Əyyub Sabiroğlu
56
Hərdən dəniz kimi qəzəblə çuğlarsan,
Hərdən səssiz-səssiz,
Qəmli –qəmli ağlarsan...
Hərdən həyatdan küsərsən,
Ümidsiz-ümidsiz vurarsan,
Dəli könül, dəli könül!
Müdhiş fikirlərin məngənəsində
Ürək sızıldayır, ürək can verir.
Sanki cəhənnəmin qapısandayam,
Ruh bədəndən ayrı, imtahan verir.
Məni dalgaların qoynuna atın,
Xəzərlə birlikdə kükrəyim, coşum.
Qağayıya dönmüş dənizçilərə
Dənizin dilində nəğmələr qoşum...
2004
Aşıq qardaş, bir «Kərəmi
»
çalginən,
Ürəklərdə incə tellər oynasın.
Bülbül naləsini unutsun bir an,
Qönçə dəhanlarda dillər oynasın.
Şəfəq dolu bir nəğmə
57
Əyyubam, hər sözüm incidi, dürdü,
Göz yaşım Arazdı, Xəzərdi, Kürdü,
Bu qəmli günlər də elə ömürdü,
Yaşayaq birtəhər, dözək birtəhər.
1990
Bir məkana düşdü yolum ;
Nadanlardır sağım-solum.
Allah, sənə qurban olum,
İşləyən yox, hamı bəymiş.
1992
Mənim gözlərimi qapayan zaman,
Səni sevdiyimi anlayacaqsan...
Vaxtında qədrimi bilmədiyinçün,
Özün hey özünü danlaycaqsan.
Səni sevdiyimi anlayacaqsan,
Səni sevdiyimi anlayacaqsan...
Qara geydim, qara düşdüm,
Çətinliyə, dara düşdüm,
Heç bilmədim hara düşdüm...
Gözlərim bağlıydı, Allah!
Əyyub Sabiroğlu
58
RÜBAĠLƏR
Böyük xəzinəyə sahib də olsan,
Ey insan, bil sənə qalmaz bu dövran.
Torpaq ayırd etməz kasıb-varlını,
Axirət evinə köç edən zaman.
29.12.1972
Oldun çox dərdlərə mübtəla, könül,
Çəkdin yar əlindən min bəla, könül.
Əzəldən qismətin oldu qəm-kədər,
Gör səni saldılar nə hala, könül.
1980
Anadan istedad doğulmur hər kəs,
Zəhməti sevməyən yüksələ bilməz.
Puç olub gedəcək istedad zaya,
Ona qatılmasa əməkdən maya.
Şəfəq dolu bir nəğmə
59
Şair, sən əlinə alanda qələm,
Düşünür, deyirsən: bəhs edim nədən?
Movzu axtarırsan səhərə qədər...
Məncə, ən müqəddəs mövzudur Vətən!
14.03.1975
Dünyanın varına salaraq meyl,
Yığırsan o ki var, köçdü elə bil.
Dünyada qalacaq dünyanın varı,
Heç canda o can da səninki deyil.
Bu gecə yarımı gördüm röyada,
Gördüm ki, o məni salıbdır yada,
Götdüm ki, tutmuşam onun əlindən,
Söylədim: xoşbəxt yox mən tək, dünyada.
30.06. 1973
Yenə də eyvanda durmuşam yalqız,
Özünü yağışla göstərir payız.
Ürək doğma elçün yaman darıxır, -
Hələ də yoldadır yazdığım kağız...
Əyyub Sabiroğlu
60
Yenə də naz ilə baxırsan, ey gül,
Könlümü odlara yaxırsan, ey gül,
Özümü özünün əsiri etdin,
Bu naz-qəmzən ilə axır sən, ey gül!
1979
Açıb əllərini uca göylərə,
İmdad diləyirsən gündə min kərə;
Yaxşısı budur ki, eyləmə günah,
Vaxtın da getməsin hədər, boş yerə.
Şəfəq dolu bir nəğmə
61
Könül istəyi
Hələ açılmamış sabahın gözü,
Gəlib pəncərənə daş atasıyam.
Dönərək səhərin xəfif mehinə,
Şirin yuxulardan oyadasıyam.
Könül çələngimin əvəzinə mən
Gül də göndərərəm dəstəbədəstə.
Pəncərən önündə gecə sübhəcən,
Nəğmə oxuyaram pəsdən, ahəstə...
21.06.2006
Dostları ilə paylaş: |