Rüblük Jurnal
3
SӘDR VӘ REDAKTORDAN MӘKTUB
Әziz dostlar,
Bu, Amerika Məzunlar As‐
sosiasiyasının jurnalı olan
CONTEXT jurnalının ilk
nəşridir. Bildiyiniz kimi, Asosi‐
asiyanın məqsədi azad infor‐
masiya mübadiləsini inkişaf
etdirmək, peşəkar əlaqələrin
inkişaf etdirilməsinə yardım
etmək və ABŞ haqqında bilik‐
ləri Azərbaycanda yaymaq və
genişləndirməkdir. Bu sahədə
bir çox tanınmış elmi jurnalların olmasına baxmayaraq, jur‐
nalların heç biri Amerika Məzunlar Asosiasiyasının
məqsədlərinə cavab vermir. Amerika Məzunlar Asosi‐
asiyasının jurnalının məqsədi, ideyaların inkişaf etdirilməsi
üçün aktiv forumların keçirilməsi və Azərbaycana, o cüm‐
lədən, regiona aid bilik və informasiya mübadiləsini təmin et‐
məkdir.
CONTEXT jurnalının məqsədi, Azərbaycan və region ilə
bağlı mövzularda fikir mübadiləsinin aparılmasına, bilik və
məlumatların bölüşdürülməsinə nail olmaqdır. Jurnal müx‐
təlif perspektivlərdən və nəzəri cəhətdən bir sıra mövzuların
və cari siyasətin təhlilini əks etdirir. Jurnalın məqsədi Azər‐
baycan və region haqqında tədqiqatlara yön vermək, müqay‐
isəli araşdırmalara stimul yaratmaq və tələbələrə, gənc alim‐
lərə və tədqiqatçılara çap edilmək baxımından şərait
yaratmaqdan ibarətdir. Bu jurnal işgüzar mühit, hökumət
sektoru, tələbə və elm xadimləri arasında şəbəkə yaratmağa
xidmət edir. Fənlərarası jurnal olduğundan, o, bütün
akademik işçilər, qərarverici təbəqə, stajor, tələbə və ekspertlər
üçün stolüstü vəsaitdir.
CONTEXT–in toxunacağı mövzular hər yerdə, xüsusilə,
inkişaf etmiş ölkələrin diqqət mərkəzində olan təhsil
barəsində olacaq. Müstəqillik əldə etdikdən sonra təhsildə baş
verən dəyişikliklərlə bağlı olan müzakirələr Azərbaycan icti‐
maiyyətində ən çox müzakirə edilən mövzulardan biridir. Bu
sahədə olan boşluqları hiss edərək jurnal, təhsil sahəsində
müxtəlif məsələlərə dair, o cümlədən, Bolonya prosesi, Azər‐
baycan reallığında qızların kənd yerlərində təhsili, müəllim‐
professor heyətinin imkanlarının inkişaf etdirilməsi,
Azərbaycanın təhsil sisteminin xaricilərin və başqalarının
gözü ilə. bağlı məqalələr nəşr edəcək.
CONTEXT jurnalının redaktor heyəti bütün oxucuları
salamlayır və ümid edir ki, jurnal cəmiyyətimizdə olan prob‐
lemlərə, çətinliklərə və imkanlara aydınlıq gətirəcək.
Dr. Anar M. Vəliyev,
Baş Redaktor
Әziz oxucular,
ABŞ Təhsilli Azərbay‐
can Məzunları ictimai bir‐
liyinin (AAA) rüblük
jur nalı CONTEXT‐in ilk bu‐
raxılışında sizi salamla
‐
yıram. AAA altı il bundan
öncə bir əsas məqsəd
ətrafında yaradılmışdır:
ABŞ‐da müxtəlif proqram‐
lar xətti ilə təhsil almış
məzunları bir araya topla‐
yaraq onların bilik və bacarıqlarını Azərbaycanın
inkişafına yönəltmək. Artıq bu gün ölkəmizdə, ABŞ‐
da təhsil almış çoxlu kadrlar yetişmiş və onlar Azər‐
baycanın dövlət idarələrində, özəl şirkətlərdə və
QHT‐lərdə çalışırlar. Harada işləmələrindən asılı ol‐
mayaraq onlar əldə etdikləri təcrübələrini ətrafın‐
dakılarla paylaşaraq davamlı şəkildə Azərbaycanın
inkişafına öz töfhələrini verirlər. Fəaliyyətimizin yed‐
dinci ilinə qədəm qoyarkən hiss edirik ki, ABŞ‐da iqti‐
sadiyyat, dövlət idarəçiliyi, səhiyyə, təhsil, biznes
strategiyası, diplomatiya və başqa sahələrdə yüksək
təhsil almış məzunlarımızın fikir və ideyalarını bölüşə
bilmələri üçün davamlı və daha geniş bir vasitəyə
ehtiyacımız var.
CONTEXT məzunlarımıza öz bilik və təcrübələrini
daha böyük auditoriya ilə paylaşmaq, hökümət,
vətəndaş cəmiyyəti, və elmi ictimaiyyət də daxil ol‐
maqla müxtəlif maraqlı tərəflərə öz fikir və
tövsiyyələrini çatdırmaq imkanı yaradacaqdır. Eyni
zamanda, CONTEXT Azərbaycanda və xaricdə olan
gənc tələbələr, elm xadimləri və təcrübəçilərə imkan
yaradacaq ki, Azərbaycan, onun bu günü və sabahına
dair fikirlərini nəşr etdirib geniş auditoriyalarla
bölüşsünlər.
Jurnalımızın ilk nömrəsi, Azərbaycanın bu günü
və sabahı üçün çox vacib olan, ölkəmizin güclü və
rəqabətədavamlı olmasında ən əsas şərtlərdən olan
təhsilə həsr edilmişdir.
CONTEXT jurnalının bütün redaksiya heyətinə və
xüsusilə də jurnalın yaranmasında və çap olun‐
masında əvəzolunmaz əməyi olan baş redaktoru Dr.
Anar Vəliyevə minnətdarlığımı bildirirəm. Bütün ox‐
ucularımıza xoş gəlmisiniz deyirəm və ümid edirəm
ki, bu jurnal sizin üçün çox oxunaqlı və düşündürücü
bir vəsait olacaqdır
Ceyhun Kərəmov
ABŞ Təhsilli Azərbaycan Məzunları
ictimai birliyinin idarə heyətinin sədri