa məcbur olan bir tikə uşaq sonralar fabrik-zavod məktəbində oxumuş, ona dəyən zərbələrin acığına
dirçəlməyə, xoş günlərə çatmağa can atmışdır. Gündüzlər fabrikdə, axşamlar məktəbdə oxuyan Mirzə İbrahimovun taleyi
onda gətirdi ki, qarşısına, sözün həqiqi mənasında, mərhəmətli insanlar, əsl ziyalılar, yaxşı müəllimlər çıxdı. Hüseyn Əfəndi,
İbrahim İbrahimbəyli, Cəmil İbrahimov, Qambay Vəzirov, Mehdixan Vəkilov kimi işıqlı insanlar Mirzə İbrahimovun yol
göstərəni və müəllimləri oldular. Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov Mirzə Ibrahimova, sözün həqiqi
mənasında, himayədarlıq edərək onu oxumağa həvəsləndirmiş, ruhdan düşməyə qoymamışdır.
Gənc oğlanın fitri istedada malik olduğu müəllimlərinin də diqqətini çəkmişdir. O, ötən əsrin 20-ci illərində yaradılmış
Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. Burada Ənvər Məmmədxanlı, Mirvari Dilbazi ilə tanış olmuşdur.
Yaradıcılığa şeirlə başlayan Mirzə İbrahimov dövri mətbuatda yavaş-yavaş dərc olunurdu. Onun ilk şeiri "Aprel alovları"
məcmuəsində, ilk hekayəsi isə "Şərq qadını" jurnalında çap edilmişdir. İlk tənqidi-publisist məqalələrini, hekayə və oçerklərini
isə 30-cu illərdə yazmağa başlamışdır.
Ədəbi yaradıcılığa səngiməz meyili olan Mirzə İbrahimov əvvəlcə Neft Texnikumunda oxumuşdur. Sonra ikiillik Elmi-
Tədqiqat İnstitututun kurslarında təhsil almışdır. Bir müddət Naxçıvanda çalışmışdır. "Həyat" pyesini də (1935) elə burada
yazmışdır. Sonra Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. Cəlil Məmmədquluzadənin
yaradıcılığı ilə bağlı "Böyük demokrat" mövzusunda dissertasiyasını müəyyən səbəblər üzündən bir qədər gec - 1941-ci ildə
müdafiə etmişdir.
Repressiya tufanının qara caynaqları Azərbaycanın hər yerinə sirayət etmişdi. Belə bir zamanda Mirzə İbrahimovu Bakıya
çağıraraq Azərbaycan pövlət Opera və Balet Teatrına direktor təyin etmişdilər. Az müddətdən sonra isə Xalq Komissarları
Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi təyin olunan Mirzə İbrahimov Moskvada Stalinlə görüşmüş, Xruşşovla,
Molotovla, Malenkovla - yəni keçmiş SSRİ rəhbərləri ilə söhbət etmişdir. Təbii ki, Mirzə İbrahimov o dövrün nüfuzlu
şəxsiyyətlərindən biri sayılırdı. Tarixdən bu da bəllidir ki. Stalin, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Nigar
Rəfibəyli və Sabit Rəhman olmuşdur. Qızı Sevda xanım ibrahimova öz xatirələrində yazır ki, 1937-ci ildə anamın barmağına
atamın aldığı nişan üzüyünü Nigar xanım Rəfibəyli taxmışdı. 1938-ci ildə isə kiçik bir məclis təşkil edərək ailə həyatı
qurmuşdular. Həmin o düyündə iştirak edən qələm dostlarının əksəriyyətini isə bir müddət sonra repressiya dalğası
caynaqlarına alıb apardı. Mirzə İbrahimovu yaxından tanıyan xalq şairi Mirvarid Dilbazi öz xatirələrində bu barədə belə yazıb:
"Od üstündə addım atdıq, biz od üstündə yaratdıq". Çünki həmin illərin ən başıbəlalı yazıçılarından biri də elə Mirzə
İbrahimov olmuşdur. İkinci dünya müharibəsi illərində Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işləri gedirdi.
M.C.Bağırov bu tədbirlə bağlı Mirzə müəllimdən məlumat istərkən aldığı cavabdan qəzəblənərək qışqıra-qışqıra danışmış,
üzünə böhtanlar yağdırmış, onu kapitalist ölkələrinə "satılmış siyasi düşmən" adlandırmışdır. Ağlagəlməz sözlərlə Mirzə
İbrahimovu elə ittihama çəkmişdir ki, bu vəziyyəti seyr edən yazıçılar səs-səmir belə çıxarmamışlar. Onlar ürəklərində "heyif
Mirzədən" fikirləşsələr də, bu sözləri dilə gətirə bilməyiblər. Əslində Mirzə İbrahimovu kimsə durub müdafiə edə bilməzdi.
Hətta iclas salonundan çıxandan sonra da bir müddət işsiz qalmayıb. Amma qələmini yerə qoymadan yazıb-yaratsa da, ailənin
qulağı səksəkədə idi. Hətta mirzənin pal-paltarını hazırlamışdılar. Hər an hər şey ola bilərdi. Görünür, bütün yazıçıları, şairləri,
aktyorları və bəstəkarları həbs edib sürgünə göndərmək yuxarılara da çox sərf etmirdi, ya bəlkə də Mirzə İbrahimov kimi
sənətkarlarsız keçinmək mümkün deyildi. Bir müddətdən sonra yenidən Mirzə İbrahimova vəzifə veriblər. O bu dəfə
Azərbaycan xalq maarif komissarı kimi çalışmışdır (1942-1946). Bu arada təsis edilən Azərbaycan Elmlər Akademiyasının
(1945) ilk həqiqi üzvlərindən biri də Mirzə İbrahimov olmuşdur.
İkinci dünya müharibəsi zamanı sovet ordusu sıralarında Cənubi Azərbaycanda olan Mirzə İbrahimov burada "Vətən
yolunda" qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır. O bu dövrdə səngərlərdə olur, xüsusilə də azərbaycanlı
diviziyalarının vuruşduğu döyüş bölgələrinə gedir, əsgərləri qələbəyə ruhlandırırdı.
Azərbaycan Yazıçılar İttifaqının sədri işlədiyi vaxtlarda Mirzə İbrahimov, eyni zamanda respublika Nazirlər Sovetinin sədr
müavini olmuşdur. Lakin bu arada filosof Heydər Hüseynovla bağlı müsbət xasiyyətnamə verməsi yuxarıların xoşuna gəlmir
və bu da növbəti zərbə almasına səbəb olur. Doğrudur, Stalin vəfat etdikdən sonra Xruşşov dövründə bir qədər mülayimləşmə
başladı. Həmin vaxt Mirzə İbrahimov respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçildi (1954-1958), dalbadal keçirilən
qurultayların qurultayların iştirakçısı və büro üzvü oldu. Ümumdünya Parlamentlərarası İttifaqın müxtəlif
koqreslərində,beynəlxalq məclislərdə iştirak etdi, ayrı-ayrı vaxtlarda SSRİ ali Sovetinin deputatı seçildi. Hətta SSRİ Dövlət
mükafatı laureatı adını da almışdır. Həm Azərbaycanda, həm də keçmiş SSRİ-nin müttəfiq respublikalarında dərin hörmət və
nüfuz qazanmışdır. Kitabları çap edilir, dramları tamaşaya qoyulurdu.
Milli düşüncənin boğulduğu illərdə dilimizin dövlət dili olması, idarələrdə dərhal Azərbaycan dilinə keçilməsi şahəsindəki
fəaliyyəti Mirzə İbrahimova baha başa gəldi. Ali Sovetdə Azərbaycan dilini dövlət dili elan etməsi onun həyatının ən vacib və
ən yüksək məramı idi. Bu məsələ ilə əlaqədar ona ağır ittihamlar edildi. Onu sındırmaq, əzmək istəyənlər möhkəm iradəsini,
dəyanətini, mərdliyini, cəsarətini əlindən almaq üçün yüz cür dona girdilər. Azərbaycan dilini bilməyənlər Mirzə müəllimi
"azğın, satqın, millətçi" kimi töhmətləndirərək cəzalandırdılar. Onu dərhal tutduğu vəzifədən - Ali Sovetin sədrliyindən azad
etdilər. Yenə işsizlik, yenə xoflu görüntülər, mənəvi işgəncələr, qorxulu gecələr... Mirzə ibrahimova o dövrdə də qorxudan
yanaşan, salam verən az oldu. Qızı Sevda xanım İbrahimova o günləri belə xatırlayır: "Atamın o gün qoluna girib evə ötürən
yalnız tanınmış jurnalist Nəsir İmanquliyev olub. Atam uzun müddət Nəsir müəllimin xeyirxahlığından, geniş ürəyindən bizə
danışardı. Kaş Mirzə İbrahimov bu gün müstəqil respublikamızda doğma dilimizin rəsmi dil kimi status qazanmasını görəydi".
1959-cu il iyulun 6-daAzərbaycan KP MK-nın növbədənkənar plenumu çağırılaraq tələb olunur ki, Mirzə İbarhimov
mətbuatda çıxış edərək səhvlərini boynuna alsınçüzr istəsin.Böyük yazıçı isə ona olan haqsızlığı belə cavablandırmışdır: “Dil
olmasa xalq ölüb gedər, yaşaya bilməz. Ağlı başında olan kəs doğma dilini qorumalıdır.”
О vaxtlar işdən çıxarılmağın nə demək olduğu aydındır. Lakin yazıçının dəmir iradəsi, müdrik düşüncəsi yenə də köməyinə
çatdı. Zaman ötdü, tündləşmiş siyasi həyatda bir qədər durulma əmələ gəldi. Mirzə İbrahimov yenidən Yazıçılar İttifaqının
sədri seçildi. Yazıçılar İttifaqında da o, özünəməxsus iş üslubu ilə çalışırdı. İstedadlılara, ehtiyacı olanlara, mənzilsiz
yazıçılara, şairiərə xüsusi qayğı və diqqət göstərir, onların işiə təmin olunmasına kömək edirdi.
Mirzə İbrahimov üç dəfə müxtəlif vaxtlarda Yazıçılar ittifaqına rəhbərlik edib. Hər dəfə də hökumət tərəfindən aldığı
zərbələrə görə bu vəzifədən azad olunub.
Növbəti bir zərbəni də Nəsiminin yubileyi ilə bağlı olmuşdur. Nəsiminin yubiley komissiyasının iclası zamanı Moskvadan
zəng edərək deyirlər ki, tədbir olmasın, çünki Nəsimi türkmən yazıçısıdır. Mirzə İbrahimov tarixi faktlarla Nəsiminin
Azərbaycan şairi olduğunu nəinki sübut etdi, hətta həmin yubiley Moskvada Böyük Teatrda keçirildi. Lakin bu xidmətin
"mükafatı" olaraq Bakıya qayıdan kimi Yazıçılar İttifaqının sədri vəzifəsindən azad edilib. Ömrü boyu işsizlik və təlaş Mirzə
müəllimi izləyib. Maraqlıdır ki, hər bir işsizlik xaosundan sonra yazıçıya ya vəzifə verilirdi, ya da fəxri ad, mükafat, daha
başqa töhfələr. Mirzə müəllim işıqla zülmətin arasında qalmışdır.
Yazıçı Çingiz Abdullayevin təbirincə desək, Mirzə ibrahimov həm ədəbiyyatımızda, həm də ictimai-siyasi həyatda qeyri-adi
hadisə idi. XX yüzilliyn ən görkəmli Azərbaycan ədibləri - Cəfər Cabbarlı, Hüseyn Cavid kimi şəxsiyyətlərlə birgə ədəbi
fəaliyyətə başlamışdır. Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Süleyman Rəhimov, İlyas Əfəndiyev kimi sənətkarlarla bir
yerdə işləmişdir. Stalin, Xruşşov, Brejnev, Qorbaçov kimi sovet rəhbərləri ilə təmasda olmuş, Bağırov zülmünün hər üzünü
görmüşdür.
lamaşaya üiuiöm u
u
əsərlər həm tamaşaçılar, həm də ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilib. Mirzə İbrahimovun
ədəbiyyatşünaslığın və ədəbi tənqi- din zənginləşməsində misilsiz xidmətləri var. "Həyat və ədəbiyyat", "Xəlqilik və realizm
cəbhəsindən", "Böyük şairimiz Sabir", "Gözəlliyin qanunları ilə", "Böyük satira ustası" "Əbədi qeydler", "Tufanlara kömek
edən bir qələm" kitabları bu gün də öz ədəbi dəyərini saxlamaqdadır. Xalq yazıçısı Əli Vəliyevin təbirincə desək, Mirzə ib-
rahimov həqiqətən sənət zirvəsinə inadlı bir yürüşdə idi. Yaradıcılıq həvəsi, istirahət bilmədən gecə-gündüz çalışmaq onun
gündəlik iş vərdişinə çevrilmişdi. Bir tərəfdən bədii əsərlər yazırdı, həmkarlarının yaradıcılığı barəsində fikir söyləyirdi,
gənclərə istiqamət verirdi, teatr tamaşaları üçün pyeslər qələmə alırdı, ədəbiyyatımızı zənginləşdirmək üçün dünya
ədəbiyyatından tərcümələr edirdi, digər tərəfdən də müxtəlif vəzifələrdə xalqına ləyaqətlə xidmət göstərirdi.
Ədibin Əziz Şərifə yazdığı məktubları daha geniş mövzunun söhbətidir. Yaşadığı dövriin ağrı-acılarını, ədəbi mühitini,
müxtəlif çarpışmaları, münasibət və hadisələri əks etdirmək baxımından bu məktublar çox maraqlıdır. Azərbaycan dili
uğrunda apardığı mübarizə, milli təəssübkeşlik, üzləşdiyi təzyiqlər, çəkdiyi əziyyətlər unudulası deyildi. Bir şeyə fərəhlənirsən
ki, bu gün Mirzə İbrahimovun arzuları çiçək açıb.
Ümummilli lider Heydər Əliyev həmişə Mirzə İbrahimova diqqət və qayğı ilə yanaşıb. Qara caynaqlardan çox vaxt onu
məhz Heydər Əliyev xilas edib. Bu səbəbdən də həyatındakı qara gecələri ağ günlər yoxa çıxardıb. Təsəvvür edin, millətçi
damğası vurulan bir şəxsə sonra məhz Heydər Əliyev tərəfindən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin
sədri kimi mühim vəzifə etibar olundu.
Mirzə İbrahimov əslən həsrəti ilə yaşadı. Ən böyük arzularından biri övladlarını doğma ocaqlarına aparmaq oldu. Amma
ömrünün ixtiyar çağında ürəyinə başqa bir yara vuruldu. Qarabağ problemi Mirzə İbrahimovun son dərəcə narahatlığına, qəlb
ağrılarına çevrildi. Sevda xanım danışırdı ki, atam son günlərində huşsuz vəziyyətdə belə, elə hey "Qarabağ" deyirdi...
Yazıçılar Birliyinin indiki sədri Anar öz xatirələrində yazır: "Zamanın bütün mürəkkəbliyi Mirzə ibrahimovun zəngin
tərcümeyi-halında əksini tapmışdır. Düşünürəm ki, bu mürəkkəb, sınaqlarla dolu heyat yolu yalnız Mirzə ibrahimovun
yaradıcılıq fəaliyyətinin deyil, həm də insani müdrikiyinin təşəkkülünə səbəb olmuşdur".
Ötən əsrin 80-ci illərində Azərbaycan və Ermənistan ziyalılarının Moskvada Mixail Qorbaçovun sədrliyi ilə keçirilən
görüşü çoxumuzun yadındadır. Ermənilər çıxış edərək ünvanımıza nələr söyləyirdilər... Sanki bu görüş qəsdən təşkil
oiunmuşdu ki, erməni "ziyalıları" bizi söysünlər, təhqir etsinlər, istədikləri şəri atsınlar, böhtan yağdırsınlar, bir sözlə, bizi
borclu çıxarsınlar. Mirzə ibrahimovun о toplantıda rəqiblərinin ünvanına dediyi ilk söz qurbağa gölünə atılmış daşa bənzədi.
Hələ də о yumşaq səsin avazındakı sərtlik, qətiyyətlilik, dürüstlük unudulmayıb: "Yunan əsatirlərinin birində deyilir ki, Allah
adamı bədbəxt etməк istəyəndə əvvəlcə onun ağlını alır..."
О axşam Mirzə müəllim ürəyimizdən tikan çıxartdı, çoxumuzu şok vəziyyətindən qurtardı.
Filologiya sahəsində milli elmi kadrların hazırlanmasında böyük işlər görmüş Mirzə İbrahimov ömrünün sonunadək
Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində
çalışmışdır. Onun əsərləri dünya xalqlarının diilərinə dəfələrlə tərcümə edilmişdir. Əsərləri əsasında bədii və sənədli filmlər
çəkilmişdir.
Dövrünün qara tufanları, eləcə də mülayim rüzgarları ilə üz-üzə dayanan, gah atılan, gah qəbul edilən, gah ürəkdən sevilən,
gah haqsız tənqid olunan Mirzə İbrahimov ilk növbədə xalqının, sonra isə dövrünün oğlu idi. 1993-cü ildə 82 yaşında Bakıda
dünyasını dəyişən Mirzə İbrahimov Fəxri xiyabanda torpağa tapşırılıb.
Ürəyi arzularla dolu olan böyük yazıçımız ağrı-acıya tuş gəlməsəydi, bunlar da ömrünü yavaş-yavaş mişarlamasaydı,
“Pərvanə” , “Füzuli” , “Mayak” adlı roman və dram əsərlərini tamamalaya bilərdi. Yaxşı ki onun yaradıcılığından bizə
bütöv, sanballı əsərlər qalıb. Onun həyatı, yaradıcılığı da bu gün hər birimizə örnəkdir!
Flora XƏLİLZADƏ
“Azərbaycan”
Dostları ilə paylaş: |