BİRİNCİ FRAQMENT
Küçə.
KĠġĠ əlində balaca bir torba gedir.
QONġU onun qarĢısına çıxır.
QONġU - Xeyir ola, a qonşu, hara belə?
KĠġĠ - Bakıya getmək istəyirəm. Bibim oğluna baş çəkəcəyəm. Neçə ildi
görüşüb eləmırik.
QONġU - Doğrudan ha, axır illər gəlmir daha buralara.
KĠġĠ - Gələ bılir ki yazıq. Fəhlə babadı da, gündəlik çörək pulunu bir təhər
çıxardır.
QONġU -
(Kişinin əlindəki torbaya işarə ilə.) Bəs nə apapırsan bibioğluna elə?
KĠġĠ - Ee... əliboş olmayım deyə bir az girdəkan götürdüm.
QONġU - Lap yaxşı eləmisən. Şəhər yeridi, uşaqları sındırıb yeyər. Salam
deyərsən məndən.
KĠġĠ - Salam göndərən sağ olsun.
QONġU - Yaxşı yol... Amma... qonşu, ehtiyatlı ol ha. Bakı sən görən deyil daha.
Bax, pulunu ayaqqabının dabanında gizlət. Basırıq avtobuslara minmə, xəlvət
küçələrdə tək gəzmə, tanımadığın adamların salamına cavab vermə. Bir sözlə,
daim ayıq-sayıq, gözdə-qulaqda ol, bir balaca sayıqlığını itirsən ciblərini
təmizləyəcəklər, qalacaqsan pulsuz-parasız.
KĠġĠ - Ee, a qonşu, sən nə danışırsan? Doğmaca şəhərimizdə addımbaşı
təhlükəylə üzləşəcəyəmsə, bəs bizim şanlı polis qrdaşlarımız hara baxır?
QONġU - Eh... ilk növbədə özünü elə polisdən qorumalısan. Quldurun, cibkəsənin
işi asandı, təkcə pulunu alır, polis qardaşların isə pulunu da alacaq, üstəlik canını
da.
KĠġĠ - Çox şişirtmə, qonşu. İndi hansı zamandı ki? Bir də mən də mənəm
axı. Hər yetənin mənə gücü çatar?
QONġU - Özün bil. Məndən deməkdi. Uğurlu yol sənə...
(Aralanıb gedir.)
2
KĠġĠ -
(Gülümsəyərək başını bulayır. Tamaşaçılara.) Neçə ilin qonşusuyuq, pis
adam da deyil, hər işdə köməyini əsirgəyən də deyil. Di gəl ki, belə vas-vasılığı
var. Guya ki, mən uşağam, nəyəm...
QONġU -
(Hay-küylə geri qayıdır.) Qonşu! Qonşu, bir şey yadımdan çıxdı. Bax,
nəbadə metroya minərsən ha. Amanın günüdü...
KIġI -
(Çaşqın-çaşqın.) Metroya minəndə nə olar ki?
QONġU - A kişi, sənə deyirəm, metroya minmə. Metroda polislər görkəmindən
şəhər adamına oxşamayan birini gördülərmi, o dəqiqə saxlayacaqlar. Sənin də
vid-fasonunu görən kimi biləcəklər – zır kəndçisən. Saxladılarmı, bil ki, işin bitdi.
Üstündən nəəşə də tapa bilərlər, heroin də. Istəsələr lap mina da, raket də tapa
bilərlər.
KĠġĠ -Qonşu, sən bu gün lap ağ elədin ha...
QONġU - Eşitməmişdin? Həsənəli də minmişdi metroya, üstündən nə tapmışdılar?
Bomba! Rusiyyətdən qardaşları gəlib qurtarmadılar onu? Bahadırınsa cibindən
nəəşə tapmışdılar. Ev-eşiyini, mal-qarasını satıb bir təhər qurtardı canını.
KIġI - Ocaq yanmasa, tüstü çıxmaz, deyiblər.
QONġU - A kişi, sən nə danışırsan? Ağacəfəri ki tanıyırdın, necə təmiz, ehtiyatlı
adam idi. Amma bir dəfə özünü saxlaya bilməyib, deyib nə ola-ola, minəcəyəm,
görüm metro nə cür şeydi. Düşüb metroya, momentalnı saxlayıblar, üstündən
heroin tapıblar. Mal-qarasını satdı, bəs eləmədi, qardaşı da başladı inəklərini
satmağa. Qardaşı arvadı razı deyildi, canı çıxıb metroya minməyeydi, deyirdi, nə
ölümü vardı onun metroda? Dədə-babası metroya minmişdi ki, o da minə?
Qardaşın metroya minib keyf eliyəcək, mən də inəklərimi satacağam? Nə isə,
arvad mane oldu, qoymadı inəkləri satmağa, axırda yazığa yeddi il iş verdilər
getdi, neynim deyə-deyə...
KIġI - Ay qonşu, deməyindən belə çıxır ki, kəndimizin yarısı metronun güdazına
gedib. Başa düşə bilmirəm, polislər məni niyə saxlamalıdılar, lap deyək ki,
saxladılar, hə, nə olsun, məndə olmayan şeyi üstümdən necə tapacaqlar, hə?
QONġU - Daha özün bil, məndən demək idi. Iş-işayət, ilişdinsə, səndən ötrü mal-
qoyun satıb dalınca gələn döləm ha. Əlli-ayaqlı gedəcəksən. (Gedir.)
KIġI -
(Bir müddət duruxub qalır.) Qonşu, sənin acığına Bakıya çatan kimi
birinci elə metroya düşəcəyəm, qoy saxlasınlar məni, qoy üstümdən bomba
tapsınlar, nəəşədi-nədi, qoy ondan tapsınlar, görək necə tapırlar. (Torbasını
götürüb gedir.)
Təyyarə uğultusu eĢidilir. KiĢi baĢını qaldırıb göyə baxır.
KIġI - Sənə yaxındılar, Allah, hər halda- sən bilmiş olarsan, bu samalyotlar hara
3