yuxarıya qaldırdıqda, sözügedən müayinə asanlaşır. Ağciyər arteriyasının
genişlənməsində, döş qəfəsində, sol 2-ci qabırğaarası sahədə pulsasiya
müşahidə edilir. Xəstə oturmuş və bir qədər
önə əyilmiş vəziyyətdə,
sözüged
ən effekt güclənir.
Ağciyər hipertenziyası, həcmlə yüklənmə, qulaqcıqlararası çəpərin
defekti, ağciyər arteriyasının xeyli genişlənməsi, gözə görünən
pulsasiya,
d
ərinin lateral dartılması ilə müşayiət olunur. Ağır dərəcəli trikuspidal
requrgit
asiya zamanı prekordial nahiyədə görünən pulsasiya, dərinin
lateral dartılması ilə müşayiət olunur (sağ mədəciyin dilatasiyası). Sağ
m
ədəciyin, trikuspidal requrgitasiyası zamanı, diastolada şar şəkilində
dolub-böyüm
əsi prekordial sahədə qabarıq pulsasiya yaratdığı halda,
sistolik fazada,
əksinə içəriyə doğru çəkilmə ilə nəticələnir. Onu da qeyd
ed
ək ki, konstriktiv perikardit zamanı, ürəyin sistolik zirvə vurğusu,
diastolik vurğu ilə əvəz olunur. Döş qəfəsinin ön divarında, döş
sümüyünün sol k
ənarında görünən qabarma qulaqcıqlararası çəpərin
defekti, ağciyər hipertenziyası haqqında xəbər verir. Mitral requrgitasiya
v
ə ya mitral stenoz zamanı ürəyin sol qulaqcığının hipertenziyası və
genişlənməsi, prekordial nahiyənin parasternal sahəsində, ürəyin uc
vurğusundan sonra görünən vurğu törədir. Mədəciklərarası çəpərin
patoloji h
ərəkətləri, ürəyin sağ mədəciyini döş sümüyünə tərəf
yerd
əyişməsinə məcbur edir.
Ürəyin sağ mədəciyi, nə normada və nə də
patoloji hallarda ür
əyin sağ rentgenoloji sərhəddini təşkil etmir.
Ür
əyin konsentrik hipertrofiyası mədəciyin bir bərabərdə və
dilatasiyasız hipertrofiyasına deyilir. Onun əksinə olan hipertrofiya
ekssentrik sayılır; onun mənası mərkəzdən qaçan deməkdir; burada
m
ədəciyin dilatasiyası,
mədəciklərarası
çəpərin asimmetrik
hipertrofiyası, ürək
mərkəzinin yerdəyişməsi, hipertrofiya və dilatasiya
d
ərəcəsinin müxtəlifliyi iştirak edir.
Ür
əyin normal zirvə vurğusu tez yüksəlir və tez də (ləngimədən)
enir; onun yüks
əlib ləngiməsi uzanmış uc vurğusu adlanır. Belə hal
ür
əyin zirvəsində olan anevrizma, perikardın anadangəlmə yoxluğu (bu
zaman uc vurğu qoltuqaltı nahiyəyə yerini dəyişir), hipertrofik
kardiomiopatiya üçün xarakterikdir. Uzanmış uc vurğusu və ya ürəyin
zirv
ə vurğusunun uzanması, ürəyin atım fraksiyasının azalmasına
işarədir. Ürəyin sol qulaqcığının güclü yığılmaları, ürəyin sol mədəcik
m
ənşəli uc vurğusunun sonuna yaxın hiss olunan dalğa yarada bilər. Bu
zaman sol m
ədəcik diastolik dolmanın sonunda qəflətən genəlir
(presistol
ik dalğa). Sonuncuya dalğacıq zərbəsi də deyirlər. Buna sol
m
ədəciyin elastikliyinin, onun diastolası zamanı azalması şərait yaradır.
Maraqlıdır ki, sol mədəciyin diastolasında mitral qapaq açılır və
qulaqcıqla mədəcik birləşərək qulaqcıq-mədəcik şəkilində vahid boşluq
əmələ gətirir. Mədəciyin bərkişməsində, yəni rigidliyində burada
təzyiq
39
artır, sonuncu isə hipertrofiya törədir (hipertoniya xəstəliyi, ürəyin işemik
x
əstəliyi zamanı). Uc vurğusunda qulaqcıq dalğasının əllənməsi, ürəyin
sol m
ədəciyinin yığılma funksiyası haqqında müəyyən
bir fikrin irəli
sürülm
əsinə əsas vermir. Hipertrofik obstruktiv kardiomiopatiya
(hipertrofik subaortal stenoz) aortal qapağın və ya aortal qapaq-dəlik
stenozundan f
ərqli olaraq, ürəyin zirvə vurğusunun sonunda qulaqcıq
dalğasının mövcudluğu ilə fərqlənə bilər. Birinci halda ürəyin sol
m
ədəciyinin qeyri-bərabər hipertrofiyalaşması, onun divarlarında öz
elastikliyini
tam itirm
əmiş sahələrin qalması ilə davam edir. Ikinci halda
ür
əyin sol mədəciyinin bərabər olaraq hipertrofiyalaşması presistolik və
ya postdiastolik qulaqcıq dalğasının hiss olunmasına imkan vermir.
Başqa sözlə, bərabər hipertrofiyaya uğramış sol mədəcik sol qulaqcığın
yığılmasından baş verən dalğanın yaranmasına şərait vermir. Sözügedən
x
əstəlik üçün, ürəyin uc vurğusunun sonunda qulaqcıq dalğasının
mövcudluğu səciyyəvi deyildir. Digər tərəfdən, qulaqcıq dalğası mitral
stenozun olmasını inkar etməyə əsas verir. Onu da bilmək lazımdır ki, bu
fenomen n
əfəsvermə aktının axırında daha yaxşı müəyyən olunur.
Döş qəfəsini müayinə edərkən burada rast gəlinə bilən pulsasiyaları
da n
əzərdən qaçırmamağa çalışmaq lazımdır. Xüsusilə sağ və sol
körpücük-
döş sümüyü birləşməsi nahiyəsi diqqətlə yoxlanılmalıdır.
Aortanın anevrizmasında ürəyin yığılmaları ilə sinxronik olaraq
trax
eyanın aşağıya doğru çəkilməsini barmaqlarla hiss etmək olar. Aorta
qövsünün genişlənməsini sağ döş-körpücük birləşməsində pulsasiyanın
olmasına görə ehtimal etmək mümkündür.
Bu zaman sianozun üstünlük
t
əşkil etməsi Fallo tetradası haqqında fikir yaradır. Ağciyər arteriyasının
stenozu güclü olduqca, aortaya atılan qan miqdarının artmasına şərait
yaradır. Sol koronar arteriyanın böyük anevrizması döş sümüyünün sol
k
ənarında pulsasiya yarada bilər. Aortanın koarktasiyası zamanı
genişlənmiş və dolğun qabırğaarası arteriyalar açıq-aşkar pulsasiya edir.
Onları görmək və əlləmək asandır. Xəstənin əyilməsi və əllərin
sallanması vəziyyətində arxa qabırğaarası arteriyaların pulsasiyası aydın
n
əzərə çarpır. Yenən aortanın iri anevrizması döş qəfəsinin sistolik
pulsasi
yasını törədir. Aortal qapağın açılma momenti ürək vurğusunun
pikin
ə uyğun gəlir. Ürəyin döş qəfəsinin daxili divarına söykənməsi,
sistolan
ın başlanması və qanın qovulması ilə bərabər onun dartılması
qeyd edilir. Bu proses mitral qapağın açılması ilə başa çatır. Ürəyin
m
ədəcikləri protodiastolik periodda 80% olmaqla tez dolur; yerdə qalan
20%- i nisb
ətən ləngiyir (ləng diastolik dolma fazası). Bu fazanın
axırında qulaqcıqların yığılması və A dalğasının əmələ gəlməsi müşahidə
edilir.
Hipertrofik obstruktiv kardiomiopatiya v
ə hipertrofik subaortal
stenoz zamanı A dalğası və mezosistolik çökmə, üçlü apikal vurğu
40