ağciyər venalarına doğru geriyə axması mümkündür. Onu da qeyd edək
ki, bronxial astma tutmalarında qan təzyiqinin inspirator azalması
tutmanın ağırlığı ilə korrelyasiya edir və 20 mm c.s-na qədər, bəzən daha
çox azalır. Xeyli böyümüş ürək və ya güclü kardiomeqaliya zamanı,
sistolik t
əzyiqin inspirator azalması perikardın gərilməsilə əlaqədardır.
Piyl
ənmə,
hamiləlik, döş qəfəsinin yuxarı apertura sindromu, ağciyər
arteriyasının trombemboliyası, yuxarı boş venaların obstruksiyası, şok
zamanı qan təzyiqinin inspirator azalması, yəni parodoksal nəbz qeyd
edil
ə bilər. Şok zamanı bu halın meydana çıxması, məhz hipovolemiya
il
ə əlaqədardır. Ağciyər arteriyası şaxələrinin trombemboliyasında sağ
m
ədəciyin dolub sol mədəciyə tərəf qabarması, sol mədəciyin diastolik
dolmasını, həcmini azaldır və atım həcminin azalmasına səbəb olur.
N
əticədə qan təzyiqinin inspirator yenməsi daha ifadəli baş verir. Aortal
requrgitasiya fonunda ür
əyin tamponadası, qan təzyiqinin inspirator
enm
əsinin dərəcəsini azaldır və qarşısını alır. Aortanın kökündə baş
ver
ən laylanan anevrizma zamanı aortal requrgitasiya və ürəyin
tamponadası birgə olduqda, parodoksal nəbz qeyd edilmir, yəni qan
t
əzyiqinin inspirator yenməsi meydana çıxmır. Ürəyin
sol mədəciyində
diastolik t
əzyiqin yüksək olduğu hallarda, qan təzyiqinin inspirator
enm
əsi baş vermir. Ürəyin sağ hissələrinin izolə olunmuş
tamponadasında da parodoksal nəbz qeyd edilmir. Qulaqcıqlararası
ç
əpərin böyük defektində, nəfəsalma aktında qanın sol qulaqcığdan sağ
qulaqcığa keçməsinin, sağ qulaqcığda venoz təzyiqin yüksəlməsilə
əlaqədar olaraq azalması hesabına baş vermir. Parodoksal nəbzin
subaortal hipertrofik kardiomiopatiya zamanı tranzitor olaraq
meydana
çıxmasının mexanizmi hələ də məlum deyildir.
Kapillyar n
əbz və ya Kvinke simptomu dırnağı onun yatağında bir
q
ədər sıxdıqda aşkara çıxır. Onun əmələgəlmə mexanizmi nəbz
dalğasının kapillyar tora transfer olmasıdır. O hipertireoz, aortal
requrgitasiya, anemiya, hamil
əlik, qızdırma, qaynar vannanın qəbulu,
qaynar hava şəraiti zamanı müşahidə edilir.
N
əbz təzyiqinin yüksəldiyi bütün patoloji hallarda və xəstəliklərdə
kapillyar n
əbz meydana çıxır (aortal requrgitasiya, sistolik arterial
hipertoniya,
qatı bradikardiya, atrioventrikulyar blokada və s). Kapillyar
n
əbz güclü olduğu hallarda onu vizual yoxlama zamanı açıq-aşkar
görm
ək olar və bəzən xəstə özü bunu hiss edir. Ürək çatışmazlığı
periferik vazokonstriksiya il
ə müşayiət olunduğu üçün, kapillyar nəbzin
itm
əsinə səbəb olur.
X
əstə gücəndiyi zaman, arterial qan təzyiqi döş qəfəsidaxili
t
əzyiqin artmasına proporsional olmaqla artır. Gücənmə davam
olunduqda,
artıq 10 saniyədən başlayaraq artan döş qəfəsidaxili təzyiqin
t
əsiri altında venoz qanın ürəyə qayıtması, mədəciklərin qanla dolması,
32
arterial v
ə nəbz təzyiqləri azalır, ürək yığılmalarının sayı isə artır. Ürəyin
atım həcminin və arterial qan təzyiqinin azalmsaına cavab olaraq
simpatik sinir sisteminin reflektor f
əallığı yüksəlir. Sonuncu taxikardiya
tör
ədir. Gücənmə dayandırıldıqdan sonra periferik damar müqaviməti
yüks
əlir və arterial qan təzyiqi, nəbz təzyiqi normadan yuxarıya yüksəlir.
Yenid
ən bərpa olunan venoz qanın ürəyə qayıtması hesabına, ürəyin sol
m
ədəciyinin atım həcmi artır, arterial təzyiq çoxalır, yuxu arteriyasında
karotid
sinus qıcıqlanır və reflektor bradikardiya meydana çıxır. Bütün
bunlar
Valsalv sınağının sağlam adamlarda törətdiyi dəyişikliklərdir.
Ür
əyin atım fraksiyası azalmış xəstələrdə Valsalv sınağı zamanı və
ondan
sonra arterial qan t
əzyiqi, demək olar ki, dəyişilmir və
bradikardiya meydana çıxmır. Bunun mexanizmi odur ki, Valsalv
sınağının davam etdiyi bütün 10 saniyə ərzində ağciyərdə durğun olmuş
qan v
ə digər mayeler sol mədəciyə daxil olmaqda davam edir və onun
atım həcmini dəstəkləyir. Xəstələrdə vegetativ disbalans, β-
adrenoblokatorların qəbulu, sirkulyasiya edən qanın azalması,
baroreseptorların hipohəssaslığı, qulaqcıqlararası defekt, əvvəldən
mövcud olan simpatik
hiperstimulyasiya olduqda, Valsalv
sınağından
sonra arterial qan t
əzyiqinin yüksəlməsi qeyd edilmir. Ürək atımı
haqqında məlumat əldə etmək üçün nəbz təzyiqinin göstəricisinə istinad
etm
ək olar. Onu sistolik və diastolik qan təzyiqləri göstəricilərinin
f
ərqini, sistolik qan təzyiqi göstəricisinə bölmək yolu ilə hesablayırlar.
Alınan nəticə nəbz təzyiqi adlanır və onun 40%-dən az olması, ürək
atımının müəyyən qədər azalmasından, 25%-dən aşağı düşməsi isə, xeyli
azalmasından xəbər verir.
33
IV f
əsil
V
ENOZ QAN TƏZYİQİ və VİDACİ VENA NƏBZİ
Normal halda n
əbz dalğası kapillyarlar səviyyəsində üzülür. Odur
ki, venalarda
arteriyalara xas olan n
əbz dalğası hərəkətləri olmur, yəni
venalar pulsasiya etmir. Ancaq ür
əyə yaxın olan venalarda, ürək
f
əaliyyətinə sinxronik olaraq, həcmin böyüməsi və kiçilməsi hərəkətləri
n
əzərə çarpır. Venaların, ürək fəaliyyəti ilə əlaqədar olaraq baş verən
gen
əlmə və yığılmaları vena nəbzi adlanır. Ürəyə yaxın iri venalar gözə
görünmür v
ə əllənmir. Odur ki, vena nəbzini, əsasən vidaci venalarda
müşahidə və müayinə edirlər. Venadaxili qan təzyiqinin alçaq və
divarlarının çox yumşaq olması, onlarda nəbzin əllənməsini namümkün
edir.
Venoz n
əbzi vizual olaraq müşahidə edirlər. Normal halda ürəyin
sağ qulaqcığında qan təzyiqinin periodik olaraq azalıb çoxalması, məhz
yaxın venalara və o cümlədən vidaci venalara verilir. Uzanmış
v
əziyyətdə sağlam adamlarda qeyd edilən belə vena nəbzi fizioloji
adlanır. Vidaci vena nəbzi ilə yuxu arteriyalarının nəbzini ayırd etmək
üçün aşağıdakı əlamətlərə istinad edirlər:
-
yuxu arteriyası nəbzinə nisbətən vidaci vena nəbzi zəif və
l
əng görünür;
- vena n
əbzi palpator hissiyat yaratmır və mil arteriyası nəbzi
il
ə üst-üstə düşmür;
- vena n
əbzi üçün yumşaq toxumaların yenməsi daha
xarakterikdir, halbuki arterial n
əbzdə əvvəl qabarma və
sonra yenm
ə nəzəri cəlb edir; mil arteriyası nəbzinin
qabarma fazasına, vidaci vena nəbzinin geriləmə fazası
uyğun gəlir; mil və yuxu arteriyaları isə eyni zamanda
qabarırlar;
- vena üz
ərinə təzyiq etdikdə, vena nəbzi sıxılmış yerdən
aşağıda davam olunduğu halda, yuxu arteriyasında belə hal
h
əm aşağıda və həm yuxarıda davam edir. Əgər mil
arteriyasında nəbz zəif
və kiçik, boyunda isə pulsasiya xeyli
böyükdüs
ə, onda pulsasiyanın venoz mənşəli olması ehtimal
edilir.
Daxili vidaci vena yuxarı boş vena ilə, demək olar ki, eyni
s
əviyyədə ürəyin sağ qulaqcığına açıldığı və bu iki venanın arasında
venoz qapaq
mövcud olduğu üçün, venoz təzyiqin müəyyən
olunmasında, məhz ondan istifadə edilir.
34