Əyyub Sabiroğlu
2
Babam Taib
Ə
f
ə
ndi Zeyxuri v
ə
bac
ı
m
Mileyxan
ı
m Quliyevan
ı
n
ə
ziz
xatirələrinə
Редактор:
Tapdıq Əlibəyli
Əyyub Sabiroğlu. Şəfəq dolu bir nəğmə.
Bakı ,“Elm və təhsil”, 2013, 92 səh.
Китабда Əyyub Sabiroğlunun мцхтялиф иллярдя
йаздыьы инсани-яхлаги və мяняви дяйярляри тялгин,
ülvi məhəbbəti tərənnüm едян шеирляри топланмышдыр.
2013
098
4702000000
N
грифли няшр
©
«Елм вя тящсил», 2013
Şəfəq dolu bir nəğmə
3
DUYĞULARIN ġƏFƏQLƏNDĠYĠ
POEZĠYA
“Sevgisiz ürəyə həmdəm – kədərdir, Sevgisiz
insanın ömrü hədərdir.” Özündə qüdsiyyət, səda-
qət, ülviyyət ehtiva edən bu misralar, poetik ya-
radıcılığı-qaynar ilhamının, güclü müşahidə və po-
etik ümumiləşdirmə bacarığının, püxtələşmiş şair
qələminin bəhrəsi olan Əyyub Sabiroğluna (Əy-
yub Sabir oğlu Taibov) məxsusdur. Məncə, bu
fikir onun yaradıcılığı üçün çox rəmzi və xa-
rakterikdir. Çünki Ə. Sabiroğlu nədən yazır –
yazsın, onun şeirlərinin əsas ruhunu sevgi təşkil
edir : Ulu Yaradana sevgi, təbiətə sevgi, torpağa
sevgi, insanlığa sevgi, Sözə sevgi... Zəngin Azər-
baycan ədəbi ənənələrinə dayaqlanan bu poeziya
Türk dünyasının ünlü söz sənətkarı, fikir daşı-
yıcısı Çingiz Aytmatovun “...unutmaq olmaz ki,
ənənələr yalnız və yalnız müasirliyin gərdişində,
yeni yaradıcıların yeni sözündə yaşayır” deyiminə
Əyyub Sabiroğlu
4
bir daha üz tutmağa rəvac verir. Fikrimə
Ə.Sabiroğlunun poeziyasevərlərə bir ərməğan olacaq
söz çələnginin işığında aydınlıq gətirmək istəyində-
yəm.
Onun poetik yaradıcılığının bir qismini özün-
də əxz edən bu kitab metaforik bir ad daşıyır:
“Şəfəq dolu bir nəğmə”. Kitabın mətn palitrasın-
da rəngarəng şeirlərin aurası ilə üzləşirik. Ovqat
dəyişkənliyinin kontekstində bir harmoniya, bü-
tövlük duyulmaqdadır. Bəs nədir bu əhvali-ruhiy-
yəni, haləti şərtləndirən? Doğru-dürüst cavaba
kitabın adını “təfsir” etməklə nail olmaq olar.
Şair şeirlərini küll halda “şəfəq dolu bir nəğmə”
adlandırır. Bəs bu şeirlərin bir nəğmə olmasını və
şəfəq dolu nəğməliyini şərtləndirən cəhət nədir?
Diqqət edək: şəfəq-günəşin doğan və qürub
vaxtı üfüqü boyadığı qızartı; müvazi olaraq
şeirin bədii faktı, təsirlənmə obyektinin biri
sevinc- dan yerinin sökülməsi, digəri isə kədər-
günəşin qürub etməsidir. Duyğunun qoşa qanadı
olan sevinc-kədər şairin könül nəğməsinin notları-
dır. Bu şeirlər duyğu “melodiyası”, könül nəğ-
məsidir. Zənnimcə, maraqlı və məharətlə istifadə
olunmuş bir müqayisədir.
Şəfəq dolu bir nəğmə
5
...Söhbətlərimizin birində Əyyub Sabiroğlu
təvazökarlıqla: -Biz torpaq üzərində qurub-
yaradırıq, sizsə kağız üzərində,- deyə təbəssüm
etdi... Nə ğözəl ki, Ə.Sabiroğlu həm də kağız
üzərində yaradır: sözün sehrinə bələnə-bələnə,
ürəyinin hərarətini misralara köçürə- köçürə.
Onunla tanışlığımız neçə illər öncəyə təsadüf
edir. Elə bu tanışlığa körpü olan da məhz Söz-
dür. O söz ki, ürəyi daim qurub -yaratmaq
eşqiylə döyünən Əyyub Sabiroğlu uzun illərdir
ki, inşaat sahəsində işləməsinə baxmayaraq, on-
dan ayrı düşməyib, duyğuların işığında ona üz
tutub, işığında pərvanəyə dönüb. Yeri gəlmişkən
qeyd edim ki, o, Azərbaycan İnşaat Mühəndis-
ləri İnstitutunu (Azərbaycan Memarlıq və İnşaat
Universiteti) bitirib. İnşaat sahəsindəki səmərəli
fəaliyyətinə görə «Tərəqqi» medalı ilə də təltif
edilmişdir. Ədəbi yaradıcılığa isə erkən yaşların-
dan həvəs göstərib. Şeirləri 1977-ci ildən dövri
mətbuatda dərc olunur. «Məslək» mükafatı
laureatıdır.
Onun yaradıcılığında bir-birini tamamlayan
insan və təbiət gözəlliklərinin vəhdəti poetik ma-
hiyyət kontekstində dolğun ümumiləşdirmələrlə
Dostları ilə paylaş: |